İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə110/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   106   107   108   109   110   111   112   113   ...   180

______________Milli Kitabxana_______________

Səməd  etiraz  gözləyirdi.  Hesabla,  "işin  ikinci  qismində"  Gülənov

ehtiyatlanmalı idi. Əmma Xaşdan çox qəribə, müəmmalı qəhqəhə qopdu.

-

Ay uşaq, çağırın Xalıqı! - dedi.



Çax-çux uzaqda deyilmiş. Gizlinin birinin meydandan qaranlığa cumması ilə

qayıtmağı  bir  oldu.  Ardınca  Çax-çux  qaranlıqdan  çıxıb,  trubkası  damağında,

sakit  yerişlə birbaş  Səmədə doğru  gəldi.  Lap  yaxınlaşıb,  üç  addımlıqda  ayaq

saxladı.


-

Buyur, qadası. Bu da mən!

"Bu  da  mən"  sözləri  ilə birlikdə Xaşın  qəhqəhəsindəki  müəmma  da  açıldı:

Səmədin  qənşərində tamam  başqa  bir  adam  dayanmışdı.  Bu  adamın  dəyirmi

fanar gözləri, sifətinin qaralığı və trubkası "Çax-çux Xalıq" adında qatil olsa da,

tün  abı,  yumşaq  şivyot  kitelinin  döşündə bu  dəfə iki  qızıl  ulduz,  çiyinlərində

polkovnik paqonları parıldayırdı.

Gizlinlər yığnağından başqa meydanda hamı sehrlənmişdi. Uzun illər ərzində

"çax-çux eləyən", İran kişmişi, Çin makentoşu, Çin fanarı sata-sata "ekspeditor",

alverçi  və möhtəkir  kimi  tanınan  Qudalı  Xalıqın  metamorfozası  Muradova  ilə

Mirbağır  müəllimi  də çaşdırmışdı.  Bu  adamın  haqqında əvvəlki  təsəvvür  elə

yerli-yataqlı  və möhkəmdi  ki,  indi  gözlə görüləni  ağıl  kəsmirdi.  Səməd  isə elə

sarsılmışdı ki, tamam kütləşib, Çax-çuxu nə üçün çağırtdığını unutmuşdu.

Ayılması  həmin  "çəkic  zərbələri"  ilə başlandı.  Möhürü  Xəlvətin  cibindən

çıxardıb Təftişə verəndən sonra beynindəki guppultular getmişdi, burda yenidən

başlandı və Səməd özünə gəlib, yəqin ki, gün ərzində əzab çəkdiyini görə sifəti

nisbətən  solğun,  hətta  kübar  kimi  görünən  iki  dəfə Sovetlər  İttifaqı  qəhrəmanı

polkovniki  yaşıl  furajkasından  qara  xrom  çəkmələrinə qədər,  yenidən  gözdən

keçirdi.  Qoşa  qızıl  ulduzun  bərqindən  bir  şəkil əmələ gəldi:  Çax-çux  indiki

libasında əlli birinci ilin yayına qayıdıb, vaqonun açıq pəncərəsi arxasında əlinin

ekzemasını Şüşəyə sürtən Mirqəzəblə yanaşı dayanıb, "Cəlladla bir camdan qan

içən qaniçən" oldu və bununla da Səmədin beyni tamam açıldı.

-

Xidmətlərini  yüksək  qiymətləndirib  Stalin  yoldaş!..  Gecə Bakıda



gördüyüm mayor Qudalovnan indiki polkovnik Qudalovun fərqindən məncə belə

nəticə çıxır  ki,  bu  Qudalov  yalnız  o  tayda  Milli  hökumətin  devrilməyində yox,

yalnız "Boqi obezqlavlenı" yazdıran Yağıra köməyinə görə yox, indi Ermənistan

adlandırılan  torpaqlarımızdan  sürülənlərimizin  müsibətlərində iştirak  elədiyinə,

Borçalıdan Lerikə qədər ərazinin müsibətlərinə görə də yüksək mükafatlar alıb!



______________Milli Kitabxana_______________

Gülənov  ustubluca  yaxınlaşıb,  Çax-çuxun  bir  tərəfində,  möhürü  cibindən

çıxarıldığına  baxmayaraq,  daha  da  mötəbər  görünən  Qudalı  ağsaqqalı  da  hiss

olunmadan yaxınlaşıb, Çax-çuxun o biri tərəfində dayanmışdı. Səməd kürəyində

bir-birindən zorba Gizlinlərin və bütün Qudalı xılının təpərli nəfəsini hiss edirdi.

Çəkic zərbələri gücləndi.

-

Mən dedim xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş.



Dedim, saydım xidmətlərini, niyə dillənmirsən?!

Çax-çux əmin-arxayın, trubkasını tüstülədirdi.

-

Sən bu döşümdəkiləri sərf-nəzər elə. Qatil saydığın, qatil kimi tanıdığın



Çax-çux  Xalıqa  deyilməli  sözün  nədi,  onu  de,  qadası.  Qulaq  asıram.  Buyur!..

Əmbə nəzərə al ki, Qılınc Qurbanın Məhərrəm Abbasoviçə umudu boş xülyadı.

Nəinki respublika prokuroru, heç SSRİ prokuroru da sanksiya verəmməz mənim

tutulmağıma.  Diqqətli  ol,  gör  necə ciddi  danışaram  sənnən.  Bu  iki  ulduzdan

başqa, müharibə müttəfiqlərimiz prezident Ruzveltin və Çerçillin şəxsən təqdim

etdikləri  böyük  mükafatlara  layiq  görülmüşəm  mən.  Çax-çux  Xalıq  belə

adamdı!..

Avtobioqrafiyamın gizlin tərəfləri çoxdu. Açmağa ehtiyac görmürəm, qadası.

Bir  başqa  yerdə

böyük  məmnuniyyətnən  açıb-tökərəm,  bu  aralıqlarda

vurnuxmaqdan  birdəfəlik əl  çəkib  rahat  oturarsan.  Dünya  çox  mürəkkəbdi,

qeylü-qallıdı,  qadası.  Çax-çux  Xalıq,  Xaş  nəçənnik,  Xəlvət  Rəhim  və sair

"mikroilan" adlandırılanlar "mikro" deyillər, qadası. Süleymanınızın xəzinəsinin

üstündə bir yox, milyonlarnan ilan qıvrılıb, ay dünyadan xəbərsizlər! Buyur, indi

sözünü de!

Səməd  kürəyində Zorbaların  nəfəsini  duya-duya  hiss  etdi  ki,  burda  basılsa,

cəmaatın ümidi sınacaq, özü də sınacaq və bəlkə, doğrudan da məhv olacaq. İki

dəfə qəhrəmanın  inam  və təmkinlə dediyi  "Xəzinə"  sahibi  olammıyacaqsınız"

sözlərinə şübhə etmədən, özü ilə birlikdə əmisini də, bu cəmaatı  və bütün  xalqı

da dərin uçurum qırağında görüb, bayaq Çax-çuxu çağırtdıranda nəzərdə tutduğu

"iş"in üstündə daha da möhkəmləndi.

-

İlana  bir  kəlmə də sözüm  yoxdu, - dedi. – Yəni  söz  deməyə



çağırmamışam səni. Yadından çıxmayıbsa, yuxu danışmışdın məno. O yuxun çin

olub... - Kitelin  yaxasından  yapışıb  sağa,  sola  necə dartdısa,  düymələrin hamısı

partapart  töküldü.  Təpərli,  pis  qoxulu  nəfəslər  Səmədin  boyun-boğazına  dolub

tükünü  ürpətdi:  Gizlinlərlə birlikdə daim  içkili  məhlə milisionerləri  də üstünə

tökülmüşdü.

-

Demədimmi toxunmayın! Çəkilin! - bu Gülənovun qışqırtısı idı.




______________Milli Kitabxana_______________

Kiteli  Çax-çuxun əynindən  çıxardanda  elə bir  an  oldu  ki,  Səməd ətrafindan

dağılışan  gombullarla,  milisionerlərlə birlikdə Xaşı  da  gördü.  Daha  doğrusu,

ancaq neştərləri gördü: sevinc yox, təntənə də yox, neştərlərin parıltısında qələbə

himni  vardı. Əmma  Səməd  "işin  ikinci  qismi"ndən  qalmadı:  yeddi  il  səkkiz  ay

ərzində yuxuda və xəyalda qatili nə hala salmışdısa, indi eləcə bir hala saldı: ağ

maykada cəsədsayağı qabırğaları sananan "qara həyula"da nəfəsdən başqa heç nə

qalmadığını  hiss  edəndə nəfəsə toxunmayıb,  Çax-çuxu  it  məhləsinə tərəf

tolazladı.

Nə qədər  imkanlı  adam  olsa  da,  belə xınc-mınc  bədənlə qatil,  cinayətlərini

Persin  üstünə yıxmaq  imkanından  məhrum  olub,  azı  bir  həftə,  on  gün  yataqda

qalmalı  idi.  O  vaxta  qədər,  şübhəsiz,  məhkəmənin  qərarı  çıxmalı,  Sultan

Əmirlinin, Məhərrəm Abbasoviçin başları açılmalı idi. Səmədə lazım olan da elə

bu idi.


Xaş "Dəli Səməd"in belə uzağa baxan gözlərini  görmürdü. Xaş bu  günə, bu

meydana  baxırdı  və qələbəsini  də burda  görürdü;  Çax-çuxdan əl  çəkib  geri

dönəndə Səməd  dərhal  başa  düşdü  ki,  "çəkiyə çəkilən"rin  özünün  özünü  məhv

etdiyinə heç  kəsin  şübhəsi  yoxdur:  Xaşın  qələbə himni  indi  Bezobraziye

törəmələrinin üzlərində, duruşlarında, tərpənişlərində də çalınırdı: əziz qohum və

himayədar  Xalıqa  baxmırdılar,  Xalıqın  yerdə döşəli  qaldığı  bir  vaxtda  bu

adamabənzər  adamların  hamısı  bayram  təntənəsilə dingildəşirdi,  yırğalanırdı.

Çünki Xəlvət Rəhim də paqonlarını taxmış kimi, gurultulu-amiranə səslə "Səməd

Mədəd  oğlu Əmirlinin  çox  açıq  şəkildə nümayiş  etdirdiyi  siyasi əqidəsinə və

cinayətinə şahidlərin" ad və familiyalarını deyə-deyə, Piylisinin əlindəki dəftərə

siyahı  yazdırırdı  Gülənovun  qoşa  ovcunda  isə "naruçnik"  işıldayırdı.  Səməd

nəfəsini dərmədən, bu dəfə birbaş Gülənovun üstünə yeriyib, əllərini irəli uzatdı.

-

İşimin  ikinci  qismini də qurtardım.  Taxa  bilərsən  naruçnikini,  Xaş



nəçennik! Gülənov təhqirə cüzi əhəmiyyət də vermədi.

-

Hə, indi doğrudan da taxmaq olar, eşq dəlisi!



Bircə an  sonra  Gülənovu  yerdə - Səmədin  dizinin  altında,  "naruçnik"i  isə

"nəçənniyin" özünün biləklərində görəndə Bezobraziye törəmələrinin  işarələrə -

əmrlərə tabe cəmdəkləri tamam hərəkətsiz    qalıb qurudular.

Səmədin  hərəkətlərində isə ildırım  sürəti  vardı.  "Naruçnik"in  zəncirindən

yapışıb,  yüz  kiloluq  xaş  bədəni  sürüyüb,  Gülənovun  öz  maşınına  tulladı.  Şofer

do məhlə milisionerlərindəndi: Gülənoğlu Molla Gülənə




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə