İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə24/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   180

______________Milli Kitabxana_______________

dedi mənə, nə də Xeyrə arvad... nə də Xızr Abı!.. Mən bilməliyəm!.. Soruşuram

necə olub bu iş?! Niyə dillənmirsiniz?!

Nə Hənifə arvaddan səs çıxırdı, nə də arxasında büzüşmüş Əlləz-oğlundan.

Onların əvəzində gözlənilməz bir səs:

- Sənə deyilmədimi ki, heç kəs heç nə bilmir! - deyəndə Səməd diksindi, geri

dönüb yenə də Abım gördü.

Hündür, qara çəpərin darvazasında Sultanın boz "Pobeda"sı dayanmışdı. Gur

işıqlı  faraların  qabağından  bəriyə doğru  şofer  quşburun  Müslümün  nazik,  uzun

kölgəsi  uzanmışdı.  Səməd  maşının açıq  qapısı  arxasında,  oturacaqdakı  adamın

qaraltısına baxıb, bir də diksinən  kimi oldu. Sultan?! Yox, əmisi deyildi, Çürük

Aşıqdı, köynəkli sazmı qucağında tutub bu yana boylanırdı.

- Gəl, min gedək! Qapılara düşməyini məsləhət görmür səni böyüdən adam! -

Abı əlini  Səmədin  biləyinə atıb,  elə bil  hətta  zorla  aparmaq istədi. Əmma  gözü

Səmədin  gözünə sataşanda  birdən-birə süstləşib köksünü  ötürdü. - Belə baxma

mənə,  gözümün  işığı!  İnan,  inan,  inan  ki, heç  kəsdən  heç  nə eşitmiyəcəksən.

İstəyirsən  keç  içəri,  otur.  Bir  yana baxanda  elə yaxşı  olar  oturasan  söhbət

eliyəsən  bir  az.  Qırx  yeddinci ilin  iyununda  ikilliyə qəbul  imtahanına  gedəndə

ayrılmısan  sən  o  vaxt "A  qaynənə!  A  qaynata!" - dediyin  bu  gözəlçələrdən.

Dünyanın məndən zəhləsi gedir, mənim də bunlardan. Açığını deyirəm, elə o "A

qaynata!" - dediyin vaxtlardan mən istəmirdim qaynatan, qaynənən olsun bunlar.

Qırx  yeddinin  iyunundan  bəri  dərd içində,  yas  içində keçib  illərin,  nə qızla

əməlli-başlı ünsiyyətdə olubsan,  nə də bunlarla.  "Nə var, nə yox?  Dolanmanız-

zadınız  nə təhərdi?"  vəssalam!  İndi  otur  bu  evdə, indi  danış  bunlarla!  Tutmaz,

oğul!  Kolxoz  qurulanda  qardaşları  güllələndi,  sürüləri,  naxırları alındı,  Sovetin

yalaq itinə döndü bu Məmiş. Yalını verirlər, kimin üstünə qısqırdırlar, ona hürür!

İnan mənə, adamlıqdan çıxıb ikisi də!

Açıqdı  mənim  aram  bu  Göbələknən.  Üzünə deyirəm:  "Yal  içənsən,

materialbaz,  böhtançısan,  Məmiş!"  Deyir:  "Görmüşük,  elm-savad  insanı insan

eliyər, əmbə səni  tərsinə,  qudurdub,  ay  Abı,  hey  elə harf  eləyirsən  tutursan

adamı.  Bilmək  də olmur,  azarın  nədi,  a  dərdin  alım,  niyə qapırsan!.."  Deyhəm:

"Mənə baxıb  sən  də qəlyan  almısan  ağzına.  Olmazdımı  vaxtında  sözümə

baxaydın,  tək-tənha  qalıb  rəzilləşəndə gəlib  yanımızda  balabançıdan,  dəfçidən-

zaddan olaydın. Əyri yola




______________Milli Kitabxana_______________

getməzdin,  çalınan,  oxunanlardan  başına  da  bir  şey  qoyardın!"  Gülür  heyvan,

deyir:  "Çürüknən  işiniz-peşəniz  pul  yığmaqdı  toylarda.  Başımda  nə işin  var,

xeyir vermək istəyirsənsə, cibiməcə bir şey qoy!" Zarafat eləyir guya, hırıldayır.

Əslində,  bir  ilan  da  budu  elə.  Yazıq  Çürüyü  də,  məni  də dilə-ağıza  salıb:

"Hərəsinin  yüz  yaşı  var. Əmbə pul  yığmaqdan  doymurlar,  aparıb  şəhər

balnisasında  sestraların ətəklərinə tökürlər,  masaj  elətdirirlər  ora-buralarını,

cavanlaşdırırlar  özlərini!.."  Eşidirsən?  Boş-boşuna  danışmıram  bu  Göbələyin

barəsində.  Bir  ilan  da  budu  dedim.  Tək  deyil.  Yüzdü,  mindi  bu!  Burda -

Qonaqlıda,  Tahirlidə,  Qurbanlıda,  o  yanda - Qazağın kəndlərində Göbələk

Məmişin  papağı  qaralar-qaralmaz,  dörd-dövrəsi  dolur  heyvanatla.  Pıçha-pıç,

pıçha-pıç!  Ötən  illərdə İrəvan,  DərəƏləyəz,  Göyçə,  Vedi  tərəflərdən  nə qədər

insan seli qovulub, çoxu qırılıb, qalanı qaçır isti, susuz yerlərdən, çalışırlar bizə

sığınsınlar. Əmma  bax  bu,  "dərdin  alım,  dərdin  alım"  deyə-deyə,  astaca-astaca

sürünür  NKVD  Gülənovun,  prokuror  Sayılovun,  RİK  Atamalının  ara-

bərələrində, ordan gedir, dediyim kimi, pıçha-pıç: "Göyçədən sürülənlərin hamısı

köhnə EvƏrEy  Odəridi.  Çoxunun  adı  da  üstündədi: ƏlƏs,  EvƏlƏs,  Ələsgər,

ElƏsƏl - "Veysəl",  BağSim - "MakSim",  Bağı,  Ağı..." - bir  sicilləmə siyahı

verib,  hamısı  Sibirin  lap  qatı  yerinə sürülüb,  məktub  var,  qışdan  yaza

çıxammayıb  qırılıb  hamısı!  Qatildi  bu  "qaynata"  dediyin  murdar!.. Əlli  birinci

ildə Başkeçiddən  sürülənlərimiz  barədə də yazıb:  "Vəh  deyil  bu  adam,  EvƏldi,

Kərim deyil OdƏrimdi, Zal deyil, ƏsƏldi..." Yer verməyin kənddə-kəsəkdə, kök

salmasınlar!" - və sairə və ilaxirə. Bax, belə ilandı bu Göbələk. Soruş: "Dəmiryol

vağzalının poçtandan maaş  alırsan  yetmiş  manat  hər  ay,  hardan  gəlir  o  pul?"

"Bilmirəm, - deyir, - kimsə,  uzaq  qohumlarımdandı".  Çax-çux  göndərir  öz

cibindən!  Kim  oldu  indi  bu  "A  qayınata?!"  Niyə gəlmisən  bu  Xudiyev  itinin

qapısına?!

Abmın  aramsız  səsindən  beyninə əlavə qıjıltı düşsə də,  Səməd  deyilənin

hamısını  eşidə-eşidə keçib  otağın  döründə - yuxarı  başında,  yorğun-üzgün,

taburetkaya – kətilə çökmüşdü.  Abı  qəlyanına  tütün  basa-basa,  sarı  samanları

işıldaşan boz divar boyunca o yan-bu yana narahat gəzinir, usanmadan deyinirdi:

- Göyçənin beş kəndlərindən biri bizim AğBizən kəndidi. Ulu Babamz Musa

ağa tikdirib orda ilk evi. Bir baş kəndimiz də Qazağdan bəridə Padşahlıqdı, onu

da  Musa  ağa  tikdirib  oğullarına,  özü  qaçıb  qaçaqların  arasında  Comərd  adıyla

yaşayıb. Ən  gizli şeylərdi  bunlar, əmma  bu  da  KQB-dədi.  Kim  yazıb?  Bax  bu

yaramaz Göbələk!..




______________Milli Kitabxana_______________

Əlləzoğlu  lampanın  altında-ortalıqda  dodaqlarını  dodaqlarına  yapışdırıb

quruyub qalmışdılar.

Səməd  Hənifə arvadm  "qaynar  bulaq  gözlərində"  vahimə ilə birgə Gülgəzin

gözlərindəki vahiməni də gördü. Əgər Hənifə arvadın kirpikləri bir az tozlu kimi

boza çalmasaydı, ana ilə balanan gözləri demək olar ki, bir-birindən seçilməzdi.

Qalın buz bulağın gözünü necə tutarsa, vahimə də bu gözləri eləcə tutmuşdu.

Səməd əlini  üzünə çəkdi,  içərisindəki  burulğanda  çalxanıb-burulub,  arvadı

silkələməyə, ayıltmağa çalışdı:

- Niyə belə baxırsan mənə, Hənifə xala! Davaya gəlməmişəm mən.

Qorxmayın, söz tutsun diliniz, bir söz deyin mənə!

Axır ki, buz sındı:

- Ay  belə ağlına-dərrakənə qurban  olum  sənin!  Deyirəm  axı,  bəd niyyətnən

gəlməzsən  sən  bizim  üstümüzə.  İzin  ver,  o  ay  qabağından öpüm,  a  dərrakəli

oğul!

Abı üzünü divara tutdu:



- Öp, öp! Tfu!..

Arvad  başdan-ayağa  titrəyə-titrəyə yönəlib  Səmədin  islaq  saçlarını  qaldırıb,

hətta, ovucları ilə tərini silib "ay qabağından" yəni alnından, sonra o üzündən, bu

üzündən öpdü.

Elə öpə-öpə titrəyirdi.

- Səni həməşə öz balamız bilmişik biz. Allah şahiddi... Xızr Abı burda bizim

yazıq  kişinin  barəsində nə qədər  yaxşı-yaman  desə də, elə kişi  də çox  istiyir

səni...  Nolsun  yazıb  "Avdı  döyül,  EvOddu!", "Nağı"  döyül,  ÜnAğdı,  "İrşad"

deyil, Ərşaddı.  Göyçəynən  az-çox  gediş- gəlişi  olanın  elə hamısı  bilmirmi  ki,

mollalar qoymurlar orda adamların çoxunun adını! Məmiş yazıq yanı o qədərmi

böyük qələt eləyib?!

Hamı yazmırmı?!

Bulağın  gözü  bulanlıqdı:  "Sağ  söz" əvəzinə,  arvad  elə hey  o  yan-bu  yan

danışırdı:

- Gözümüzün nurusan, a nur, nər oğul!.. Yazıq, nakam Sura dünyadan gedən

günü bax bu döşlərimdən süd vermişəm sənə. Qıymat əlimdən almasaydı, özüm

saxlıyardım səni, özüm böyüdərdim səni.

Sonra da, allah versəydi, qapında qulun, qulluqçun olardım! Biz neyniyək ki,

arxlarda sular tərsinə axdı!..

Səməd nə vaxtsa doğma, əziz "qaynana" olan, indi isə qızmı xatırlatmaqdan

başqa bir doğmalığı qalmayan arvadın bir kəlməsini də ötür-



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə