İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə105/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   101   102   103   104   105   106   107   108   ...   180

______________Milli Kitabxana_______________

qoydurmuşam.  Öz  qızlarımın  cehizliyindən  stəkan-nəlbəki  düzdürmüşəm.

Möhtərəm  Muradova  yoldaşnan  Mirbağır  müəllim  getdilər  baxdılar  indicə,

ağızları açıq qaldı. Nədən ötrüdü bunun hamısı, Abbas? Ondan ötrüdü ki, şəhər

uşağı  zillət  çəkməsin,  naxoşlamasın.  Həvəsnən  işləsin.  Bə sən  neynirsən,  a

yoldaş  Təftiş?  Hər  axşam  bu  yanıq  təpəliklərdə,  toz-torpağın  içində gözlətsək,

həvəs  qalarmı  o  uşaqlarda?  Bu əziyyətdən  sonra  çənələri  çörək  tutarmı?

Elədiyimiz hörmət də hörmətsizliyə dönməzmi? Qaçıb dağılsalar, pambıq çöldə

qalsa, Sultan Əmirli yoldaşa nə cavab verərik?! İnad eləmə, Abbas, qırağa dur!

Daşdan səs çıxırdı, Təftişdən yox.

Xəlvət rəhbər işçilərə baxıb, həmin bəlağətlə: - Tərpənmiyəcək bu, - dedi.

-

Revkom  vaxtı  Sultan,  sonra  da  rəhmətlik  Mədəd  belə ərköyün eləyib



bunu.  Özü  də ki,  belə şalban.  Yaxın  düşmək  də olmur.  Sən  danış bunnan,

nəçənnik, - dedi.

Gülənovun neştərləri işıldadı:

-

Biz  zor  işlətmiyəcəyik.  Biz  qanunnan  hərəkət  eliyəcəyik...  Qılınc



Qurban  yenə şəkkaklığa  başlayıb.  Yeddi  il  səkkiz  ay  bundan əvvəlki  ölüm

hadisəsini  yuxuda  görüb,  elə yuxuda  da  Sayılovdan  sanksiya  alıb  Xalıqı  dustaq

damına salmışdı. Qapıya da nəhəng bir qıfıl vurmuşdu.

Azərbaycan  SSR-in  cinayət  məcəlləsinə əsasən,  birincisi,  vəzifəsindən  və

ictimai  mövqeyindən  sui-istifadə elədiyinə görə,  ikincisi,  silah  işlətdiyinə görə,

üçüncüsü,  gunahsız  vətəndaşı əsassız  ittihamla  təhqir  elədiyinə görə Qılınc

Qurbana iş düşür. Biz onun "maniya prisledovaniye" deyilən psixi azarını nəzərə

aldıq və RİK-ə məlumat yazmaqla kifayətləndik. İşdən qovulacaq.

Buradakıların hamısı öz gözüynən gördü ki, o quyunun üstündə çamadanını,

qızılını,  diplomunu  qaytaranda  Səməd Əmirliyə mən  nəyə görə,  necə tövsiyə

dedim və xəbərdarlıq elədim. Səməd Əmirli Qılınc Qurbanın tərbiyəsindən çıxıb

"Maniya  prisledovaniye"  deyilən  azar  bunda  da  var.  Bəlkə,  hətta  Qılınc

Qurbandan da şəkkakdı. Mənim xeyirxah tövsiyəmdən nəticə çıxartmaq əvəzinə,

dözülməz  dərəcədə xuliqan  hərəkətinə yol  verdi.  Mənim  heysiyyətimin

tapdandığına  dözməyən  yoldaşlardan  iki  nəfərə də əl  qaldırdı.  Bu  hərəkətinə

görə,  Azərbaycan  SSR-in  cinayət  məcəlləsinə əsasən,  Səməd Əmirliyə də iş

düşür.  Bu  barədə prokurorluğa  və raykoma rəsmi  məlumatlarımız  da  yazılıb,

mənim  bu  döş  cibimdə hazır  durur. Əmbə bir  sıra  məsələləri  nəzərə alaraq,

hələlik  bunnan  kifayətlənib,  Səməd Əmirliyə də xəbərdarlıq  eləyirəm  ki,

hərəkətlərinə son  qoymasa,  o  da  işdən  kənar  sayılacaq  və dərhal  məsuliyyətə

alınacaq. Günü bu gün!..



______________Milli Kitabxana_______________

Qaldı Təftiş Abbas... özü təftiş komisyonunun sədri ola-ola briqadasındakı üç

manqada əlli beş nəfər kolxozçudan cəmi yeddi adam çıxarıb işə: arvadına gücü

çatıb, bir də özünün Qara Zalınnan, Möhsun kişinin Sarı Zalına, vəssəlam! Qırx

səkkiz  nəfər əldən-ayaqdan  saz,  candan  sağlam  adamı  alverə buraxıb.  Bu  heç.

Kolxozun  sahibləri  var.  Təftiş  Abbasın  bu  hərəkətini  özləri  müzakirə eləsinlər,

özləri  nəticə çıxartsınlar  görək  yığım  kompaniyasının  birinci  günü,  təşkil  günü,

poçti hərbi vəziyyət vaxtı bu cür məsuliyyətsizliyə yol verən adam briqadirlikdə

və təftiş  komisyonunun  sədri  kimi  məsul  vəzifədə qala  bilərmi?!  Təkrar

eləyirəm,  kolxozun  öz  işidi  bu,  mən  qarışmıram.  Mən  ancaq  həbs  edə bilərəm,

onu da ki, görürsünüz, hələ eləmirəm.

Kişi mənə başqa  iş  tapşırıb,  Sultan Əmirli  yoldaşı  nəzərdə tuturam. Bəziləri

kişi saymasa da, Sultan Əmirli yoldaşa mən elə əvvəldən Kişi demişəm, indi isə

Mirqəzəbə qalib  gələn  Kişi  deyirəm.  Özüm  də fəxr  eləyirəm  ki,  bu  mötəbər

maarif  müdirimiz  məktəblərin  yığıma  cəlb  olunmağından  bir  qədər  narazı

danışanda,  Kişi  monə çox  məsuliyyətli  iş  tapşırdı.  Yığım  müddətində şəhər

məktəblərinin,  maldarlıq  texnikumunun  bu  zonada  üç  kolxozun  üçünə də

səmərəli  köməyinə cavabdehəm.  Bundan  başqa,  raykomun  təlimatçısı  və rəsmi

təhkimçisi  Səməd Əmirlinin  burda  yığım  kompaniyasını  təhlükə altında

qoyanlarnan  qucaqlaşa-qucaqlaşa  cici-bacı  oynadığını  nəzərə

alaraq,  öz

vəzifəmin  tələbi  üzrə,  ciddi  tədbir  tökməliyəm. - Neştərlər  Səmədin  üzünə

sancıldı.

Səməd  hiss  edirdi  ki,  Xaşın  zərbəsi  hələ irəlidə idi.  Dillənmirdi.  Dözürdü.

Gözləyirdi.

Qapan-tərəzinin yanında nə oldusa, birdən gurultu qopdu: Təftiş əlindəki iri,

ağır çəki daşını tərəzinin üstünə çırpdı.

- Düzələn deyil bu xaraba! - dedi.

Babası  Qolyana  gülərdik  biz  uşaqlar  o  vaxt,  Qıdllıyan  deyərdik.  Gördü

Qonaqlıda  atı  işləmir,  getdi  Orta  kənd  Tahirliynən  qohumlaşıb  Gülənov  oldu,

bunun qardaşı meçidə getdi, müsəlmanlığı qəbul elədi Molla Gülən oldu, özünü

də ki,  görürsünüz - Zorri-Zor!  Səsimizi  çıxardan  kimi  Anastas  Mikoyannan

qorxudur  bizi!  Erməni  deyilən!  Hay  addım-addım  gəlib  bir  yanda  Qazağımızın

böyrünə çıxıb, vayenkoma qədər dolub. Nırxı var orda Yervandin, kim onca min

verir, bir illiyinə



______________Milli Kitabxana_______________

buraxılır əsgərlikdən,  kim  iyirmi  min  verir,  iki  illiyinə buraxılır!..  Nədi  mənim

bu danışdığım, ay camaat?

El  qalıb əyriyə,  həm  yeyə,  həm  səyriyə! - Təftiş  "Tfu!" - elədi.  Və

"sapoqlarını sürüyə-sürüyə aralanıb, çardağın o başında, qaranlıq küncdə oturub,

"seyf"lərini  eşələyə-eşələyə qəlyanını,  tütün  qabını,  kibritini  çıxartdı.  Möhsün

kişi gedib Təftişin bir tərəfındə, Çürük o biri tərəfində yerə çökdü. Xızr Abı isə

əvvəldən  orda  idi.  Sükut  və çaşqınlıq  içində o  qaranlıq  küncdə dörd  qəlyan

közərdi, dörd Qəlyanlarının tüstüləri ağardı... Vaxtilə axşamlar bu vədə qocalar o

küncə yığışıb  tüstünü  tüstüyə qatanda  sədr  Mədəd  bu  yandan – tərəzi  tərəfdən

soruşardı:  "Qəm  çəkirsiniz,  ya  dəm?"  Çürük  Aşıq  deyərdi:  "Tüstümüzə bax".

Sədr  Mədəd  də baxıb,  tüstülərdəncə bilərdi  ki,  Qəlyanlılar  qəm  çəkirlər,  yoxsa

dəm. İndi tüstüsüz də məlumdu ki, Qəlyanlılar nə çəkirdilər; əgər Təftiş sözünün

sonunda "Tfu!" - eləmişdisə, bu "imennoy naqan"ın gülləsinə bərabər bir şey idi.

Çürüklə Möhsün  kişi  də gedib  Xızr  Abının  yanında  oturmuşdularsa,  demək

Təftişin  fikri  ilə şərikdilər.  Bütöv  bir  rayonun  fəxri  Qılınc  Qurbanın  "maniya

prisledovaniye  deyilən  azan"  varmış!  Qılınc  Qurbanın  tərbiyəsindon  çıxdığına

görə Səməd Əmirlinin də həmçinin psixi azan  varmış! Hətta xuliqanmış! Təftiş

Abbas  isə nə briqadirliyə,  nə də təftiş  komisyonunun  sədrliyinə yarayan

məsuliyyətsizin birisi imiş! Qırx səkkiz nəfər "əldən-ayaqdan saz, candan sağlam

adamı  alverə buraxdığına"  yalnız  özünün  Qara  Zalı  ilə Möhsün  kişinin  Sarı

Zalına  gücü  çatmışdısa, əlbəttə,  işi  "kolxozun  sahibləri"nin  müzakirəsinə

verilməli idi!..

Səməd  kənardan  fikir  verirdi: kim  onu - Səmədi müdafiə edirdisə,  hamısı

cinayətkar sayılırdı, susdurulurdu.

Sükut  və çaşqınlıq  içində Qudalı  cavanları  birdən  qopub  cəmaatın  üstünə

cumanda  Səməd əvvəlcə bunu  anlamadı. Ətrafında  tarap-turap  düşdü:  "alça-

malça"  satanlardan  bəziləri  xurcunlarını,  ala-bula  faner  çamadanlarını,

heybələrini yerdən qapıb o yan-bu yana qaçışdılar. Bir-birindən gobıd - yoğun ət

torbaları - Qudalı  cavanları  hamını  basıb  geri  itələdilər,  anbarın  alçaq,  uzun

çardağının tavanından sallanan quru həmişəcavan

1

çubuqlarından sındıra-sındıra,



cəmaatın ətrafında dövrə vurdular.

Milisionerlər  başqa  iş  görürdülər:  xurcunları,  heybələri,  çamadanları,

bağlamaları, vedrələri, bidonları dartıb aldıqca, on addımlıqdan

Tanak - meynəsayağı növ.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə