İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə19/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   180

______________Milli Kitabxana_______________

Tərikə - "Türk"ə,  sonra  "Rus"a  dönən  mülətindi  o  "böyük  Rus  xalqı",  ey

dünyadan xəbərsizim!

Xüsusi  dərs  keçəcəksən,  inanacaqsan  hər  şeyə.  "Rus"  nədi,  özümüzdən -

OdƏr  adımızdan  məhrum  olmuşuq.  Nəinki  OdƏr  dilindən,  vaxtı  gələndə dərk

eləyəcəksən ki, hətta o kök dildən  yaranmış "Türk" - "Azərbaycan" dilindən də

məhrum  olmuşuq.  Heyrətlənmə!  Dilimizlə birlikdə Adımızdan  da  məhrum

olmuşuq deyirəm!

"Azər"  nədi?!  Guya  od  deməkdi  bu,  "az ər",  "atəş"di  guya!..  Savadsızlıq-

ölümdü!  Bir  institut  bitiribsən,  bir  də ali  məktəb  səviyyəsində məktəb, amma

savadsızsan! Mən deyirəm "az ər", gözünü döyürsən. İndi "Rey" deyilən yerdən,

ƏrEydən  qırıb-çatıb  qovublar  bizi,  parça-parça  olan,  tarixini  unudan  savadsız

millət  hardan  bilsin  ki,  "Malenkaya  respublika"  deyil.  Nəhəng  dünyası  olub!

Vahid dili olub! Ayrı-ayrı biri-birini başa düşmüyən Türkmənə, Qazağa, Qırğıza,

Tatara,  Başqırda,  Xakasa,  Nenə-filana  dönübsən!  "Rey"də EvƏrEy  olubsan,

qovulub dünyaya səpələnib "Yevrey" olubsan!

MədəçPƏlAğ" deyib, (SafAğ İnsanın Əli - Oğlu). Yəni kim? Deyirəm: "Boq

Otes"in  yox,  insanı  insana  bağlayan  Bağ  Atanın Əli - Oğlu:  EySar!  Ey - Uca

deməkdi,  Sar - əhatə eləyən,  saran  hökmdar.  Uca  hökmdar - EySar  "İsa"  olub

Ərəbin  təhrif  dilində!  "İis+us"  olub  Qrekin  müsibətli  təhrif  dilində!  Yer

bəşəriyyətini planetlərin, yəni bütün Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ

ilk dəfə məhz Qrek dilində "Boq"a dönüb. Cahil insan deyir "Bağ olmasın, Boq

olsun, Allah olsun, nə fərqi var?!" Bədbəxt hardan bilsin ki, OdƏr dilində "Bağ"

kəlməsini  unudandaca həqiqətdən  məhrum olur  insan! Beyindən, daha doğrusu,

BağÜndən,  yəni  Bağ əcdadlarımızın planetlerdən  gələn  Ünündən - səsindən

məhrum  olur...  Bəli,  Ün  eşidəndi  insan!  Milyon  kilometrlərlə məsafədən  Ün

eşidəndi insan!

Heyrətlənmə!

Mən ƏrÜz - "Rus"  deyəndə EvƏrEy - "Yevrey"  deyəndə dəhşətə gəldin,

gördüm, əmma  izah  eləmədim.  Çünki  vətəndən  tərikliyimiz -"Türk"lüyümüz,

"Rus'Muğumuz, "Yevrey"liyimiz yəni kökdən, OdƏr dilindən azan dillər barədə

Sultan özü danışacaq sənə. Diksinmə. Görüşməlisən əminlə! Onun özündan dərs

almalısan! Mən ancaq bəzi vacib şeyləri deyirəm. Müxtəsərcə bil hələlik ki, Ər -

İşıq deməkdi, Üz - məna deməkdi. ƏrÜz - məna işığı deməkdi. Nə mənadı belə?

Qulaq as.



______________Milli Kitabxana_______________

ƏrÜzdən  azma  "ruz"  sözü  də var.  "Nov  ruz"  Fars  sözüdümü?  Bəli!  İndi

belədi.  "Araz"ın  o  tayında,  bu  tayında  hamımız  "Novruz"  bayramı  eləyirik.

Əmma bilən yoxdu ki, Farsın dilindəki "Novruz" OdƏrcə -"Tərik"cə - "Türk"cə

ÜnEv ƏrÜz  sözündəndi.  ÜnEv  aydındı  ki,  Evin  səsi  deməkdi.  EySarın  Evinin

Ünü. ƏrÜz  də ki,  dedim,  məna  işığı  deməkdi.  ÜnEv ƏrÜz - Ün  Evinin  məna

İşığı  deməkdi.  Həmin  qədimdən  qədim  ÜnEv ƏrÜz  günü  EySarın  evindən

göndərilən  məlumatı  ayrı-ayrı  alimlər  yox,  bütün əhali  eşidərmiş.  İlk  bahardan

başlamış hansı ərazidə nə əkilməlidi, hansı ayda nə yeyilməlidi, hansı xəstəliklər

olacaq, əlacı-dərməni  nə olacaq  və sairə bu  cür  məlumat  gəldiyi  gündən

başlayaraq, Bağdayın bütün əhalisi bayram elərmiş.

Budu  ÜnEv ƏrÜz - "Novruz".  Görürsənmi  necə azıb  Fars  dili  həqiqətdən?

Başqa  dillər  də bax  belə azıb  OdƏr  dilindən.  Vahid  bəşəriyyətimiz  parça-parça

olub! Niyə?

Həqiqi  tarixə yaxın gəlmiyən  "Midiya  tarixi"  öyrədiblər  sənə o  məktəbdə.

"Midiya"  bədbəxtliyimiz  də Qrek  dilindən  gəlir. Əsli - Od-Ərcəsi  BağOdEydi

"Midiya"nın.  Dedim  Od - Kainatın energiyasıdı,  OdƏrcə Həqiqət  deməkdi,  Ey,

bayaq  dedim,  Uca  deməkdi;  BağOdEy -Uca  Həqiqət  Bağı  deməkdi.  "Tərik" -

"Türk"  dilində Bağday  demişik.  Bağın  və ya  Bağların  "day  durduğu" - ayağa

qalxdığı  yer,  məkan!  Bax  belə vətənin  olub,  oğul.  İndi  də var  o  vətən. Əmma

ixtiyarı gedib əlimizdən!  Od - həqiqət  də gedib,  ad  da  gedib!  "Yer"də yaşayan

Ün eşidənlər də yox dərəcəsindədi.

"Azər  bay  can"  sonrakı  şeydi.  Düşmən  sözüdü:  "Az ər"  "bay",  yəni  "vay"

can. "Aytropatan" Qreqcədi, yaddı bizə, Dünyaya.

Tarix deyil bu təhrif, təhqirimiz adlar tarixi. Sonra biləcəksən.

Vətəni qaytarmaqdan ötrü vətənin həqiqətini bilməlisən, oğul. Bilməlisən ki,

ƏrÜz - məna İşığı Bağlarımızın Üzünün - mənasının işığıdı. "Araz", "Rus", "ruz"

isə ilahi məna işığından məhrum təhrif sözlərdən ibarətdi.

OdƏr  dilindən,  OdƏr  bəşəriyyətindən  ayrılma  xəstəliyinin  tarixi,  elmi  izahı

xüsusi elmdi. "Yer" adlanan bu EyƏr - Uca İşıq planetinin ən böyük dərdi ayrılıq

dərdidi, oğul. Əsli - OdƏrcəsi ÜnƏs (Yaradan Ün) olan "ins"anın bu böyük dərdi

barədə də əmin  danışacaq  sənə.  Ayrılığın  səbəbi  çoxdu.  Hələlik  bunu  bil  ki,

"ins"anın

özünü  tanımamağı,  özündən  ayrılması,  BağÜnünün  "beyin"ə

çevrilməsi  nəticəsində hissiyat  şüuru  üstələyib,  hissiyat əsiri  insan  isə belə

çəyirtkə təki artıb, Bağday




______________Milli Kitabxana_______________

ərazisindən  uzaqlaşıb,  ya  quru  səhraya,  ya  dəniz  sahilinə,  ya  da  dağa-dərəyə

qapanıb, həm bədəncə, ağız-burun, dil-dodaqca, həm də şüurca daha da dəyişib;

yalnız  müvəqqəti  yaşamaqdan  ötrü  yaradılan  təhrif ərazilərdə sözü,  mənanı  elə

təhrif  tələffüz  eləyib,  daha əslinə qayıda,  yaxınlaşa  da  bilməyib.  Nenin  üzünə

bax, Hindin üzünə, Çinin üzünə, Qazağın, Rusun üzünə bax, öz üzünə bax! Gör

ərazinin  ab-havası  nə kökə salır  insanı. Ev ƏrEy  (Uca İşıq  Evi)  hara,  Yevrey

hara?!  EvƏrƏs  sözü  "Pərəsu"ya  "Pers"ə,  "Pars"a,  "Fars"a,  yəni  tam  mənasız

"sözə"  dönüb.  Halbuki  fars  da  bizdən  olub  vaxtilə.  Və ya.  Gur  (Güclü)  SafAğ

İnsan  mənasında  olan  GurAğ - "Qrek"ə, ƏrEv  tamam  təhrif  "Ərəb"ə dönüb!

EvƏrÜn - "Fər"  Ünə - "Faraon"a  dönüb!..  Yenə deyirəm,  kütlələr  məcburən

təhrif ərazilərə düşdükcə üzləri  dəyişdiyi  kimi,  dodaq,  diş,  damaq  da  dəyişib.

"Dillər" Bağdaydan uzaqlaşdıqca dediyim kimi, hissiyat gücləndikcə "beyinlərdə

vəhşi ehtiras"lar hakim olub, Əs - ya-rat, yaradan mənası verir. ÜnƏs - Yaradan

Ündü.  "Beyni"  ehtiraslarla  tutulan  ÜnƏs  bir  daha  OdƏr - həqiqət  işığı  ola

bilərmi?!  "İns"anı  ÜnƏsə qaytarmaqdan  ötrü  Eylik - Ucalıq  tələb  edən

OdƏrlərimizə,  Bağlarımıza  qarşı  hücumlar  başlanıb,  nə başlanıb!  Müharibə,

basqın, qrrğın!

Həqiqətimizin  üstündə "İns"  adında  İlan  qıvrılıb,  oğul!  BağƏsƏr  (Yaradan

İşıq Bağı) ikən "bəşər"ə dönmüş İlanın zəhəri okeandı! Başqa ünvanı, başqa adı

da var İlanın. Onu da Sultan tanıtdıracaq sənə...

Səməd  hiss  etdi  ki,  bu heyrətli,  sehrli  nitqi  bir  az  da  dinləsə,  baş  vermiş

bədbəxtliyin səbəbləri barədə nə isə aydın bir söz-xəbər eşitməsə, daha dözməyib

kobudluq eliyəcək.

Və elədi. Səbrsiz, sərt hərəkətlə əlini qocanın ağzına basıb:

- Bəsdi! - dedi. - Atamın ölümündən betərdi bu iş! Necə olub axı bu?! Sultan

Əmirli günahsızdısa, niyə danışmırsan ki, "günahsızdı" deyənlərin bildiyini mən

də bilim, mən də deyim günahsızdı!

Abı qolyanmı, tütün kisəsini çıxara-çıxara başını buladı.

- O barədə aydın bir söz deyəmmiyəcəm  mən. Əmiyin özündən də gözləmə

heç.  O  günüqara  gözəldən  də...  Düzünü  heç  bu  "günahsızdı"  deyənlər  də

bilmirlər, həqiqətən günahsız bədbəxtlər özləri də bilmirlər.

- Nə?! - Səməd  necə axmaqcasına, əməlli-başlı  dəli  kimi  şaqqıldayıb

güldüyünə özü  də təəccübləndi. - A  kişi!  Nə danışırsan?!  Necə yəni  "özləri  də

bilmirlər?!"

Abı qəlyanı alışdırıb, gözlərinin açıq maviliyində od közərə-közərə, boğazını

Səmədə doğru uzadıb səsini endirdi:



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə