İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə107/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   103   104   105   106   107   108   109   110   ...   180

______________Milli Kitabxana_______________

-

Dayan. Sözüm var, - dedi.



Ayaqlarını gen qoyub, tək palıdın altında olduğu kimi, Qara Zalın hərəkətini

təkrar edib - çiyinlərini gərib, Səmədin qabağında səddə döndü.

-

Səməd!  Sən  bilməlisən  ki,  adını  üstümə götürdüyüm  qardaşımnan



yanaşısan sən. Sidq-ürəknən "qardaşım" deyirəm sənə. Bu qardaşıyın sözünü eşit

indi. O gün Qara dedi, sonrasını korladı. İndi yenə korlayır.

Sən gərək qarışmıyasan bu qalmaqala. Çünki bu həngamə də sənin başındadı.

Çəkiyə çəkir  səni  bu  Xaş  köpəyoğlu.  Biz  hər  şeyi  bilirik.  Xalıqı  tutqudan

saxlamaqdan  ötrü  nə qədər  qurğu  qurmuşdular,  heç  birindən  bir  şey  çıxmadı.

Qurban əmi  getdi  şəhərdən  zəng  vursun  Məhərrəm  Abbasoviçə.  Adı  Pünhan

adam  göndərəcək  Bakıdan,  Çax-çuxu  aparacaqlar.  O  naldan  başqa  çox  şey  var

Qurban əminin  olində.  Mütləq  aparacaqlar.  Odu  ki,  çaxnaşırlar.  Quyunun

üstündə də çəkiyə çəkirdilər səni.

Sağ  olsun  cəmaat,  aman  vermədi.  Biz  də səni  qamarğaladıq,  qoymadıq

qoşulasan bunlara. İndi ayrı cür başlayıblar. Pambıq, pul-mal öz yerində. Ölüm-

dirim məsələsidi bu, ay Səməd. Əgər bunlara əl qaldrrsan, heç xətər yetirməsən

də,  elə it  uşağıdı  ki,  özləri  özlorini  qana  bulayacaqlar,  "zaklyuçeniye"

düzəldəcəkiər.  Xaş  cibində naruçnik  gəzdirir.  Eşidirsənmi?!  Naruçnik!  Odu  ki

göz bəbəyimiz kimi qorumahyıq biz səni, qardaşım! Qurban əmi deyir, Səmədin

başına  bir  iş  gətirsələr,  Sultan  o  dəqiqə çıraqtəki  sönər.  Bu  it  xılına  da  elə bu

lazımdı  ki,  bir  şər-xata  düzəldib  səni  tutsunlar, əmin  də çıraqtəki  sönsün,  Xalıq

da gedib  cinayətlərinin  hamısını  Persin  üstünə yığsın.  Məhərrəm  Abbasoviçin

baldızından  uşaqları  var  bu  qatilin.  Gülbəniz  deyir,  uşaqları  öyrədib  bu,  hər

axşam  evdə Məhərrəm  Abbasoviçin  üstünə tökülüşüb  ağlaşırlar  ki,  dədəmizi

tutdurma.  Bildinmi  msələ nə yerdədi,  qardaş!  Çox  yerə əl  atırlar  bunlar.

Gülbənizi söylət, desin sənə nə təhər sənədlər var əllərində. Şənbə danışa-danışa

gəzir ki, Xalıqın nə o tayda cinayəti olub, nə bu tayda. Hər nə olubsa, Stalinnən

Beriyanın, Şahm, Mirqəzəbnən Persin işidi. Xalıq xalqın xeyrinə işləyib guya!..

Məsələ bu yerdədi, qardaş! Ayağını bir azacıq yana atmağına bənddi, o saat hay

salarlar  ki,  Dəli  Səməd  cızığından  çıxıb  yenə!  Diplomun əllərindəydi.  Aralıqda

küy salmışdılar ki, partbiletini də atıb! Yazıq Qurban əmi bizi də rahat buraxmır,

"Ayıq  olun,  partbiletini  oğurladacaqlar", - deyir.  Ekizlər,  Miri,  Qara,  hamımız

qaranca  gəzirik.  Bu  yerdədi  məsələ,  qardaş!  Gəlibsən,  hamımızı  dirildibsən.

Başına iş gəlsə, tək əmin yox, elə hamımız çıraqtəki




______________Milli Kitabxana_______________

sönərik.  Söz  ver  ki,  çırağını söndürmüyəcəksən!  Tək  bu  kəndinmi  çırağısan

sən?!  Heç  yadımdan  çıxmaz,  Göyçədən,  Ağbabalı  mahalından,  Təhlədən  qoca-

qoca  Ağ Əmir  müridləri  gələrdilər  bizim  lap  balaca  olduğumuz  vaxtlar,  sən

Ortayolnan  yeriyəndə boy-buxununa  baxardılar,  Mədəd əmidən  dönə-dönə

soruşardılar  ki,  "budumu  Varis?",  "Budumu  sahibimiz?"  Mədəd əmi  çox  vaxt

dillənməzdi, sonra birdən hirslənərdi ki, "Siz deyilsiniz,  mən deyiləm,  yəqin ki,

bu  olacaq  da!  Görmürsünüzmü  körpədi  hələ,  indidən  göz  dikməyin,  dilə-ağıza

salmayın  uşağı!"  "Sultana  baxın  hələ.  Odu  hələ sahibiniz!" - deyərdi. Əmbə

gələnlər çox narazıydılar: "Sultanın əlindən heç nə gəlmir. Biz elə buna dikmişik

gözümüzü,  bunun  böyüməsini  gözləyirik..."  Bildinmi  iş  nə yerdədi,  qardaşım!

Bütün millətin gözü səndədi, xəbərin yoxdu. Özünü qorumalısan sən, qardaş!..

Miri,  yoldaşları  ilə birlikdə o  yanda  vuruşurdu.  Sarı  Zal  burda  Səmədin

yolunu kəsib, tələsmədən, təntimədən danışırdı.

Sarı nöqtələr - "yel fanarları" tədriclə işıqlananda, Səməd elə bil ilk dəfə Sarı

Zalın öz qardaşına vurğun, ağıllı gözlərini gördü.

-

Sənin adınnan bağlı əhvalat çoxdu, ay Səməd. Əl işlətmə. Əlin biz olaq,



ağıl  özüyünkü  olsun.  Cavanlarımız  dağılışıb  kənddən.  Axşam  haraylayırsan

birini  ki,  gəl  filan  işin  ucundan  tut,  sabahısı  sorağı  Mingəçevirdən  gəlir,

yetimlərin  yanından!  Cəmisi  bir  manqalıq  cavan  qalmışıq  burda.  Kətməndən

tutmuş,  maşına, traktoracan hər iş gəlir əlimizdən. Əmbə nə qədirbilənimiz var,

nə də qiymət  verənimiz!  Xızr  Abının  şagirdləyirik. Əmbə gözümüz  səndədi.

Sənin  işığına  uçuruq!  İşığımızı  söndünnə!  Abının  "xançal"  söhbətini  yada  sal,

qardaşım! Söz ver mənə!

Söz ver ki, bax o çardağın altındaca durub tərpənmiyəcəksən!

Sarı Zal nəzərində necə ucalmışdısa, Səməd hətta gülümsünən kimi oldu.

-

Qonaqlının çırağı sənsən,  Sarı!  Sənin  məsləhətindən çıxmaram! - dedi.



Sarı Zal bu sözlərdən elə bil boyca da ucalıb, gözlərindən gülüb, elə o gülüşlə də

döyüşməyə getdi.

Səməd isə, söz verdiyi kimi, çardağın altına qayıdıb, bayaq burda necə tarım

dayanmışdısa, eləcə də qaldı.

Bütün  diqqəti  meydanda  vuruşan  cavanlarda  idi,  aralığa  girməyə Çalışan

ağbirçəklərdə,  qız-gəlində,  tək-tük  çəlimsiz  kişilərdə idi.  Ömründə birinci  dəfə

idi ki, başçı və iştirakçı deyildi, kənardan baxırdı və



______________Milli Kitabxana_______________

Yəqin  elə buna  görə də Qudalıların  Qonaqlılardan,  Kərpickəsənlərdən  kimi  isə

üstələdiklərini gördükcə alova bürünürdü. Əmma dözürdü, tərpənmirdi.

Gombullar - gizlin  "rabotniklər"  Qonaqlı  cavanların  qabağından  qaçıb,

gözlənilməz  badalaqla  rəqiblərini  yıxırdılar,  saçlarından  yapışıb  başlarını  yerə

döyürdülər. Qonaqlılar, Kərpickəsənlər isə Qudalıların yaxalarının ələ keçirəndə

taraqqataraq 

kəllələşirdilər, 

təpikləşirdilər, 

yumruqlaşırdılar, 

tutaşıb

süpürləşirdilər.  Səməd  başı  başa  yox,  daşı  daşa  şaqqüdadan  kəllələşməyə də



ömründə birinci  dəfə kənardan  baxırdı  və bu  dəhşətli  kəllələşmədə dəhşətli

düşmənçilik  görürdü.  Gün ərzində beyninə dolub  qarışmış  ağır  təəssüratlar

arasından  iki  kəlmə - "iyli  quyu"  ayrılıb,  Yağır  Məmmədəlinin  sümüklərini

göstərirdi... Möhsün kişinin - Kərpickəsən Möhsünün kənddə qazdığı quyulardan

bir-iki  metr  qara  torpaq,  üç-dörd  metr  sarı  torpaq  çıxırdı,  yeddi-səkkiz

metrlikdən azı yüz vedrə daş, qum çəkilib çıxarılandan sonra su qayrıayanda bir

xeyli də suyun gözü eşilirdi, beləliklə, quyuların dərinliyi on-on iki metrə çatırdı.

Yağır  Məmmədəlinin  cəsədi  belə bir  dərinlikdə dəfn  olunmuşdu  və bu

düşmənçiliyin  özülü  o  dərinlikdə idi.  Qılınc  Qurban  Yağırın  ölümü  barədə

həqiqəti  danışanda,  "kobra  gözləri"  "ölü  qoyun  gözlərinə"  dönüb  Özülün

laxladığını  xəbər  versə də,  meydanda  bu  düşmənçilik  aydın  deyirdi  ki,  özül

nəinki laxlamışdı, əksinə,  Xəlvətin  Sultan Əmirli  ilə Qılınca  "Düşmənimsiniz"

dediyi gün Perslə əsabələri - KQB Xudiyev, NKVD Gülənov necə gizlin və dərin

düşmənçilik özülü qoymuşdularsa, ötən illər ərzində o özül daha da bərkimişdi.

Toxunulmaz  qalmaq,  həmişəki kimi  xaş  tıxaşdırmaq,  çax-çux  eləmək,  xəlvəti

işlər  görmək,  qıllanmaq,  piylənmək  üçün  aləmi  dağıtmağa  hazır  olan  bu  cin-

şeytan  yığnağının  hamısı  öz  həyat  tərzləri, əxlaqları,  dünyaya  baxışları  ilə

birlikdə,  bütünlüklə o  cəsəddən  törətmişdi.  Yağır  Məmmədəli Əmir  bağında -

almalıqda illərlə səbət daşıyandan sonra öz üfunətindən üfunət yaratmışdı; çörəyi

ayaq altında əzən, zənənin birçəyinə əl atan, bir-birindən gombul cavanlar- gizlin

rabotniklər,  iri-iri  başları,  topa-topa  yal-yolpaları yırtıcılar  törəmişdi; raykom

katibinin maşmının təkərinə yaba soxan, darvazasına murdar yaxan, Lüt Cəfərin

yadigarı  Yetimlər  məhləsini  üfunətlə dolduran  dözülməz  it  xılına  dönmüşdülər.

Bu  düşmənçiliyin  dəhşəti  də məhz  özülündə idi.  Vuruşanlara  kənardan  baxa-

baxa  Səməd  indi  bütün  aydınlığı  ilə dərk  edirdi  ki,  Ağ Əmirlə Boz Əmirin

başlarını "çarvadar xurcunu"nda gətirən Yağırın




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə