İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə16/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   180

______________Milli Kitabxana_______________

dişkar olub, kiməsə, nəyəsə tamaşa edəndə hökmən başını yana əyirdi. Bilmirdi

ki, indicə fənərin işığı üzünə düşəndə də eynilə təqlid çıxaran "Dəli Səməd" kimi

baxırdı  və Gülgəz  də elə bu  baxışdan  birdən-birə dəyişib,  hamanca,  ayaqları

tikanlı qızcığaz kimi, yanaqları uzunu iri-iri damlalar axıtmağa başlamışdı.

Özündən xəbərsiz Səməd indi ancaq o göz yaşlarını görürdü.

- Mən  inanmıram...  İnana  bilmirəm,  Gülgəz. Dedilər, əmim  başqasının

istəklisini gətirib... arvad eləyib özünə... Ürəyimə nəsə damdı...

Kim inanar belə şeyə?!

Bu sözləri ürəyindəmi deyirdi, dilindənmi? Nə fərqi vardı? Nə dediyini və nə

üçün  dediyini  Səməd  özü  bir  o  qədər  anlamadığı  kimi,  Gülgəz  də bir  şey

anlayana oxşamırdı, yəqin buna görə də Səməd ondan heç nə soruşmurdu, izahat

tələb eləmirdi.

Seyid kişi duruxa-duruxa, addım-addım gəlib dayandı. Bu evdə, bu ailədə baş

verən hadisə lap ilk gündən ona məlum idi. "Başqasının istəklisi"ni məhz kimin

istəklisi olduğunu Seyid kişi yaxşı bilirdi, odur ki, Səmədi tanıyar-tanımaz hay-

küyünü  kəsib,  səsini  içinə salmışdı  və yaxına  gəlsə də,  nə isə demək-danışmaq

fikrində deyildi.  Arvadı  Xeyrə arvad  bağın hasarından  o  yana - qonaq  evinin

həyətinə açılan  qapının  arasında əli  çıraqlı  durub,  dönə-dönə "Nədi,  a  kişi?  Bir

şey  yoxdusa,  mən  gedim"  desə də,  kişi  burda  dillənməyi  də münasib  saymırdı.

Əmma cavanların üzlərinə baxanda dözmədi, xışıldayıb-xırıldadı:

- Dağıl, ay dünya! - dedi.

- Niyə uçmursan, niyə dağılmırsan, ay dünya?! - dedi.

Özü də elə dedi ki, əgər dünya insan sözündən təsirlənə bilən bir şey olsaydı,

"beş  oğlunun  beşi  də müharibədə qalandan  maxorkaya  dəm  verən"  bu  xışıltılı

kişinin naləsindən sonra nə isə baş verməli idi.

Əlbəttə heç nə baş vermədi. Təkcə Xeyrə arvad bayaqkı laqeydliyinin əksinə,

narahat olub irəli yeridi.

- Nədi axı yanan? Evdə bir şey dəymir gözümə, - dedi.

Bir də Seyid kişi özü doluxsundu.

- Şey-mey deyil... İnsandı yanan, arvad. İki növrəstə cavandı yanan.

Bədbəxt Sultanımızdı yanan! - dedi.

Yalnız bu sözlərdən sonra Səməd uzun müddət nəfəssiz, şüursuz qalıb aydan

adam kimi dərindən nəfəs aldı.

- Necə, necə olub bu?! Sən necə gəlib çıxmısan bu evə?!



______________Milli Kitabxana_______________

Bu  ilk  sualdan  sonra  beynində sual  suala  calandı.  Qardaşoğlunun  istəklisi

əminin evində arvad?!  Düşmən  işi,  düşmən  qurğusudursa,  bu  necə qurğudur?!

Gülgəzin  dili  yoxdumu,  Sultan əmiyə deyə bilməzdimi  kimdir,  kimin

istəklisidir?!.  Belə çıxır  ki,  Gülgəz  susmuşdu?!  Niyə?!  Nə isə,  kim  isə məcbur

eləmişdi ki, sussun?!. Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu

"bir dənə gözələ" "Bircə bala"nın münasibəti barədə söz çatdırsın, işarə vursun?

Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək,

kənd  də susmuşdu?!  Cəfər əmi,  Ayna  bacı  da,  Gülbəniz  də susmuşdu?!

Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!

Saysız-hesabsız  sualları necə yağdırdığını,  nəyi  soruşub,  nəyi  soruşmadığını

Səməd özü də bilmədi.

Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.

Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə

kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.

Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.

Dərdli  qoca  düz  deyirdi:  yanan  insandı.  Bu  evdə həyatı,  məişəti  dəyişdirib,

yorğun,  gərgin raykom  katibini  xoşbəxtliyə çıxaran o doğma,  məhrəm elqızı  və

evdən  yenə ac  gedən  Sultan əminin  qisməti  ilə birgə Gülgəz  də yanıb  tüstüyə

çevrilmişdi.  Bu  sızıldayan,  göynəyən  Gülgəzin  ancaq  adı  Gülgəzdi,  özü

"başqasının  istəklisi"  idi...  Qara  həyula  düz  deyirmiş:  Səməd  bu  evə gəlməməli

idi,  "ömründə görmədiyi  şeyiəri"  görməməli,  "ömründə eşitmədiyi  sözləri"

eşitməməli idi, "bir dəfə sınandan sonra bir də sınmamalı" idi. O "sirlə dolu sinə"

doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən

adam bildiyinin bəlkə heç mində birini də deməyib; "ömründə görmədiyi şeyləri"

Səməd  hələ bundan  sonra  görəcək,  "ömründə eşitmədiyi  sözləri"  hələ bundan

sonra eşidəcək.

Əli çıraqlı arvad da gəldi, "bıyy" eləyib heyrətlə içini çəkdi.

Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:

- Yeri, yeri! -dedi.

Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə

gəldi  ki,  kişi  fənəri  ancaq  sarsıldığına  görə yox,  həm  də ona  görə belə tutub

durub ki, bədbəxt "növrəstə cavan" istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb

getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə,

çıxıb  getməli  idi.  Xeyrə arvadın  o  cür  "bıyy"  eləməyindəncə məlumdu  ki,

Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə

baxmağı isə bəlkə, hətta qəbahətdi.



______________Milli Kitabxana_______________

Əmma Səməd baxmaya bilmirdi.

Əlləzoğlunun  yaba  ilə döyəcləyib,  yapıxdırıb  çəpərə qaldırdığı  qara-

tikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə

yığılan  sarı-qızılı  tikanlardan  elə bir  gül  bitmişdi  ki,  o  gülün ətrini  duyandan

sonra  "Dəli  Səməd"  kəndə sığışmayıb,  sinəsi,  başı  açıq,  özünü  yelə verə-verə

düzlərə düşərdi və bu vaxt bədənində qeyri-adi qüvvət, zehnində qeyri-adi itilik,

gözlərində qeyri-adi  işıq hiss  edərdi.  Qəsdən  soruşmuşdu,  öyrənmişdi  ki,  bütün

Qonaqlıda,  bütün  Tahirlidə və bütün  Qurbanlıda,  yəni  sovetliyin  üç  para

kəndinin üçündə də cavanlar qaratikan kolunun da vaxtı çatanda gül açdığından

xəbərsizdilər.  "Sədr  oğlunun"  sualından  təəccüblənərdilər:  "Qaratikan  hara,  gül

hara?!"  Qıllı Qeybalı  isə,  şaqqanaq  çəkib,  sonra  kinli-kinli  fısıldayardı:

"Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eliyəndə gül bitirir", - deyərdi

və hətta  "sədr  oğlunun"  cibindən  çıxarıb  ovcunda  göstərdiyi  xırda-xırda,  sarı-

qızılı ləçəkləri öz gözləri ilə görəndə də inanmazdı: "Güldümü ki bu?!" - deyərdi.

Belə çıxırdı  ki,  çəpərə vurulmaqdan  və təndirdə odunun  altına  yalonqu  kimi

qoyulmaqdan  başqa  heç  nəyə yaramayan  qaratikan  kolunda  Qəlyanlı  qocaların

"axça"  dedikləri  qədim  qızıl  pulsayağı  sarı-qızılı  ləçəklər  bitdiyini  təkcə "Dəli

Səməd"  görmüşdü.  Başqa  güllərin  ləçəklərinə bənzəməyən  o  qalın  ləçəklərin

meyvə-bar  kimi  uzun  müddət  kolda  qalıb  getdikcə zərifləşdiyini,  soğulub

yüngülləşdiyini  və payızla  qış  arasında  güclü  küləklər əsməyə başlayanda

kollardan  kəpənək  kimi  uçub  çöllərə yayıldığını  da  təkcə "Dəli  Səməd"

görmüşdü. Hər ləçəyin ortasında tək bir dənə barama toxumuna oxşayan, dəftər

vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq

çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa

yapışıb  cücərdiyini  də,  həmin  quru  çöllərdə qaratikan  kollarıının o  sap  kimi

nazik cücərtilərdən qalxdığını da təkcə "Dəli Səməd" görmüşdü və gördüklərini

Qəlyanlı  qocalara  danışıb,  "yerin  altını-üstünü  bilən"  qəlyanlılardan  "yaşı

bilinməyən  "Xızr  Abı"  ilə yaşının  çoxluğuna  görə və özünün  dediyi  kimi,

"zəmanə ilə düz  gətirmədiyinə görə"  "Çürük"  adlanan  Çürük  Aşıqdan

öyrənmişdi  ki,  "Qaratikan  heç  yerdə tək-tək  bitməz,  gur  bitər",  buna  görə də

Qaratikan - "Gur-tikən" deməkdir... Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən,

Sudüşən  çəmənindən, əkinlərdən,  otlaqlardan əsər-əlamət  də yoxmuş,  quru-

qaysaq  çöllərmiş,  boş-boşanaq  düzlərmiş.  Gecə-gündüz  yel əsərmiş,  tozanaq

qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gün-



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə