İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə121/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   ...   180

______________Milli Kitabxana_______________

Yupiterdən  şəkil  göstərilib  fəzada.  Sənin,  mənim  çəkdirdiyimiz  fotoşkillər

kimi  fotoşəkil.  Üstəlik,  səsnən  deyilib:  "Bu  adamı  imperator  seçməlisiniz".

Faktdı.  Tarixdi!  Bakının  üstündə o  parıldayan  planetdən  göstəriblər  şəkli!

Səsnən, adi insan səsiynən deyiblər. "Bu adamı seçməlisiniz?!"

Kitab adı deyirəm sənə: Plini Sinqvum - "Episrularum!" Yüz nəfər senatorun

şahidliyiynən  olan  tarixi  hadisəni  danışıram  o  heç.  Öz əmiləriyin  yazdıqlarına

qulaq  as.  Hələb  şəhəri  vaxtilə bizim  gizlin  Elm  mərkəzlərimizdən  biri  olub.

Nəsiminin edamından sonra orda - Hələbdə cəmaat  görüb ki, Nəsiminin  meyidi

göz  qabağında  dura-dura,  Hələbin  səkkiz  darvazasının  səkkizindən  də dipdiri,

sapsağlam  Nəsimi  çıxıb,  yox  olub.  Görüblər!  Yazıblar!  Cünglər,  təzkirələr

doludu  bu  yazıynan.  Nədi  bu?  Nə deməkdi?  O  boyda  şəhərdə cəmaatın  hamısı

dəli  olubmuş?!  Dəli  olan,  beyni  iyrənc  fikirləmən  dolub  qapanan,  gözü  tutulan

indiki bəşəriyyətdi, "müasir mədəni dünyamız" adlandırılan dünyamızdı!

Nəsimi adıynan tanınan o qeyri-adi insanın edamından sonra "zülmət dövrü"

deyilən  dövr  başlanıb.  Altı  yüz  ildi  zülmətdədi  bəşəriyyət.  Görmür!  Daha

doğrusu, göstərmirlər.

Nədi  göstərmədikləri?  Ağlına  yerləşdir  indi,  təsəvvürünə sığışdır  ki,  kino

göstəriblər  onda.  Altı  yüz  il  bundan əvvəl!  Nəsiminin  edamından  sonra

Yupiterdən kino göstəriblər ki, səkkiz darvazanın səkkizində də cəmaatın hamısı

görsün ki, Nəsiminin bədəni,  beyni SafAğ olub, "Ruh"u - ƏrAğı,  yəni Saf İşığı

gedib yenə həmin Nəsimiyə çevrilib əbədi yaşayacaq. Belədi Kainatın quruluşu,

əzizim!..  Edam  olunub,  dedim,  bildin  ki,  "Divan"larından  OdƏr  sözləri,  farsın

təhrif  zəbanıynan  "Dəri"  dili  çıxarılıb, sonra  da  özünün  dərisi  soyulub,

Nəsiminin,  bədəni  yerdə qalıb,  çürüyüb,  beynindən  çıxan  işıq,  təkrar  eləyirəm,

"ruh"  dediyimiz  işıq  uçub,  Yupiterə çatana  qədər  hamanca  Nəsimi  olub.  Budu

böyük  SafAğ  Elmi!..  "Sofi",  "Sufı"  eləyiblər.  Hətta  "Səfa",  "Səfı"  deyiblər!

Öldürüblər. Ölməyib. Çünki OdƏr (Heqiqət işığj) əbədi bəşəriyyətiynən bağlıdı.

Ərəbin  "axirət"  sözü  təhrif  "axır"  mənasında  işlənir. Əsli - Od-Ərcəsi

AğƏrdi.  Yəni  SafAğ  İşıq.  Çaşma.  Bütün  Kainat,  on  səkkiz  min  "Qalaktika",

bizim bu "Yer" adlanan EyƏrimiznən (Uca İşığımıznan) birlikdə, hamısı AğƏr -

SafAğ  İşıq  dünyasıdı.  Hamısı!  "Bu  dünya",  "O  dünya"  şərti  ifadələrdi.  Bizim

"Yer" - EyƏrimiz də vahid Kainatın kiçicik bir hissəsi - bir planetidi.



______________Milli Kitabxana_______________

"Əren",  "Ərənlər"  deyirlər  aşıqlanmız.  Həm  insan  mənasında  işlədirlər  "Əri",

həm də İşıq mənasında. Niyə?

Diqqəli ol indi.

"Ruh"da  təhrif  dilin  təhrif  sözüdü.  Yenə deyirəm, əsli - OdƏrcesi  ƏrAğdı.

AğƏr  də SafAğ  İşıqdı,  bu  "ruh" - ƏrAğ  da.  İnsan  öləndə,  bədəni  tamam

soyuyana  qədər  və bir  az  da  bədəni  soyuyandan  sonra  beynindən  "ruh" - ƏrAğ

(SafAğ İşıq) çıxır. İnsanın ölü bədənində də ölmüyən əbədi hüceyrələrnən dolu

İşıq!  Meyidin  təxminən  üç-dörd  metrliyində,  yuxanda  uzunsov  şar  şəklində

toplanır, çox ağdı, qaraya çalır havada. Adi insan, yəni tehrif insan görmür o şan.

SafAğ Elmini mənimsəyən, beyni, gözləri SafAğ İşıqla zəngin olan insan görür o

şan.  Aydınca  görür  ki,  şarın  içində həmin  ölən  adamın  silueti  var.  Şüurlu  kimi

baxır  adamlara,  kimiyə nifrətini,  kimiyə məhəbbətini  bildirir  üz-gözünün

hərəkətiynən...  O  ölən  adamın  bütün  varlığının  proqramı  o  şarda,  böyük,  quru

rüşeymin  daxilindədi.  Daşdan,  divardan  da  keçirə

şar.  Çünki  bizim

təsəvvürümüzdə bütöv, məsaməsiz predmet olan daşın, qayanın, divarın, tavanın

da mikroməsamələri var. Şar tamam maniəsiz uçub, planetimizin atmosferindən

çıxanda birdən-birə atılma sürətiynən  uçur. Kainatdan elementiər çırpınır, dolur

o  rüşeymə və...  nə oiur?  Hamanca  insan  cəmisi  bir  neçə saata  yaranıb  başqa

planetə enir.  İkinci  doğuluşdu  bu.  Bildinmi?!  "Ər" - "Ərən"  deyilənlər belə

gedirlər "Axi-rəf"ə - AğƏrə'. Ana bətnində işıq - uşaq ananın canından, qanından

necə yaranırsa,  "ölən"  də anası  Kainatın  bətnində eləcə yaranıb,  bizim  bu

torpağımız kimicə adi torpaq üstə enib əbədi yaşayır!

Bax belə Elmin var, SafAğ Elmi!

Nəsimidən əvvəl  Nəimiynən  bağlı  olub.  Nəimidən əvvəl  Nizamiynən  bağlı

olub. Nizamidən əvvəl "Babək" adıynan tanıdığınız, qılınc qəhrəmanı saydığınız

nəhəng bir alimimiznən bağlı olub. "Silsilə" deyirlər bu SafAğ Elmi alimlərinə.

Çoxdular. Alimlərin silsiləsi uzana-uzana gedib Ulu Bağ ƏsƏlMən - "Süleyman"

padşahımıza qovuşur.

Dönə-dönə,  hətta  bezdirici  təkrarlarnan  deyəcəm  sənə,  izah  eliyəcəm  ki,

hansı söz, hansı ad nə vaxt, niyə və necə təhrif olunub. Bax onda biləcəksən necə

Elmdi SafAğ Elmi.

Nəinki  SafAğ  Elmini,  nəinki  Bağların  adlarını,  hətta  planetlərin əsl  adlarını

da gizlədiblər.

Bağ  adıynan  "Yupiter"  adını  yanaşı  qoy.  Yapışmır  bir-birinə.  Niyə?  Abmın

verdiyi ilk məlumatı şərh eliyəndə biləcəksən ki, EyOdƏr Ba-



______________Milli Kitabxana_______________

bamızdan  başlamış  "atom" - OdMən  zərrəciklərinə qədər,  bütün  Kainat  təhrif

olunub.  Nə vaxt?  Niyə?  Uzun-uzun əsrlər  boyunca  Bağlar  niyə düzəldəmmirlər

bu  təhrif  planeti?  Hamısını  biləcəksən,  idrak  acı  balam!  Sayılov  nə qədər

murdardısa, o qədər də ayıqdı. Düz dedi sənin barəndə, saf balam.

Əmma  vaxtı çatanda  dərk  eliyəcəksən  ki,  mərdliyin,  igidliyin  nisbi  olduğu

kimi, saflığın da nisbidi.

Nizami,  Nəsiminin  mürşidi - müəllimi  Nəimi,  Nəsimi  "kamil  insan"

adlandırırlar SafAğ İnsanı, yəni OdƏri. Bağlarımız da Od - həqiqət Ərləridi.

Bu  həqiqətlərdən  uzaq  insanda,  yəni  beyni  qapalı  kar,  kor  insanda  kin,

ədavət, qisas hissi güclü olur.

Bezobraziye sənin saf ürəyində kin yaradır.

Kin qatil yaradır.

Görürsənmi necə yox olur saflığın?!

Yalnız  Kamil  İnsan,  Nəsiminin  məcburən  çox  vaxt  "həq"  dediyi  "Allah" -

ƏlAğ-SafAğ  İnsan Əli  olan  OdƏr  bilir  nədir  saflıq.  OdƏrlık-dən - həqiqət

işığından  uzaq  insan-təhrif  insan-cahil  insan  isə,  hətta  özü  istəmədiyi  halda  da

həqiqəti tapdalayır. Özü də bütün planet miqyasında!

İndi  gör  nəyə

görədi  bizim  belə

əsrlərlə

uzanan  mübarizələrimiz,

məğlubiyyətlərimiz.  SafAğ  Elmi  dəryadır.  Qəvvas  son  nəfəsində də qol  atır  ki,

kamilliyin sahilinə bir az da yaxında ölsün!..

İyirminci  ildə əmilərin  bir  manata  möhtac  qalmışdılar.  Fədailərin  oğul-

uşaqlarına  çörək  tapammırdılar.  Mədrəsəyə

gedəndə

ciblərində



şabalıd

aparırdılar.  Dərs  demək əvəzinə,  uşaqlann  şabalıdı  qabıqlı-qabıqlı  yediyinə

tamaşa eləyib, evə üzü üstə qayıdırdılar!.. Aclığın son həddində, meyvə qurusu -

qaxdan  savayı  heç  nə olmuyanda  da  dərsə gedirdilər.  Mazandarandan,

meşələrdən  hər gecə bir  dəstə atlı  gəlirdi,  atdan  töküləndə "səlaməleyküm"

əvəzinə


"güllə, 

barıt" 


deyirdilər. 

Atlılan 


fədailərin 

yanına


əliboş

qaytarmamaqdan  ötrü əmilərin Əmir  babamızın  sovxalarından  daş-qaşı  söküb

satırdılar. Axırda məcbur olub, gəlib bu tayda məscidlərdə ianə yığdılar.

Nədi ianə, bilirsən? Dilənçilikdi!

Niyə

dilənçi  olmuşdular?  Çünki  var-yoxlarını



əcnəbi  arxeoloqlara,

çapxanalara vermişdilər. Tək bircə kitab çap elətməkdən ötrü gərək əməlli-başlı

var-dövlət sahibi olasan. Yeddi yüz əlli kitab çap elətmiş-



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə