______________Milli Kitabxana_______________
o "sənədi" Persin əlindən almaq istəyib, Pers Bakıdan özü ilə gətirdiyi
"çarvadarlar"ına baxıb, "çarvadarlar" Qılıncı araya alıb, gizlincə qolunu burublar,
"Hövsələn olsun. Ağzını da dağıtma. Bircə o "qırışmal" kəlməsinə görə itirib-
batirarıq, izin-tozun da qalmaz!" - deyiblər. Sonra da asta-asta itələyib raykomun
dəhlizinə salıblar. "Özünü aparammırsan!"-deyiblər.
Pers işində imiş.
"Cəfər Qaryağdı oğlunun bu ifadəsi Sultan Əmirliynən Qılınc Qurbanın
dövlət əmlakını mənimsəyənlərə və əxlaq pozğunlarına himayədarlığını açıb hər
ikisini ifşa elədiyinə görə, hər ikisi Cəfər Qaryağdı oğluna təzyiq göstərir, o da
öz əliynən yazıb, öz əliynən imzaladığı ifadəsini dəyişdirmək istəyir. Əmma bu
sənəd qüvvədədi. Oxuyuram, cəmaət, eşidin!"
Oxuyub, cəmaat da eşidib:
"Mən, Cəfər Qaryağdı oğlu, bunnan yazıb boynuma alıram və etiraf eləyirəm
ki, şəxsi dostlarım və sirdaşlarım Sultan Əmirliynən Qılınc Qurbanın
himayədarlığı
nəticəsində
ömrümün
çoxunu
əxlaq
pozğunluğu
və
cinayətkarlıqnan keçirmişəm.
Birincisi, etiraf eləyirəm ki, rayonda əxlaqsız qadın kimi məşhur olan
Qarmonçu Şənbəynən uzun müddət açıq yaşamışam və bunnan ailəmə pis təsir
göstərib, arvadımın, sonra da qızlarımın əxlaqının pozulmağına səbəb olmuşam.
İkincisi, etiraf eləyirəm ki, müharibədən sonra Qonaqlı kəndində sahibsiz
qalan evlərdən həddi-buluğa çatmamış on bir nəfər yetimi evimə gətirib, sovet
sədri Qılınc Qurbanın vasitəsiynən hər biri iyirmi beş sotdan ibarət on bir
həyətyanı sahədə taxıl, qarğıdalı, maş, lobya əkdirmişəm, həmin həddi-buluğa
çatmamış uşaqları işlodib, istismar eləyib, külli miqdarda gəlir götürmüşəm.
Uşaqlar böyüyüb xeyir və şərlərini bilib, nökər saxlandıqlarını başa düşəndən
sonra isə, əvvəlcə böyük qızım Dilişi böyük nökərim Əsədin yatağına salıb, bu
yolnan Əsədi susdurmuşam. Sonra da başqa qızlarımın namuslarını satmaq
yoluynan nökərlərimin hamısını susdurmuşam.
Üçüncüsü, etiraf eləyirəm ki, şəxsi dostlarım Sultan Əmirliynən Qılınc
Qurbanın himayədarlığı nəticəsində,
əllinci ildə
Təftiş Abbası kolxoz
sədrliyindən çıxartdırıb, Qonaqlıda sədr olandan sonra kolxozun "bölünməz
fondu"nun hesabına, nökərlərimin on ikisinə də ev tikdirmişəm, hərəsinə bir baş
buzovlu inək (cəmi on iki inək, on iki
______________Milli Kitabxana_______________
buzov), hərəsinə beş baş qoyun (cəmi altmış qoyun), hərəsinə bir at (cəmi on iki
at) vermişəm, beləliknən, təsərrüfatım da daxil olmaqnan on üç təsərrüfatdan, bir
naxır iribuynuzlu mal-qaradan, bir sürü qoyundan və bir ilxıdan ibarət fərdi
təsərrüfat sahibi olmuşam. Bunlardan əlavə, yenə də haman vəzifəli dostlarımın
himayədarlığı nəticəsində, Qonaqlı, Tahirli və Qurbanlı kolxozlarının ilxılarını
birləşdirib, Xırran-çay deyilən yerdə atçılıq zavodu təşkil eləmişəm, məhləmdəki
əxlaqsızlıq mənnən qonşu olan Qudalı camaatını qəzəbləndirdiyinə görə, o
camaatın qəzəbindən qorxub nökərlərimin hamısını haman atçılıq zavoduna
göndərmişəm. Boynuma alıram və etiraf eləyirəm ki, nökərlərimi kənddən
uzaqlaşdırandan sonra qızlarımnan nökərlərimin əlaqəsindən daha səmərəli
istifadə eləyib, çox baha qiymətə gedən "Xarle" cinsli atları əhaliyə satmağa
başlamışam, əldə olunan məbləğlərin cüzi qismlərini "hökumət qiyməti" adıynan
Qonaqlı, Tahirli və
Qurbanlı
kolxozlarının hesabına keçirib, qalanını
mənimsəmişəm. Bundan əlavə, Sultan Əmirliynən, Qılınc Qurbannan bir
kompaniyada olan adamlara üçyaşar ürgələr, Cəbrayıl Cəbrayıllıya da bir
üçyaşar ürgə bağışlamışam ki, mənim sədr vəzifəsində zərərli fəaliyyətim, şəxsi
pozğunluğum
və
ailəvi
əxlaqsızlığım
haqqında
danışan
adamların
susdurulmağında Cəbrayıl Cəbrayıllı da iştirak eləsin..."
Cəmaat elə sarsılıbmış ki, cınqırını çıxaran da yoxmuş.
Bədbəxt Lütü əsməcə tutubmuş. Əsə-əsə onun-bunun üzünə boylanırmış. "Bu
nədi, ay cəmaat?!" - deyirmiş. "Biz hardayıq, hansı ölkədəyik?!" - deyirmiş.
Pers bu sözlərin ucadan deyilməsinə imkan verməyib: hasarın üstündən işarə
eləyib, Gülənovun milisionerləri şığıyıb Lütü süpürləyiblər, on yeddi sədrin on
yeddisini də dəstələyib, raykomun dal həyətindən o yana - dəmir yoluna
çrxarıblar, kəmərlərini açıb, vaqona doldurublar.
Səmədin Cəfər əmisi - Lüt Cəfər belə gedib. Yetimlərlə bacılar isə yoxa
çıxıblar. Sonradan məktub yazıb bildiriblər ki, Mingəçevirdədirlər, su-elektrik
stansiyasının tikintisində işləyirlər və kəndə qayıtmaq fikirləri yoxdur. O vaxtdan
bu on bir evin on birinin də qapısı bağlı qalıb. Qonaqlılar, Kərpickəsənlər,
Kətyənlilər bu məhləyə yenə də elə "Yetimlər məhləsi" deyirlər, Qudalılar isə -
"Xaraba!" Əmbə bir söz də var ki, o sözü Qudalı atamanı Qıllı Qeybalı ilə
Qudalı cavanları, bir də ayaqyolu əvəzinə bu evlərin həyətinə gedən "üfunətli
uşaqlar" çox tez-tez təkrar eləyirlər: "Qəhbəxana! Qəhbəxana!" - deyirlər-
______________Milli Kitabxana_______________
Ayna bacı da çoxu elə bu sözə görə lap o başdan - qaranlıqlı, səbətlərini
götürüb kənddən çıxır, meşədən alça-malça yığıb, Məhərin budkasının qabağına
gedir, vaqonların ayaqlıqlarına baxa-baxa mələyir: "Gəl, ay Səmədim, ay
Mədədim, ay umudum! - deyir. "Gəl ki, Yusifim də gəlsin! Ceyran balalarım da,
yetim balalarım da gəlsinlər!" - deyir. Bir də qaranlıq qarışıb əl-ayaq yığışanda
qayıdır ki, nə Qudalıların üzlərini görsün, nə də bu "Xaraba" məhlənin həyət-
bacalarını. Lapatka götürüb, ağız-burununu sarmalayıb, həyətləri bir-iki dəfə
təmizləyib. Dalkı günü baxıb ki, üfunətlilər qapıları, pəncərələri də batırıblar.
Ondan sonra daha yaxın gedəmmir evlərə. "İçərim çaxnaşır", - deyir. "Sudan
savayı dilimin arasından heç nə keçmir", - deyir. Qısası budur ki, Səmədin
gördüyü Ayna bacı yoxdur. Qaraltısı qalıb. Torksin isə, qara geyinib yas
bağladığı gündən lal-kar olubmuş, indi birinci dəfədir dil açıb; ana-bala, damın
altında nə çəkirlər, necə dolanırlar - Torksin özü danışsın.
Əmma nə Torksin daha o "ayıblı olmuşuq" sözlərindən başqa bir söz dedi, nə
də Səməd daha bir şey soruşdu. Yeddi il səkkiz ay bundan əvvəl, qapağının hər
küncündə bir mismar işıldayan tabutun yanında Bircə bala boz kitelə necə
sığınmışdısa, indi Torksin də qurumuş qandan bərkimiş köynəyin döşünə eləcə
qısılmışdı; ata hənirli əminin hənirindən Bircə balanın qanına-canına necə
məhəbbət hopmuşdusa, sədr Mədəd, Lüt Cəfər hənirli Səməd Əmirlinin
hənirindən Torksinin qanına-canına da elə məhəbbət hopurdu; "avariya günü"
deyilən günün uzaqlığında qalmış Bircə bala ilə atalı ikən atasız qalmış bu arıq-
sısqa qızın arasında heç bir fərq yoxdu; "avariya" günü hamıdan, hər şeydən
ayrılıb "qara hoyula"dan başqa heç kəsi görməyən o dünyadan xəbərsizlə
"torksin donunu" - qırmızı paltarı sandığa atıb, "Dəli Səməd gedəli" yas saxlaya-
saxlaya heç kəslə kəlmə kəsməyən "lal-kar"ın arasında da heç bir fərq yoxdu.
Səməd Torksini qucaqladı, elə bil bacısını sinəsinə sıxdı. "Avariya" günü
dünyadan ayrılanda bu bacısından da ayrılıbmış. Dünyadan xəbərsiz olduğu
kimi, bacısının əzablarından da xəbərsizmiş. Bu əzablarla öz əzablarının
eyniliyindən də xəbərsizmiş. Bilmirmiş ki, sədr Mədədin "avariya"ya düşməyi nə
imişsə, Lüt Cəfərin üzünə "sənəd" oxunmağı da eləcə bir şeymiş; Əlləzoğlunun
Əmirli mülkünü yandırmağı nə imişsə, Qudalı atamanı Qıllı Qeybalı ilə Qudalı
cavanlarının və üfunətli uşaqların Yetimlər məhləsinə "qəhbəxana" deməyi də
eləcə bir şeymiş; "əmisinin arvadının oynaşı" damğası nə imişsə, "ailəvi
əxlaqsızlıq"
Dostları ilə paylaş: |