İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə109/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   105   106   107   108   109   110   111   112   ...   180

______________Milli Kitabxana_______________

- Mənə dedilər cibində naruçnik gəzdirirsən, çəkiyə çəkirsən məni, Gülənov!

Burda mənim biləyimə naruçnik taxıb, orda Sultan Əmirlinin "ürəyini partladıb",

yəni  zəhərləyib  bir  gülləynən  iki  ov  vurmaq  istəyirsən.  Bu  saat  mən  özüm

əlverişli  şərait  yaradacam  sənin  üçün,  məhlə milisionerlərini  tök  üstümə,

naruçnikini tax, maşına bas apar. Sədr Mədədin qatili azad gəzsin, tutqudan xilas

olmaqdan  ötrü  tədbir  töksün,  sədr  Mədədin  oğlu  türməyə getsin.  Özüm  indicə

şərait yaradacam ki, sənin istədiyin kimi olsun. Əmma türmədən qabaq bir neçə

iş  görməliyəm  burda.  Ölər  Dəli  Səməd,  səkkiz  qız,  on  iki  yetim  anası  Ayrıanı

üfunətdən  çıxartmamış  biləyinə naruçnik  taxdırmaz!  Ölər  Dəli  Səməd,  Kətyən

İbrahimi divar dibində qara "buxanka" gözləyə-gözləyə qoyub türməyə getməz!

Ölər Dəli Səməd, Təftiş Abbasın işdən çıxarılmasına yol verməz!..

Gizlinlər yığnağının topa qaraltısı önündə saralan pul kisəsinə baxırdı, ancaq

kisə ilə birlikdə Qarışqa  qarını  da görürdü.  Bayaq  "buxanka" əlindən  alınandan

sonra  qarı  ortası  üzülə-üzülə sürünüb  qız-gəlinin  arasında  necə heysiz

düşmüşdüsə,  eləcə qalmışdı.  Ayaqqabı əvəzinə,  altına  gön  yamanmış  boz

corabda, quru sümük qıçlarını uzadıb, gözlərini göyə dikib, "yuxarıdan baxana"

nə isə deyirdi. Sağ-solunda paltarları cır-cındır, bir-birindən arıq - quru-taqqanaq

oğlan,  qız  nəvələri  səssiz-səmirsiz  ağlaşırdılar.  Səməd  bircə dəfə gözucu  baxıb,

daha  baxa  bilməyib, əmisinin  danışdığı,  vaqonlara  basılan  ac-yalavac  xalqın

şəklini havada görə-görə, pul kisəsinə doğru getdi.

Yığnağın topa qaraltısında hamı hər şeyi başa düşmüşdü. Piyli ayağa qalxıb,

kisənin  ağzından  qoşaəlli  yapışıb,  ağarıb,  sifətdən  də dümağ  piyə çevrilmişdi.

Ancaq alt dodağında tez-tez yaladığı yerdə qan qızarırdı.

Qıllı  Piylinin əksinə,  kindən  boğulub,  sifətdən  də qara  camışa  çevrilmişdi.

Alt dodağının köppüşündə qan da qara idi.

Əlini  Piylinin  meyid  kimi  soyuq əllərinə atdığı  anda  Səməd  o  birilərinə də

baxdı. 


Biri-birindən 

gombul 


Gizlinlər 

gərginlikdən 

şişib 

daha


da

gombullaşmışdılar.  Milisionerlər  Xaşın  neştərləri  kimi  işıltılı  gözlərini

nəçənniklə Səmədin arasında oynada-oynada, növbəti işarəni - əmri icra etməyə

hazır dayanmışdılar. Bütün yığnaqda ancaq çal lopa bığlı qırmızı üzlə at üzündə

gümrahlıq,  hətta  sevinc  vardı.  Bu  sevincin  səbəbini  axtarmaq  lazım  deyildi:

"çəkiyə çəkilən"  adam  o  cür  qalmaqalda,  vuruşmada  heç  nəyə qarışmayıb

kənarda  qalandan  sonra  indi  öz  ayağı  ilə tora  düşməyə gəlmişdisə, əlbəttə,

sevinməli idilər.




______________Milli Kitabxana_______________

Meyid əlləri kisədən qopmurdu. Piyli kəkələyirdi:

-

Mən qol çəkmişəm!.. Puldu bu!.. Yarım milyona yaxın pul!..



Mən məsuliyyət daşıyıram! Nə ixtiyarnan alırsan axı, sən bunu məndən?!

Neştərlər parıldadı:

-

Ver,  Qayım,  ver...  Dedim  ki,  biz  zor  işlətmiyəcəyik.  Biz  qanunnan



hərəkət eliyəcəyik!

-

Bu  adama  bələd  deyilsən,  nəçənnik...  Bankda  kassir  saydı.  Gecəyə



düşürdüm,  özüm  saymadım, əskik  ola  bilər...  Eşitmədinmi  bunun  sözünü?

"Sındıracam"-filan! Bundan nə desən çıxar, nəçənnik! Qabağında ölüm, yaxamı

qurtar bu dəlidən!

Çirişli  tər  Səmədi  necə iyrəndirdisə,  daha  dözmədi:  daş əzələlər  Qayımı

divara sıxdı.

Neşterlər ətin arasından qabarıb par-par yanırdı:

-

Dəyməyin! Qoyun neyləyir eləsin! İstər lap özü mənimsəsin!



Heç xətrinə dəyməyin!

Səməd kisəni dartıb, alıb Təftişə verdi.

-

Kəmisyə üzvlərini yığ,  sayın  pulu.  Özünün  iştirakıynan  sayın,  təhvil-



təslim  aktı  yazın! Əlavə bir  akt  da  yazın.  Təxminən  bu  məzmunda  ki,  Qudalı

Rəhimin sədr olduğu kolxozda əmisi oğlu Qayım Qudalının kassirliyini anormal

sayırıq və təftiş komisyonunun qərarı ilə işdən kənar edirik!

Yığnağa tərəf döndü:

-

Bu mənim birinci işim, Gülənov! - dedi. Sonra Xəlvətin üstünə yeridi:



-

Mircəfər - Mirqəzəb  Bezobraziyesi  nə qədər  hökmran  olsa  da,  bu

kənddəki  təsərrüfat  kollektiv  təsərrüfat  adlanır  hələ.  Bu  təsərrüfatın  başçısı

nizamnamə əsasında,  ümumi  iclasda əksəriyyətin  iradəsiynən  seçilməlidi.  Sən

seçilməmisən,  Qudalı  Rəhim.  General  Pers  adlanan,  hal-hazırda  mühakimə

olunan  siyasi  cinayətkarın əmriynən,  qeyri-qanuni  təyin  olunmusan.  Keçən  ilin

yayından  bu  vaxta  qədər  necə işləmisən,  onu  da  kolxozun  təftiş  komisyonu

müəyyənləşdirəcək. Möhürü ver! Səlahiyyətim var mənim! Ver möhürü!

Xəlvət  dartınıb  dikəldi.  Nə üçünsə kitelinin  yaxasını  düymələyirdi.  Axırıncı

düyməni  ilgəyə keçirəndən  sonra,  hətta  boğazının  dibində Çalkeçiri  də dartıb

keçirdi.  Buxağı  irəli  çıxdı,  enli,  qırmızı  üz  bir  az  da  ennənib,  bir  az  da

qırmızılandı.  Belə ları  xoruz  halında  Qudalı  ağsaqqalı  həməncə bəlağətli  səslə

heyrətli sözlər dedi:



______________Milli Kitabxana_______________

-

Məlumun  olsun  ki,  mən  özüm  rabotnikəm!  Bu  sovetlikdə sizing



Qılıncınızdan başqa bir nəfər - Rəhim Qudalı da "osobıy otdel,

1

adamdı.



General  Pers  adlanan  o  siyasi  cinayətkarnan  heç  bir əlaqəm-zadım  olmayıb,

oğul.  Mərhum  qardaşım  Məmmədəlinin  meyidi  tapılanda  bir  dəfə qapıma  gəlib

Pers, onnan da əlaqəmiz qurtarıb. Atasının ölümünü təşkil eləyib Xalıqı verbovat

eləyən  də o  Pers  köpəyoğludu!  Sən əyri  güzgüdə görmə hamını!  Burda  sənə

dedilər  xəstəsən,  şəkkaksan.  Qardaşım  özü  skletdi  yerin  altda,  Təbrizdə nə

olubsa  orda  qalıb!  Onun  oğlu  Xalıqnan  tutaşmağın  necə əsassızdısa,  məni  belə

qaralamağın  da  eləcə əsassızdı.  Məsləhət  görürəm,  çalış  ağlını  başına  yığ.  Bu

rayonun  sahibi  var. Kişi qayıdar gələr, inşallah, özü ayırd eliyər  hər şeyi. Onda

bilərsən  ki,  general  Persin əmriynən  təyin  olunmuşam,  yoxsa  Sultan Əmirli

yoldaşın  şəxsən  özünün

təklifiynən,  ümumi  iclasın

əl  qaldırmağıynan

seçilmişəm.

Səməd  bu  heyrətli  yalana  cavab  vermədi.  Möhür  kitelin  döş  cibində idi,

yumşaq  göy  şivyotun  altından  dəyirmisi  qabarmışdı.  Səməd  sol əli  ilə Xəlvətin

biləklərini birləşdirib, pəncəsində sıxdı, sağ əli ilə möhürü çıxartdı.

Xəlvət Muradovaya baxırdı:

-

Yoldaş Muradova, şahid olun! Mirbağır müəllim, şahid olun! -deyirdi.



-

Biz  Kişinin  xətrinə

susuruq,  ancaq  xəbərdarlıq  eləyirik  buna,

müqavimət göstərmirik. Şahid olun! - deyirdi.

Muradova  susurdu.  Mirbağır müəllim  hələ də o  yan-bu  yana  fırlanırdı  və

yenə elə "Vay-vay! Vay-vay!" - deyirdi.

Neştərlərin sevinci, təntənəsi isə tamam açıq-saçıq idi:

-

Şahiddilər,  Rəhim!  Şahiddilər!  Sənnən,  Xalıqnan  yox,  öz əmisiynəndi



bunun işi. Kişi sizi insan bilir, rəhbər işçi sayır, qapınızı açır, bu da onun acığına

eləyir  hamisını!  Heç  kəs  tərpənməsin!  Öz  ixtiyarına  buraxın,  neyləyir  eləsin!

Kişi qayıdanda danışarıq bunnan, onda aşkara çıxar hər şey!

Səməd möhürü də Təftişə verdi.

-

İşimin  bir  qismini  qurtardım,  Gülənov.  İkinci  qismi  Sovetlər  İttifaqı



qəhrəmanı Xalıq Məmmədəli oğlu Qudalıynan bağlıdı. Bəlkə çağırtdırasan onu?

Yoxsa, özüm gedim?

"Xüsusi şöbə" işçisi.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə