İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə22/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   180

______________Milli Kitabxana_______________

Məsələn, ƏsƏlMən sözü (Mənim Yaradan Əlim - Oğlum). Əlliminillik irəli

sananan  tarixin  birinci  ilindən  başlıyaraq,  geri  sananan əlli-minillik  tarix

müddətində və bu  son  Yeni  tarixin  min  doqquz  yüz əlli  dörd  ili  müddətində

ƏsƏlMon Odu - adı Ulu Bağın ilk və əbədi rütbəsidi.

Altı  qitəli  EyƏr - "Yer"  planetinin  bütün  qitələrinin  sahibi  Bağ  Atanın

ƏsƏlMəni - Yaradan Əli - Oğlu Ulu Bağdı.

Təhrif  dil  "Solomon"a  döndərib ƏsƏlMəni.  Sonra  "Süleyman"a  döndərib.

Mənasız  sözlərdən  başqa  bir  şey  deyil  "Solomon",  "Süleyman";  "Bibliya"nın

milyon-milyon  nüsxələrində bütün  planetə yayılıb.  İlanın  "sözü" - mənası -

"elmi"  Elmimizin  Yaradan  mənasını - Əs-Üzünü - sözünü  öldürüb!  Hiss

elədinmi, duydunmu faciəmizi?!

Mücərrəd  "Midiyskiy  tsar",  "Boq  Midii"  yazır  İlan  və bu  "tsar"ın,  "Boq"un

hətta  təhrif  adlarını - "Solomon"u,  "Süleyman"ı  da  gizlədir  ki,  "Süleyman

padşahın xəzinəsi" - Elmi,  Bağdayda  Bağ  nəsli,  OdƏr  xalqı,  Kainatın  OdƏr

bəşəriyyəti həmişəlik "batin" - gizlin qalıb, nəhayət, "batil" - yox olsun.

Budu EvƏrEy OdƏrlərinin kütləvi qırğınlarının sirri!

"Qrek"in  "od"  mənasında  işlənmiş  "ki"  kəlməsini  Rim  senatının  xüsusi

qərarilə yeridiblər  OdƏr  dilinə,  "Tərik" - "Türk"  dilinə.  Sonralar  Vizantiya  da

davam etdirib bu dəyişdirmək - həqiqəti öldürmək siyasətini. "Qrek"in, "Latın"ın

gah açıq, gah da gizlin müttəfiqləri "Fars", "Ərəb" də davam etdirib təhrif sözlə

məna  öldürmək  siyasətini.  İndi  isə "Böyük  qardaşımız" - "Rus"  xalqı  davam

etdirir.  Hünərin  var  "Bakı" əvəzinə həqiqi  adını - BağOd  də,  yoxa  çıxarsan!

"Quba",  "Kuba" əvə-zinə OdBağ  desən,  "Bağdad" əvəzinə BağOd  desən  və ya

"Ərəb"cə "Mək  kə" əvəzinə BağOd  desən,  Sibir  bu  yanında  qalar!  OdƏr  çayı

əvəzində "Ki Ər" - "Kür"  deməlisən!.  GurOd əvəzində "qurd"  (canavar)  və ya

"Kird",  "kürd",  GurOdMən əvəzində "Kirdman"  deməlisən!  Ey  OdÜnƏs

əvəzində "Ki Ün Əs" və ya indi deyildiyi kimi, "Günəş" deməlisən!

Ey  OdÜnƏsi - Uca  Həqiqətin  Yaradan  Ününü  unudub  "Günəş"  deyən

"Türk"ün faciəsini hiss eləyirsənmi, duyursanmı?!

OdÜnƏs əvəzinə "dəniz"  deməlisən! Əks  halda  başıyın üstündə "Domokl

qılıncı" peyda olar!

Sultandan  sonra  çoxlu  Pünhan  gizlin  Muğannalarla  görüşəcəksən.  İşıq

gəmilərində uçan əbədi  Bağ  nəsli  ikən  ölümlü  insanlara  çevrilib  müxtəlif

yerlərdə gizlənən "Muğ" - Bağlarımızı, "Aşıq" - ƏsAğları-



______________Milli Kitabxana_______________

mızı  tanıtdıracaqlar  sənə.  "Əlhəmik" - Vahid Əlik  biz,  yəni ƏlAğımız -

"Allah"ımız birdi sənnən" deyəcəklər. "Sələm əleyküm" əvəzinə "ƏsƏlim ƏlEy"

deyirlər. Yəni, "Yaradan Əlim Uca Əldir!" Cavab verirlər: "ƏlEyƏsƏlim". Yəni,

"Uca Əl  Yaradan  Əlimdir..."  Vaxtı  çatanda  çox  adam  açılışacaq  sənə.  Hərəsi

Elmimizin  bir  guşəsini  işıqlandırıb  yeni-yeni  həqiqətlər  açacaq.  Elmi

mənimsəyib,  bütün  varlığınla  inanacaqsan  ki,  Yeni  tarixin  qırxıncı  ilindən

"Qalaktika"mızın - QalAğımızın  "Allah"ı - ƏlAğı  (SafAğ  İnsan Əli)  olan

EySanmızın  ("İ  sa"nın,  İiS+usun) Əlisən!  Bəli,  oğul!  Budu  sənin  sevgin,  ailən,

oğul-uşağın, qohum-əqrəban: Əl! Bütün OdƏr bəşəriyyəti Vahid Əldir, "Lailahə-

illəllah" ola bilməz!

EySar özündən böyük qardaşı EvƏrim Sar ÜnAğın ("Avrama" döndərilənin)

Əlidi;

EvƏrim  özündən  böyük  qardaşı  EySar  ÜnEvin  ("İsay"a,  "Noy"a,  "Nuh"a



döndərilənin) Əlidi;

EySar  ÜnEv  özündən  böyük  qardaşı  Ulu  Bağ ƏsƏlMənin Əlidi;  "Din"

yalançıdı; EySar ÜnEv - "Nuh" nə ilk peyğəmbərdi, nə də ilk oğul.

Ulu Bağ, Bağ Atamızın Əlidi;

BağBağÜn  Babamız  isə EyOdƏr  Babamızın Əlidil Bu  ilkməlumatı  alanlara

bunu  da  deyirlər  ki,  təhrif  dillərdə "Peyğəmbər"ə,  "Peyğünbər"ə döndərilən

BağÜn  EvƏrEy  "Məhəmməd" - "Mühəmməd" -"Muhamməd"in  Odu - adı -

rütbəsi BağHəmOddu (Vahid Həqiqət Bağıdı).

"İmam" Əlinin Odu - adı - rütbəsi EyMən Əlidi (Mənim Uca Əlim).

BağHəmOda - "Məhəmməd"ə qədim "GurÜn" verilib, GurÜn! Yəni, "Quran"

uzaq, - "Türk"cə,  OdƏrcəsi.  O  kitab  bir  müddət  "Məkkə"də bağlı  seyfdə

saxlanılıb; maraqlananlara deyiblər: "Bu alimlər üçündü, adi bəndələrə verilmir".

Belə çıxır  ki,  iki  "Quran"  var?  Xeyr,  oğul!  "GurÜn"  var  və "GurÜn"ün

əfsanələşdirilmiş, iyrənc tərcüməsi "Quran" var.

Əslini  EySar  verib  BağHəmOda.  "Allah" - ƏlAğ  EySar  ("İsa";  "İis+us").

Bilməlisən  ki, ƏlAğ  EySar  cəmi  OdƏr  bəşəriyyətin - cəmi  Kainatın yox,  tək

bizim "Kalaktika"mızın QalAğımızın "Allahı" -ƏlAğıdı. Hər QalAğın öz ƏlAğı

var. Hər ƏlAğın yanında öz SimOd məclisi var.

"İslam" yoxdu, ƏsƏlim var, oğul. ƏsƏlim - Yaradan Əlim!

Gör indi, necə gizlədilib həqiqətimiz, dünyamız, bəşəriyyətimiz!




______________Milli Kitabxana_______________

İndi  gedə bilərsən.  Xançalı yox,  çamadanını  götür,  get Əmirli  mülkünə.

Çürüknən  orda  qalırıq  indi  biz.  Get  sakitləş,  yat  dincəl.  Sonra  Sultannan

görüşəcəksən!..

Səməd duruxdu: "Sultannan görüşəcəksən! Mümkündümü?!" Yenə də beyni

qıjıldaya-qıjıldaya, gözləri tutula-tutula, hara getdiyini, necə getdiyini bilmədi.

5

Qapını Hənifə arvad açdı.



Həyətdəki  alçaq  çardağın  arxasında  təkotaqlı çiy  kərpic  evdə tavanın

ortasından  sallanan  yeddilik  lampanın

1

alovu  qapının  yelindən  uzanıb-



yaymalanıb,  hisli  şüşəni  daha  da  hisləndirdi,  arvad  saçları  dağılıb  gözlərinin

üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

- Xeyir  ola...  Gəl  gör  bu  kimdi  belə,  a  kişi, - deyib  içəridən ərini  çağırdı,

tanıyanda isə, əllərini üzünə basdı, - Allah, mənə ölüm ver!

Əlləzoğlu otağın yarısını tutmuş nəhəng taxtın üstündə böyrünü cecimə verib,

mütəkkəyə dirsəklənib  yatırdı.  Arvadının çığırtısına  quş  yuxusundan  bir  göz

qırpımında  ayılıb,  quş  cəldliyi  ilə yerə atıldı,  səhərdən  axşama  qədər  yollarda

arabaların,  atların,  mal-qaranın qaldırdığı  toz-torpaqdan  keçəyə dönən  çal  tüklü

sinəsini qaşıya-qaşıya, gözlərini qıyıb, qonağa diqqət yetirdi və bir əli sinəsində,

o biri əli qəlyanın zorba başında, donub qaldı.

Kandarın  bir  tərəfində Gülgəzin  ata-anası,  o  biri  tərəfində Gülgəzin  istəklisi

dayanmışdı.  Nə qədər  ki  Gülgəz  aralıqda  idi,  bu  kandar  görünməzdi. Gülgəz

aralıqdan getmişdi, kandar əvəzində sədd əmələ gəlmişdi, odur ki, nə bu yandan

ayaq atan vardı, nə də o yandan.

Səməd özü də məəttəl qalmışdı ki, bu evə nə üçün gəlib? Necə gəldiyini də

doğru-dürüst  bilmirdi.  Yadında  qalan  bu  idi  ki,  meşə çox  qaranlıqdı,  lap

uşaqlıqdan  hər  qarışına  bələd  olduğu  Kəsəyolla  yerisə də,  tez-tez  ağaca

toxunurdu, üz-gözünə şax-budaq çırpılırdı, üstəlik, əlində nə isə tez-tez kol-kosa,

kötüyə-zada ilişirdi, əsəblərini daha da tarıma çəkib lap cana doydururdu. Əmma

heç  nəyə diqqət  yetirmədiyi  kimi, əlindəki  şeyə də diqqət  yetirmirdi.  Yalnız

seyrəkliyə çıxıb, göydə ulduz,

Neftlə yanan çırağın (lampanın) ən xırdası.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə