İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə18/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   180

______________Milli Kitabxana_______________

4

Qocalıqdan  kiçilmiş  sifətinin  qırışları nə qədər  qeyri-adi  idisə,  xırdaca



cüssəsinə uyuşmayan  uzun  qolları,  enli,  güclü əlləri  bir  o  qədər  heyrətli  idi.

Manqalın on  addımlığından,  qaranlıqdan  peyda  olub  kələ-kötür  barmaqlarla

Səmədin  yaxasından  yapışmağı  ilə xançalı  pencəyin  altından  çıxarıb  bağın

dərinliyinə fırlatmağı bir oldu.

- Məqsədin  nədi,  nadürüst?!.  Ağ Əmirnən  Boz Əmir  elm,  həqiqət uğrunda

qurban  getdilər!  Mədəd Əmirli  də məhz  həqiqət  uğrunda  getdi! Bu  gün-sabah

Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı "diapazonlu

qadını"  bir  tərəfinə şpik

1

qoyublar,  öz əmi- uşağınız Əziz  Mayılovu  da  o  biri



tərəfinə!  Dilindən  nə çıxar  Sultan bədbəxtimizin  elə günü  çatdırılır  Mirqəzəbə!

Bəs  necə?!  "Dovşanı  arabaynan  tutan  Şura  hökuməti"  deyiblər  buna!  Kimin

ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi

kimsən sən?!  Düş  qabağıma!  Seyidin  qapısında,  o  xəlvətdə sözümü  eşit, sonar

hansı  cəhənnəmə rədd  olursan  ol,  bir  də belə divanə sifətində görünmə

buralarda!..  Nə baxırsan  üzümə,  a  heyvərə?!  Sənin  tanıdığın  Xızr  Abı deyiləm

mən,  AdıPünhan Əlifbeyəm!  AdıPünhan Ələsgərnən  Dəli  Alıynan

2

oturub-



durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə

sənin təhsildən qayıtmağını gözləyirdim.

Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

Qəzəblə,  hiddətlə,  bir  az  da  ağsaqqal ərkilə Səmədi  itələyə-itələyə aparıb

həyətin  yan qapısından  o  yana,  qonaq  evinin  alçacıq  dəmir  dirəklər  başında

araxçınsayağı  dəmir  qalpaqlar  altında  solğun  lampalarla  işıqlanmış  həyətinə

saldı,  eynilə ağ  binanın  yançağındakı  tut  ağacı  kimi,  budaqları yanlara  süzmüş

ağacın  altına,  dəyirmi  stol  dövrəsindəki  qarğı  kreslolardan  birinə basdı,

çamadanını da böyrünə atıb:

- Qulaq as! - dedi. - Bircə kəlməmi də buraxma, huş-guşnan dinlə!

Mədədin  vəsiyyətini  eşitdiyin  vaxtdan  nə qədər  keçib?  O  qırx  altıncı  ilin

dekabrı, bu əlli dördüncü ilin avqustu.  Səkkiz  ilə yaxındı  hər dəfə səni  görəndə

içim  qaynayır.  "Elm  və eşq"  deyib  sənə Mədəd  Sultanın  tapşırığıynan,  iki

qardaşın vəsiyyətini  deyib.  Sultan  özü  sənə millətimizin,  dünyamızın taleyi

barədə çox  şey  danışammır.  O  ağ  binanın  dəlmə-deşiklərinin  hamısına  anfaq

doldurub KeQeBc. Ona görə burda

Xəbərçi.

"

Dəli Alı" - məşhur qaçaqbaşı.




______________Milli Kitabxana_______________

danışıram  sənnən.  Babanız  da  alim  olub  sizin:  Məhəmməd Əmir.  Təbrizdə

indinin özündə də çox şeyi gizlədirik Məhəmməd Əmirin barəsində. Çünki şahın

siyasilərindən  xeyli  adam  şəxsən  Stalinin  tapşırığıynan  göndərilən  casuslardı.

Yəni o tayda da tutqu gedir, qırğın gedir! Bildinmi?! Beynin boşdu sənin! Elmin

yoxdu! Lənət sənin partiya məktəbinə! Partiya tarixinə! Elmi kommunizminə!

Hoppanma! Sakit otur və dinlə!

Sultan  bir  kəhnə də danışammayıb  sənə bu  "elmi  kommunizm"  adlanan

nəzəriyyənin  təhrifliyindən.  Niyə?  KeQeBe  qorxusu  öz  yerində.  "Dəli

Səməd"sən  sən!  Hamanca  "hoppanan", ərköyün  bircə balasan.  Allahların  Elmi

barədə məlumatın  olsaydı,  "elmi  kommunizm"in  təhrifliyini  bilib  təhsil

alammazdın o  məktəbdə.  Sultan  ehtiyatlanıb  ki,  dilinə içki-zad  dəyəndə

ehtiyatını  itirib  dilindən  söz  qaçırdarsan,  Mirqəzəbin  agentlərinin  qələminə

keçərsən,  evimiz  yıxılar,  varissiz  qalarıq...  Varis  deyirəm.  Çünki  varissən  sən!

Bilmirsən!

"Allahların Elmi"  deyirəm,  bunu  da  qanmırsan!  Şeyxlərin  yox,  məhz

"Allahların!"  Hoppanma!  Qulaq  as!  Göbələk  Məmiş Əlləzoğlunun,  Hənifə

arvadın  ocağından  çıxan  gözəl  eşqilə yox,  Elm  eşqilə yaşamalısan!  Qızarıb-

bozarma!.. - AradaXeyrə arvaddan  "bir  tikə çörək,  çay"  istəyib,  "Əlli tərpən,

yoldan gəlib bu adam", - deyəndən sonra Xızr Abı kreslosunu Səmədə lap yaxın

çəkdi, iri, sallaq döş cibləri qələm, qəlyan, kibrit və sair xırda-para şeylərlə dolu

olan  tünd  yaşıl  qalın  köynəyinin  yaxasını  açıb,  uzun  günlüklü  boz  kepkasını

stolun küncünə atıb, nəfəsini dərib, birdən-birə sakitləşən, bəlağətli səslə heyrətli

sözlər yağdırdı:

- Bağday,  Bağ  OdEy  nədi?  Bağ  Ata  kimdi?  Ulu  Bağ  kimdi?  EySar  kimdi?

Bilmirsən!.. O vaxt o rəhmətliyin yazdığı kimi, OdƏr sözlərini mən də yazım bu

bloknota,  bax. Mədədin  yazdığını  elə orda  qoymusan,  stolun  üstündə,

götürmüşəm,  səkkiz  ildi  saxlayıram  bu  bloknotun  arasında.  Bunu  də götürərsən

söhbətimizin  axırında...  Təkcə bu  yazdığım  sözlərin  mənalarını  bilsən  və bu

mənalarla  bağlı  mənaları  öyrənsən,  "Yer"  adlanan  bu  planetin  bütün  tarixini

bilərsən...  Ey!  Fikrin  hardadı?!  O  evdəki  müsibəti  unutmalısan  son!  Çünki  o

deyil  müsibət,  Həqiqət  Elmi,  Kainat  Elmi,  Ağların - SafAğların SafAğ  Elmi

adlanan  Elmin  Varisinin  dünyadan  xəbərsizliyidi!  Bu  millətin  az-çox  savadlı

aşığının da  bələdliyi  var  SafAğ  Elmindən.  Bakıya  gedirəm,  Sultan  putyovka

düzəltdirir,  göndərir.  Üzümə baxandaca  bilirlər  kiməm,  sevinirlər,  parolumuzu

deyirlər: "Əmi Bağdan gələr, dayı dağdan gələr!" Nə deməkdi bu, mil-




______________Milli Kitabxana_______________

lətiyin  müstəmləkə olandan  bəri  dilindən  düşməyən,  milyonlarla  adamın bildiyi

parol  nə deyir?  "Bağ" - Bağdı.  Yazıram  oxu.  "Dağ" - OdAğdı.  Nə deməkdi

OdAğ,  ey  dili  dilim-dilim  doğranan  bədbəxt?!  Qulaq  as,  cahil!.. - Kor-kobud

barmaqlar düyünləndi, Xızrın yumruğu stolu titrətdi. - Qulaq as!

Səməd boğulurdu. Lap körpəlikdən, atasının dililə sadəcə "Abı" çağırdığı indi

'AdıPünhan ƏlifBeyə"  çevrilən  bu  qocanın belə rəftarının  səbəbsiz  olmadığını

görsə də, ağ binanın həyətindən gələn tüstü içində itkinin ağırlığından və "məhv

etmək"  qərarının icrası əvəzində bu  sirrli,  sehrli  nitq  qarşısında əsirliyindən

boğulurdu.

Çay gəldi. Bir-iki qurtum qaynar çay içib, hətta "qismət kəsdi" - bir az yuxa,

pendir yedi, diqqətini toplamağa çalışdı. Əmirlilərin "iç adamı" saydan, "Quranın

əslini  bilən",  "böyük  həriflə Alim"  kimi  tanman  bu  adam  ailəyə üz  vermiş

bədbəxtliyin səbəbi barədə danışmağı, heç olmasa, Xeyrə arvadın bayaq dediyinə

uyğun əlavə bir şey deməyi lazım bilmirdimi?!

Bloknotdan cırdığı vərəqə biri-biriridən qəribə sözlər yaza-yaza:

- Bax!  Bax!..  Fikrin  yayınmasın  bu  müqəddəsatdan! - dedi. - Sultan  özü,

şəxsən özü verəcək sənə Elmi. Sağ qalsa... Başımıza gələn müsibətlərin arasında,

belə qanıqara  vaxtımda  dərs  demək,  Elm  öyrətmək  deyil  mənim  məqsədim.

Ayıltmaqdı, Cüzi də olsa ayıltmaq!.. Partiya işçisi olmuyacaqsan. İndidən nəzərə

almalısan ki, başqa bir yolun yolçususan sən.

Dərk  eləyirsənmi  ki,  qulsan  sən?!  Vətənin  parça-parça,  Rusun,  Farsın,

Erməninin,  Gürcünün əlində müstəmləkə!  Millətini  aramsız  qırırlar!  Aramsız!

Gecələr!.Səssiz-səmirsiz,  doldururlar  maşınlara!  Yurdun  Viran  qalır!  Sən  isə

"Yaşasın Stalin!" deyirsən! Çünki korsan! Korsan!..

Bayaq  bura  gələndə itələdiyim  kimi  itələmiyəcəyik,  Təzə yolla  özün

gedəcəksən. Çünki bu  yolun lap əvvəlindən həvəs verilir insana, sonradan Eşqə

çevrilir verilən həvəs.

Diqqətli ol, gör nə deyirəm indi.

Ərəb  dilində "ilahiyyat"  elmindən,  "Tövrat"dan,  "İncil"dən,  "Quran"dan

başlayırıq  sözümüzü,  sonra  cəmi  dillərin  kökü  OdƏr  dilində əzəli-əbədi

həqiqətləri açırıq.

Rus  dilində "SSRİ  tarixi"  öyrədiblər  sənə o  məktəbdə.  Xəbərin  varım  ki,

"Rus" dili, "Rus" xalqı olmayıb tarixdə?! "Araz" dediyin ƏrÜz çayının o tay-bu

tayında OdƏrcə ƏrÜz adlanan vilayətdən tərik düşüb



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə