İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə120/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   116   117   118   119   120   121   122   123   ...   180

______________Milli Kitabxana_______________

Ağ  Türklər"  də deyirik  indi.  Sifətləri  lap  ağappaqdı.  İndi  "Odessa"  deyilən

OdƏsdə də bizik,  Türkiyədə,  burda  çox-çox  o  yanlara  Qərbi  Sibirə qədər  uzun

olub ərazimiz. Danışacam. Xüsusi danışacam bu barədə. Uzun söhbətdi.

Planetlərdə Bağlar  hər  şeyi əvvəlcədən  görürlər.  Yerdə dövlətimizin

süqutunu,  subasqınını əvvəlcədən  biləndə qaya  yazılarında  "Bağ"  yazdırıblar.

Assuriya  yazılarında  "Baq"  yazılıb.  "Bibliya"da  "Boq"  olub.  Bağıstanı  da,

bilirsən  ki,  "Bisütun"a  döndəriblər.  Adını  çəkdiyin  o  "İstoriya  Midü"  kitabında

çox  ötəri  qeyd  olunub  bu  "Bağıstan"  məsələsi. Əmma  bizim  "Vərəsə"də,

ingilislərin  lap  bu  yaxınlarda  çəkdikləri  fotoşəkillərdə təfərrüatnan  yazılıb  ki,

Bağıstan qayalarındakı OdƏr yazılarının üstündən farsca, fatehlik tarixi yazılıb...

"Latın əlifbası"  adlandırılan əlifba  OdƏr əlifbasıdır... - Sultan  dikəlib, əlini

uzadıb,  şifonerin  qapağını  qaldırıb,  kitelinin  cibindən  "bloknot"  və "avtomat"

qələm  çıxartdı,  "tubik"lərin  arasındakı  alçacıq,  yüngül,  dəyirmi  stolu  yaxın

çəkib, "bloknot"un vərəqinə iri hərflərlə yazdı:

"Bağıstan" Budu bax, al, oxu! Orda, qayanın döşündə bizim  hərflər uzundu.

Fars hərfləri gödək olduğuna görə altında OdƏr - Türk yazılan asanca oxunur.

Sultan tez-tez köksünü ötürürdü.

-

Atan öldürüləndə sənin on səkkiz yaşın da tamam deyildi. Dünyagörüşü



formalaşmamış, dəliqanlı şeydin! Dama çağrılanda Ələsgərin "Bağ! Bağ! İnsanı

insana  bağlıyan  Bağ!" - dediyini  eşidib  gəlib  evdə gülürdün, ələ salırdın

məktəbin  direktorunu:  "Bağ-bostanıymış  insanı  insana  bağlıyan!.."  Bax  onda,

yəni  atamın  ölümündən  çox  sonra,  varisimizi  yelbeyin  görəndə ilk  dəfə atamı

gördüm,  baban  Məhəmməd Əmir  təpindi  mənə ki,  "varis  sarsıntılardan

keçməlidi!" OdAğÜzdən qışqırdı üstümə: "Cilovunu burax o heyvanın!.. İncimo,

çox əsəbidilər onlar.

Cahil,  insan  cahilliyini  öz  simasında  görməlidi!  Dərs  vaxtı  çatanda

biləcəksən!  "Allah" - ƏLAğ  adlanan  Bağlar  planetdən  planetə bax  beləcə

danışırlar, əzizim. Mən deyəni "Mədəd" adıynan tanıdığın BağOd eşidir!

Abının  sehrli,  sirli  nitqinin  təəssüratı  yada  düşdü  və Səməd  dərin  hissiyatlı

etirafla:

-

Açığı,  beynim  şübhəynən  doludu, əmi, - dedi, - deyilənlər  o  qədər  də



çatmır  mənə,  ay əmi!  Duman,  çən  kimi əriyir,  yoxa  çıxır.  Yəni  qanammıram...

Başa düşürəm, hiss eləyirəm, aydın idraki qənaətim yoxdu!

-

Məsələn?



______________Milli Kitabxana_______________

-

Məsələn...  lap  elə Bağ!  Bağday!  Necə yəni  "Bağların  ilk  dəfə ayağa



qalxdığı yer - məkan?!" Əgor Bağ "Boq"dusa, "Allah"dısa, Allah hara, yer hara?!

Sədr Mədəd hara, Bağ hara?! "Yer Bağı" olsun o da girmir başıma.

Sultan yenə köksünü ötürdü.

-

Yanıram  belə sual  eşidəndə.  "Allah",  "Boq" - Bağ  insandı,  ay  oğul,



insandı!  Yerdə gəzir,  torpaq  üstə!  Fəzada,  boşluqda  yox,  torpaq  üstə gəzir!  O

pəncərədən  göyə bax!  Gör  nə qədər  planet  var!  Bütün  Kainatda  yaşayırlar

Bağlar! İşləyirlər, yaradırlar!..

-

Dayan, əmi...  Necə yəni  Bağdayda  ayağa  qalxıblar  Bağlar?!  Bağday



hara, Kainat hara?!

Sultan bir xeyli acı-acı güldü.

-

Bu  Yer  planeti  Kainatda  deyil?!  Bütün  günahlar  "İstoriya  Midü"



yazandadı.  O  kitab  yazılanda  Nəcəfoğlu  tez-tez  Akademiyaya  çağırırdı  məni,

faciə içində deyirdi: "Tariximizi gizlədirlər, kömək elə". Əmma heç bir faktı da

açammırdım. Niyə? Siyasi canilər barədə Stalinə məktub yazmağa cəsarəti çatan

adam tarixini açammırdı! Çünki tarix üstündə dayanır hər şey, Həqiqət üstündə,

kök  üstündə bitir! Əslini,  nəslini,  irsini  dan,  insanın  başqalaşacaq,  itəcək!

Bildin?!  Bizim  russko  yazıçılar  xəlvətdə "Adar"  deyirlər  özlərinə,  OdƏr  yox,

"Adar".  Od - həqiqətdirsə, Ər - işıqdırsa,  OdƏr - Həqiqət  İşığıdırsa  bəs  "Adar"

nədir? Heç no!

Romanovlardan  soruş:  "ƏrMən"  nə deməkdir?  Hardan  bilsinlər?!  Xüsusi

fərmannan qaytarıblar "Odessa" adını! Nə olsun? OdOs nədir, EvƏrEy nədir, əsli

hardandır? Niyə təqib olunurlar? Dəqiq bir söz deyən varmı?

Yoxdu, oğul! Hünərin var get rusa deynən "Boq" təhrif sözdü, həqiqəti təhrif

eləyir.  "Boq  sın  Boqa"  yoxdu,  Bağ  oğlu  Bağ  var!  Mənim  dilimdə danışır".

Neyniyər  hakim  Rus?! "İtak, vı azerbaydjantsı isklyuçitelnıy narod?! Ariyskaya

nasiya?! Vot poçemu nemsı sçitayut vas svoimi rodstvennikami!.."

Uzaq  keçmişiyin  yox,  bu  günüyün  tarixidi  Bağ,  Bağ  oğlu  Bağ,  Bağlar! Ən

yüksək sivilizasiya var planetlərdə, Kainatda! Keçmişdə də olub. Nəhəng-nəhəng

işıq gəmiləri var Bağların. Bir kəlmə də deyəmmirdim bu barədə. Bir kəlmə də!

Başa düşdün? "Süleyman xalçada uçar-mış" de, inansınlar!

Səməd çiynini çəkdi.

-

Belə heyrətli tarix!.. Belə dəhşətli həqiqət və belə acizlik?! "Azərbaycan



tarixi"ndə yad-yabançı "Zərdüşt", "Avesta" sözləri ətrafında


______________Milli Kitabxana_______________

uzun-uzadı  yazmaq  olar,  Ulu  Bağ ƏsƏIMən - "Solomon",  "Süleyman"  barədə

həqiqəti yazmaq mümkün deyil?!

Sultan bir az susub, gözlənilmədon sual verdi:

-

De görüm... Nəsiminin adını eşitmisən? İmadəddin Nəsiminin.



-

Eşitmişəm. Əibəttə!  Oxumuşam  da.  Antalogiyada  şeri  var  rusca.  "Vo

mne vmestyatsa oba mira..."

-

De görüm niyə ruscadı şeir? Azərbaycancasını niyə gizlədiblər?! Səməd



gözünü döydü.

-

Gizlədiblər?!



-

Bəli, əzizim!.. Yazıq Bircə balam!..

"Vərəsə"mizdo omilorin yazıblar ki, dörd divanı var Nəsiminin. Dörd böyük

divanı.  İkisi  öz  dilimizdə.  Biri  farsca.  Biri  də ərəbcə.  Öz  dilimizdəkidi əsas

"Divan"ı.  Romada,  Vatikanda  saxlayıblar.  İslam  aləmində

dördünü  də

yandırıblar  divanların,  dəyişdiriblər,  dəhşətli  dərəcədə təhrif  eləyiblor:  bütün

OdƏr  sözlərini  pozub, əvəzində "dəri"cə də yox,  yəni  OdƏrcəyə yaxın  sözlər

yox,  fars-ərəb  ifadələri  doldurublar.  "Vatikan"  nüsxəsindo,  orda-burda  OdƏrcə

qalıb: "Bağa qılmısan hərgiz, kəmanın inkar etmə". Nəsimi yazıb bunu. Altı yüz

il bundan əvvəl Nəsimi yazıb ki, Bağa etiqad eləmisənsə, kamanını inkar eləmə.

Yəni  Elmini  danma.  Vatikanda  dilimizi  səndən,  məndən  yaxşı  bilirdilər  o  vaxt,

on  dördüncü əsrdə.  Çünki  lap  qədimlərdə biz  tikmişik  "Rim" - Ərim şəhərini,

yüz  bir  Bağ  SarEyin  olub  orda.  Sonra  böyüyüb,  zayı  çıxıb,  Qreklər,  Latınlar

dolublar...  On  dördüncü əsrdə Nəsiminin  özünün,  muridlərinin  yaydıqları  Elmi

bilən  çox  olub  Rimdə.  Bunu  da  gizlədiblər  xalqımızdan!  İndinin  özündə daha

inadla gizlədirdilər ki, Yer planetində bəşəriyyətin beşiyinin "Midiya" - Bağday

olduğu  bilinməsin,  Bağday  mədəniyyətinin,  Kainat  mədəniyyətinin,  OdƏr

dilində həqiqətlərin  bərpası  barədə düşünən  də olmasın!  Hətta  tamam  uzaq,

tamam yad kimi görünən xalqlarnan da qanbir-canbir olduğumuzu yaymasınlar,

İlanın "razdelyay, vlastvuy" hökmünə qarşı çıxmasınlar!

Burası aydındımı?.. Yenə dumanlıdı?!

Aydınlaşacaq.

Qulaq as.

Məhərrəmin kitabxanasında bir kitab var: Plini Sinqvu - "Episrularum". Yəni

Plininin  oğlunun  "Məktubları".  Latıncadı.  Bədbəxt  Nəcəfoğlu  tərcümə eləyirdi.

Yarımçıq qaldı. Çünki o yazıq ona-buna danışmışdı ki, eramızdan əvvəl məşhur

elm xadimi senator Plininin vaxtında




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə