İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə21/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   180

______________Milli Kitabxana_______________

sözümüzdə.  Suyun  axınından  başqa,  lap  laltərpənməz  qalanı  da Əsir-yaradır.

Torpaq,  daş,  qaya,  dağ,  dərə,  hamısı  hər  şey Əsir-yaradır.  Hətta ən  tərpənməz

suyun özündə də səs var. O da Bağlarımızın Ünü - səsi sayılır. Bağlarımız məhz

Ünlə,  sözlə - məna  ilə bağlayırlar  Kainatı  özlərinə.  Bağ Əsməsə - yaratmasa,

təhrif  "ins"an  ÜnƏsə - Yaradan  Ünə çevrilməyib  "ins"liyində - mənasızlığında

qalar.  Bax  buna  görə də fatehlər  OdƏr  dilinin  "Əs"ini  "su"ya  döndərib  bədbəxt

insanı  "Səfa  dağı"nın "saf  su"yuna  bağlayıblar.  Bu  cör  asan,  sadə bir  üsulla

yıxıblar bəşəriyyətin evini! Suya bas, çıxart de: "okrestili", oldun xristian!

Düşməni  tanımırsan  sən,  oğul.  Bütün  planetdə cəhalətdi  bizim  nəslimizi,

kökümüzü  kəsən!  Çax-çux  Xalıq,  Xudiyev  dəstəsi  "Saxara"  deyilən,  "Dəşti

kəbir" deyilən səhrada qum dənəsidi.

Səməd diksindi:

- Don Kixotam, nəyəm mən, kişi, "Dəşti-kəbir"nən döyüşməliyəm?! Sən lap

sərsəmləyirsən, Abı! Bağışlı məni, köhnənin kobuduyam. Getdim!

- Dayan,  cahil! - Uzun  qol  kənara  uzanıb  necə qayıtdısa,  şapalaq  Səmədin

üzündə iz  saldı. - Otur  aşağı.  Sizi  kimi əbləhlərin əla  roman  saydıqları  o  "Don

Kixot"lar  deyilmi  insanı  yolundan  azdıran?!  Guya ədalət  yoxdu  dünyada?!  Bəs

mən  kiməm,  ay  cahil!  Sizin  Tolstoyunuzu  cibinə qoyan  saysız-hesabsız  SafAğ

Alimlərini  tanıyanda  biləcəksən  necə zibillərdi  o  "Don  Kixof"unuz!,  "Hərb  və

sülh"ünüz!

İyirmi  altı  yaşındasan  indi.  Deyilib:  "Əlli  yaşında  yüksək  rütbəyə çatacaq".

Yalandı  bu.  "Altmış  yaş"  deyiblər  şeyx əmilərin,  Mədəd  gizlədib  səndən,  "əlli"

deyib. Soruşma "niyə", sirrdi bu. Məhz altmış yaşında biləcəksən nədi o "yüksək

rütbə". Yeni səksən səkkizinci ildə.

De  görüm,  iyirmi  altı  il  bundan əvvəl  şeyx əmilərin  necə biliblər  altmış  il

sonranın  hadisəsini?  Sadə deyirəm,  loru  deyirəm:  göydən  eşidiblər!.. Ən  pis

təhrif  sözlərdən  biri  də "vəhy"  deyiləndi.  Cəbrayıl  adına  çıxılan  kəlamlar

EvEydən deyilib. Uca Evdən. "Quran" yox, "Gur Ün" deyilib.

Ağ Əmir  də Ün  eşidirdi,  Boz Əmir  də!  Baban  Məhəmməd Əmir  də!  Ulu

baban Musa ağa da! Musa ağanın başqa Pünhan Bağ oğulları da!

Yeni Peyğəmbərdi hamısı? Bəli! Bəli, ey Peyğəmbərlər varisi! "Muğ" - Bağ

nəslindən ancaq sənin kimi nadan cavanlar bilmirlər "Peyğəmbər" nədi.

"Peyğəmbər" - "Peyğəmbər"in əsli - OdƏrcəsi Bağ Ün Ev ƏrEydi (Uca İşıq

Evinin BağÜnü - "beyni"). "Ərəb" "BağÜn" sözünü təhrif



______________Milli Kitabxana_______________

eləyib  "PeyğÜn"  şəklinə salıb.  Hiss  eləyirsənmi  necə təhrifdi?!  "Pey-ğÜn"ə

"əvvəlcədən  xəbər  verən"  mənası  veriblər.  Belə şərhlərin -izahların  vaxtı  deyil

hələ, nəslini tanımalısan indi. Özünü tanımalısan!

Diqqətli ol!

Bağlarımız  ilk-əvvəl  Olam  adında  kiçik  bir  yerdə olublar.  O  ayrı  söhbətdi.

Əsil  dövlət  Olamdan  sonra  yaranıb.  Bağdayın  ilk  vilayəti Ər-Eydə,  "Əmir"

EvƏrEylər  ordandılar.  Mən  də sizdənəm.  Təhrif  dillərdə "Yevrey"ə dönən

EvƏrEylərik.  EvƏrEy  OdƏrləri, əbədi  Bağlar  deyirlər bizə. Əbədi!  Ölümsüz!

Hoppanma! Qulaq as!

Olam, irəli sınanan əlli minillik tarixin birinci minilliyində olub. O minilliyin

axırında GurAğ - "Qreklər" hücumları başlanıb. Belədi. SafAğ İnsan mühitində,

yəni əbədi insan mühitində ilk ölümlər tarixi -o vaxtdandı.

Bağdayın ordusu  olub  GurAğlar.  Niyə qiyama  qalxıblar,  o  xüsusi  dərsdi,

öyrənəcəksən.

Silah  işlədən,  qan  axıdan əxlaqca,  mənəviyyatca,  ağd-şüurca  murdarlaşan

insan torpağa gedir-çürüyür. Saf mənəviyyatlı SafAğ İnsan öləndə isə bətnindən

təhrif  dildə "Ruh"  adlanan ƏrAğ  (SafAğ  İşıq)  çıxır.  Adını  hələ bilmədiyin

planetə çatana  qədər  "Ruh" - ƏrAğ  təhrif  dildə "element"  adlanan  zərrəciklərlə

dolur,  beləliklə,  ölən  insan  ikinci  dəfə yaranıb əbədi  yaşayır.  "İkinci  yaranış"

yox,  "ikinci  doğuluş"  deyirlər  buna.  Çünki  ölən  insanın beynindən  çıxan ƏrAğ

rüşeymidi o insanın, başqa sözlə proqramıdı. İşığın içində başqa planetə uça-uça

proqramdan yaranır, işıqdan doğulur. Həm də lap qısa müddətdə!

Sultan təfsilatla danışacaq sənə bu ikinci doğuluşu. Hələlik bircə bunu bil ki,

"Əmir" - EvƏrEy  OdƏrlərinə ölüm  yoxdu.  Bir  şərtlə:  qan  tökməsinlər,

bətnlərindəki  SafAğ  İşığı - ikinci  doğuluş  proqramım  öldürməsinlər.  Bu əsas

şərtə əməl  eləsən,  "Yer"  mühitində nə qədər  çirkaba  batsan  da,  sarsıntılar,

işgəncələr bahasına saflaşa bilərsən.

Yerin özündəcə. Bildin?! Yalnız tək-tək hallarda həqiqət naminə qisas almaq

niyyətilə qan tökənlərdən də elə Yerin özündə əzab-işgəncə hesabına saflaşanlar

olur.

İşgəncələrdən  keçib əbədiyyət  qazananlarımıza,  yəni  təhrif  həyatı  dərindən



dərk  edənlərimizə icazə verilir  ki,  "Yer"ə,  öz  vətənlərinə Ün  göndərsinlər.

Belələri,  lazım  gələndə,  "İşıq  gəmiləri"  dediyimiz  planetlərarası  gəmilərdə

"Yer"ə gəlib, gizlin guşələrdə gizlin yaşayırlar, Ey-Sarın tapşırığı ilə iş görürlər.

Gözlərin böyüməsin! Nə deyirəm, həqiqətdi hamısı!




______________Milli Kitabxana_______________

Bax bu Xızr Abı deyilən kaftarın indikindən qat-qat pis kaftarlaşan bir vaxtı

vardı. Rus, Göyçəni əlimizdən alıb Erməniyə verməmişdi hələ. Getdim ki, bulaq

suyu  içim,  qantəpər,  baldırğan,  qoyungözü

1

-zad  yeyim,  dirçəlim  bir  az.  Elə



gedən günü baban Məhəmməd Əmirin səsini eşitdim: "Niyə belə axmaqladın, ay

Abı?  Göyçənin  nemətlərini  elə burdan  göndərmirikmi  sənə?!"  Məlum  oldu  ki,

SafAğ  İşıq  içində hər  şey  göndərirlər,  mənim  bu  kaftar  canımda  qanıma,  onun

hesabına yaşayıram.

SafAğ Elmindən kənar insanın, yəni, təhrif insanın beyni yox dərəcəsindədi.

"Ölüb" - doğulub qayıdanlarımızdan bəziləri, özlərindən asılı olmuyan səbəblərə

görə "Yer"də gözə görünəndə "xortdayıb"  deyir  təhrif  insan.  Həqiqət  Ününə -

OdÜnə "Din" deyənlərin sözüdü "xortdamaq". Öldürürlər "xortdayan"ları. "Ruh"

bədəndən  ayrı  yaşamalıdı"  deyirlər  ki,  ikinci  doğuluş,  planetlərdə əbədi  həyat,

OdƏr  bəşəriyyəti  haqqında  bir  kəlmə də həqiqət  deyilməsin.  Çünki  diri  ikən

çürüyən murdarların xeyrinə deyil həqiqət. Məhz buna görə "din"lərdən dördəlli

yapışırlar çürümüşlər.

Səbrini itirmə! Bir-iki dəqiqə də qulaq as.

OdƏr  dilində üç  sözdən  ibarət  bir  söz  var:  EyOdƏr.  Uca  Həqiqət  İşığı

deməkdi.  Kainatda  ilk və ən  böyük  planetin  adıdı  bu,  həm  də Kainatın sahibi,

yaşı  məlum  olmuyan əbədi  Bağ  EyOdƏr  Babamızın adıdı.  Pünhanlarımız

ƏsƏrlərində Yer təbirilə, "Heydər"  yazırlar. On beşinci əsrdə Şah İsmayılın lap

uşaq  vaxtı  Məkkədən  "Heydərilər"  adıyla  casus  ordusu  dolub  içərimizə.  Ona

görə də bilməlisən  ki,  hər  "Heydəri"yəm  deyənə SafAğ  demək  olmaz.  "Biz

ayrıyıq" deyiblər onlar sonralar! "Şiə"yik - Ayrıyıq! Və başlayıblar Bağları açıq-

açığına  qırmağa.  Bağday  tarixinin ən  qara  səhifələrindən  biri  də budu.  SafAğ

Alimi Şah İsmayılın dövrəsində hakimiyyəti alıb, üstəlik "Ruma" -Ərimə, indiki

Türkiyəyə də əl uzadıblar. Sultan Səlib kəsib əllərini! Diqqətli ol!

EyOdƏr  Babamızın  Oğlunun  adı  BağBağÜndü.  "Beyin" - BağÜn  Bağı

deməkdi.

BağBağÜn Babamızın Oğlunun adı BağOddu, biz Bağ Ata deyirik.

Bağ Atamızın böyük oğlunun adı ƏlBağdı, biz Ulu Bağ deyirik.

Bəri  başdan  bilməlisən  ki,  bütün  OdƏr  ƏsÜzləri  (Yaradan  mənaları) -

"Söz"ləri Bağların Odlarıdı (Həqiqətləridi) - adlandı - rütbələridi.

"Yenşen"



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə