İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə25/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   180

______________Milli Kitabxana_______________

mürdü:  arvad  eyham  vurmurdumu,  demək  istəmirdimi  ki,  bu  bədbəxtlikdə

günahsızıq  biz?  Necə günahsız  ola  bilərdilər?  Gülgəz  ata-anasından  gizlinmi

aparılmışdı?!

Əlləzoğlu da, nəhayət, dirçəlib, səsini arvadının səsinə qatdı:

- Xoş gəlibsən, dərdin alıb. Öz evinə gəlibsən... Deyirdim bizi yad eləməzsən

daha.  Bu  çərxi-fələyin  necə fırlandığını,  vallah,  fələyin  özü də bilmir  heç.  Odu

ki,  adamı  elədən  elə tullayır  bu  çərx,  belədən-belə tullayır,  axşam  yatırsan,

bilmirsən  sabah  nə gələcək  başına...  Bu  Abı qocaldıqca  itirir ağlını.  Sən  fikir

vermə bunun  çərən-pərəninə,  dərdin alım.  Deyirəm  "Abı"sanmı  sən,  ay

AdıPünhan?!  Sabah-biri  gün  Şura

hökuməti  sənin  özüyün  də

çarəni

qılmıyacaqmı?!  Mənim  özümə



demiyəcəkmi  naxır,  sürü  sahibi

Ələs


uşağındansan, Əlləzoğlu  deyilsən!.. Allahın  yolundan  çıxıb  bu  Abı,  xəlvəti

bədəməl  işlərnən  məşğuldu. Sizin  nəslə qohumluğu  çatır  bu  bayquş  gözlünün,

odu  ki,  dərdin  aldığım əminə də badalaq  qururlar  bu  Xızrın  bədəməlliyindən

xoşu gəlmiyənlər. Bu milləti istəmiyənlər deyilənə görə, peyğəmbərdən çox-çox

əvvəllər də varıymış. Mən bədbəxtin nəyinə gərəkdi Erməninin, Rusun dediyini

deyim?!  Rus  deyilmi  məni  belə rəzil  eliyən?!  Bu  Xızrın  özü  də milləti

çaxnaşdıran,  ayrılıq  salan,  a  dərdin  alım!  Vallah-billah,  bizim  bədbəxt

balamıznan Sultanın başına  nə gəldisə, o da bax bu Xızrdandı! Bu rahat otursa,

inan  bizi  də incitməzlər  ordan-burdan,  a  dərdin  alım!..  Adı  molla, özü  şeytan

düşüb ortalığa!.. Novruz bayramında gecələr tonqalların qıraqlarında uşaq-muşaq

da  bunun  sözünü  deyir:  "Novruz"  deyil,  ÜnEv ƏrÜzdü. Qurban  bayramı  da:

"İsmeyil  qurbanı"  deyil, ƏsEvƏli,  yəni özünü  öldürmək  istəyirmiş  "İbrahim" -

EvƏrim peyğəmbər!.. Dünyamız özü dəyişir nədi, dərdin alım, düz iş yoxdu!

Səməd  bunun  da  hər  kəlməsinə diqqət  yetirirdi:  bu  da  eyham  vurmurdumu,

demək  istəmirdimi  ki,  bəla  kənardan  gəlmişdi?  Məhz  necə olmuşdu?  Abı  niyə

elə əsəbi gəzinirdi? Bircə balanın dalınca maşın gətirməkdə fikri-məqsədi nə idi?

Çürük Aşıq da maşında idisə, o da ağ binaya getməli idisə, demək Sultan Bircə

balası üçün hətta saz, söz də hazırlamışdı?!

Əlləzoğlunun cır, quru-sərt səsi indi əsəbilik törədirdi:

- ...Açığı, gözləmirdim qapımızı açasan. Xoş gəlibsən, dərdin alım.

Bu  üst-başını  harda  bu  kökə salıbsan?  Şalvarın  cırılıb.  Sudüşəndən  kəsəsinə

gəlibsən nədi, balağların batıb. Corabların da su içindədi... Yamaqlı paltar geyən

yoxdu daha, dərdin alım, yoxsa deyərdim şalvarını



______________Milli Kitabxana_______________

yamasın  Hənifə xalan. Əli  qızıldı  Hənifə xalayın.  Axır  vaxtlar  arvaddı  məni

dolandıran.  O  yetmiş  manatın  sirri  var:  mənim  adıma  gəlir,  ayrısı  alır,  dərdin

alım.  Rəhmətlik  Mədəddən  sonra  xeyir-bərəkət  yoxdu  kənddə.  Gündə bir  sədr

qoyurlar, hər sədr də bir hoqqa çıxardır. Qılınc Qurban da elə o köhnəcə qılıncdı,

gah yerimizi ölçür, deyir artıqdı, kəsir, gah heyvanı sanayır, bircə baş şaqqıldaqlı

toğlunu da qoymur normadan artıq qalsın bu həyətdə,

1

qonaq-qonaça gələndə bir



toğlu boğazı qanadaq, özümüz də bir tikə dadaq. Hərdən prakror Sayılovun ayağı

dəyərdə bizim qapıya, uzaq qohumumdu, ondan bir az çəkinərdi Qılınc Qurban.

Sayılov ayağını qapımızdan kəsəli, genə ley

2

təki cumur üstümə Qılınc Qurban:



"Lüt  Cəfəri  cana  doydurubsan.  Rayondan  böyük-böyük  adamları qonaq

çağırırsan,  kabab  verirsən,  iş  düzəldirsən,  Lütün  xirtdəyindən  yapışırsan  ki,

xərcim çıxıb böyüklərə, bu kağıza qol çək". Nolar, a bala?! Mənim ağ sürülərimi

udan  kolxozdan  bir  toğlu  alsam,  dağılar  kolxoz?!  Deyirəm,  eşit,  yeri  düşəndə

qamaşdır o Qurbanı. Beləydimi Mədədin vaxtında? Yox, yox. Ayrı əyyamıydı o

əyyam, dərdin alım. Əmək gününə kolxoz özü verirdi ətliyi. Toğlu nədi, həftədə,

yarım  ayda  bir əmlik  kəsərdi  qonağının  ayağının  altında  bu  suyumsuz  Göbələk

Məmiş.  İndi  Hənifə xalayın əriştəsinədi  umudum.  Olanda əvəliknən,  pencərnən

deyişirik dişimizi, olmuyanda elə ərişdədi ki, ərişdədi...

Məlum oldu ki, Əlləzoğlu qonaqlarına toğlu-filan kəsmək niyyətində deyildi.

Abının  aramsız  ayaq  səsləri  də bir  tərəfdən əsəbiləşdirirdi.  Üstəlik,  Hənifə

arvad  gah  içəridə,  gah  da  eşikdə,  ocağın,  qazanın böyür-başında  yüyürüb-

yıxılırdı.

Əlləzoğlu isə, Abının arada dediyi kimi, "yaman xoda düşmüşdü":

- Məktəbini  qurtardınmı,

dərdin  alım?  Bakıya  qayıdacaqsan,  yoxsa

qalacaqsan?  Şəhərdə yaşamaq  ayrı  şeydi... - Fındıq  burnunun  xırdaca,  zərif

pərələri  tir-tir əsirdi.  Cücən  gözlərin  kirpiksiz  qapaqları  vur-hay  tərpənirdi.

Dırnaqları qaralan,  gödək-gödək,  yoğun-yoğun,  qabarlı  barmaqlar  vur-hay

qəlyanı  doldururdu.  Səməd  bunun  hamısını  görürdü.  Daha  doğrusu,  diqqət

yetirirdi və elə bil hər şeyi birinci dəfə görürdü.

Kəmərindən  asılı  kisədən  tütünü  çimdik-çimdik  çıxarıb,  barmaqlarının

ucunda didə-didə, əzə-əzə, uzun həngamədən sonra qəlyanı

Kolxozçunun həyətyanı sahəsində "artıq torpaq", "normadan artıq heyvan"zorla alınırdı.



Ley - kiçik qartal cinsi.


______________Milli Kitabxana_______________

doldurub,  nəhayət,  alışdırmaq  lazım gələndə,  kibrit əvəzinə, Əlləzoğlu  evinin

suvaqsız divarından bir saman çöpü qopartdı. İndicə taxtın küncünə çıxıb, ordan

əlini uzadıb, quru saman çöpünü lampadan alışdırıb qəlyanda tənbəkinin üstünə

qoyacaqdı.  Hələ "başı  qızıl əsgər  papaqlı"  vaxtlarından  ta  bu  son  illərə qədər

Səməd Əlləzoğlunun  bu  hərəkətini  min-milyon  dəfə görmüşdü.  Yadında  idi  ki,

bu  hərəkətə hamı  gülərdi,  o  cümlədən,  Abı  da  gülərdi:  "Göbələk  Məmişdi  də.

Göbələkdən nə əhliyyət umursunuz?" - deyərdi. Tək bir nəfər - "Göy" gülməzdi.

"Bəsdi, a kişi, bəsdi. Belə şeylər eləmə! Ucuzlaşdırma özünü!" - deyərdi. "Mən

sənin hörmətini qoruyuram cəmaatın arasında, sən güldürürsən özünə cəmaatı!" -

deyərdi  və o  vaxtlar  burda - kənddə dükanda  işləyən  Qayım  Qudalıdan  kibriti

yeşiklə alıb gətirərdi ki, "Qayınata" bir də saman çöpünə əl uzatmasın, saqqalının

çallaşan vaxtında uşaq kimi taxta dırmanmasın. Belə şeylər o qədər olmuşdu ki,

kənddə hətta  zərbi-məsəl əmələ gəlmişdi;  hardasa,  kim  isə xəsislik  eləyəndə və

ya  dünya  dolanması - güzəranlıq  üzündən  çox  qənaətcillik  eləyəndə dərhal  o

zərbi-məsəl  yada  düşərdi:  "Əlləzoğlu  təki  qəpik  qısırsan,  acından  köpük

qusursan".

Səməd diqqət yetirdi: Əlləzoğlu hamanca uşaq çevikliyi ilə taxta qalxdı, əlini

uzadıb  saman  çöpünü  lampadan  alışdırdı.  Sonrasına  Səməd  daha  baxa  bilmədi.

Qəribə idi  ki,  cırtdan  kişinin  bütün  başqa  hərəkətləri  kimi,  min-milyon  dəfə

gördüyü bu son hərəkətini də elə bil birinci dəfə görürdü.

Hörmətini,  ləyaqətini  qoruduğu  "Qayınata" əvəzinə tamam  başqa, yad-

yabançı bir adam, əldəqayırma, çılpaq stolun o tərəfində, kətildə oturub, Abıya: -

Əşi,  adamlığın olsun,  evə gəlibsən,  yanını  yerə qoy, -deyib,  onu  da  oturmağa

məcbur  eləyib,  qəlyanını tüstülədə-tüstülədə,  yenə nə isə danışırdı,  Səməd  isə

daha  bir  kəlmə də eşitmirdi.  Bayaq  Abının dilindən  eşitdiyi  "Xudiyev  iti"

sözlərindən də bir o qədər təsirlənmədiyi halda, indi Əlləzoğlunun həmişəki adi

hərəkətindən - saman  çöpü  alışdumağından  sarsıntı  duyub,  başını  köksünə

əymişdi. Müsibətin, bədbəxtliyin içində də qəlyanını saman çöpü ilə yandırmağı

unutmurdusa,  belə yüngül  sümüklə taxta  qalxıb  taxtdan  tullanırdısa,  demək,  bu

kişi  üçün  heç  bir  müsibət  yoxdu?! Əksinə,  sevinirdi?!  Sevinirdi  ki,  raykom

katibinin  qayınatası  olub?!  Qudalı  Rəhim  öz  məşhur  professor  qudası

Məhərrəmov Məhərrəm Abbasoviçə arxalandığı kimi, bu da öz şan-şöhrətli katib

göyü-kürəkəni Sultan Əmirliyə arxalanacaq, daha nə




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə