İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə116/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   112   113   114   115   116   117   118   119   ...   180

______________Milli Kitabxana_______________

rəmnən əlaqəmi  bərpa  eləyib  bax  bu  quşburun  kapitan  Müslüm  Müslüm oğlu

Müslüm!  Gəlməlidi  indicə professorun. Əmma  mən  hələ heç  nə eləməmişəm.

Dolma bükmüşdük. Batdı dolma!.. Uşaqları bağdadı. Mən gələndə çağırtdırmaq

istəyirdi.  Qoymadım  ki,  üç-dörd  gün  ikilikdə qalaq,  bir  az  iş  görək  bu  bədbəxt

millətin  xeyrinə...  Yaxşı, neyniyək  indi, əlharaylığı  nə düzəldək? - Sultan  cəld

yönəlib, balkonun uzaq küncündə "xolodilnik"i açdı. - Ə, Müslüm oğlu, gəl sən

də bax görüm, neyləmək olar?

Müslümlə birgə Səməd  də gedib, əmisinin  boyründən əlini  uzadıb, ət,  yağ,

göyərti  və sair ərzaqla  dolu  "xolodilnik"dən  bir  yumurta  götürüb,  barmağının

ucunda Sultana göstərəndə, əmi ilə qardaşoğlu, ikisi də qəhqəhə çəkdi.

Müslüm etiraz elədi:

-

Bu qədər şeyi qoyub, yayın günündə qayğanaq yeyəcəksiniz?!



Bir  də,  pivəynən  tutmaz  axı  qayğanaq!  İcazə versəniz,  qazın,  tənəkənin

üstündəcə elə kabab  düzəldərəm  ki,  manqal  kababı  heç  nə olar  onun  yanında!

Lap beşcə dəqiqəyə.

Sultan bu təklifdən sevindi.

Səməd  isə,  düşünmədən, əlini ətin  üstünə qoydu,  nə isə çox  dumanlı  və

gözlənilməz bəd bir hisslə:

-

Kabab  yox,  kabab  yox! - dedi  və əmisinin  baxışındakı  diqqəti  görüb,



dərhal kənara baxdı.

Əmi  də,  qardaşoğlu  da  bircə anda  həmişəlik  dərk  eləmişdilər  ki,  bundan

sonra heç vaxt kabab yeməyəcəklər. Yəni ağ daş evdə o müdhiş gecəni unutmağa

çalışacaqlar.

Əlbəttə,  qardaşoğlu  cavanlıq  elədi.  Ancaq  cavanlıq,  təcrübəsizlik  və hədsiz

ürəkaçıqlığı  üzündən,  düşünmədən  "kabab  yox"  dedi.  Xəlvət  Rəhimin  cibindən

möhürü çıxaranda, Gülənovun biləyinə "naruçnik" keçirəndə olduğu kimi, burda

da məhz ürəyinin hökmü ilə əlini ətin üstünə qoydu. Əmma bir yana baxanda elə

yaxşı  oldu  və Sultan  burda  bir  daha  fikirləşdi  ki,  ailənin  müsibətindən  yaxa

qurtarmaq  nə qədər  çətin  olsa  da,  hər  halda  Bircə balanı  kiçildən  hisslərdən

uzaqlaşdırmaq  üçün  Sultan  özü  də son  dərəcə ehtiyatlı  davranmalıdır,  hissini

cilovlaya  bilməyən  Bircə balanın  idealını  məhz  ideal  səviyyəsində tutmaq  üçün

bütün  həyat  təcrübəsini,  iradəsini,  səbrini  səfərbər  saxlayıb  ayıq  olmalıdır,

rayonda  baş  verən  hadisələrin  həddən  aşdığını,  Bezobraziye  murdarlarını

kürüyüb atmağın qeyri-mümkünlüyünü də ehtiyatla çatdırmalıdır.



______________Milli Kitabxana_______________

Sultan  belə düşündü  və qəfil  güllə kimi  bəd  hiss  qardaşoğlunu  nə qədər

dəyişdirsə də, əmi bu vəziyyəti məharətlə dəyişdirdi.

-

Gəl  belə eliyək,  Müslüm.  Pendir-çörəknən  tərxun  və pivə!..  Tezcə duş



götürək.  Mənim  təzə kadnın  yumurtasız  keçinəmmir.  Adama  iki-üç  soyutma

yumurta  as,  sasiska  as.  Dolmanı  da  alçaq  xodda  qoy.  Çox  oturacayıq  bu  gecə.

Sabah  bazardı.  Yoldaşlar  sabah  qurtarmaq  istəyirdilər  məhkəməni.  Rudenko

deyib: "Qara dənizdə çimmişəm, Baltikdə çimmişəm, Xəzərdə çimməsəm Xəzər,

inciyər məndən". Sabah dənizə gedəcəklər. Rudenko çox sarsıntılıdı. Məhərrəmə

deyib:  "Bu  canilərin  iyirmi  illik  cinayətləri  məni  iyirmi  il  qocaldıb..."  Hitlerin

canilərini mühakimə edən prokurorun etirafıdı bu. O cür adam beş gündə iyirmi

il qocalırsa, o hesabdan görün iyirmi ildə mən nə çəkmişəm. Bu gecə hamısının

əvəzini çıxaq, qardaşoğlu. Əvvəl adama bir şüşə soyuq pivə.

Sonra duş. Sonra altdan bəqədri-qüvvə araq, dalınca yenə pivə, pivə və pivə!

İkicə yeşik almışam, qırxca dənə "Jiquli" pivəsi. Bəsindi?

Səməd gülürdü.

-

Qırxını  da  mənə versən,  bəsimdi.  Bu  şərtnən  ki,  bir  şlanq  da  verəsən,



göbəyimə keçirim.

Sultan şaqqanaq çəkdi.

-

Çoxdan  bilirəm  sənnən  zarafat  eləmək  təhlükəlidi.  Hələ dilinə



dəyməmiş, distansiya gözləmirsən, qırx dənə "Jiqul i "dən sonra neyliyəcəksən?..

Gəl bəribaşdan şərtləşək. Distansiya məsələsini unutmuyaq.

Zarafatda da, ciddi söhbətdə də. Əlbəttə, açıq danışmalıyıq. Lap açıq!

Bu Müslüm Müslüm oğluna tapşırmışdım, yolda yenə bir az hazırlasın səni,

körpü  salsın,  cəmaatın  o  vəziyyətində səni  rayondan  ayırmağımız  pis  təsir

eləməsin  sənə.  İndicə orda  işarəynən  xəbər  aldım  ki,  işlər  necədi?  Pıçıldadı  ki,

"iki tərəfə işləməyimə dözəmmir Səməd". Bəri başdan həkk elə beyninə, əzizim:

həqiqi  Azərbaycan  çekisti  məhz iki  tərəfə işləyə-işləyə vətənə sadiq  qalmağı

bacarmasa, bu peşəni təcili atıb, başqa iş dalınca getməlidi. Yığışdır özünü! Çox

ərköyün  böyütmüşük  səni,  qardaşoğlu.  Nə

qədər  başıbəlalı  olsan  da,

ərköyünlüyün  qalır  hələ.  Odu  ki,  deyirəm,  şumda  şərtləşək,  xırmanda

yabalaşmıyaq.

Danışacam, biləcəksən ki, bu planetdə heç bir xalq bu qədər talesiz deyil.

Bax  bu  fəxrin  Sultan Əmirli  də iki  tərəfə işləyir!  Məhərrəm,  necə deyərlər,

allah bilir neçə tərəfə işləyir. Son hələ qarışma belə məsələlərə.

Danışdıq?!.  İndi adama  bir  pivə!  Sonra  duş!  Qırx  dərəcədi  istilik  Bakıda. -

Bir  pivə açıb  Səmədə verdi,  ikincisini  açıb  Müslüm  verdi,  üçüncüsünü  özü

başına çəkdi, nəfəsini dərib: - Oxxay! - dedi.



______________Milli Kitabxana_______________

Boğazını,  sinəsini  sığalladı,  çiyinlərini,  qollarını,  qıçlarını  tərpədib,

gimnastikaya bənzər hərəkətlər elədi.

-

Deyəsən adam oluram yavaş-yavaş. Dünyamız nə qədər mürəkkəbdi, bir



o  qədər  də gözəldi,  qardaşoğlu.  Can  gəlib  dirənir  xirtdəyinə,  deyirsən  mənimki

də burayacanmış.  Sonra  məlum  olur  ki,  demə,  Bircə balanın  üzünü  görmək,

üstündən  də bircə şüşə pivə kifayətiymiş  ki,  yenidən  adam  şəklinə düşəsən.

Səhər-səhər Əfəl  Məsimin  telefonoqrammasını  aldım:  "Məmiş Əlləzoğlunun

xəstəliyi təsdiqlənib. Səmədin həbs olunması üçün əsaslı cinayət işi qaldırılıb..."

Məlum oldu ki, Xalıqın işidi. Açıq-aydın gördüm fırıldağı, Məhərrəmə də dedim.

Bir də o vaxt ayıldım ki, "təcili yardım"ın həkimi dayanıb başımın üstündə.

O vəziyyət hara, bu vəziyyət hara?! Əlimdə pivə, laqqırtı vururam! Hələ bir

beyin  də işlədirəm  ki,  necə eləyim,  qardaşoğluynan söhbətimi  hardan,  necə

başlayım  ki,  rayondan  belə dalbadal  qaçırılmağının  səbəblərini  düzgün  anlasın,

professorundan, əmisindən  inciməsin, əhval-ruhiyyəmiz  bir  də buna  görə

dəyişməsin!

Şüşənin içindəki seyrək köpük qabarcıqlarına baxdı.

-

Düşmənin  ömrü  belə olsun.  İndicə doluydu  bu  şüşə.  Ağzı  açılanda



coşdu-daşdı. İndi bomboş! Köpük qalıb yerində...

Səməd  fikir  verirdi: əmisi  "söhbətə"  keçməyə çalışırdı, əmma  doğrudan  da

"Hardan,  necə başlayacağını"  bilmirdi, əməlli-başlı  çətinlik  çəkirdi,  bəlkə əzab

çəkirdi.


-

Ay əmi, "duş" dedin, tər aparır axı səni...

-

Hə?.. - Sultan hələ də şüşəyə baxırdı. - Deyirəm, köpük qalıb. Bir azdan



köpük  də qalmıyacaq.  Nə vaxtsa  etiketi  də qoparılacaq.  Ondan  sonra  heç  kəs

bilmiyəcək ki, vaxtilə bu şüşədə pivə varıymış... Filosof nə fikirdədi bu barədə?

Etiketi qoparılsa, bu şüşənin məhz pivə üçün düzəldildiyini bilən tapılar?

Müslüm  "padnos"a  yumurta  yığa-yığa  gözaltı  Səmədə baxırdı.  Səməd  hiss

etdi  ki,  "etiket"  sualının  ardınca  Müslümün  yolda  dediyi  bir  xəbər - "Bircə

balanın  Bakıda  qalmağının  vacibliyi"  barədə təklif  gəlib, əmisinin  onsuz  da

zahiri  gümrahlığını  alacaq,  qardaşoğlunun  Bezobraziye  murdarlarına  divan

tutmaq  niyyətinin,  yəni  lap  tezliklə rayona  qayıtmaq  fikrinin  qətiliyi  bilinəndə,

şübhəsiz,  mübahisə başlanacaq,  nəticəsi  isə yəqin  ki,  yenə "dirilik  suyu",  bəlkə

hətta  "təcili  yardım"  olacaq.  Quş  gözlərində açıq-aydın  qorxu  da  "dirilik

suyu"ndan,  "təcili  yardım"dan  xəbər  verirdi.  Doğrudanmı  Bezobraziye  qalib

idi?!



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə