İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə97/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   ...   180

______________Milli Kitabxana_______________

səyiblər,  cəmaata  da  paylayıblar  ki,  heç  kəs  dillənməsin.  Atlanıb  gedəndə

gördüm  Tahirlinin  bir  evində bir  dost  yorğan-döşək  də qalmayıb. Əlsiz-ayaqsız

qocaların,  qanların  altından  döşəyi,  üstündən  yorğanı  götürüb  sökmüşdülər.

Xəlvət  Rəhim,  Qıllısıynan,  Piylisiynən  bir  yerdə maşınlara  yun  doldururdu.

Məhərrəmin anası Mələk qarıynan qoca bacısı tut ağacının altında, quru cecimin

üstündə qalmışdılar.  Allaha  "Kor"  deyirdi  qan.  "Hardasan,  ay  Məhərim,  haqqı

nahaqqa vermiyən çekistim?.'" -deyirdi. Səsinə səs verən yoxuydu. Çünki haqqı

nahaqqa  vermiyən  çekist  tutqudan  qaçıb  Moskvada  SSRİ  prokuroruna  pənah

aparmışdı. İyirminci  ildən  revkom  sədri,  qoza  komitəsi  katibi,  otuzuncu  ildən

raykom katibi Sultan Əmirli, bir əli boğazında, o biri əli ürəyinin üstə, maşında

oturub,  Mələk  qarının  gözünə görükəmmirdi!  Sinəsi  on  yeddi  yaralı  köhnə

bolşevik Qılınc Qurban dodağını çeyniyə-çeyniyə qalmışdı!.. Fəhm elə, yorğan-

döşəkdən,  yundan  danışmıram  mən.  Yunnan  bir  yerdə camaatın  haqqa-ədalətə

umudunu  apardılar!  Pul  nədi,  inək  nədi,  motal  nədi?!  Pers  qazanın qapağını

qaldırıb  quyruqluları,  buynuzluları  kolxozların  canına  daraşdırandan  sonra

pulnan, fermaynan, yağ-yavanlıqnan bir yerdə xalqın özünü də yedilər. Bu Çax-

çuxların  sayı-hesabı  yoxdu,  oğul!  Düz  deyir  bu  maşennik,  torpağımızda  ilan

becərir  millətimiz!  Təftişin  hünəri  var  bu  Çax-çuxun  agent  ordusunu  aşkara

çıxartsın,  gör  kimlərnən  döyüşür  Sultanını! Əgər  bu  gün  SSRİ  prokuroru,  bir

əlində o taydan  göz  yaşıynan  yazılan  məktub, o biri əlində bu taydan  iniltiynən

yazılan  məktub,  Mirqəzəbə "müttəhim"  deyirsə,  kimin  hünəridi  bu?! Əgər

Məhərrəm  Məhərromov  bu  gün  o  məhkəmədə sağ-salamat  oturub,  SSRİ

prokurorunun  səsinə səs  verirsə,  kimin  hünəridi  bu?! Əgər  Qılınc  Qurban,

partbileti  cibində,  başı  üstündə,  sağ-salamat  burda  dayanıb,  qoşa  lüləsini

Mədədin  qatilinin  sinəsinə

dirəyib  üç  qardaşın  bir  balasına  həqiqəti

danışmaqnan,  Bircə baladan  ağıl,  etibar,  sədaqət  tələb  eləyirsə,  kimin  hünəridi

bu?!

Demişəm, bir də deyirəm: Sultan Əmirli həməşə səcdəgahın olmalıdı sənin!



Bədbəxt  Saşamızın  tapşırığıynan  dedim  mən  bunun  hamısını.  Yoxsa,

yanğından  sonra  nə demişdim  sənə,  onnan  da  qurtarmışdım.  Ağlını  başına  yığ,

Xızr Abı Hikmət oğlu Hikmətin nəsihətinə qulaq as. Təftiş yaman qızışdırıb səni

bu palıdın altında. O kaftarın sözüynən getsən, öldürəcəklər səni, mən kaftar da,

o iniltili əmin də sənnən bərabər gedəcəyik o dünyaya!..



______________Milli Kitabxana_______________

Bundan sonra daha heç nə demiyəcəm. Özün fikirləş, özün də nəticə çıxart...

Nəticə çıxartmağa  ehtiyac  yoxdu.  "Yorulmaz,  usanmaz  qoca"  ölünü

diriltmişdi: tabut Səmədin gözündən getmişdi. Sultan adında möhtəşəm dünyanın

sehri  Səmədin  beyninin  qapağını  qaldırıb,  böyüdüb,  genişləndirib,  tox  mavi

rənglə tox  yaşıl  rəngin  qarışığından  zümrüd  səmaya  çevirmişdi;  Qılınc  qiyyə

çəkib:

- Düş  qabağıma,  ubiysa! - deyib,  qoşa  lülələrini  qatilin  sinəsinin taxtasına



tıqqıldadandan  sonra  və qatil  səndələyib,  bir  kəlmə də deyib- danışmayıb  geri

dönəndən  sonra  göyə Səməd  lap  ötəri  baxsa  da,  dərhal hiss  etdi  ki,  bu  zümrüd

səma Qonaqlının yay axşamlarının həmişəki buludsuz, çərməsiz səması olmaqla

bərabər, həm də onun - Səmədin özünün səmasıdır, ucalıb, Sultan Əmirli adında

möhtəşəm dünyanın üzərində əbədiləşib.

Qatilin səndələyib geri döndüyü anda Səməd kobra dikliyi əvəzinə sınmış bel

gördü,  dəyirmi  fanar  gözlər əvəzinə Qılıncın  dediyi  kimi,  ölü  qoyun  gözləri

gördü, eyni anda "iyili quyu"nun dibində Möhsün kişinin "Bismillah" deyə-deyə

yığıb  vedrəyə doldurduğu  sümüklərin  arasında  Yağır  Məmmədəlinin  kəlləsinin

dərin  göz  çuxurlarını  gördü,  eyni  anda  da  sallama  gümüş  kəmərli  tacir

Məmmədəlinin  xurcununu  açıb  Persə bir cüt  ağ  çalmalı  baş  göstərdiyini  gördü.

Bunu Qurban əmi göstərdi. Tüfəngin lüləsi qatilin kürəyində, xeyli aralanandan

sonra geri buruldu:

- Şeyxlərin  başlarını  xurcunda  Persə göstərən  gorbagor, sonar buna  verib

xurcunu, bu da aparıb Mirqəzəbə göstərib, Mirqəzəb də Stalinə teleqram vurub:

"Boqi obezqlavlenı".

1

Bunu da bil! Əmbə uyma Təftişə! Uyma!



Bu  cür  ağır  hadisə də Sultan Əmirli  adında  dünyanın  sehrini  dağıtmadı,

əksinə,  zümrüd səmanı  daha  da  genişləndirib  Arazdan  o  yana  apardı,  Səmədin

söhbətlərdən,  şerlərdən,  qəzetlərdən,  xəritələrdən  tanıdığı  Savalan  dağının

arxasına aşırdı və Səməd, Şeyx əmiləri kimi ağ Çalmalı Savalanla, Azərbaycanın

Həmədandan  sonra ən  qədim  mərkəzlərindən biri  sayılan  ata-baba  yurdu

Təbrizin minarələri üzərində də öz səmasını gördü.

Qatilin  qaməti  elə əyilmişdi  ki,  elə bil  yenə də "eşşək  kimi  yüklənmişdi",

"kitayski makentoş"ların ağırlığı altında çiyinləri yapıxmışdı,

"Bağların başları kəsilib".



______________Milli Kitabxana_______________

qoları sallanıb uzanmışdı, biləkləri pencəkdən çıxmışdı, əlləri qanla dolub, şişib

yekələnmişdi,  yoğun,  yarıbükülü  barmaqlarının  arasında  trubka  qaralırdı.  O

sönmüş,  soyumuş  trubkaya  gözü  sataşdığı  anda  Səməd  tüstü  ilə dolu  kupeni,

sonra  ağ  daş  evin  həyətində,  tut  ağacının altında  tüstülənən  manqalın  yanında

"bədbəxt  zənən"in  kömür  kimi  qara  heykəlini,  sonra  ağ  balınc  üstündə qara

saçlara qarışmış çal saçları gördü, əmma bunlar da  Sultan Əmirli adında böyük

və zəngin dünyanın sehrini dağıtmadı.

Əmma bunlar hamısı Gülənovun təntənəli qalib səsi eşidilənə qədərmiş.

* * *


Quyunun dikdirinə qalxıb kömür, taxta, kərpic qırıntılarını, yüz ilin xarabası

kimi  qaralan  dağılmış  divarları və toyxana  genişliyində çadırı görəndə Səməd

hiss  etdi  ki,  burdan  o  yana  yolu  yoxdur.  Geri  dönüb,  boğuq  qışqırtı ilə,  İblis

zənənin hələ də ötən səsini batırmağa çalışdı:

- Demədimmi  bəsdi,  ay  qırsaqqız?! - dedi. - Uşaqlıqda  Gülgəzin  xəttiynən

məktub yazardın. Unutmamışam. Bəs indi yazdığın nədi?! Sən də zəhərlisən, ilan

törəməsi! Tfu sənə, Gülbəniz! Yeni Şənbə!

Axşama  yaxın  toranında  qaralılarla  dolmuş  Sudüşənə baxıb  dərhal  başa

düşdü  ki,  qışqırtısı  tək  Gülbənizə aid  deyil;  bayaq  sirkanlıqların  aralarından

baxan  o  heyrətlə dolu  gözlərədir;  Təftişin  briqadasında  "uşaq-muşağa"  dediyi

fikirlər də burda başqa cür - lap açıq-saçıq şəkildə hədəfə çatmalıdır.

Hamı  eşitsin, - dedi. - Məmiş Əlləzoğlunun  qızı  Gülgəznən  mənim  aramda

uşaq  ünsiyyətindən,  saf  münasibətdən  başqa  heç  nə olmayıb!  Gülgəz  mənim

əmimin  arvadıdı!  Həyat  yoldaşıdı!  Car  çəkirəm  ki, əmimin  namusu  mənim

namusumdu!  Düşmən qurğu  qurub, Sultan Əmirlini bədnam eləmək, ləkələmək

istəyib. Əmma uduzub düsmən!

Ölkəmizdə böyük  hadisələr  baş  verir.  Sultan Əmirli  həmişə böyük  işlər

görüb, bundan sonra daha böyük işlər görəcək. Əgər məndə az-çox qeyrət varsa,

mən  də kömək eliyəcəm,  dayaq  duracam  ona.  Heç  kəs  qarışmasın  bizim

münasibətimizə.  Öz  ürəyim  var  mənim,  öz  ağlım,  öz  düşüncəm  var!  Dünyadan

xəbərsiz  olsam  da,  öz  ürəyimnən,  öz  ağlımnan  görürəm  hər  şeyi.  "Yeni  Şənbə"

dedim mən bu zənənə, təhqir ele-




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə