İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə124/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   120   121   122   123   124   125   126   127   ...   180

______________Milli Kitabxana_______________

məlumatı olmadı Bağ qırğınından! Bax, belə kəsilir planetlər arası əlaqələr! Get

danış  o  sevdiyin  yoldaşlarına,  gör  bircə nəfərin  xəbəri  varmı  ki,  Yupiter

planetiynən  danışan  insanlar  var  bu  "Yer" - EyƏr  adlı  planetdə!  Telefonu əsrin

ən böyük nailiyyətlərindən sayırlar. Xəbərləri yoxdu ki, beyindən beyinə danışan

beyinlər  lap  adi  şeymiş  Bağday,  OdƏr  mədəniyyəti  dövründə.  "Dövr"  yox,

"dövrlər"  deməliyəm.  Yadında  saxla  bunu.  Sonra  görəcəksən  neçə dəfə süquta

uğradıblar  Bağdayı,  neçə dəfə məhz  hansı əsrlərdə yenidən  yaranıb!..  Həqiqəti

gizlətməkdə mahirdi bizim bu fatehlər zəmanəsi!

Nəcəfoğlunun  ölümünün  səbəbi  elə gizlədilib  ki,  məhkəmədə açmağı  da

məsləhət görmədik. Qorxduq psixoloji cəhətdən pis təsir eləyər cəmaata. Əmma

sənə açacam. Ona görə yox ki, bizi cəsarətsizlikdə, passivlikdə təqsırləndırırsən.

Açacam  ona  görə ki,  Varisson.  Cəhalətin  necə dərin  kök  atdığını  dəqiq

bilməlisən.  İnsanın  xilasının  yalnız  və yalnız  SafAğ  Elmində olduğunu  dərk

etməlisən!..  Qurban  bar-bar  bağırırdı  telefonda,  tələb  eləyirdi  ki,  Çax-çuxun

dalınca adam göndərək. "Əşyayi-dəlil əlimdədi, - deyirdi. - Gəlin aparın qatili!"

Xəbəri yoxdu ki, o naldan savayı, min bir əşyayi-dəlil var bizim əlimizdə. Əmma

Çax-çuxa toxunmaq olmaz.

Səməd diksindi.

-

Ne?! "Çax-çuxa toxunmaq olmaz?!"



Sultan sakit inamla:

-

Olmaz, əzizim,  olmaz! - dedi. - Nə Çax-çuxu  tərpədə bilərik,  nə



Xudiyevi, nə Xəlvəti, nə Gülənovu, nə Sayılovu!.. Xəlvət sədrliyində qalmalıdı,

Gülənov  rəisliyində,  Sayılov  prokurorluğunda.  Hətta,  Qurbanın  şallaqnan

döydüyü zənənlərə də toxuna bilmərik!

Səmədin əmgəyində soyuq çimildəşmə gəzirdi.

-

Əmi! Sən nə danışırsan?!



Sultan yenə köksünü ötürdü.

-

Təsəvvür  eləyə bilərsənmi  ki,  dörd  ay  bundan əvvəl  Xəlvətin  evindəki



Bezobraziye  məclisinə tora  salındığım  gecə könüllü  getmişdim...  Özüm!

Könüllü!


Səmədin üşütməsini qəfil hərarət əvəz etdi.

-

Demək, mənə yalan danışmısan?!



-

Bəli, əzizim, əmin, idealın sənə yalan danışdı  mehmanxanadan sonrakı

söhbətimizdə... Düz deyib sənə Təftiş Abbas! İndi özüm öz



______________Milli Kitabxana_______________

acizliyimi etiraf eləyirəm. "Kürüyüb atmaq" nədi?! İnqilab deyilmi bu "kürüyüb

atmaq?!" Ən asan qalib gəlmək və ən asan nadanlaşmaq yolu deyilmi "kürüyüb

atmaq?!"  Səni  sakitləşdirməkdən  ötrü  demişəm  mən  bu  sözləri  Qurbana,  o  da

inanıb  sözümə,  sən  də inanmısan!..  Bəli  "rumka  döyüşdürmüşəm!"  Tost

demişəm  o  məclisdə!  Ayıq  başnan!  Tostun  içində bircə saat sadə,  anlaşıqlı

şəkildə Elmi söhbət eləmişəm. Bayaq gördüyün o iki tərəfə işləyən sürməgözlü,

hətta  o  yaramaz  Xəlvəti  xeyli  inandırmışam  ki,  Elm,  idrak,  saflıq  deyilən

anlayışlar mövcuddu bu Bezobraziye dünyasında!.. Gördüm sözüm havayı deyil,

az-çox təsir eləyir, coşdum, köyrəldim, "Əziz eloğlularım!" - dedim o yırtıcılara.

Utopiyaya yuvarlandım?! Xeyr, məclisin axırına yaxın o heyvan Xaş, o beyinsiz

Zərri  Gülənov  gəlməsəydi,  Qudalıların  mənnən  mehribançılığını  görüb  təşvişə

düşüb Xalıqı məclisə çağırtdırmasaydı və o qatil çaxırın içinə nə isə töküb məni

şüurdan  məhrum  eləməseydi,  inan  ki,  axırda  Elmə aid  vəsait  verəcəydim  ki,

oxusunlar  o  yırtıcılar,  azdan-çoxdan  insan  olsunlar!..  Sahələrdə,  pambığın  ara-

bərəsində dalınca  sürünüblər, əmin  barışıb,  sən  də barış  deyiblər.  "Vərəsə"siz

Varisimiz,  gözü  xançalda  olanımız, əlbəttə,  barışmaz  yırtıcı  insannan. Əksinə,

Xəlvətin  təkidiynən  çamadanı,  qızılı,  diplomu  qaytaran  Xaşı  ikiqat  artıq  kinnən

qarşılayar  quyunun  üstündə,  Xəlvətnən  Qıllıda,  Piylidə de  yenidən  kin

qayrıadar!..  Zor  zor  yaradır,  kin  kin  yaradır  axı,  ay  oğul!  Sonrakı  hərəkətlərini

xatırlatmağa ehtiyac varmı? Qurban deyib "getməlisən", onun sözü də çatmayıb

sənə:  "qovdu"  deyirsən... Ələsgər  deyib  "çıx  get  burdan!"  Dəhşətə gəlmisən  ki,

Dam  direktor  ağlayır,  "kişiliyi  yoxdu".  Elmin  Varisi  Elm  mücahidlərinin

sözlərini  başa  düşmür!..  Sultan Əmirlinin əlində imkan  olduğu  halda  Mədədin

qatilinə toxunmur,  "toxunmaq  olmaz!" - deyir.  Niyə dəhşətə gəlirsən?  Çünki

tanımırsan əmini-idealım! Bəli, sən məni zərrə qədər də tanımırsan, əzizim!

"İdeal"  həmin  fateh  Qrekin  təhrif  sözüdü.  Türkcəsi  "Dil"di;  OdƏr

bəşəriyyətinin  OdƏr  dili.  Əsli - OdƏrcesi  OdƏldi  (Həqiqət Əli).  Adım  Abıdan

eşitdiyin  BağBağÜn  Babamızdı  Od Əli - Həqiqət Əli!  Bağ  Atamızın  Oğlu,  ulu

baban  Ulu  Bağ ƏsƏlMəndi  Od Əli!  Bağ  Atamızın  ikinci  Oğlu,  təhrif  "İsay"

adrynan tanınan EySar ÜnEvdi Od Əli! ("Noy", "Nuh" deyiləndi). Bağ Atamızın

üçüncü  Oğlu,  təhrif  "Avram"  adıynan  tanınan  EvƏrimdi  Od  Əli!  Bağ  Atamızın

axırıncı,  kiçik  Oğlu,  təhrif  "İisus",  "İsa"  adlanynan  tanınan  EySardı:

"Qalaktika"mızda - QalAğı-




______________Milli Kitabxana_______________

mızda "Əllah" - ƏlAğ EySarımızdı OdƏl - "İdeal!" Mənə "idealım" deyə-deyə,

təkcə bu bir kəlmənin, təkcə bu təhrif sözün arxasında necə həqiqətlər olduğunu

bilsən, yalnız o vaxt inam və etiqadnan deyərsən "əmim idealımdı". Hələ idealın

deyiləm  mən  sənin,  oğul.  Fəlsəfə öyrənirsən,  deyirsən:  "po  Platonu  Boq  vne

mira".  O  məşhur  Qrekin  necə dəhşətli  təhrif  insan  olduğunu  biləndən  sonra

deyəcəksən:  "Bağ  dünyanın  özündə və insandadı".  O  vaxt  mən  özüm  də

təxminən deyərəm: "Varisimiz mənim idealımdı... səcdəgahımdı".

Eşit və dərk elə ki, "insan" ÜnƏs sözündəndi, yəni Yaradan Ündü. EySanmızın

Ününü  eşidə-eşidə,  Elm əsasında  böyük  hərfnən  kamil  İnsan  yaradır,  SafAğ

İnsanın Əli - işləyəni,  yaradam  olan ƏlAğ - "Əl-lah" - "Allah"  yaradır.  Təhrif

Yerin  təhrif  "cinayət  məcəlləsi" əsasında  cəza  verməknən, əzaba  salmaqnan

insan  yaranmaz!  Hər  dövlətin  bir  cür  "cinayət  məcəlləsi"  insanı  bir  cür  pozur.

Qurban əmin bilir bunu. Əmma başqa "məcəllə"si yoxdu. Yəni mənim o əzizim

də bir  cür  Zor  nəçənnikdi.  O  şallaqladığı – cəzalandırdığı  zənənlər  bilirsənmi

indi necə kin mücəssəmələridi! Canavarddar indi. Qurbanın özünün də, Təftişin

də,  Xızr  Abının, Ələsgərin,  hətta  Çürüyün  də qanını  içərlər!  O  şallaqların

şaqqıltılarını  eşitdim  mən  burda  xəstə halımda,  daha  da  xəstə oldum!  Xaş

nəçənnik nədi, ondan da murdardı indi Qılıncımız!

Qatil  Xalıqın  dərin-dərin  qatil  kökləri  var,  oğul!  Kökləri  üzə çıxarmaqdan

ötrü  nə qədər  Qılınc  ehtirası  lazımdı. Əmma  işləri  korlayan  da  elə Qılınc

ehtirasıdı.  "Kopirovalnaya  bumaqa"  yaddaşı  ölüm  silahı  olmamalıdı!  Asmaq,

kəsmək  olmaz!  Bildin?!  Qırğınlardan,  sürgünlərdən  yaxa  qurtarmaqdan  ötrü

bütün planet tanımalıdı Sahiblərimizi. Siyasi-ictimai mühit, insanın bətni tamam

dəyişməlidi! Sultan Əmirli, Xızr Abı kimi adamlar az deyü. Hamısı da işləyir!..

Ürəyim  şişib  mənim, əmma,  görürsənmi,  hələ də işləyirəm! Ədalət  qapısıynan

üzbəüz cinayət qapısının açan kamillikdi!

Səməd saçını daraqlayıb əlini əmgəyinə basdı.

-

Mən necə koram, ilahi! Necə ağılsız, şüursuz heyvanam!



Sultan papirosu sümürürdü.

-

Nə korsan, nə də şüursuz... Qurbannan söhbətinizi yadına sal.



İkicə kəlmə "moy  rabotnik"  bəs  eləyib  ki,  Çax-çuxun  fəaliyyət  sferasının

genişliyini görəsən. Ağılsız adam bacarmaz belə şeyi. Özünü üzmə, qulaq as, gör

nə deyirəm.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə