İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə103/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   99   100   101   102   103   104   105   106   ...   180

______________Milli Kitabxana_______________

damğası da eləcə bir şeymiş. Odur ki, Səmədlə təzə tapdığı bacısının əzabları da

eyni  idi. Amma  Səməd  bundan  sarsılmadı. Əksinə,  Torksinin  quru  sinəsinin

çırpıntısını  öz  sinəsində duyar-duymaz  dərhal  başa  düşdü  ki,  qurğulardan,

böhtanlardan,  təhqirlərdən,  sui-qəsdlərdən,  tutqulardan  nə

qədər  böyük

bədbəxtlik  törəmişdisə,  bədbəxtliyin əzablarından  bir  o  qədər  böyük  xoşbəxtlik

törəmişdi: qəlbində gəzdirdiyi gözəl insanlar arasında Torksin adlı daha bir  uca

və gözəl insan vardı. Danışırdılar ki, "sandığa qoyduğu qoftasıdı: Səmədin "təpik

altında  qaldığını"  gördüyü  günün  axşamısı ortayolun  ortasında  "lütlənib",

qəlyanlılardan  hansınınsa əlindən  "spiçkanı"  dartıb  alıb,  qırmızı  donunu

yandırmışdı.

O axşam qəlyanlıları dərd götürübmüş: "Lütlənməyin nədi, ay Lüt qızı?!" Bu

doğrudan  da  dəliymiş  ki!.."  Qara  geyinib,  yollara  boylana-boylana  qalmışdı.

Ucadan da uca idi! Gözəldən də gözəl idi!

- Bacımsan!..  Yeddi  il  səkkiz  ay  sonra  bu  axşam  mən  ikinci  dəfə dünyaya

gəldim. Məndən ötrü sən də bu axşam dünyaya gəldin. Unut hər şeyi! Böhtanları

da,  damğaları da  unut!  Bacıların,  qardaşların  qayıdacaqlar.  Bircə şeyi  unutma:

Mən sənin doğma qardaşınam! Xoşbəxt eləyəcəm səni!

* * *


Yeddi  il  səkkiz  ay  ayrılıqdan  sonra  Qonaqlıya  belə qayıtdı.  "İt  xılı"ndan

başqa burda yenə də hamının istəklisi olduğunu, öz adı ilə yanaşı "Mədəd" adını

da üstünə götürüb, daha çox sevildiyini bütün aydınlığı ilə gördü və güman elədi

ki, bayaq quyunun üstündə duyduğu dönüş -"ciddi hadisə" də elə budur. Əmma

bu "ciddi hadisə"nin ardınca, bir gecənin içində elə qeyri-adi hadisələr baş verdi

ki,  səhərisi  yenə əmisilə görüş zərurəti  yarananda Səməd bu bircə gecədə olub-

keçənlərin təəssüratını yığıb-yığışdıra bilmirdi.

9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları



"yel fanarları"nın işığında baş verdi.

Nə qədər  ki,  şəhər  onilliyinin  və dəmir  yol  məktəbinin  yorğun-arğın

müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun



______________Milli Kitabxana_______________

axınla  ağır-ağır  gəlib  meydanın  dövrəsində,  təpəcik  üstündə "dustaq  damı"

adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda - anbarın

qabağında  Səmədin  lap  körpəlikdən - otuz  dördüncü-otuz  beşinci  illərdən  bəri,

avqustun  axırından  noyabrın  ortalarına  qədər  hər  gün  gördüyü  adi  iş  gedirdi:

qapan-tərəzidə pambıq  çəkilirdi.  Birinci  briqadanın  briqadiri  Təftiş  öz  daimi

yerində - qapan-tərəzinin  dalında  dayanmışdı. İkinci  briqadanın briqadiri

Möhsün kişi tərəzinin yanında gödəkçəsini büküb-bürmələyib, birbaş yerə - toz-

torpağın  içinə qoyub,  üstündə oturmuşdu.  Üçüncü  briqadanın  briqadiri  Qeybalı

da  tərəzinin  o  biri  tərəfində kepkasının  dalını  qaldırıb,  partlayıb  şişmiş

dodaqlarının  üstünə kölgə salıb, hətta  tər  köynəyin  altında  qaralan  keçə qarnını

da  bir  növ  yığışdırıb,  çöməlib,  Qudalı  atamanının  həmişəki  harınlığı  ilə

tutuşmayan  işgüzar  görkəmə düşmüşdü.  Otuzuncu-qırxıncı  illərin  "uçotçik"i

Çürük Aşıq da öz yerində - dirək dibində, qara "ambulatoriya stolu"nun dalında,

saqqız kötüyünün üstündə oturub, yoğun cızıqlı - qrafalı "uçot dəftəri"ni açmışdı,

nəvələrinin  hansınınsa  büzməli  torba  içində mürəkkəbqabını  dəftərin  bir

böyrünə,  qəlyanını  o  biri  böyrünə qoyub,  müharibədən  sonra  kəndlərdə cında -

"

utilsırya



"  yığanlardan  aldıqları tərifli  "cında  pero"nu  qələmi əlində hazır

tutmuşdu.  Məmməd  Xələf  Zal  "qruzovik"inə qalaqlanmış  çuvalların,  xaşaların,

kisələrin  üstünə dırmanıb,  pambıqla  dolu  çuvalları,  xaşa  və kisələri  üzü-aşağı

yuvarladıb  tarappatarap  tokdükcə,  vaxtilə çəpərlərin,  ot  tayalarının  diblərində

oynaşan "burnu fırtıqlılar" - indiki məktəb uşaqları ikibir-üçbir köməkləşib, qırx-

əlli,  altmış-yetmiş  kiloluq  çuvalları,  xaşaları,  kisələri  qapan-tərəzinin  yanına

sürüyürdülər,  qırılan  diviziyada  qırılanların  arvadlarından  üçü – Təftişin

manqabaşılarıı növbəti çuvalı, xaşanı və ya kisəni tərəziyə qaldıranda, Təftiş çəki

daşlarını taqqıldada-taqqıldada əlüstü çəkib, pambığın çəkisi ilə o pambığı yığan

uşaqların  analarının  adlarını  deyirdi. Çürük  də dəftərində adı,  familiyanı  tapıb,

Təftişdən  eşitdiyi  rəqəmi  yazırdı.  Kolxozun  təşkil  olunduğu  və ilk  dəfə pambıq

əkildiyi vaxtlardan qoyulmuş qayda üzrə, əgər bu gün birinci briqadanın pambığı

qabaqca  çəkilirdisə,  sabah  ikinci  briqadanınkı,  birisi  gün  də üçüncününkü

qabaqca çəkilirdi ki, camaatın bir qismi bu gün, ikinci qismi sabah, üçüncü qismi

birisi gün tez dağılışıb, öz qapı-bacasında qurtdalanmağa imkan tapsın. Yenə də

həmin vaxtlardan qoyulmuş qayda üzrə, təftiş komisyonunun üzvlərindən savayı,

bir kəsin ixtiyarı yoxdu ki, çəki başlanandan sonra bu işə qarışsın və ya aralığa iş

salsın.



______________Milli Kitabxana_______________

Çünki, əvvəla, bu iş özü çox uzun sürürdü; ilk çuvalın, xaşanın və ya kisənin

tərəziyə qoyulmağı  ilə axırıncının  tərəziyə qoyulmağının  arasında  iki-üç  saat

keçirdi,  dan  yeri  söküləndə evdən  çıxıb,  bir  də hava  qaralanda  çöldən  qayıdan

arvad-uşaq,  üstəlik  də burda  növbə gözləyib əldən-ayaqdan  düşürdü,  gecənin

yarısında  qıçları  bükülə-bükülə,  gözləri  yumula-yumula  qapıdan  girəndə çox

vaxt  bir  tikə qismət  də almayıb,  paltar-palazlı  döşənişirdilər  ki,  briqadirlərin,

manqabaşıların  hay-harayları kəndi  götürməmiş,  danlaq,  töhmət  eşidilməmiş

sürünüb  qalxa  bilsinlər;  "Yığım  kompaniyası"  deyilən  iki-üç  aylıq  ağır

"kompaniya"nın  özü  tələb  edirdi  ki,  burda - anbarın  qabağında  çəki  başlananda

bu  işə heç  kəs  mane  olmasın.  Bir  də nəzərə almaq  lazımdı  ki,  təftiş

komisyonunun  uzvləri - Təftiş  Abbasın  özü,  Qılınc  Qurban,  Çürük,  Abı  və

Ələsgər  müəllim  çəkidən  sonra  da  burda  oturub,  "uçot  dəftəri"ni  yoxlayıb,

imzalayıb,  mühasibliyə verməli  idilər,  mühasiblikdə isə hesabdar  Mürsəllə

hesabdarları elə o  gecə,  dəftərdən  "çıxarış"  yazıb,  idarə heyətinə gündəlik

"svodka"


1

verməli  idilər  ki,  idarə heyəti  də öz  növbəsində pambıq  üzrə dövlət

planı  ödənişinin  faiz  artımı  haqqında  raykoma  "svodka"  göndərsin, həm  də üç

briqadada  manqalardan  və ayrı-ayrı  kolxozçulardan  kimin  irəli  getdiyini,  kimin

geri qaldığını aydınlaşdırıb, sabahısı kiminlə necə danışmağı dəqiq bilsin... Sədr

Mədədin  vaxtında  idarənin  dəhlizində bir  "dasqa" - yazı  taxtası  vardı,  yarısı

qırmızı rəngdə, yarısı qara rəngdə idi. Yığımda irəli gedənlərin - "zərbəçilər"in

2

adlarını,  familiyalarını  "qırmızı  dasqa"ya  yazırdılar,  geri  qalanların



-

"tənbəllər"in  adlarını  familiyalarını  "qara  dasqa"ya  yazırdılar.  Bundan  başqa,

indiki  raykom  katibi  Məleykə Muradova,  o  vaxtı  komsomol  Məleykə "Karl

Marks  adına  Qonaqlı  kolxozunun  güzgüsü"  adında  divar  qəzeti  yazıb,  həmin

"dasqa"  ilə yanaşı  mıxlayırdı.  O  divar  qəzetində,  başlığın  altında  şüar  vardı:

"Pambıq  yığımını  müvəffəqiyyətlə başa  çatdıraq!"  Şüardan  solda,  aşağı  küncdə

qara  karandaşla  çəkilmiş  yekə bir  tısbağa  vardı.  Şüardan  sağda,  yuxarıda  isə

qırmızı  karandaşla  çəkilmiş  dörd  matorlu  təyyarə vardı.  Komsomol  Məleykə

yığımın axırında bir siyaha tutub, o siyahıya düşənləri "tısbağaya mindirirdi", bir

siyaha  da  tutub,  "zərbəçiləri  təyyarəyə mindirirdi".  "Tısbağaya  minmək"  o

deməkdi ki, yığım müddətində işləmək əvəzinə sürünmüsən, əmək-

"Svodka" – məlumat.

Rusca "udarnik" sözündən hərfi tərcümə. Zərbəçilik hərəkatı otuzuncu illərdə istismar vasitəsi kimi

çox yayılıb, əllinci illərin əvvəlinə qədər qalmışdı.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə