İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə108/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   104   105   106   107   108   109   110   111   ...   180

______________Milli Kitabxana_______________

"rabotnik"liyi törəmələrin qanında idi. Bu Gizlinlər - paqonsuzlardan xilas olmaq

üçün  bircə çarə vardı  ki,  onu  da  Sultan Əmirli  demişdi:  "kürüyüb  atmaq!.."

Qılınc  Qurban  "İt  xılı  qudurub.  Ehtiyatlı  ol"  desə də,  Sarı  Zal  nə qədər  ağıllı

məsləhət  versə də,  Gizlinlərin  belə qudurduğu  bir  vaxtda  Səmədin  kənardan

baxmağa  haqqı  vardımı?  Ağıl  da,  ürək  də "Vur!  Şil-küt  elə!  Kürü  at!" -

deyirdisə,  nədən  çəkinirdi?  Sultan Əmirli  yəni  o  qədərmi  üzülmüşdü  ki

,

Bircə



balanın başına nə isə gəlməyindən, vahiməyə düşmüşdü? Bəlkə Saşanın bu qədər

qısa müddətdə istintaqa çəkilib güllələnməyindən sarsılmışdı, ya da Məhərrəmlə

əlaqəsinin kəsilməyində məğlubiyyət görüb sınmışdı? Əmir fədailərinin top atəşi

altında  qırılmağına,  Milli  hökumətin  yıxılmağına  dözmüşdü,  Mədəd Əmirlinin,

Pişəvərinin, Nəcəfoğlunun ölümlərinə, xalqın sürülməsinə, deyilənə görə aylarla

qapıları  bağlı  qalan  vaqonlarda  qırılmasına,  on  yeddi  sədrin  "vaqona

basılmağı"na və o təsərrüfatların cin-şeytan yığnağı əlində qalmağına dözmüşdü,

tək Bircə balanın başına nə isə gəlməyinə dözmürdü?!

Səməd "Yox!" - dedi. "Dözməlidi" - dedi. Və başa düşdü ki, Qudalıları elə bu

gecə "kürüyüb  atmaq"  üçün əlindən  gələni  eləməsə və bu  günlərdə dönə-dönə

düşündüyü kimi, respublikanın o başından - Lerikdən bu başına - Qazağa qədər

iş başında olan keçmiş tələbə yoldaşlarının hamısını həq-ədalət - qanun otrafına

yığmayınca sakitləşməyəcək.

Bu vəziyyətdə birdən kiminsə baxışını hiss etdi. Gülənovdu. Maşınının dalına

çəkilib,  tövşüyə-tövşüyə bu  yana - Səmədə boylanırdı.  Neştərlərində təəccüb

donmuşdu: Səmədin vuruşmadan kənarda qaldığını anlaya bilmirdi.

Bir  baxan  da  vardı.  Qudalı  ağsaqqalı  idi.  Həmin  yerdən - maşının  dalından

gözlərini  Səmədə dikmişdi.  Təəccüb  o  enli,  qırmızı  üzü  də kütləşdirmişdi:

Səmədin kənarda qaldığını o da heç cür anlaya bilmirdi. Tamamilə aydındı ki, o

"xəbərdarlıq"larla,  prokurorluğa,  raykoma  yazılan  "məlumatlar"la,  "maniya

prisledovaniye",  "psixi  azar"-fılanla  Səmədi  daxildən  qaynadandan  sonra  "alça-

malça"  satanlara  qarşı  "cəza  tədbiri"nə və hətta  bu  vuruşmaya  qarışmadığından

çaşıb, hətta özlərini itirmişdilər.

Bir-birinə yaxınlaşıb  kəlmələşdilər - pıçıldaşdılar.  Xəlvət  dərhal  qarışıqlığa

yönəldi,  Qıllısını dartıb  kənara  çıxartdı,  çəkib  Piylisinin - Pul  kisəsinin  yanına

apardı.  Xaş  isə maşının  açıq  qapısından  içəri əyilib  siqnalı  basdı.  Qısa-qısa

fasilələrlə "düdüt-düdüt" eşidilər-eşidilməz it



______________Milli Kitabxana_______________

məhləsi  səmtindən  bir  dəstə məhlə milisioneri  peyda  oldu.  Meydana  cumub,

bəlkə də ömürlorindo birinci dəfə yaxşı iş gördülər: dalaşanlan araladılar. Əmma

Xaşla  Xəlvətin  elə xəlvəti  kəlmələşməyi  necə müəmmalı  idisə,  məhlə

milisionerlərinin "yaxşı işi" də eləcə müəmmalı idi.

10

Meydan əldə-ayaqda  parçalanmış  çamadan  qırıqları  ilə, əzik-üzük  vedrə,



bidon,  xurcun,  heybə,  bağlamalarla,  toz-torpağa  qarışmış  "buxanka"  "bulka",

"bublik"  xıncımları  ilə dolmuşdu.  Günəbaxan  yağı,  yumurta,  pavidla,  şoraba

tökülən yerlərdə palçıq əmələ gəlmişdi.

Muradova  həmin  yerdə - boz  "Pobeda"nın  yanında  yumruqlarını  pencəyin

ciblərinə basıb, həmin vəziyyətdə - hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki,

katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında

uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz

qırpımında ətrafa iti nəzərlə baxan "nəlbəki gözlər"də soyuq rəsmiyyət parlayıb,

"həyalı  gəlin"i  dərhal  məhv  eləyib,  Səməddə nə isə dumanlı  narahatlıq əmələ

gətirirdi.  Mirbağır  müəllim  də həmin  yerdə - "Pobeda"nın  yanında,  həmin

vəziyyətdə,  yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana  fırlada-fırlada,

onun-bunun  üzünə baxırdı.  Fərq  bircə bunda  idi  ki,  "Vay-vay" əvəzinə indi

"Bezobraziye!  Bezobraziye!" - deyirdi  və bu  aramsız  deyinti  də o  soyuq

rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

Xaşın  təəccübdən  kütləşmiş  neştərləri  yenidən  parıldayıb  gizlin  rabotniklərə

işarə verdi.  Gizlinlər  xıncım-xıncım  "bərəkəti"  yenidən  xınca-xınca  yüyürüşüb,

dikdirlərdən  boylanışan  şəhərli  müəllimləri,  şagirdləri  çağırdılar.  Yenə də

neştərlərin  işarəsi  ilə

Xəlvətlə

Qıllısından,  Piylisindən  başqa,  məhlə

milisionerləri 

qapan-tərəzinin 



dövrəsinə

toplaşdılar. 

xəlvəti


kəlmələşməkdən,  pıçıldaşmaqdan  başlamış,  üfunətin  belə səfərbər  toplaşmağına

qədər, hamısı müəmma idi.

Əmma müəmma tez açıldı: Təftiş Abbasın yerində - tərəzinin dalında Qudalı

atamanı  dayandı,  Çürük  Aşığın  yerində - saqqız  kötüyünün  üstündə Qudalı

hesabdarı  ilə Qudalı  kassiri  oturdular,  "qruzovik"indən  çuval,  xaşa,  kisə

yuvarladan Qara Zalın əvəzinə, Gizlinlər arabalardan çuval, xaşa, kisə tökdülər,

"alça-malça"  satanların  uşaqları əvəzinə,  şəhər  və dəmir  yol  məktəblərinin

şagirdləri çuvalların, xaşaların, kisə-




______________Milli Kitabxana_______________

lərin  üstündə kömürlə yazılmış  ad-familiyalarını  tapdıqca,  tələsə-tələsə,  itələşə-

itələşə, pambıqlarını qapan-tərəzinin yanına sürüdülər.

Qudalı atamanı birinci xaşanı çəkib, ilk ad-familiya ilə ilk rəqəmi diqtə etdi:

-

Müşərrəf Mirbağır qızı Bağırlı! Yüz kilo! - dedi.



-

Afərin, şəhər qızı! Mirbağır müəllimin çorəyi halalın olsun! Gəl pulunu

al! - dedi.

-

Çox əziyyət çəkibsən. Pambığını bizimkilər boşaldarlar. Sən haqqını al,



- dedi.

Müşərrəf  kök,  ağbəniz,  qaraqaş,  qaragöz  göyçərək  qızdı.  Ancaq  boynunun

qadına yaraşmayan yoğunluğundan atasına - Mirbağır müəllimə oxşayırdı.

Qudalı hesabdan təzə "uçot dəftəri"ndə ilk ad familiyanı yazdı. Qudalı kassiri

ilk  pul  "paçka"sını  açıb,  Müşərrəfə bir əllilik  verdi  və bu  vaxt  Səməd,  nəhayət,

öz qışqırtısını eşitdi:

-

Pulu  kisəyə qoy,  yırtıcı  törəməsi!  Dörd  yüz  mindən  bir  manat əskik



olsa, bir əlini sındıracam, iki manat əskik olsa, iki əlini sındıracam!

Qışqırtı  necə qorxuncdusa,  pul  kisəsinin  dövrəsindəki  yığnaqda  özünü

yığışdırmayan adam qalmadı. Səməd bunu bilmədi.

Qaranlıq  küncdə tüstülər  çaxnaşdı.  Xızr  Abı  dik  qalxıb  irəli  yeriyəndə,

qocaların hamısı dalınca qalxışdı. Səməd bunu da bilmədi.

Qara  Zalla  Sarı  Zal  bir  tərəfdən  yaxınlaşanda  Qonaqlı,  Kərpickəsən

cavanlarının  qalanları  o  biri  tərəfdən  yaxınlaşdılar.  Səməd  bunu  da  bilmədi.

Gözlərinə od dolmuşdu, ürəyi beynində ağır çəkic zərbələri kimi guppuldayırdı.

Bütün  bədəni  və hətta  ağzında  dili-dişi  də o  guppulmlarla  birgə döyünürdü  və

Səməd  hiss  edirdi  ki,  canındakı  bu  təlatüm  güclü  ehtirasdan - Bezobraziyeni

"kürüyüb  atmaq",  camaatı  o  köhnə,  gözəl  çağlara  qaytarmaq  arzusundan əmələ

gəlmişdi.  Tamamilə aydındı  ki, rayonun, əmisinin  və özünün  taleyi  də bu

cəmaatın  həyatı  ilə bağlı  idi.  Elə bir  dövr  gəlib  çatmışdı  ki,  Stalinin  ömrünün

kəsilməyindən, Mirqəzəbin həbsindən sonra Bezobraziyanın daha da fəallaşdığı,

Saşanın  təcili  güllələndiyi,  Məhərrəmovla əlaqə kəsildiyi kimi,  burda  da

Bezobraziyenin  beşcə günlük  hökmranlığı  Qılıncdan,  Təftişdən,  Abıdan,

Səmədin özündən başlamış bu döyüşkən cavanlara - Qara Zala, Sarı Zala, Miriyə

qədər,  hamını,  hər  şeyi  məhv  edə bilərdi:  Odur  ki,  təpədən  dırnağa  təlatümdə,

çəkmə zərbələrindən  şişmiş,  elə bil  birə iki  ağırlaşmış  bədənlə,  Gülənova  tərəf

döndü:



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə