İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə117/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   ...   180

______________Milli Kitabxana_______________

Səməd


əlindəki  şüşəni  "xolodilnik"in  üstünə

taqqıldatdı,

əmisinin

xəbərdarlığına  baxmayaraq,  doğrudan  da  "zəhləsi  gedən"  Müslümü  hirslə

itələyib pivə götürdü, açıb başına çəkdi.

-

Filosof bu fikirdədi ki, materiya birincidi, şüur ikinci. Qarın boş olanda



baş işləmir. Mənim özümün sənə o qədər sualım  var ki, uc-uca calasam, səhərə

qədər qurtarmaz. Başla, əmi, nə deməlisən de!

Sultan da şüşəni "xolodilnik"in üstünə taqqıldatdı.

-

Marş, marş! Duş! Birinci duş! Gün batandan sonra da od yağır...



Pəncərələrin, qapıların hamısı açıqdı, yenə hava tərpənmir. Xəzri olmuyanda

batır da Bakı. Dünəndən bəri Məhərrəmin duşudu məni saxlayan. Su yaxşı gəlir

burda. Əla duşdu!..

Sultan  danışa-danışa,  bələdçilik  eləyib,  onu  qapının  arxasındakı  dəyirmi

foyedə palma  ağacının  yanından  sola,  qaranlıq  dəhlizə apardı,  işığı  yandırıb,

dəhlizin sağındakı qapını itələdi. Əmisi bir şey deməsə də, Səməd başa düşdü ki,

dəhlizin  solundakı  vanna  otağı  bu  mərtəbədəki  ikinci  ailənin,  yəni  "bacanaq"

Xalıq  Qudalovundu. Əmma  bu  mərtəbədə cəmisi  iki  mənzilin  üzbəüz  qapıları

kimi, vannaların üzbəüz qapıları da heç bir təəssürat oyatmadı. Səbəbi yəqin bu

idi ki, əmisinin iniltisini eşitdiyi andan hər küncündə bir mismar işıldayan qapaq

gözlənilmədən  görünüb,  "Çax-çux",  "Həyula",  "Kobra",  "Mayor  Qudalov",

"Polkovnik  Qudalov",  "İki  dəfə qəhrəman"  adlarında  çoxadlı.  Çoxüzlü  cani  ilə

bütün  Bezobraziyeni  də çəkib  bu  evə gətirdiyinə baxmayaraq,  Səməd  caninin

özü ilə birgə ətrafındakıları da həbs ərəfəsində çapalayıb nə isə eləməyə çalışan,

əmma  öz  ölümlərini  yaxınlaşdırmaqdan  başqa  bir  şeyə qabil  saymadığına görə

burdakı  qapıların  qabaq-qarşılığına əhəmiyyət  vermədi. Əmisinin  ardınca  içəri

girib, ikinci bir saray  genişliyində böyük su çəni,  nəhəng  samovar, qaz plitələri

və qırmızı  məxmərlər  arxasında  yan-yana  "duş"lar,  "vanna"lar  görəndə isə,

qapıların qabaq-qarşdığını da unudub, valehlik göstərdi.

-

Bu nə dəm-dəsgahdı, ay əmi!



Sultan köynəyini soyuna-soyuna qımışırdı.

-

Hə, belədi!.. Üç  vanna,  üç duş! Kefin hansını istəyir,  seç.  Öyrədimmi?



Özün aça bilərsən?

Səməd  sarımtıl  yağ  boyalı  divarlarda  qoşa-qoşa  lampalara,  döşəmədə əlvan

metləxə,  qara  dəri  "tyubik"lərə,  dəmir  ayaqlı  uzun  stol  üstündə balıqqulağı

külqabılara baxırdı.

-

Məhərrəm  Abbasoviçin  ailəsi  böyük  deyil  ki!  Neynir  bu  qədər  dəm-



dəsgahı?!


______________Milli Kitabxana_______________

-

Ailənin əsas  mənzili  başqa  yerdədi.  Bura  ayrı  cür  evdi. - Sultan  divar



şkaflarından  birinin  qapısını  aralayıb,  yan-yana  asılmış  açıq  mavi  köynəklərin

çiyinlərində

general-leytenant, 

general-mayor, 

polkovnik, 

podpolkovnik

paqonlarını göstərdi.

-

Aydındı?..- Necə deyərlər,  quş  gəlsə qanad  salar,  dəvə gəlsə dırnaq



salar! Əmma  sən  öz  şəxsi  mənzilin  kimi  ola  bilərsən  burda.  Lazım  gəlsə

palmanın o yanındakı kabinetlərdən birinə də yiyələnə bilərsən. Bura ayaq basan

adamların imtiyazları böyükdü. Bildin?

Sultan  divar  şkaflarından  ikincisini  açıb,  paltarını  asıb,  məxmər  pərdələrdən

birinin arxasına keçdi.

Səməd paltarını "tyubik"lordən birinin üstünə atıb, Müslümün haradansa bir

cüt  qara  "trusı",  bir  cüt  tor  "mayka",  bir  cüt  də ağ,  qolsuz  kövnək  gətirib,

müəmma ilə: - Bu evdə hər şey sənindi, - dediyini esidəndə nə isə Çox dumanlı

narahatlıq  hiss  etdi.  Duşun  altında  bəlkə hec  beş  dəqiqə də səbr  edə bilməyib,

yalnız  başındakı  xırda-xırda  yaraları  ehtiyatla  yuyub,  çıxıb  Müslümün  açdığı

üçüncü  divar  şkafından  mələfə götürüb  qurulandı,  orda-burda  zərbə yerlərinin

şişi  hələ o qədər  də cəkilməmiş  bədəninin  üstündə biçilmiş  kimi  rahat  paltarı

geyinib, dumanlı narahatlığın səbirsizliyini duya-duya:

-

Mən söhbətə hazıram, əmi, - dedi.



"Söhbət çoxdu..." Əlbəttə, çoxdu. Bütün yol uzunu Səməd demək olar ki hər

on-on  beş  dəqiqədənbir mürgüləyib,  dərhal  da  nədənsə diksinib  oyanmışdı  və

vaxtı  ilə ağ  daş  binada,  divanda əmisi  ilə yanaşı  oturan  görüntünü - atasını

maşının  şüşəsi  arxasında,  qaranlıqda  görmüsdü Əmma  sədr  Mədəd  "Sultanı

dinlə!  Sultanı  dinlə!" – sözlərindən  başqa  bir  şey  deməyib  yoxa  çıxmışdı.  Belə

vəziyyətdə,  anlaşılmaz qayğı-vük  altında,  mürgü ilə sərsəmlik  arasında

üzülmüşdü.  İndi  isə,  pərdə arxasındakı  su  şırıltısına  qulaq  asa-asa,  qaz  qoxulu

alovun gurultusunda çardaq altında, ocaq qırağında hərəkətsiz Gülgəzi, Torksini,

Abını  Oılıncı,  kəndi,  cəmaatı,  hadisələri  bütün  təfərrüatı  ilə görürdü  və anbaan

əsəbiləşə-əsəbiləşə elə bil  kənar  bir  iradənin  hökmü  ilə bir  növ  mexaniki

danışırdı:

-

Abı  açıq-açığına  qovdu  məni!  Qurban əmi  də qovdu! Ələsgər  müəllim



də! Cəmaat dördəlli yapışıb məndən. Ağsaqqallar qovurlar!

Müslüm  bir  yandan  müomma  saçır,  son  özün  də bir  yandan!  Hamı  sirdaşdı

mənim əmimnən,  tək  Bircə balasından  başqa!..  "Vərəsə"dən  xəbərim  yoxdu,

əmma özüm Varis adlanıram! Atam Elm qurbanı olub,




______________Milli Kitabxana_______________

bilməmişəm! Xalq sürülüb, qırılıb, bilməmişəm! Niyə susmusan, əmi? Niyə kor

böyütmüsən  məni?!  Təhlükələrdən  qorunmaqdan  ötrü  hökmən  kor  qalmalıydım

mən?! Hamı, hamı, hətta Cəfər əminin Torksin qızı da həqiqi alim kimi danışır,

mən  gözlərimi  döyürəm!  Ya  da,  təbii  olaraq,  hamıya  etiraz  eləyirəm.  İnsanın

məlumatsızlığı lap dəhşətli faciə imiş! Şırıltı arasından gülüş eşidildi.

-

Qayrıama,  Dəli  Səməd!  Deyəsən  vəziyyətini  hiss  eləmisən!  Elə ona



görə belə qayrıayırsan.

-

Qayrıayıram! - Səməd yumşaq çəkələkdə ayağını metləxə necə çırpdısa,



pəncəsinə saysız-hesabsız iynə dolmuş kimi, sızıltı sümüyünə işlədi. - Belə getsə,

doğrudan  da  dəli  olacam!  O  nə "etiket"  söhbətiydi?!  Məhərrəmov  kimi  arxası

olan,  Rudenkoya  söykənən  adam  da  "etiketinin  qoparılmağı"ndan  qorxarmı,

əmi?!  Mənim  "cinayət  işim" qopardacaq  sənin  "etiketi"ni?!  Bezobraziye  niyə

məğlubedilməz  olsun  axı?!  Stalin  ölməyibmi?!  Mirqəzəb  tutulmayıbmı?! Əl-

qolunuz  açılmayıbmı?!  Heç  olmasa  qismən  açılmayıbmı?!  Nə vaxta  qədər  tək

kimi qalacam! Yoldaşlarım, dostlarım, əmim, Qılıncım, Təftişim var, - əmma elə

təkəm!


Qurban əmi  gözümü  açdı  bir  az.  Sonra  məlum  oldu  ki,  "Vərəsə"ni

gizlətmisiniz  məndən.  Abı  çox  şey  dedi, əmma  başımı  dumanlandırmaqdan

başqa bir xeyri olmadı... Atamı görürəm! Bax belə, səni gördüyüm kimi!.. Səsini

eşidirəm!  "Sultanı dinlə"  deyir!..  Qırx  altıncı  ildə Naxçıvana  "duz"  səfəri

aydındı,  Mirqəzəb  varıydı  onda,  Pers  varıydı,  mübarizə gedirdi!  İndi  niyə süst

kimisiniz?!

...Cəfər əminin,  yetimlərin  başlarına  gələnləri,  "on  yeddi  nəfərin  işi"ni  təzə

bilmişəm! On iki dekabr qırğınının əsrlərdən gələn siyasi köklərini indi bilirəm!

Vaxtilə mənim həyatımı proqramlaşdırmışdın sən. İki il bundan qabaq bura -

Bakıya  göndərəndə dediyin  sözlər  indi  də qulağımdadı:  "Hər  şey  proqram  üzrə

gedir, qardaşoğlu. Get oxu, gəl vətənə xidmət elə". Həyatdan baş açmıyan adam

necə xidmət eliyə bilər vətənə?! Vətənim "Midiya" - BağOdEydisə, Bağdaydısa,

niyə indi  bilirəm  mən  bunu?!  "Sultanı  dinlə!  Sultanı  dinlə!"  Özü  tamam  aydın

görünür,  sevincimi  dərdə qarışdırıb  gedir!  Bu  nədi  belə?!  Antiq  dünyaya

düşmüşəm, nədi?!

Sultan yenə qəh-qəhə çəkdi.

-

Antiq dünyaya yox, təzə-təzə həqiqət dünyasına düşürsən! dedi.



Mədəd niyə deyib "Sultanı dinlə?!" Qurban sənə deyir: "Saşa, Pişə-


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə