İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə101/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   97   98   99   100   101   102   103   104   ...   180

______________Milli Kitabxana_______________

O  vaxt  Cəfər əmi  idarə heyətinin  qərarını  çıxarıb,  "qırılan  diviziyada

qırılanların" uşaqları, yəni evində saxladığı yetimlərə "Fond hesabına" on bir çiy

kərpic  ev  tikdirmişdi,  qarğıdalı,  taxıl,  noxud,  maş  və sair  belə-belə şeylər əkib

"yetimləri  dirçəltməkdən  ötrü" əlavə əkin  sahələri  paylamışdı.  Yetimlər  isə,

qəribə idi  ki,  elə bil  Cəfər əminin  yaxşılığının əvəzində hər  il  "qara-quru

qızlar"dan  bir-ikisini  "götürüb  qaçıb"  o  evlərə - yetimlər  məhləsinə aparırdılar,

heyətə ərizə yazıb  öz  yeni  ailələri  üçün  "bir  baş  sağmal  inək",  "beş-üç  qoyun"

alıb,  "kişiləşib"  "adam  olurdular".  İndi  isə...  Səməd  diksinib,  ayaq  saxlayıb,

təəccüblə soruşdu ki:

- Yetimlər məhləsi niyə boş kimidi?!

- Hə... Boşalıb... yoxdular, ay Mədədimiz, - dedilər.

Niyə?  Demə,  Qudalı  gombulları "rayonu  materialnan  doldurubmuşlar;

yazıbmışlar  ki,  "bu  var-dövlətin  hamısı  kolxozun  hesabına  düzəlib,  "Belə

qanunsuzluğa  dözəmmərik  biz!"  Gecələr,  yetimlərdən  kim  isə evdə olmayanda

içəri soxulub, Lütün qızlarına əl uzadırmışlar". "Vağzal bufetində içib dəmlənib

kəndə qayıdanda  məhlənin  həyət  bacasında  şalvarlarını  aşağı  salıb  hər  yeri

batırırmışlar",  "gecənin  bir  aləmində bar-bar  bağırırmışlar  ki,  "o əkin  yerləri

dədə-babadan  Qudalıların  olub!  Vermiyəcəyik  sizə!"  Və doğrudan  da  suvarma

vaxtlarında  arxın  suyunu  Qudalı məhləsinə ötürüb,  yetimlərin  qarğıdalılarını,

taxıllarını yandırırmışlar.

- Köçdülər bədbəxt yetimlər, ay Səməd! Getdilər! Yurdları boş qaldı.

Əkinləri  Rəhim  kişi  öz  "çoxuşaqlı  Qudalılar"ına  paylatdırdı.  Xaraba qalıb

yetimlər məhləsi!

Səməd hiss etdi ki, bu "xarabalıq"da köhnə düşmənliklə bağlıdır; yadında idi

ki,  Xəlvət  Rəhim  idarəyə heç  vaxt  qalmaqalsız  getməzdi.  Hələ Ortayolda  ikən

bar-bağırardı ki, "öz kürəkənlərinə yedirdirsən kolxozu. Bəs bizimkilərin aclığı-

susuzluğu yoxdumu, ay Lüt milyoner köpəyoğlu!" - Kabinetə girən kimi hər dəfə

bir  şagird  vərəqini  Cəfər əminin  stolunun  üstünə şappıldadıb:  "Qol  çək  bura!

Qalanını özüm yazacam. Pendir lazımdı! Yağ lazımdı!.." - O qədər bağırardı ki,

yazıq  Cəfər əmi  köksünü  ötürə-ötürə ağ  kağıza  qol  çəkərdi,  mızıldanıb:  "Al!

İtaparan olsun!" - deyərdi.

Səməd boş məhlədən gözünü çəkib Dinişə baxdı. Yadında idi ki, "qara-quru"

qızların,  yetimlərin  sayı  lap  azalandan  sonra  da  Dinişin  çığır-bağın  kəsilmədi.

Bütün  kənd  kimi,  nəhayət,  "Dəli  Səməd"  də laqeyd  qala  bilməyib,  gedib  Ayna

bacını eşiyə çağırdı: "Bu nə biabır-




______________Milli Kitabxana_______________

çılıqdı,  ay  bacı! - dedi.  Bir  o  qalıb  kəndə car  çəksin  Dəli  Səməd  alır  məni!.."

Bununla  da,  Dinişin  səsi  batdı, əvəzində,  hər  dəfə Səmədlə rastlaşdıqca,  səssiz-

səmirsiz tökülən göz yaşları seli başlandı... Yolda kim isə gülə-gülə bu əhvalata

əlavə elədi:

- Sən gedəli gözünün yaşı qurumurdu! - dedi.

- Dirildi!

- Gəlişin Torksini də güldürdü, diriltdi, a xoşqədəm! - dedilər. Əmma "Diniş"

adı  ilə "torksin"  kəlməsi  ayrıca  mahnı  oxuyub,  "qırılan  diviziyada  qırılanlar"

adlanan  köhnə yara  yerində "Cəfər əmi - Lüt  Cəfər"  adlanan  təzə yaranı  da

ağrıtdı.  Məhz  buna  görə də Səmədin  qolları öz-özünə qalxıb  Dinişə - Torksinə

doğru  uzanıb,  Torksinlə birlikdə Cəfər əmini  də,  on  bir  yetimi  də,  Ayrıa  bacını

və qızlarını da qucaqlamaq istədi.

Səmədin xəbəri yoxdu ki, bayaq quyunun dikdirində Süduşənin, Hacehsanın

axşam  sərinliyi  boynuna sarılanda,  o  sərinliyi  gətirən  qollar  arasında  Dinişin

qolları da vardı, bir yox, bəlkə beş dəfə sarılmışdı; o kəpənək, qaranquş qanadları

alnından,  o  üzündən-bu  üzündən  öpəndə,  o  qanadları gətirən  dodaqlar  arasında

Dinişin  dodaqları da  vardı,  bir  yox,  bəlkə beş  dəfə,  on  dəfə öpmüşdü. Əmma

orda  Səməd  qırılan əsgərlərin  vaxtsız  qocalmış  arvadları ilə onların  qızlarını,

gəlinlərini görmüşdü, daha doğrusu, hamını eyni gözlə görmüşdü.

Mahnının davamı  yetimlərin  taleyindən  söz  açıb  Səmədin  qollarını  yanına

saldı və Torksin  tay-tuşlarının  arasından  çıxıb  böyrünə qısılanda  Səməd  onun

pioner qalstuku kimi ensiz, qara qıymaçasının arxasında sığalsız, pırtlaşıq saçını,

qara  qoftasının  altında  tamam ətsiz,  quru-taqqanaq  çiynini  sığallaya-sığallaya

dayanıb hərəkətsiz qaldı.

Səhər  alatoranda Əmirli  mülkünün  alov  sütunu  göyə dirənəndə,  o  sütunun

işığında  Səməd  Ortayolla  üzüaşağı  tökülən  cəmaatdan  başqa,  bu  yanda - yolun

sağında  bir  cərgə təzə ev  görmüşdü, əmma  at  belində qoşalüləsini  guruldadan

Qurban əmi ilə cəmaata necə laqeyd baxmışdısa, təzə evlərin cərgəsinə də eləcə

laqeyd  baxıb,  dərhal  da  unutmuşdu.  İndi  isə...  məlum  oldu  ki,  "Yetimlər

məhləsi!"  "Xaraba!"  Səbəb  isə budur  ki,  "İt  nəfəsi  dəyib  bu  məhləyə.  Qudalı

xılının  nəfəsi  dəyib.  Elə murdarlayıblar  ki,  yetimlərin  qayıdıb  bu  bağlı qapılan

açmağına daha heç kəsin umudu yoxdu".

Səməd heç nə başa düşmürdü. Ətrafında isə birdən-birə sükut başlanmışdı.




______________Milli Kitabxana_______________

İrəlidə - otuz-qırx addımlıqda Təftiş qapan-tərəzinin  üstündə qalxıb, anbarın

dirəyinə "yel fanarı"  asdı.  İkinci  "yel fanarı"ın Möhsün  kişi  aparıb,  Məmməd

Xələf  Zalın  maşınının  kabinəsinin  açıq  qapısından  asdı.  Fanarlar  anbarın

qabağındakı  meydanda  arabaların  dayandığı  yerdən  kənara  işıq  salmasa  da,

Səməd  böyrünə qısılıb  üzünə baxan  Torksinin  gözlərinin  dövrəsini  yaşla  dolu

gördü. Torksin ağır-ağır başını bulayırdı, ağır-ağır inildəyirdi.

- Qurbanın olum, məhlə barədə soruşma daha. Ayıblı eləyiblər bizi, qurbanın

olum. Ayıblı eləyiblər! - deyirdi.

Səməd  çox  təkid  elədi.  Qudalıların  o  məhlədə "açdıqları oyunlar"  barədə

daha heç  kəs  danışmadı.  Gecdən-gec  kim  isə bir  neçə kəlmə: -Lütün

tutulmağının  səbəbi  elə o  məhlədi, - dedi.  Və bununla  da  yeni-yeni  heyrətli

sirrlər açıldı...

* * *


O  ili - on  yeddi  sədr  bircə gecədə maşınlara  basılıb  rayon  mərkəzinə

aparılanda  cəmaatda  tökülüb  gedib.  Günortaya  qədər  raykomda  Sultanlı

generalın  arasında  "qılınc-qırğın"  olub.  Sonra  qırmızı tuf  daş  binanın  həyətinin

çökəyindən o yandakı yarım metrlik daş hasarın üstündən Persin səsi gəlib: "Bir

ton  kağız  yığıblar,  qovluqlara  doldurub,  veteranların  qoltuqlarına  veriblər  ki,

təmiz adamlardı bu sədrlər. O bir ton kağızın müqabilində bircə sənəd oxuyacam

mən sizə..."

Əlində miləmil dəftər vərəqi varmış. Vərəqin iki üzü də yazılı imiş.

Lüt  Cəfəri  çağırıb,  vərəqin  ayağındakı  imzanı  göstərib,  soruşub ki,  "Bu  qol

sənindimi?"

Lüt Cəfər baxıb, deyib: "Mənimdi".

Pers yenə soruşub ki, "Saxta deyil?"

Lüt Cəfər deyib: "Yox, saxta deyil". Qonaqlı kənd sakini gətirərdi mənə belə

dəftər  vərəqlərini  elə-belə,  yazı-pozusuz,  altdan  qol  çəkərdim  ki,  anbardar  yağ,

pendir versin!

Pers  vərəqi ətrafındakı  adamlara  da,  camaata  da  göstərib,  deyib:  "Bu

gördüyünüz  sənəd  Sultan Əmirliynən  Qılınc  Qurbanın  müqəddəs  adam  kimi

qələmə verdikləri kolxoz sədri Cəfərin ilkin istintaqda ifadəsidi!"

Yazıq Lütün ağzı açıq qalıb.

Qılınc qışqırıb  ki,  "Nə istintaq?!  Nə ifadə?!  Cəfəri  kim  dindirib, ə,  general

qırışmal?! Nəyə görə dindiriblər, havaxt dindiriblər?!" Şığıyıb



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə