______________Milli Kitabxana_______________
divanda rahat yat". Deyirdi: "İxtiyarım yoxdu". Bir dəfə soruşdum ki, "Niyə elə
atılırsan? Vayğa
1
görürsən, nədi?" Dedi: "OdƏrləri görürəm. Yupiterdən dalğa
göndərirlər, tavanı tıqqıldadırlar, oyanım işləyim". Bilirsən nə deməkdi bu? Əgər
Nəcəfoğlu sağ qalsaydı, o tıqqıltılardan sonra Ün eşitməliydi. Elmimizin
qanunudu bu. Hər kəs SafAğ Elmiynən bir müddət gecə-gündüz, ardıcıl məşğul
olursa, beynində SafAğ İşıq artır və hökmən Bağlarnan danışır.
"Beyin" təhrif sözdü. OdƏr dilində yoxdu "beyin", BağÜn var. BağÜn!.. Mən
ardıcıl məşğul olammamışam. Əmma Bağ nəslinden çox uzaqlaşmıyan
adamlarda irsiyyət güclü olur. Belələri Elm barədə lap cüzi məlumat alar-almaz
beyinlərində SafAğ İşıq artır. Əger İlan mühiti çox sıxmırsa, sən atanı necə
görürsənsə, onlar da ikinci doğuluşdan sonra Yupiterdə məskunlaşan əzizlərini
eləcə görürlər, səslərini eşidirlər. Heç bir möcüze yoxdu bu dediklərimdə.
İstəyirəm bizim o vəziyyətimiz, Nəcəfoğlunun vəziyyəti bütün aydınlığıynan
çatsın sənə, oğul... Naxçıvandan qayıdanda təhlükə başqa cürdü. Onda tərəzinin
bir gözünə "Vərəse" qoyulmuşdu, o biri gözünə bizim həyatımız. Atan getdi,
"Vərəsə" qaldı. Mərdəkanda isə mübarizəmiz son həddə çatmışdı. Bizi ideoloji
təxribatda taqsırlandırmaqnan Mirqəzəb "şef"inin əl-qolunu açırdı ki, "xüsusi
qrup"un təşkilinə əsas verən sənədləri SSRİ prokurorundan istəsin, mənim
məktubumu, Məhərrəmin SSRİ prokuroruna yazdığı məlumatı alıb, ideoloji
təxribatçıların, siyasi düşmənlərin böhtanları kimi məhv eləsin. Beləliknən,
cinayətlərin üstü örtülürdü. Yəni Cənubda iyirmi ikinci ilin, otuzuncu ilin, qırx
altıncı ilin hadisələri obyektiv səbəbləri olan məğlubiyyətlər kimi qələmə
verilirdi, çoxəsrlik azadlıq hərəkatına zəif hərəkat damğası vurulurdu,
mühacirləri ruhdan salırdı, "Pəhləvi hakimiyyəti" adı altında imperializmin
"İran"da hökmranlığını möhkəmləndirirdi.
Sənə o qədər çatmır bu söhbət. Bayaq dedim, Pəhləvi Fars deyil. Qedim
BağOd EvÜn OdƏrləri əvvəlcə "Paxtavan", sonra "Pəhləvan" -Pəhləvi
adlanıblar, yəni Bağdayı Qrek - Latınların, Suriyalıların basqınlarından mühafizə
edən hərbçilər. İrsən indinin özündə də hərbçidilər. Düşmənimiz haqqında
rəğbətlə danışıram. Niyə? HəmOdÜnün darvazasında, enişə düşən yerdə ƏsÜz
(yaradan məna) deyilən hasarlı bir yer var, indi də durur əlamətləri. BağOd EvÜn
sərkərlər (Sar Od-
Faciəli röya.
______________Milli Kitabxana_______________
Ərlər həmin ƏsÜzdəcə oturub, Ün eşidə-eşidə əvvəlcədən bilirmişlər ki,
hansı düşmən ordu harda, necə hazırlaşır ki, döyüşə, basqına gəlsin. Qreklər
"Suz" deyirlor, ƏsÜzə, monasım da bilmirlər. Biz iso burda Şimalda da o
Pəhləvilərimizi görən kimi tanıyırıq. Hələ də hərbçi ifadələri ilə, təhrif OdƏrcə
danışırlar. Cənubda əhalinin heç beşdə biri də deyillər. Üzdə özlərini Fars kimi
qələmə verirlər. Niyə, bilirsən?
İndiki "Fars körfəzi"ndən bir az bəridə EvƏrSu və ya EvƏrƏs ərazimiz olub.
İndiki Pəhləvilər - Pəhləvanların nizami orduları o ərazidə olublar. Bağdayı
qoruyublar. Zaman keçdikcə, Qreklər içərilərimizə yeridikcə, dilə də çox pis təsir
eləyiblər. BağOd EvÜnə "Paxtavan" dedikləri kimi, EvƏrƏsə "Pers", "Pars",
"Fars" deyiblor, Farslar da BağOd EvÜnə əvvəlcə "Paxtavan", sonra "Pəhləvan",
axırda "Poxləvi" deyiblər. Bunlar çox vacib şeylərdi, təkrar eləyirəm ki,
unutmuyasan. Belə şeyləri bilməsən, keçmişimizi dərk eləməzsən, babalarını,
millətini, özünü tanımazsan, yoxa çıxarsan, bəşəriyyətin ən ülvi tarixini də
özünnən birlikdə həmişəlik məhv eliyərsən. Daha dəqiq desək, bəşəriyyət indi
düşdüyü dini əfsanələr selindən də güclü selə düşüb, idraknan yox, stixiyayrıan
yaşayar, bətnən tamam çürüyər.
İlan bilir bunu. Keşiş Vissarion Cuqaşvili "Stalinə" geniş hərbi dərs deyib bu
barədə. Çünki Pəhləvi irsindən hələ də qorxurlar. Tarixi, Elmi öyrənib biznən
yenidən birləşsələr, Pəhləvüər Bağdayı bərpa edə bilərlər.
Biz EvƏrEy OdƏrlərini vaxtilə çox sevirmişlər BağOd EvÜn Od-Ərləri.
Heyif indi çoxu "Bayod" deyir özünə, yəni bizdən tətik düşüblər. İlanın Stalinə
ən ümdə tapşırığı bu olub ki, "Yevrey"ə dönən EvƏrEyi, "Pəhləv"iyə dönən
BağOd EvÜnü öz kökünə - Bağtara, Türkə qarşı qoysun.
Yadına sal, otuz altıncı ildə nə deyib o Qrek casusu "Stal": "Vı ne Turki, vı
azerbaydjansı". "Tat"larımız, "Fars"lanmız dillərınin kökündəki "Dəri"nin OdƏr
dili olduğunu, qədim Tərik – türklüklərini bilə-bilə, "rəhbəri"in arzusuynan,
həmən otuz altıncı ildən etibarən "Pantür-kizmə qarşı" döyüşürlər. Bax buna
görə də Stalin, Beriya, Mirqəzəb üçlüyü bir ovuc cahil hərbçi "Pəhləvan"ı -
"PəhləvP"ni lap asanlıqnan qaldırıb çoxmilyonlu OdƏr Türkünün belinə
mindirib! İngilislərin arxeoloji materiallarında təhrif "Paxtavan", "Paxlavan"
sözlərı Çerçillin ən çox təkrar elədiyi sözlərmiş, məhz o - Çerçill çox çalışıb ki,
Stalin Pəhləvi şahına hər cür kömək eləsin, qırx altıncı ildə bizim Demokrat
firqəsini məğlub eləsin.
______________Milli Kitabxana_______________
Bizim "xüsusi qrup"dan savayı hələ heç kəsə məlum deyil ki, Stalınin
Çerçilnən gizlin müqaviləsi var. O müqavilənin rus variantında çox açıq və
kobud şəkildə yazılıb: "Posle pobedı nad Germaniyey çasti Sovetskoy Armü
pokinut Yujnıy Azerbaycan, kuda voydut Pexlevidı.."
1
Bircə o qalıb yazılsın ki, "Pexlevidı perestrelyayut yujnoazerbaycanskix
Demokratov". Yazmayıblar, eləyiblər. Tohrif "Yevrey" adı altında necə
ümumbəşəri EvƏrEy - Uca İşıq Evi oiduğunu yaxşı bilən Vissarion yetirməsi
qodər EvƏrEy - Tərik - Türk qanı içən ikinci hökmdar yoxdu, oğul!..
Bədbəxtliyə bax ki, tək russkoyazıçnılar yox, bütün planet "Yevrey"lori Stalini
ən qüdrətli hökmdar kimi sevirlər!.. "Potop" ələ keçsəydi, elə özümüzünkülərin
oliynən güllələtdirəcəydi bizi o qaniçən.
Vəziyyətimiz beləydi, qardaşoğlu.
Heyrətnən deyirsən
əl qaldırıb mənə
səs verənlər Bezobraziyenin
tapdağmdamı qalsın?!. Bir kondin, bir rayonun taleyindən yox, vətəniyin,
xalqıyın taleyindən danışıram mən sənə. Bir az sonra tamam inanacaqsan ki,
EvƏrEy
OdƏrləri
bəşəriyyətimizin
köküdür,
deməli,
mən
ümumən
bəşəriyyətimizin taleyi barədə
danışıram.
"Stal" "kliçka"sında ilandan,
hümmətçilərin mehvindən, iyirmi il hakimiyyət başmda oturan Mirqəzəbin
törətdiyi ümumbəşəri faciədən danışıram. Aparacam səni o məhkəməyə, otur
qulaq as, gör kimlər danışırlar tribunadan, nələr açılır tökülür... Nə qədər alimini,
şairini, ədibini sürgünlərdə çürüdüb "Stal!" Nə qədər Şeyx, Axund adı altında
gizlin "Muğ"larını itirib-batırıb! Qədim OdƏr əraziləri Misirdən, İraqdan
başlamış, Türkiyənin özündən, o tay-bu taydan min-min cildlərlə həqiqət
kitablarını
yığışdırıb
yandırtdırıb.'..
Bütün
olub-keçənlərdən
sonra
o
"ustanovka"ynan yazanların arasında yeganə
cəsarətli tarixçimiz vardı,
dissertasiyasında Nərimanovun adını saxlamaqdan ötrü şəxsən Kalininə
2
müraciət eləyib icazə almışdı, o yeganə ləyaqətli tarixçimiz də əldən gedirdi!
Ömrünün doqquz ilini "Vərəsə"mizin tədqiqinə verib, doqquz il məhrumiyyətlər
içində yaşayan yeganə fılosofumuz əldən çıxırdı!
Beləydi vəziyyətimiz, yeganə balam!
Mənim əvəzimdə sən olsaydın, özünü oda vurardın, yandırardın. Əmma mən
saxladım özümü.
"Almaniya üzərində qələbədən sonra Sovet Ordu hissələri (bu hissələr azərbaycanlılardan ibarət
olsa da (M) Cənubi Azərbaycanı tərk edəcəklər və Pəhləvilər oraya girəcəklər..."
SSRİ Ali Sovetinin sədri.
Dostları ilə paylaş: |