İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə113/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   109   110   111   112   113   114   115   116   ...   180

______________Milli Kitabxana_______________

Birinci  nəticə budur  ki,  Səməd "kürünüb  atılmalı"ları  doğrudan  da  kürüyüb,

camaatın hüququnu özünə qaytardı.

İkinci nəticəsi isə budur ki, pambıq çəkiləndən sonra təcili "vedomost"la pul

paylananda Torksin birdən şığıyıb, Təftişin "seyf"indən möhürü dartışdırdı:

-

Bura ver! Sən gəzdirmiyəcəksən bunu! Mədədimiz gəzdirəcək!



Neçə il gözləmişik biz onun yolunu?!

Təftiş nəinki möhürü verdi, üstəlik, əlinin ikisini də yuxarı qaldırıb: - Mədədə

mən bir dəfə iyirminci ildə, ikinci dəfə otuzuncu ildə səs vermişəm. Bir də indi

verirəm.  Kim  Torksinin  təklifiynən  razıdı, əlini  qaldırsın, - dedi  və Təftiş hələ

sözünü  qurtarmamış,  Qəlyanlılardan  başlamış  Qarışqa  qarının  quru-taqqanaq

nəvələrinə qədər,  bütün  Qonaqlılar  sevincdən  və kədərdən  qəhərlənə-qəhərlənə

əllərini  qaldırıb,  beləliklə,  "avariya"  günündən  yeddi  il  səkkiz  ay  sonra  sədr

Mədədin  "Bircə bala"sının  simasında  sədr  Mədədə yenidən  səs  verdilər  və

Səməd cəmisi bir neçə dəqiqə çəkən qeyri-adi iclasda belə gözlənilmədən kolxoz

sədri seçildi.

11

Xızr  Abının  müəmmalı  pərtliyi  nəzərə alınmasa,  qələbə ətrafında  hamının,



hətta  Qarışqa  qarının  da  dirçəldiyinə,  ümumi  şadlıq,  vəcd  hökm  sürdüyünə

baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan

çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma  hardasa  nal səsləri və Qurban

əminin  "Qorxmayın!  Qorxmayın!  Sultan  özü  gəlir", - dediyini  eşidəndə bədəni

tarıma çəkildi.

-

Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin.



Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

Heç  kəs  görmürdü  ki,  enləri  ilə uzunları  tən  gələsi  dərəcədə iki  kök  qadın

qaranlıqda  biri-birindən  xeyli  aralı  dayanıb  Səmədin  son  sözlərini  eşidəndən

sonra, hər ikisi eyni iti addımlarla işığa çıxdılar. Gülbəniz Səmədin bir qulağına:

- Neynirsən  sən,  a  canım-ciyərim?!  O  cırdığın  məktubda  bədbəxt  bacım

dönə-dönə yazmışdı  sənə ki,  Sultan  adında adamdan  züryəti  olmuyacaq, -

deyəndə,  Şənbə Səmədin  o  biri  qulağına: - Cəmaatı  niyə yığırsan  ora?!

Bilmirsənmi ki, o uşağı daha saxlamaz qarnında?! - dedi.




______________Milli Kitabxana_______________

Səməd  mat-məəttəl  Gülbənizin  enlənib,  krem  yaxılmaqdan  ağarmış  üzünə,

gah  da  Şənbənin əprilmiş  yanaqlarına  baxırdı:  cəmi  üç  nəfərin - Sultanla

qardaşoğlunun  və Müslümün  arasında  olan  söhbəti  bunlar  hardan  bilirdilər,

doğrudanmı o məktubu Gülgəz özü yazmışdı və uşaq söhbəti də ordandı?!

Səməd  bu  iki  nəfər  yad  ikən  məhrəm,  məhrəm  ikən  yad  qadının  arasından

çıxıb, bir də qışqırdı:

-

Torksin! Eşitmədinmi nə dedim?! Gülgəzin yanına getməliyik! İş var!



Belə qəfil,  gözlənilməz,  qəribə sözlərdən, əlbəttə,  çaşmayan,  tutulmayan

qalmadı. Yalnız Səməd meydandan xeyli aralanandan sonra Torksin: - O boş söz

deyərmi?  Lazım  olmasa  çağırarmı  bizi? - deyib  Səmədin  ardınca  yüyürəndə

başqaları da tərpəndilər.

* * *

Gülgəz  qalın,  hündür  çəpər  arxasında,  evin  sol  səmtindəki  çardağın  altında,



boz  kilim  üstündə dizlərini  qucaqlayıb  oturmuşdu.  Ocağın  alovu  təzə-təzə

qızışıb, qara,  yığcam  qazanın  altından  atıla-atıla  həyəti  az-maz  işıqlandırırdı.  O

tutqun işıqda, cığaları qaşlarının üstünə sallanmış, zərif, doğma sifəti, qayrıarlığı,

gözəlliyi uzaqdan da sezilən gözləri görər-görməz, Səməd iti, qulac addımlarının

öz-özünə yavaşıdığını,  hələ Bakıda  rulun-sükanın  arxasına  keçdiyi  dəqiqədən

başlayaraq beynində dolandırdığı sözlərin yoxa çıxdığını duyub, hətta ətrafındakı

cavanları heyrətləndirən sarsıntı ilə dayanıb, başını sağ çiyninə əyib, yazıqlaşdı,

məzlumlaşdı.  Heç  kəs,  o  cümlədən  Səməd  özü  də bilmədi  ki,  belə ləngiməyi

arxadan  taleyin  hökmü  ilə gələn  Xızr  Abının  özünü  yetirib  dəstənin  qabağına

keçməsinə səbəb oldu.

Abının gözləri geniş açılıb Səmədin, sonra sağ-solundakı cavanların, qızların

üzlərində gəzdi. Səsində qəzəb gurtadı:

-

Deyir görüm məhəbbət nə deməkdi?!



Qızlar  oyan-buyana  baxdılar.  Cavanlardan  bir-ikisi  pıqqıldaşdı.  Sonra  hamı

Səmədə baxdı, hamısı çaşqınlaşdı.

Səməd özü isə, başı çiyninə əyili, həmin məzlum, yazıq görkəmdə susurdu.

Abı başdan-ayağa müəmma idi.




______________Milli Kitabxana_______________

-

Ələsgərin damında dərs keçibsiniz hamınız. Səməddən başqa...



"Mövlud  keçirmək",  peyğəmbər

ƏlEy


ƏsƏlimin

əsli-nəsli  haqqında

danışmaq ixtiyarı alıbsınız. Peyğəmbərin rütbəsi barədə sual verirəm.

Səsiniz niyə batıb?!

Birinci yenə Torksin dilləndi:

-

Yeridimi,  baba?!  Səmədin  vacib  sözü  var  Gülgəzə.  İstəyirsən  sən  də



gedək.

Abı daha da sərtləşdi:

-

Səməd  deyib  sözünü!  Artıq  danışıq  nəyə lazımdı?!  Səməd  qamətini



düzəldib, fikrini toplamağa çalışdı.

-

Mən heç nə deməmişəm... Abı əlini çadır səmtinə uzatdı.



-

O yuvaları dağılan qaranquşların civiltiləri də eşidilir bu həyətdə.

Axşam quyunun üstündə sən o cür danışanda eşidilməyibmi burda?!. Sus indi

sən!  Hünər  göstərib  aləmi  çaxnaşdırıbsan!  Bir  çaxnaşma  da  burda  salacaqsan?!

Tanımırsanmı Əlləzoğlunu?!  Xəstəxanadan  çıxarıb  gətirib  salarlar  üstünə,

böhtan  çirkabında  batarsan.  Bildin?!.  Cavanlara  sual  verdim.  Cavablarına  qulaq

as  sən  bunların,  gör  nə deyirlər...  Niyə dillənmirsiniz,  bala?  Necə yəni

"yeridirmi?!" Xızr Abı yersiz danışar?!

Cavab ver sualıma! Təzəlikcən dil çıxardıbsan. Danış da!

Torksin, bir gözü Səməddə, bir gözü Abıda:

-

"Məhəbbət"  rütbədi, - dedi - İndiki  dilimizdə təhrif  olunub. Əslində



cəmi Bağların, OdƏrlərin rütbələrindən biridi. OdƏrcəsi Bağ-HəmOddu (Vahid

həqiqət  Bağı).  Təhrif  dillərdə "Muhamməd",  "Mühəmməd",  "Məhəmməd"  və

sairmüxtəlifsözlərəçevrilib.  "Muhabbət",  "Möhübbət",  "Məhəbbət"  sözləri  də

peyğəmbər ƏlEy  ƏsƏlimin  Bağ-HəmOd  rütbəsindən  azıb  təhrif  olunub.  Hər

hansı bir insan SafAğ Elminin əsasını mənimsəyibsə OdƏr - Həqiqət İşığı olursa,

eyni zamanda BağHəmOd (Vahid Həqiqət Bağı) olub, Odun - Həqiqətin köməyi

ilə insanı insana bağlayır. Həqiqəti bilən insan Həqiqəti bilən insana bağlananda

isə, eyni zamanda ƏlEyə - Uca Əlo, yəni ƏlAğa -"Əllah"a bağlanır.

Budur məhəbbət, baba!

Həqiqətdən  xəbərsiz  insanın  "məhəbbət"i  təhrif  sözdü,  təhrif  mənadı,  yalnız

hissiyyata,  başqa  sözlə,  şəhvətə bağlandığına  görə,  şəhvət  hissi  öləndə təhrif

"məhəbbət" də ölür. Bu deyilənlərə əlavə olunmalıdır: ƏlAğ - "Allah" EySarımız

bizi həqiqətdən xəbərsiz insan "məhəbbət"indən qorusun!



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə