İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə122/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   118   119   120   121   122   123   124   125   ...   180

______________Milli Kitabxana_______________

dilər əmilərin.  Hər  kitabın  axırında  gil,  qaya  yazılarının,  daş  kitabələrin  rəngli

fotoşəkillərini  çap  eləmişdilər...  Ulu  Bağın  Olamdakı  Saf-Eyinin  sütunlarının

şəkillərini ingilisdən almaqdan ötrü, Qrek tacirlərinin Afinadan gizlin gətirdikləri

kitabları - OdƏr- Türk  dilində əlyazmalarını  almaqdan  ötrü  ovuc-ovuc  qızıl

verirdilər! Bax bu işdən - "Vərəsə"dən başqa neyləyirdilərsə, hamısı, o cümlədən

fədailərə,  qaçaqlara  tüfəng,  "qurğuşun",  yəni  güllə almaqları  da,  hamısı  cahil

insan - təhrif  insan əməlidi.  Nə nəticə çıxır  burdan?! Əmilərin  öz əlləriynən

Özlərini  təhrif  eləyirdilər?  Bəli, əzizim!  Niyə?  Çünki  mühit,  bütün  planet

Bezobraziye mühitidi, "Allah'Mann SafAğ xəzinəsi üstündə yatan İlan mühitidi!

Diqqət yetir indi, gör necə nəhəng, eyni zamanda necə bədbəxt adamlarıq ki,

bütov  bir  planetdə bütöv  bir  bəşəriyyəti  "Allah"lara  qovuşdurmalıyıq!  Bax  belə

bir ideal uğrunda əmilərin şüurlu şəkildə müflisləşməyə getdilər ki, həqiqətimiz

torpaqda  qalmasın.

Əmma  yeddi  yüz

əlli  cilddən  birini  də

dünyaya

çıxardammadılar.  Fədailər  oxudular,  biz - aralıqda  o  tay-bu  taya  gedib-gələnlər



oxuduq,  bir  də Moskvadan  məqbərəyə xüsusi  göndərilən  Akademik  Mannan

onun  şagirdləri  oxudular  (Sonra  danışacanı,  Stalinin  xüsusi  göstərişiynən

məqbərəyə düşmən  kimi  gələn  Man  necə dost  oldu,  Stalinin  özüynən  tutaşdı!

Çünki  Elmimizin  hikməti  insanı  qorxudan  xali  eləyir!).  "Şeyx  Xorasan"

məqbərəsinin sirrini bilənlərdən bir də "Müəllim" oxudu. Bunnan da "Vərəsə"nin

işi  qurtardı.  Ürəyimizdə odu  qaldı,  özü  külə döndü,  "İttihadi-İslam" firqəsinin

sandıqlarında,  Demokrat  firqəsinin  arxiviynən  bir  yerdə,  göz  dağına  çevrildi.

Çünki Stalin, Beriya, Mirqəzəb, Pers varıydı? Yox, oğul... Nə Naxçıvana o "duz

səfərimiz"  aydındı  sənə,  nə də bu  danışdığım.  İmperializmin,  İlanın  siyasi

platforması  adında  bir  müsibət  var. Əmiləriyin  başlarının  kəsilməyi  toy-

bayramdı  o  müsibətin  müqabilində.  Şeyx  Ağ Əmir, Şeyx  Boz Əmir  kimi,  sədr

Mədəd  kimi  qardaşlarımnan  yanaşı,  milyon  insan  həyatı  qurban  verərdim,  bu

müsibət olmuyaydı. İngilislər funtitcrlinqi sel kimi axıdırdılar, bütün Avropanın,

özlərinin ən  görkəmli  arxeoloqlarını,  şərqşünaslarını  Cənuba  doldurub, əslini,

bizdən  olduğunu  unutmuş  Pəhləvi  şahının  hakimiyyətinin  qanuniliyini  sübut

eləməkdən 

ötrü, 

Cənubumuzu 



Şimalımızdan 

həmişəlik 

ayırıb,

əbədi


müstəmləkəyə çevirməkdən  ötrü  tariximizin  üstündən  qələm  çəkib  "Pəhləvi

tarixi" yazdırırdılar. Danışacam, biləcəksən ki, o cahil hərbçi Pəhləvi bədbəxtləri

bizdən  necə ayrılıblar.  BağOd  EvÜn  ikən  sonralar  təhrif  olunub  "Pixtavan" -

"Pəhləvan" - "Pəhləvi" adlan-




______________Milli Kitabxana_______________

dıqlarını, tədriclə bizdən ayrıldıqlarını Pəhləvilərdən bir  nəfər də bilmirdi, buna

görə də "Pəhləvi  tarixi"  adında  yalan  kitabın  hər  kəlməsinə inanırdılar.  Adi  bir

hərbçi  ikən  İngilisin əliynən  təxtə çıxarılan  Şah  özü  də xüsusi  fond  ayırmışdı

tarixçilərdən  ötrü. Əmilərin  Qəsri-Qacarda  otursalar  da,  EySarımızın - Uca

Hökmdarımızın  Ününü  dinləyib  hər  şeydən  xəbər  tuturdular,  podpolyalarda

bizimkilərə çatdırırdılar.  Atannan  mənə də,  nakam  dostumuz  Nəcəfoğluna  da

çatırdı, hamımız bilirdik ki, cəhalət "alim"lərinin falsifikasiyası - "Pəhləvi tarixi"

yazıldıqca, hər səhifəsi İngiltərədə, Avropada, Amerikada ingilis, alman, fransız

alimlərinin elmi kəşfləri kimi qələmə verilirdi, dilimiz, dövlətimiz inkar edilirdi.

İzah eliyəcəm, görəcəksən ki, hətta "İran" sözü də olmayıb. Tarixdə yoxdu. Başa

düşürsən?  Yoxdu!  Təhrif  sözdü,  mənasızdı.  Tamam  mənasız!...  Mənasızlığa

məna  verirdilər.  Bütün  planet  miqyasında  qələm  çəkilirdi  tariximizin  üstündən,

oğul. İndi deyəcəm, nakam dostumuz, filosofumuz Nəcəfoğlu Avropada "Tarixin

atası"  adlandırılan  Qrek  casusu  Herodotun  Sarlarımız  hökmdarlarımız  barədə

xronikasını  necə darmadağın  eləmişdi.  Heç  kəsdə şübhə qalmamışdı  ki,

Herodotun  "Tarix"ində Bağdayın  özünün  adından,  hökmdarların  adlarından

başlamış,  vilayotlorin,  dağlann, çayların  adlarına  qədər,  hər  şey  eybocər  şəklə

salınıb.  Fatehlər ən  yaxşı  halda  gülürmüşlər  təhriflərə.  Ümumbəşəri  həqiqətlər

lazım  deyildi  fatehlərə.  İngilislər  "İran"a  arxeoloji  ekspedi-siya  göndərəndə lap

ilk  gündən  bilirdilər  bunu.  Sənin  oxuduğun  "İstoriya  Midü"  kitabında  "Elam",

"Lullubəylər"  adlarıynan  iki  hissəyə bölünən  Olam ərazisinin daş  kitabələrinin

çoxu,  HomOdÜn  (vahid  Həqiqət  Ünü)  ikon  "Həmədan"  şəklində yazdıqları

qədim  mərkəz  şəhərimizin  daş  kitabələrinin, əlyazmalarının  çoxu  onlardaydı.

Qələm 

çəkirdilər 



üstündən. 

Xaç 


müharibələrində

qılıncnan 

fəth

eliyəmmədiklərini qələmnən fəth eləyirdilər!



Mən  bu  gün  varam,  sabah  yoxam.  Yadında  saxla:  ordu  fatehliyi  müvəqqəti

olur,  qələm  fatehliyi  uzun  sürür.  İlanın  İngiltərədəki  zəhərliləri,  "Coğrafiya

cəmiyyəti" adında casus setində casus "alim"lərin qələmiynən ilk növbədə "elmi

əsas" yaradırdılar. Şahı da işə-başa salmışdılar, gecə-gündüz "Pəhləvi tarixi"ynən

məşğuluydu.  Bu  taydakı  cəlladımız  da  bilirdi  hər  şeyi.  Stalindən  "ustanovka"

varıydı  ki,  Türkün tarixini  onuncu əsrdən  başlasınlar.  Qədimlik  guya  yalnız

"Qrek"o. "Fars"a məxsusdu, biz guya sonradan gəlmişik. Açıq deyəmməsələr də

hər vasitəynən sübut eləməyə çalışırdılar ki, "Midiya"nın Türkə




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə