İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə98/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   94   95   96   97   98   99   100   101   ...   180

______________Milli Kitabxana_______________

dim...  Bağışla kobudluğumu,  Gülbəniz.  İnanıram  ki,  sən  də çox əzab  çəkirsən.

Mənə görə yox,  yəqin  ki,  hisslərinə xəyanət eləmək  istəmədiyinə görə əzab

çəkirsən.  Hisslərinə sadiq  qaldığına  görə mələksən,  İlana  qulluq  elədiyinə görə

ilansan!  Necə ki  sən  mənim  qulluğumda  durmaq  arzusundasan,  mən  də ömrüm

boyu  bütün  yaxşı  adamlara,  o  cümlədən  Sultan Əmirliyə qulluq  eləmək

arzusundayam!

Çayın  suyunu  duruldan  çaylaq  daşıdı,  Gülbəniz!  Sən  daşın  bir  üzünün

soyuqluğuna fikir vermisən, mən daşın üzünə sürtünüb enib çaxrağın altına yatan

lilə-palçığa  fikir  vermişəm.  Çaylaq  daşı  olmasa,  daş-daşa  söykənib  çaxraq

yaratmasa, çaxraq lili-palçığı udmasa, sular durulmaz, Gülbəniz!

İcazə ver, mən də öz təbiətimə sadiq qalım.

Qurban əmi,  Qılınc  Qurban  həmişə əzab  çəkir  ki,  təhsil  görməyib. Əmma

alimlər mühitində olub o kişi, nadir alirmərdən dərs alıb. İnsan haqqında, dünya

haqqında!  Sən  onun əzabını  duymamısan,  səni  inandırıblar  ki,  Qılınc  Qurban

ürəksiz  adamdı,  başqalarının ürəyindən  xəbərsizdi.  Mən  isə duymuşam  onun

əzabını,  dərk  eləmişəm  ki,  məhz əzab  çəkdiyinə görə həssaslaşıb,  gözü

"fotoaparata",  zehni  "kapirovalnaya  bumaqa"ya  dönüb.  O  adi  sovet  sədri,

beynəlxalq miqyaslı casusu - kəşfiyyatçını necə ifşa elədi, eşidirdin ki?!

Atamın  dəfnində nə qədər  adam  olub,  Qılınc  Qurbandan  başqa  görən,  bilən

varmı ki, nəfəsi kəsiləndə mənim üzümə baxmaqnan nəfəs alır Sultan Əmirli?!

Hamınız  Bezobrazıyedən  danışırsınız,  Sultan Əmirlini  də Bezobraziye

çirkabına  batırırsınız.  Car  çəkirəm,  hamı  eşitsin:  Stalin,  Bağırov,  Ordjanckidze,

Beriya,  Şahənşah  və sair  Bezobraziye  ustaları sözün əsil  mənasında  cəhənnəm

yaradıblar  o  tayda,  bu  tayda.  Sultan Əmirli,  Mədəd Əmirli,  Qılınc  Qurban  isə

Bezobraziye  cəmiyyəti  içində insan  saxlayıblar!  Bu  gün  dərk  elədim  mən  bu

həqiqəti. Qılınc Qurbandan başqa görən, bilən varmı ki, Bezobraziye qazanında

Sultan Əmirli neçə dəfə ölüb-dirilib?!

Çürük  aşıqnan  Xızr  Abının  "Ustadnamə"sini  eşitmiyən  adam  yoxdu:  "Can

cana  bağlıdısa,  can  da  cahana  bağlıdı".  Təzə-təzə dərk  eləyirəm  mən  bu

sözlərdəki  hikməri.  Mənim  səcdəgahlarım  Sultan Əmirliynən  Qılınc  Qurban,

Xızr  Abıynan  Çürük  Aşıq  məhz  cahana  bağlı,  vətənə bağlı adamlardı!  Sultan

Əmirlidən  məni  ancaq  ölüm  ayıra  bilər!  Buna  görə də tələb  eləyirəm  ki,  bizim

axar çaymızın suyunu bulandırmasın




______________Milli Kitabxana_______________

heç  kəs!  O  cümlədən  Təftiş  Abbas  da,  çörək ucundan  dəmir  yoluna  ayaq

döyənlər  də,  şəhərə-bazara  dağılışanlar  da!  Sultan Əmirlidirmi  kolxozu  xaraba

qoyan?! Rayonda əsən səmumu Sultan Əmirli əsdirib?! Aydın deyilmi ki, katibi

bütün  səlahiyyətlərdən  məhrum  eləyiblər?!  Aydın  deyilmi  ki,  rayon  partiya

komitəsinin  ancaq  adı  var! Əlləri  qanlı  siyasi  cinayətkarlar  hökmrandı  burda!

İlanlar! İlanlar!

Mirqəzəbin  qəbrini  qazıb  qayıdandan  sonra,  burdakı  Bezobraziye  ilanlarını

kürüyüb atandan sonra bilərsiniz kimdi Sultan Əmirli!..

Qışqırtısı  nə qədər  boğuqdusa, bir  o  qədər  də heybətli  idi.  Eynilə Təftişin

arabasının  dalınca  cumanda  olduğu  kimi,  gözlərində qırpım-qırpım  döyüntülər

atılıb-düşürdü  və bu  döyüntülər  işıqla  qaranlığın  qarışığında əks  eləyib,  havada

bir cüt  xırdaca ürək  kimi açılıb  yumulurdu. Əmma  Səməd  taya  kimi  yüklənmiş

arabaların  taya  qaraltılarından  başqa  cavanların  arasında  Təftişin  div  qaraltısını

da,  Kərpickəsənlərin  qocalan,  qanları arasında  Möhsün  kişinin  şəlit  geyimli

yastıraq qaraltısını da görürdü. Qudalıların gur dəstəsi arasında üç yoğun adamın

- Xəlvət Rəhimin, Qıllı Qeybalının, Piyli Qayının qaraltılarını da, kanal boyunda

cığırdan  enib, əlləri  çamadanlı,  çiyinləri  xurcunlu,  heybəli  gələn  "alça-malça

satanlar"ın  cərgələrini  də görürdü.  Səhər-axşam  cəmaatın,  at-arabanın,  mal-

heyvanın ayağı  altında  nə qədər  tapdansa  da,  gur-kükrək  otu  yapıxmayan

Sudüşən çəməni adamların ayaq səslərinə, arabaların tıqqıltılarını  udub,  hərəkət

axınındakı  bu  sükutu  gizlin,  müəmmalı  həyəcanla  doldururdu:  Səmədin  bütün

varlığını göstərən sözlərə hamı laqeyd idi?! Yoxsa, bu sükutda nə isə başqa məna

vardı?


Toran  qatdaşdıqca  meşədən  Sudüşənə əlavə toranlıq  gəlib,  arabaların  taya

qaraltılarından  aşağıda  boyunduruqlu  kəlləri,  öküzləri  uddu.  Həmin  bu  vaxt

Gülənovla  milisionerlərin əllərində Çin  fanarlarının  işıqları çadırın  arxasından

çıxıb çəmənə düşəndə kəllərin, öküzlərin gözləri parıldaşdı, adamların kölgələri

çaxnaşdı,  bununla  birlikdə Səmədin  ürəyində,  ağlında,  iradəsində də çaxnaşma

başlandı.

Gülənov məhlə milisionerləri ilə, birbaş onun üstünə gəlirdi.

Səməd  o dəqiqə başa  düşdü  ki,  qatili  qoşalülənin  qabağından  alıblar  və indi

özləri həbs niyyətindədirlər.

Dikdirə qalxanda  Gülənovun  qarnı  sallanıb  dizlərinin  bərabərinə endi.

Dikdirdə,  Səmədin  iki  addımlığında  dikələndə isə qarnı  qabarıb  irəlidə durdu,

parıltılı çiyinləri dala dartıldı, qoltuğundakı qırıq, əzik çamadan tappıltı ilə düşüb

açıldı və daşın, xırın üstünə yaymalandı.



______________Milli Kitabxana_______________

Gülənov  kitelin  bir  cibindən  qırmızı  diplom,  o  biri  cibindən  bir  ovuc  axça-

qızıl  çıxartdı. Əmma  nə diplomu  Səmədə verdi,  nə də axçalan.  Cildinin  zəri

parıldayan diplomu da ovcunda bərq vuran qızılla birlikdə cəmaata göstərib, yəni

nümayiş etdirib, çamadanın üstünə tulladı. Bir cüt at gözü əvəzinə, bir cüt neştər

işıldadı:

- Eşq dəlisi olanda nə olar. Baxmayaraq ki, bu eşq dəlisi Şənbənin nənəsinin

damına gedir. Deyəsən yaxşı sağaldıb səni qarmonçu. Dodaqlarıyın, üz-gözüyün

dərisi sağalır... - çəmadanı göstərdi - çalış bir də tökülüb-itmə! Milisəynən aranı

vursan  da,  şeylərini  yığışdırmağa  həməşə hazırdı  milis.  Mən  istəməzdim  ki, əl-

ayağını  da  milis  yığışdırsın. Odu  ki,  tövsiyəm  var  sənə,  qadası.  "Əmimin

namusu", Əmimin namusu" deyib, xəlvətdə tərsinə eləməyinə yenə dözmək olar.

"Sultan Əmirlidən  məni  ancaq  ölüm  ayıra  bilər"  deyib  gözümüzə kül  üfürüb,

xəlvətdə başqa məqsəd güdməyinə heç cür dözmək olmaz!.. Yaxşı ki, Əllozoğlu

ölməyib  hələ.  Ağaca  dəyəndə beyni  silkələnib.  Xəstəxanadan  sağ  çıxsa, onun

məsələsinə də baxarıq. Bu boyda mülkü yandırıb. Bir aləm avadanlıq, rəhmətlik

Mədədin  palpaltarı...  Cinayət  işi  qaldırılıb.  Sənnən bərabər  gərək onu  da

məsuliyyətə alaq. Əmbə yaşı  ötgündü,  özü  də Sultan  kimi  adamın qayınatasıdı,

məsuliyyətə alınsa,  Kişiyə də ləkə gətirər.  Bütün  bunları nəzərə alıb,  nə sənə

toxunuruq,  nə ona.  Bu  şərtnən  ki, əvvəla,  belə tökülüb-itmiyəcəksən.  Partiya

işçisisən,  məsul vəzifə tapşırılıb  sənə.  Belə şeylərnən  belə vəzifə bir  araya

sığışmaz.İkincisi və ən vacibi də budu ki, Kişiynən ədavətini bəri başdan qurtar.

Gecəni qarının damında yatıb, burda cəmaatın gözünə kül üfürə bilərsən, milisin

yox!  Milisin  gözü  itidi,  yumruğuna  fakt  yığanda  vurduğu  adam yerindən

qalxammır. Odu  ki, sən  yalan əmi  məhəbbətini dilinə alma, rahat otur, qadası...

Həm  tövsiyyədi  bu  dediklərim,  həm  də xəbərdarlıqdı!..  Xalq  qarşısında  söz  ver

ki, Sultan Əmirliyə xətərin dəymiyəcək. Söz ver! Yoxsa, tutaram səni!

Bir cüt neştər də aşağıdan - Qıllı ilə Piylinin arasından parıldadı:

- Mən tövsüyəmi demişəm. Bir də deyirəm: "Kişi biznən çörək kəsir. Sən də

kəs,  bala!  "Yoldaş  Səməd"  dedim,  hörmət  mərtəbəsinə qaldırdım...  Durammır

hörmət  mərtəbəsində,  ay  nəçənnik.  Belə ki  görürəm,  heç  vaxt  durammıyacaq.

Eşq dəlilərinin hansı durub ki, bu da dursun?! Söz-zad verən deyil bu. İşini gör!

Neştərlər  elə kəsdi,  elə doğradı  ki, ətrafda  heç  kəs  səsini  çıxartmadı. Əgər

Səməd lap azacıq da olsa səbrini itirsəydi, daha nə özünü xilas




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə