İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə106/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   102   103   104   105   106   107   108   109   ...   180

______________Milli Kitabxana_______________

Gülənovun  maşınının  yanına  atırdılar.  Çamadanlar,  bağlamalar partlayıb

açıldıqca,  xurcunların  gözəmə ipləri  qırıldıqca  "buxanka"  çörəklər,  "bulka"lar,

"bublik"lər tökülüb toza-torpağa bulanırdı. Heybələrdə şüşələr, bankalar sındıqca

tünd  qoxulu  günəbaxan  yağı  süzülüb  yerdə göllənirdi.  Vedrələr,  bidonlar

dığırlandıqca yumurta xıncılıb axıb pavidlaya, şorabaya qarışırdı.

Gülənovun neştərləri istehzalı kinlə işıldayırdı.

- Müsəlmam elə həmişə belə rəzil gördüm! Nə qədər ki, "alça, alça", "zoğal,

zoğal" deyə-deyə vağzallarda tüyünəcəksiniz, belə olacaq! Nə qədər ki, pambığı

şəhərdən  gələnlər  yığacaqlar  sizin əvəzinizdə,  bundan  da  betər  olacaq!..  Dövlət

bangın  ağzını  açıb,  külli  miqdarda  pul  buraxıb  yığıma.  Dördcə yüz  min  manat

nəqd  avans  buraxılıb  kolxozunuza  ki,  vedomost  tutulsun,  təcili  avans  paylansın

sizə.  Dövlətin  qayğısına  necə qiymət  verirsiniz,  öz  qiymətiniz  də elə olacaq.  O

dörd yüz min manatdan qəpik də görmüyəcəksiniz! Şəxsən mənim təklifimdi bu.

İdarə Heyətinin sədri də razıdı mənnən! Qurtardıq!.. Pambığı çöldə qoyub alverə

qaçdığınıza  görə bu  şeyləriniz  də qaytarılmıyacaq!  Di  gedin  köpük  qusun

acından!  Beləliklə,  "cəza  tədbiri"  də məlum  oldu.  Səməd  hələ dillənmirdi.

Dözürdü. Gözləyirdi. "Alça-malça" satanların arasından ortası incə, başı balaca,

"Qarışqa qarı" deyilən, doğrudan da qarışqaya oxşayan bir ağbirçək çıxdı, ortası

üzülə-üzülə, yavaş-yavaş Gülənova doğru getdi. Kətyən kişinin qarısı idi.

"Kətyən"  çölün  düzündo  kətyən  koması  kimi  tək  adam  deməkdi.  On

səkkizinci ildə atası "Osmanlı davasından" qayıtmamışdı.

1

İyirminci  ildə Qılınc  Qurbanın  otryadında,  bəylərlə vuruşmada  kiçik



qardaşları,  qırx  ikinci  ildə qırılan  diviziyada  da  oğulları  qırılmışdı,  beləliklə,

Kətyən kişi on ev, on ailə içində tək qalıb, Kətyən İbrahim olmuşdu və çox tez

düşkünləşib,  idarədən  o  yanda  düzənliyə səpələnmiş  yanuçuq  daxmalardan

birində,  günü  divar  dibində keçən  qocaya  çevrilmişdi.  Qarışqa  qarı  isə "ərinin

işini görürdü".

Şimali  Azərbaycan  "Rusiyanın  ucqarı"  (tərkib  hissəsi)  sayılırdı;  azərbaycanlıları  da  Türkiyə ilə

müharibə cəbhəsinə göndərirdilər.  "Qazax  bəyləri"  adlanan əcdadlarını,  özlərini  tanımayanlar

Türkiyəyə,  Cənubi  Azərbaycana  soxulub  hətta  dövlətdən  "xərac"  tələb  edirdilər.  Bu  cür  anlaşılmaz

müharibədən qaçanları isə güllələyirdilər ki, "Qaçaqlara qoşulmasınlar". "Padşah"ın (çarın) üzünə ağ

olanların  ailələri  hər  cür  vasitə ilə güzəranlıqdan məhrum  edilirdilər.  Buna  görə də "Kətyənlilər"

məhləsi həm də "Aclar məhləsi" adlanırdı.



______________Milli Kitabxana_______________

Ortası  üzülə-üzülə gedib,  "buxankalar"dan  birini  yerdən  götürüb  qoynuna

soxdu,  ağlı-qaralı  yamaq-yumaqla  sarınmış  xırdaca  başını  qaldırıb,  altdan-dik

Gülənovun at üzünə baxdı.

Səməd gözlərini yummuşdu. Əmma nə neştərlər gözündən gedirdi, nə qan, nə

də "buxanka".

Bu vəziyyətdə əvvəlcə qarının səsini eşitdi:

-

Yağ,  yumurta  zay  oldu.  Gəliniərimin,  nəvələrimizin  boğazı  tikildi.  O



yuxarıdan baxana tapşınram səni! Kişi acdı, ona dözəmmirəm. Burax, bu quruca

çörəyi aparım gəvələsin.

Sonra Təftişin dili üə adı "Zövcə" qalan Zövcə arvadın səsini eşitdi:

-

Bərəkəti  də elə tullayarlarmı,  a  bərəkət  kəssin  səni?!  Qurandı,  o,  a



Quran kəssin səni! Sonra da "alça-malça" satanların qarışıq səslərini eşitdi:

-

Vağzallara  ağ  günümüzəmi  gedirik  biz?!  Necə yəni  "qəpik"  də



görmüyəcəksiniz?!"

-

Kim ketmənləyib, kim becərib o pambığı?! Şəhərdən gətirilənlər, yoxsa



biz baxtıqaralar?!

-

Şahmar  günün  altında  körpələrimizi  ona  görəmi  yandırırıq ki,  bildirki



kimi yenə çöpnən-çərtdək verəsiniz əlimizə?!

-

Şəhərli  gəlib  kilosu əlli qəpikdən, gündə əlli  manat,  yüz  manat qoysun



cibinə,  silsin-süpürsün  aparsm,  biz  do  baxa-baxa  qalaq?!  Pambıq  kimindi?!

Havaxtacan ad bizim, at özgənin olacaq?!

Gülənovu maşına qısnamışdılar.

-

Xaşamı  gedirik  biz  dəmir  yoluna,  a  Xaş  köpəyoğlu?!  Varlanmağamı



gedirik,  ay  Erməni  törəməsi?!  Sənin  o  Mikoyanm,  Markaryanlarıyın  kökü

kəsilsin!

-

Alver nədi! Bu zay clədiyinə göro getmirikmi ki, beş günlük azuqəmiz



olsun! Bu da əlimizdən alınandan sonra sabah nəynən çıxaq pambığa?!

-

Çənəndəki  fırdan  dərs  götür  heç  olmasa!..  Tapançandan  qorxmuruq!



Tapançanı alıb ... soxarıq!..

-

Süpürül, sürük burdan! Cana doydurma bizi!



-

Ya  cəhənnəm  ol  get,  ya  da  necə qadağa  qoyubsan,  elə də əmr  elə o

Xəlvətinə,  o  kassirinə,  haqqımızı  versinlər!  "Şəhərli"  adıynan  siyaha  tutub

haqqımızı altdarına doldurmasınlar! Bəsdi!

Bu, üsyan kimi bir şey idi.

Gülənov dalını maşına söykəyib, başını dik qaldırmışdı, Paqonların və orden

"kalotkaları"nı  dartışdıran  boz-torpaqlı,  qara,  qırış,  kərtdəş əlləri  itələməkdən

başqa heç nə eləmirdi, heç nə demirdi və çox qəribə idi ki, o həngamənin içində

də tez-tez Səmədə boylanırdı.



______________Milli Kitabxana_______________

Məleykə Muradova  qara,  uzun,  sıx  kirpiklərini  endirib,  yumruqlarını  qara

şivyot kostyumun ciblərinə basıb, tamam hərəkətsiz dayanmışdı.

Mirbağır müəllim, katibin əksinə, otuzuncu illərdən qalma "butulka" şalvarda

nazik  qıçları  ilə təzadlı  yoğun  ortasını  qısa  boynu  ilə birükdə tez-tez  o  yan-bu

yana  fırladıb,  gah  yan-yörəsinə

səpələnmiş  "buxanka"lara,  "bulka"lara,

"bublik"lərə,  gah  da  milis  rəisini  didişdirən  arvadlara  baxa-baxa: - Vay-vay!

Vay-vay! - deyirdi  və qəribə idi  ki,  hay-küydə elqızlarının  qəzəbli  qışqırtıları

Səmədə necə aydın çatırdısa, maarif müdirinin o asta "vay-vay"ı da elə çatırdı.

Bir söz də çatdı:

-

Tərpənin!



Gülənovun bu sözündən sonra Qudalı gombulları bu dəfə elə "tərpəndilər" ki,

hətta  Zövcə arvad  kimi  mötəbərin  saç-birçəyinə,  yenidən  həmin  "çığırqan

Dinişə"  çevrilən  Torksinin  hörüklərinə də əl  atdılar.  Səməd  indi  başa  düşdü  ki,

"Fars  qohumlar"dan  seçilmiş  "çarvadarlar"  Persin əlində nə idisə,  Qudalı

qohumlardan  seçilmiş  bu  gombul  cavanlar  da  Xaşın əlində elə bir  şeydi:  gizlin

"rabotnik"lər - paqonsuzlar  dəstəsi.  Bu  "rabotnik"lər  bayaq  qırılan  diviziyada

qırılanların  arvadlarını, qızlarını,  gəlinlərini,  Kotyən  İbrahimlə Qarışqa  qannı

tapdalamışdılar,  Səməd  o  qoca  ilə qarının  ağrılarına  dözməyib  gözlərini

yummuşdu.  İndi  isə bu  "rabotnik"lər  qırmızı  tuf  daş  binanın  foyesində Zora  iş

tapşıran  Sultan Əmirlinin  özünün  nüfuzunu  tapdaladılar  və Səməd  bu  ağrıya

dözməyib titrədi, başdan-ayağa bütöv - nəhəng bir əzələyə döndü, Zövcə arvadın

saçına əl  atan  gombul  cavanı  dala  çəkib,  on  addımlığa  tulazladı.  Ağrısından

heybətli bağırtı qopdu:

-

Zənənə əl qaldırmayın, it uşağı! Şil-küt eliyərəm hamınızı!



Məmməd Xələf - Qara Zal maşınının belindən - taya hündürlüyündən birbaş

yerə atıldı, ordan da Torksinlə süpürləşən Qudalının üstün atıldı. Sarı Zal, əksinə,

qəribə təmkinlə Qəlyanlıları baxıb yerindən tərpənmədi.

Şoferlor  faraları  söndürdülər.  "Yel  fanarları"nı  sarımtıl  nöqtələrə döndərən

qəfil zülmət içində əvvəl Qara Zalın qışqırtısı eşidildi:

-

Ə, Sarı, ölübsünüzmü?!



Sonra həmin qışqırtıdan kəskin fərqli - gər, rahat səs Qəlyanlılara doğru: - Ay

Abbas əmi,  oğlun  yenə qanmır!  Palıdın  altıynan  burdakının  fərqi  nədi?! - Sarı

Zal idi, birdən Səmədin qabağına yeridi:



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə