İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə99/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   95   96   97   98   99   100   101   102   ...   180

______________Milli Kitabxana_______________

edə bilərdi,  nə dünyasını.  Böhtanlar  çirkabında,  qurğular  torunda,  şübhəsiz,

özünü də məhv edərdi. Sultan Əmirlini də.

- Demək, tökülüb itirəm... Demək həm eşq dəlisiyəm... Həm də pozğunam...

Söz verməliyəm ki, Sultan Əmirliyə toxunmuyacam...

Susub nəfəsini dərdi. Canında üzgünlük hiss edirdi. Başı çiyninə əyilir, köksü

ağır-ağır qabarır, enirdi. Qeybalının fısıltısı, nəriltisi eşidildi:

- Ölür ki, bu yazıq, ay nəçənnik! Aman ver toxtasın!

Gülənov güldü.

- Mən  amansız  olmamışam  heç  vaxt!  Gücünü  palıdın  altında  sərf  eləyib əl

qaldırıb sovet milisinə. Olan-qalanını da, bilirsiniz damda qoyub. Güc qalarmı bu

yazıqda - dedi. Və səhvi də elə bunda oldu ki, ləngidi. Neştərlərini açıq, öldürücü

təntənə ilə parıldada-parıldada  dayanıb,  düşməninin  dodaqlarının  qaralmış

dərisindən  hələ də qan  sızdığına  tamaşa  elədi,  Səməd  isə,  eynilə "əşyayi-dəlil"

nalı  görəndə olduğu  kimi,  bədəninin  təpədən  dırnağa  soyuduğunu  hiss  edə-edə,

güclü  Bezobraziyenin  qarşısında  güclü  olmaq  ehtiyacından  törəyən  gərgin

təmkinlə dayanıb,  düşünməyə imkan  tapdı  və beyni  nə qədər  sıxılsa  da,  bu

adamla  ilk  dəfə üz-üzə dayandığı  günü - döşü  yazılı  saqqızın  altını  xatırlayar-

xatırlamaz, söz öz-özünə gəldi:

- Tökülüb-itməyim  təzə deyil,  Gülənov...  Yeddi  il  səkkiz  ay  keçib  o

vaxtdan... Şey-meyi  yox,  ürəyimi,  ağlımı,  iradəmi  itirmişdim...  Təftiş  Abbasın

sahəsində,  tək  palıdın  yanında  Qılınc  Qurban  itirdiklərimi  yığışdırdı  verdi

özümə. Ağlımı, inamımı, etiqadımı tapdım... Nə bu yandırdığınız evi var-dövlət

sayıram,  nə də o  qızılı.  Mənim  dövlətim  içərimdədi.  Dövləti  içərisində olan

adamın gözü də hamının gözündən iti olur, Gülənov, əli də hamının əlindən sərt

olur.  Vurduğu  adam  yerindən  qalxmır.  Sənin  milisin  mənə ancaq  təsadüfən  zor

göstərdi.  Belə qərara  gəlirəm  ki,  milis  adına  böhtan  olan bu  Xaş  nəçənniyin əl-

ayağını  yığışdırmaq  lazımdı.  Bakıya  aparmışdılar  məni.  Qayıtmışam  ki.  Bezob-

raziyeynən döyüşüm.

Üstündə qan ləkələri qaralmış, qolsuz köynəyin altında daş əzələlər oynayıb

öz  işini  gördü:  zərbə Gülənovun  alt  çənəsini  sağdan  sola  fırladanda  Gülənovun

yüz  kiloluq  bədəni  də sağdan  sola  fırlanıb,  dolu  çuval  kimi  dığırlanıb,  bir  də

dikdirin ayağında dayandı. Elə döşəli halında Gülənovun qırmızı, ətli əli  kitelin

ətəyini çirməyib, pistoletin qoburunu




  

Milli Kitabxana  

 

 



 

dartışdırdı.  Əmma  bir  an  da  keçmədi  ki,  Təftişin  qırx  beş  nömrə  "sapoğu"  o 

qırmızı, ətli əlin üstünə endi. 

İkinci zərbə Qıllını yıxdı: Qeybalı da eynilə Gülənov kimi dığırlanıb, dikdirin 

çəmənə qovuşduğu yerdə - Ağsaqqalının ayaqlarına ilişib dayandı. 

Üçüncü  zərbə  Piylini  yıxdı:  Qayım  da  dığırlanıb,  Qeybalının  yanına  getdi. 

Məhlə  milisionerləri  Səmədi  tutmaq  əvəzinə  yıxılanları  qaldırmağa  çalışdılar. 

Qışqırtı-bağırtıda,  çaxnaşmada  Səməd  daha  heç  kəsi  görmədi.  Gördüyü  indi 

ancaq  həmin  zümrüd  səma  idi  -  qaranlıq  göyün  arxasında  öz  gözəl  rəngində 

gərilmişdi. Səməd  nə  yerə  baxırdı, nə  göyə;  qabarıb oynaşan, döyüş tələb  edən 

əzələlərini  yığmaq,  toxtamaq  üçün  gözlərini  yummuşdu,  əmma  səmasının 

ucalığını,  dərinliyini,  genişliyini  bütün  aydınlığı  ilə  görürdü.  O  dərinlikdə  sədr 

Mədədi görürdü. Atasının səsini eşidirdi: "Səmədim - SimOdum - uca həqiqətim! 

Səmədim -SimOdum - uca həqiqətim!.." 

Səməd  görüntündən  və  səsdən  bu  dəfə  heç  təəccüblənmədən,  vəziyyətinin 

qeyri-adiliyini   düşünmədən,   özünü   də   orda   -   zümrüd   ucalıqda,   dərinlikdə, 

atasının  yanında  gördü:  ayaqları  burda  -  quyunun  dikdirində  idi,  başı  orda  - 

yuxarıda  idi;  hiss  etdiyi,  anladığı  isə  bircə  bu  idi  ki,  həyatında  kəskin  dönüş 

yaranmışdı.  Bu  dəqiqədən  etibarən  nə  isə  olmalı  idi,  çox  ciddi  hadisələr  baş 

verməli idi. 

Səməd səhv eləmirdi... 

 

 



 

 

Gülənov  nə  vaxt  ayağa  qalxdı,  hara  getdi,  niyə  getdi'?  "Yoldaş  Səmədi" 



gündüz  "çörək  kəsməyə"  çağırıb,  axşamısı  burda  neştər  çıxardan  Qudalı 

ağsaqqalı,  Qıllısı,  Piylisi  və  it  xılı  məhləsinin  gur  dəstəsi  ilə  hara  rədd  oldu? 

Səməd  bunların  heç  birini  bilmədi.  Sədr  Mədədin  Bircə  balası  ilə  Qonaqlı 

cəmaatının  yeddi  il  səkkiz  ay  ayrılığından  sonra  birdən-birə  elə  görüş  vulkanı 

püskürmüşdü  ki,  bu  vulkanın  gözündə  Sudüşən,  Hacehsan  çəmənlərinin  axşam 

sərinliyindən,  moy,  mixək  ətrindən,  kəpənək,  qaranquş  qanadlarından,  doğma 

səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, 

Sudüşənin, 

Hacehsanın  axşam 

sərinliyi 

ilə  qucaqlayırdılar;  alnından, 

yanaqlarından  dodaqları  ilə  yox,  kəpənək,  qaranquş  qanadları  ilə  öpürdülər; 

öpəndən sonra 

 

 



 

 

 



 

 

 



291 


______________Milli Kitabxana_______________

üzünü  kəlağayılarının,  qıymaçalarının  ucları ilə yox,  moy,  mixək ətri  ilə

silirdilər;  qucaqlaya-qucaqlaya,  öpə-öpə dediklərini  də adi  səslə yox ən  gözəl

mahnıdan da gözəl mahnı ilə deyirdilər:

- Mədədimizin  balası,  Mədədimizl  Umudumuzu  sənə bağlamışıq,  ay

umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! - deyirdilər.

- O  vuran əlini  ver,  ürəyimizin  üstə qoyaq,  ürəyimiz  toxtasın,  ay  ürəyimiz!

Lap körpəlikdən haqq-ədalət əlidi sənin əlin, ay ədalətimiz! - deyirdilər.

- Bilirdik  ki,  sədrimizin  qisasını  sən  özün  alacaqsan.  Kişiliyi  olanlarda  da

kişilik, namus, qeyrət qoymayıblar, a namusumuz! Ay qeyrətimiz! - deyirdilər.

- Səndən  başqa  heç  kəs  öhdəsindən  gələmməzdi  Xaş  nəçənniyin!  Dana,

buzov  qoymayıb  kənddə.  Həyət-bacamız  bərəkət  tutar  bundan  sonra,  a

bərəkətimiz! - deyirdilər.

- Böyüklü-kiçikli,  oğullu-qızlı,  hamımız  yolunu  gözləyirdik.  Sən  gələn

yollara  qurban,  a  Koroğlumuz!  Daha  heç  yana  buraxmarıq  səni  burdan! –

deyirdilər.

Və bu mahnının sonu yoxdu...

Arada  Səməd  Təftişlə Möhsün  kişinin  səslərini  də,  atının belində,  çiyni

qoşalüləli gəlib-gedən Qılıncın səsini də eşitdi; Təftiş kənardan-kənara, qəzəbli-

qəzəbli: - Ay  cəmaat!  Bəsdi,  ay  cəmaat!  Buraxın  onu  görək  nə çarə qılırıq

başımıza!  Xalıqı  Qurbanın əlindən  alıb  Bezobraziye!  Qan  tökülür! - dedi;

Möhsün  kişi  də açıq  narazılıqla: - İşin  kökü  dərindədi,  ay  uşaq.  Bu  xəmir  hələ

çox su aparacaq! - dedi; Qılınc isə atı birbaş quyunun üstünə, qız-gəlinin arasına

sürüb:


- İt  xılı  qudurub!  Ehtiyatlı ol!  Sultana  zəng  vurdum,  özü  gəlir.  Ancaq gözlə

özünü!  Belə getsə,  tutacaqlar  səni! - dedi, əmma  bunların  heç biri  mahnının

ahəngini pozmadı.

Çadırın bərabərində, Ortayolun sağında, çəpər arxasında Əlləzoğlunun evinin

qamış  damı  bozarırdı.  Yol  boyunca  qara  hasar  kimi  uzanan  çəpərin

qurtaracağında  nə vaxtsa  şumlanıb,  elə şum  qalıb  bərkimiş əkin  sahəsinin

ortasında,  şax  budaqları mal-heyvanın ağzında  getmiş  beş-altı  qırıq-qırtıq əvik,

şaftalı  ağacının  arasında  Lüt  Cəfərin  yastı  damlı  çiy  kərpic  evinin  suvağı

tokülmüş  divarı  bozarırdı.  Bəriyə - yola  baxan  tək  pəncərə də,  aşağıya -

Əlləzoğlunun çəpərinə baxan iki pəncərə də, qapı da bağlı idi. Yolun solundan -

Xəlvətin  həyətindən  vuran  gur  işıqda,  o  bərkimiş  şumla  qırıq-qırtıq  ağaclar  da,

qapı-pəncərəsi bağlı evin su-




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə