İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə119/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   115   116   117   118   119   120   121   122   ...   180

______________Milli Kitabxana_______________

"Duş"dan  düşən  tək-tək  damcıların  daha  da  dərinləşdirdiyi  sükut  içində ağır

addım  səsləri  eşidildi,  palma  ağacı  somtindən  bəri  yaxınlaşıb  qapının  arxasında

yavaşıdı.  Qaşlarını  çatıb  qapıya  baxan  Sultanla  birlikdə Səməd  də hiss  etdi  ki,

ayaqları çəkələkli, ehtiyatlı Müslüm deyil bu gələn, kim isə başqasıdır.

Sürməli qadın gözləri qapının arasından içəri boylananda prokuror Sayılovun

bu  gəlişi  Səmədi  nə qədər  heyrətləndirdisə,  Sultanı, əksinə,  bir  o  qədər

sevindirdi.

-

Bu  da  bir  nəfər  "iki  tərofə işləyən"imiz,  qardaşoğlu!  Gör  indi



neyniyəcək bu qoltuğu qovluqlu Bezobraziye murdarı!

Sayılov gülümsünməyə çalışırdı:

-

"Bezobraziye" elə hamımızın möhürümüzdü, Sultan Mamedoviç!



"Murdar"  bir  qədər  insafsızlıq  olar.  Kəlbəcərin  SafAğ- "Səfa"  dağının  ab-

həvasından  da  saf  ab-havasında  böyümüşəm.  İlk  dəfə orda  prokuror  olmuşam,

məhz  saflığıma  görə yoldaşlarım  sənin  rayonuna  göndəriblər  axı  məni!..  Belə

danışa-danışa  irəli  yeriyib,  üstündə "Delo"  yazılmış  qalın  kardon  qovluğu  açıb,

kağızları  bircə-bircə göstərməyə başladı: - Bu  "Səməd  Mədəd  oğlu Əmirli

haqqında cinayət işi!" Bu, müxtəlif vaxtlarda müxtəlif həkimlərin tərtib etdikləri,

cinayətləri  təsdiqedici  sənədlər!  Bu  da  müxtəlif  adamların  ifadələri,  müxtəlif

rabotniklər tərəfindən yazılmış, müzakirələrdən keçmiş, yoxlanmış, milis şöbosi

ilə bizim tərəfimizdən təsdiqlənmiş müxtəlif xarakterli materiallar. Oxusanız, lap

elə-belə,  ötəri  tanış  olsanız,  şəxsən  sizə pis  təsir  edər,  Sultan  Mamedoviç.

Odurki,  icazənizlə,  qardaşoğlunuzun  özünün  şahidliyi  ilə,  sizin  gözləriniz

qarşısında cinayət işini büsbütün məhv edirəm. Əvəzində çox adi və çox sadə bir

xahişim  var:  "Bacanağ"ın  məni  işdən  qovdurmasına  yol  verməyin,  Sultan

Mamedoviç!  Qardaşoğlunuz  qədər  saf  insan  yoxdu  bu  dünyada.  Mən  bilirəm

onun qiymətini. Siz də həqiqətən murdar adamabənzərlər arasında mənim az-çox

insanlığımı qiymətləndirin.

Yaşımın,  yaddaşımın,  Qılınc  demişkən,  "kaporavalni"  vaxtında  sizinlə

AğBizənli Ahnın sazını, sözünü dinləmişəm. Elm öyrənmişəm. Ürək adamıyam

mən, Sultan Mamedoviç, soyuq mühakimələr prokuroru deyiləm! Budur, cırıram

bu Bezobraziye materiallarını!

Kağızların  hamısını  parça-parça  eləyib,  həmin  qovluğun  arasına  doldurub

döşəməyə qoydu.

-

Rahatlığınıza  xələl  gətirdiyimə



görə

üzr  istəyirəm!..  Həmişə

qulluğunuzda hazıram! - deyib getdi.



______________Milli Kitabxana_______________

Müslüm gəlib, qovluğu götürdü.

-

Tək  Sayılovun  işi  deyil,  hamısı  belə qərara  gəlib. - dedi. – Başqa



qurğuları  var.  Təxminən  bilirəm,  deyəsən  sui-qəsddi.  Məhərrəm  Abbasoviçə

çatdırdım. Öz mühafizəçilərinə göstəriş verdi. Heç narahat olmaypın.

Sultan qovluğu alıb, cırılan sənədləri gözdən keçirdi.

-

Yaxşı  oldu,  bu  valakitadan  canımız  qurtardı,  Müslüm.  Qonaqlar



gəlmirlər?

Müslüm qovluğu qoltuğuna vurub qımışdı.

-

Dəniz vurğunu Rudenko dənizdən aralanarmı?



-

Bu da yaxşı oldu, Müslüm. Belə bürküdə qonaqnan oturmaq çətin işdi...

Bircə balaynan oturmaq isə hər ikimizin xeyrimizədi... Demək, sui-qəsd?

-

Bəli... Siz çox narahat olmayın. Mən özüm də nəzarət dəstəsiynən əlaqə



saxlayacam.

Sultan  şoferinin  səsinin  titrəyişinə diqqət  yetirməyə bilməzdi.  İstər-istəməz

sərtləşib:

-

Yaxşı... get! - dedi...



2

Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.

-

Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda



gətirib  nümayiş  elətdirdilər  qələbələrini!  "Boqi  obezqlavlem"  yazdılar,  yenə də

qələbə hiss  eləmədilər.  O  tayda  qırğınlar,  bu  tayda  sürgünlər,  qırğınlar!

Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin

qırğın  getdi!  Ermənilərin  aralarındakı  Sovet  kəşfiyyatçılarıynan  bir  yerdə

Andranikin  qılıncını  işə saldılar!  Yenə sakitləşmədilər!  Pariji,  bütün  Avropanı

Erməniynən  doldurub  tufan,  tünü  kimi  antitürk  təbliğata  başlayıb  dünyanı

əleyhimizə qaldırdılar!  Guya  Bakıda  on  səkkizinci  ildə Türkü  qıran  da  Erməni

deyilmiş!  Guya əsas  neft  yataqlarını  xaricilərə satan  da  Erməni  deyilmiş!  Hətta

Leninə məktubları  var:  "Baku,  eto  armyane i  ruskiye!"  Uddular  var-yoxumuzu,

yenə də qələbə hiss  eləmədilər!  Yekəbaş,  pensneli  "ziyalı"  Beriya  Moskvaya

çağırdı, gözümün içinə dedi:  "Mı boremsya s boqami, çtobı əsçastlivit lyudey!"

"Vot "Bibliya", proçti, Sultan: "Avrampobedil Boqa". Ponyal?!..

1

"Biz Boqlarla mübarizə edirik ki, insanı xoşboxt edək!" "Budu bax. "Bibliya", oxu, Sultan: "Avram



Boqa qalib gəldi!" Başa düşdün?!"


______________Milli Kitabxana_______________

"Bir  gecə səhərə qədər  içə-içə mübahisə elədik,  çalışdım  başa  salım  ki,

"Avram"  deyil,  EvƏrimdi,  Bağ  Atanın  oğludu,  atasıynan  döyüşməz.  Qanmadı:

"İtak, "Bibliya" vret?!"

1

Yeno çalışdım qandırım  ki, "BibF'iya deyil əsli, OdƏrcə - türkcədi orijinalı.



"Tövr+at",  "Tora"  adları  OdEvƏrdəndi,  "Bibl" - Bağbildəndi.  "Xa!  Xa!  Xa!" –

qəhqəhə çəkdi... Güllələndi... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç...

Romanovların  taleyini  danışıram,  görün  deyirəm  necə faciələmən  qurtardı

dövranları.  Dərs  götürün,  ayılın  deyirəm.  Qanmırlar,  oğul!  Qanmırlar! Əmma

qorxma.  Qurtaracaq  bu  qan-qırğınlar!..  Mənim  ölümünnən  dəyişdirəmməzlər

dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ - "Aşıq"dı, Alimdi...

Əmi  ilə qardaşoğlunun  ürək  çırpıntıları  ilə dolu,  uzun  sükutdan  sonra

tüstünün  arasından  diqqətlə Səmədə baxanda  Sultan  elə bil  kimdənsə,  nədənsə

ehtiyatlana-ehtiyatlana, lap astadan qəribə suallar verdi.

-

Atanı tez-tez görürsən? Səməd duruxdu.



-

Son günlərdə hə.

-

Lap aydın? - Hə... lap aydın.



-

Bir şey başa düşürsən?

-

Yox, əmi. Vahimələnirəm... Canımdan üşütmə keçirdi, titrəyirdim. İndi



bir az vərdiş eləmişəm. Başa düşürəm ki, nə isə qanuni şeydi, sirdi.

Sultan müəmma ilə qımışdı.

-

Desəm  ki,  atan  sağ-səlamətdı  OdAğÜz  BağOdƏr  planetində,  ordan



görür  səni,  özünü  də kino  kimi  göstərirlər  sənə,  nə deyərsən  buna?  Lap  canlı

insandan da canlı, aydın görünür!

Səmədin gözləri böyüdü.

-

Əmi!.. Yəni başqa görənlər də var?!



-

Çox  şey  var,  oğul!..  Atan  "Əlif",  "Lam"dan  başlayıb  sözünü.  Mən

"Boq"  kəlməsindən  başlayıram.  İnsanı  insana,  bəşəriyyəti  Kainatın  OdƏr

bəşəriyyətinə bağlayan  EvƏrEy  Bağların  nəslindənik  biz.  Vətənimiz  Olamdan

başlanıb,  Bağdayın ƏrEy  vilayətindən, ƏlEvÜn  dağından.  İndi  Elvond,  Elvon

deyir cəmaat. O ƏlEvÜnün Bağlarına

Demək, "Bibliya" yalan deyir?!"



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə