______________Milli Kitabxana_______________
günün birə-iki, birə-üç azalıb, aylıq pul, yarımillik taxıl, ətlik heyvan, yağ,
pendir, qarpız, yemiş, pomidor, badımcan bölgülərində birə-iki, birə-üç az
alacaqsan; "təyyarəyə minmək" isə o demək idi ki, gündə yüz əlli, iki yüz kilo
pambıq yığmısan, hər gününə iki, üç əməkgünü yazılıb, aylıq və yarımillik
bölgülərdə pulun da iki-üç dəfə artıb, taxılın, ətlik heyvanın, yağın, pendirin də,
qarpızın, yemişin, pamidorun, badımcanın da. Üstəlik, əgər cəmaat içində, ailədə
rəftarın, şəxsiyyətin, ləyaqətin də işlədiyin kimidirsə, aylıq və yarımillik
mükafatların da var, bəlkə, doğrudan da, təyyarəyə
minib Moskvaya
"Vıstavka"ya, yəni kənd təsərrüfat sərgisinə, mavzoleyə, Kremlə getməyin də
var. Sədr Mədədin vaxtında bu qanunlar çox möhkəmdi: işləməyən dişləmirdi,
işləyənlər dünya malından batıb-barınırdılar, üstəlik 28 Aprel, 1 May, Oktyabr
bayramlarında və adi günlərdə sədr Mədədin, Lüt Cəfərin, Qılınc Qurbanın,
nəhayət, Sultan
Əmirlinin özünün təriflərindən sevinirdilər, rayonun
"Kommuna" qəzetində, bəzən, hətta mərkəzi "Kommunist", "Bakinski raboçi"
qəzetlərində çıxan şəkilləri ilə şöhrətlənirdilər və beləliklə, cəmaat içində də,
ailədə də almaçıq, üzüağ gəzirdilər. Yəni "zəhmətkeş insan", "təmiz adam"
adlananlar öz qiymətlərini lazımınca və artıqlaması ilə alırdılar. Bunun hamısı
isə, qapan-tərəzinin dalında Təftiş Abbasın dilindən eşidilən və Çürük Aşığın əli
ilə "uçot dəftəri"nə yazılan rəqəmlərdən asılı idi. Odur ki, Təftiş tərəzinin
düzlüyünü yoxlayıb, "Düzdü. Gətirin" deyəndən sonra birinci çuvalın, xaşanın və
ya kisənin qapana qaldırılmağından, axırıncıların qapandan düşürülməyinə qədər
burda - anbarın qabağında ciddi işgüzarlıq və sükut hökm sürürdü.
Səməd lap körpəlikdən belə görmüşdü, qayda-qanunu belə bilirdi və belə də
olmalı idi. Əgər təhkimçinin və ya bir başqasının cəmaata sözü vardısa, çəki
qurtarana, ya da sabaha - briqadalarda nahar vaxtına saxlamalı idi. Ayrıa bacının
"lapatka götürüb, ağız-burnunu sarmalayıb Üfunətlilərin üfunətini kürüdüyü"
barədə deyilənləri eşitdiyi anda, əmisinin "kürüyüb atacam" sözləri beynində
oyanıb rahatlıq verməsə də, Səməd bu gecə bir şey eləmək fikrində deyildi və
heç gümanına da gətirmirdi ki, məhz bu gecə bütün qayğılarını, düşüncələrini,
hətta həyatını və taleyini dəyişdirən hadisələr törəməkdə idi.
Birinci hadisə ondan başlandı ki, şəhər onilliyinin və dəmir yol məktəbinin
müəllimləri ilə şagirdlər ayaqlarını sürüyə-sürüyə, çamadanlarını, bağlamalarını
sallaya-sallaya meydandan keçib dikdirlərə döşənişəndən sonra bir cüt gur işıqlı
fara çadırdan xeyli sağda - məktəbin
______________Milli Kitabxana_______________
qabağında, bir cüt gur işıqlı fara da Xəlvətin darvazasında parladı; məktəbdən
gələn maşında - Sultan Əmirlinin boz "Pobeda"sında üçüncü katib "diapozonlu"
Məleykə Muradova ilə maarif müdiri Mirbağır müəllim gəlib düşdülər, Xəlvətin
həyətindən gələn dövrəsi göy zehli, gurultulu-qıjıltılı "Qaz"da isə Gülənovla
qudası gəlib düşdülər. Bu vaxt cavanlardan
- Məmməd Xələf Zalın
yoldaşlarından hansı isə Səmədin əvvəlcə bir qolunu, sonra o biri qolunu tutub,
pencəyini geyindirdi, çox təmkinli gər səslə:
- Köynəyin kirlidi, - dedi.
Pencəyi sahədə, tək palıdın altında yerə atıb, elə orda da unutduğunu Səməd
indicə xatırlayırdı. Bu gər səsli yeniyetmə eynilə Möhsün kişi kimi alçaraq,
tökmərək, yastıburun, enliçənə Kərpickəsənlərdəndi; Möhsün kişinin qırılan
diviziyada qırılan qardaşlarından Rüstəmin yeganə yadigarı idi. Bayaq Ortayolda
görüşəndə özü tanışlıq vermişdi: "Mən də Zalam da, ay qağa. Rüstəm Zal!" -
demişdi. Təftişin oğlu Məmməd Xələf Zaldı, mən - Rüstəm Zal! Məzəlisi budu
ki, iki zalın ikisi də pəzəvəngdi, - demişdi. Əmbə mən Sarı Zalam, Abbas
əmininki qara Zaldı. Hərdən "kötük Zal" da deyirik ona. Görürsən də, necə
kötükdü!" Və Səmədin yadına düşmüşdü ki, qırx beşinci ilin yazında Təftişin
böyük oğlunun "qara kağızı" - ölüm xəbəri gələndə və Məmməd Xələf də böyük
qardaşının adını üstünə götürüb Məmməd Xələf Zal olmuşdu.
Adları bir olanların fərqləri lap ilk baxışdan görünürdü: Təftişin Zalı
doğrudan da, kötük kimi, Möhsününkü isə dolu ağır bədənli, enli-sifət, alagöz
idi. Saçı çox gur olduğuna görə kepqasını həmişə qatlayıb cibində saxlayırdı.
Gur cığaları alnında oyur-oyur oynayırdı.
Bir yaraşığı da indi meydana çıxdı: Səmədin əhvalının xarablığını nəzərə
alıb, yaxınlaşmağı lazım bilməyib, pencəyi qoltuğunda gətirirdi; Maşınlardan
düşənləri tanıyanda Məleykə Muradova ilə Mirbağır müəllim kimi hörmətli
rəhbər işçilərin, Xaş nəçənniklə Xəlvət Rəhim kimi qarı düşmənlərin qabağında
çirkli köynəkdə ləyaqətsiz görünməyini istəməyib, tezcə geyindirmişdi. Bu
hərəkət sarı Zalın özünün ləyaqətindən və kəndinin istəkli oğluna istəyindən
xəbər verirdi. Bayaq "Zalam də, ay qağa, Rüstəm Zal!" - deyəndə Səmədin əziz
və doğma adamlar arasında sinəyə sığışmayan hissiyyatına necə əlavə bir hərarət
gətirmişdisə, sarı Zalın indiki hərəkəti də eləcə hərarət gətirdi. Əmma Səməd bu
ləyaqətli oğlana iki kəlmə "sağ ol" da deyə bilmədi. Çünkı
______________Milli Kitabxana_______________
qanı yuyulmuş pencəyi əynində və Gülənovun bir cüt neştərini faranın işiğında
görər-görməz, "Eşq dəlisi olanda nə olar, çalış bir də tökülüb itmə" deyən
təntənəli səsi yenidən eşitdi və bu təntənədən soyuq yel əsib, sinəsindəki hərarəti
apardı.
Məğlubiyyətdən, daha doğrusu, bircə yumruqla yıxılmağından basılıb,
çənəsinin, dodaqlarının şişini kepqatun günlüyünün ailında gizlədən Qudalı
atamanının əksinə, Xaş nəçənnik firlanıb göyərmiş çənəsini gur işiq altında,
Məleykə Muradovanın qabağında nümayiş etdirirdi. Aydındı ki, Xəlvəti, Çax-
çuxu ilə məsləhətləşib, yeni zərbə hazırlamışdı. Odur ki, Səməd bayaq quyunun
üstündə necə ehtiyacdan doğan dözümlə dayanmışdısa, burda da eləcə dayandı.
Əmma zorbə bu dəfə birbaş Səmədin özünə doymədi.
"Qudalı kassiri" Piyli Qayım qarnının üstündə qoşa əlli tutduğu, ağzı
surquclu pul kisəsi ilə qaranlıqdan peyda olub, Çürüyü kötüyün üstündən
itələyib, "ambulatoriya stolu"nun dalında oturanda Səməd nə o Piylinin qoca ilə
elə rəftarından bir şey anladı, nə də pambıq çəkilişinin bu vaxtında pul kisəsi
gətirməyindən. O iki nəfər məhlə milisionerinin ardınca qaranlıqdan bir dəstə
Qudalı cavanı çıxıb, Xəivətlə birlikdə Təftişin üstünə yeriyəndə Səməd bundan
da baş açmadı.
Xəlvət əvvəlcə çox hörmətlə, ağsaqqala və kolxoz sədrinə münasib bəlağətlə
başladı:
-
Məsləhət belədi ki, şəhərlilərin işini qabağa salaq, Abbas. Möhsünnən
son işçilərinizi dəmir yolundan, şəhərdən, bazardan yığammırsımz. Pambığı
düzdə qoyub alverə qurşanıblar. Buna görə xüsusi cəza tədbiri görülüb. Əmbə
mənə dəxli yoxdu onun. Mənimki budu ki, şəhrdən gələn köməkçilrimizi
hörmətnən yola salım... Əmr eləmirəm mən sənə. Xahiş eləyirəm, qırağa dur,
şəhərlilərin pambığını qabaqca çəksinlər...
Təftiş öz işində idi. Qaşlarının çatıb, burun pərələrini gərib, daşları
saqqıldada-şaqqıldada, çuvalları, xaşaları, kisələri bir-birinin ardınca çəkib,
adları, rəqəmləri diqtə eləyirdi. Çürük yerdə çöməlib, dizinin üstündə yazırdı.
Xəlvət çox arxaym danışırdı:
-
Bura bax, Abbas... Şəhər uşağı dözümsüz olur. Məktəbi boşaltmışıq, öz
evlərimizin xalı-xalçasını, yorğan-döşəyini döşəmişik. İdarə heyətinin qərarıynan
yazabuğa kəsmişik. Dörd qulplu qazanda, kəkotuynan-zadnan, bir toyun xörəyini
bişirmişik. Yekə toy samovarı
Dostları ilə paylaş: |