İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə128/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   124   125   126   127   128   129   130   131   ...   180

______________Milli Kitabxana_______________

Qulaq as.

O küləkli gecə Mirqəzəb tozanaqnan gəldi, Nəcəfoğlunu maşına basdı apardı.

Məəttəl  qaldıq  ki,  bu  nə gəlişiydi,  nə gedişiydi?  Hardan  gəlirdi,  hara  gedirdi?

Niyə tək  Nəcəfoğlunu  apardı?  Niyə özü  apardı?  Kitab  niyə stolun  üstündə

qaldı?!


Məhərromnon  düz  bir  ay  yediyimizi-içdiyimizi  bilmədik.  Dostumuz  yoxa

çıxmışdı. 

Akademiyada 

deyirdilər 

Moskvadadı, 

Moskvada 

deyirdilər:

"Gəlməyib.  Görməmişik".  Rayonu-zadı  atmışdım.  Bu  divarların  arasında

vurnuxa-vurnuxa,  gündə bir  versiya  fikirləşirdik  Məhərrəmnən, axırını  bir  yana

çıxardammırdıq.  Yuxusuz,  ac-susuz,  gah  qapıda - palmanın  yanında,  gah  da

həyətdə gəzinirdik,  Çax-çux  gəlib-getdikcə ona  fikir  verirdik.  İndi  təsəvvür  elə

ki,  bizim  o  vəziyyətimizdə,  gecənin  yarısında  Persin  maşını  ildrım  sürətiynən

gəlib həyətdə dayanır, Çax-çux maşından atılıb qışqırr ki, "Kişi sizi gözləyir. Tez

olun!"


Mən  üzünə baxammıram  o  qatilin,  uzaqdan-uzağa  qaraltısını  görəndəcə qan

təzyiqim  kəlləçarxa  qalxır.  Bu  səbrin,  dözümün  sahibi,  neçə dəfə kinim  coşub,

SafAğ Sultanı içərimdə boğub əlimi silaha atmışam. Məhərrəm də mən gündədi.

Əmma orda ikimiz də birdən cumduq üstünə ki, Nəcəfoğlu hardadı?!

Başladı  ki,  "Dostunuz  oturub  Kişinin  kabinetində,  Kişiynən  qabaq-qabağa

konyak vurur!"

Təsəvvür elə ki, getdik gördük doğrudan da konyak vurur!

-

Nəcəfoğlu?!



-

Bəli, əzizim!  Mirqəzəbə gündə min  dəfə lənət  deyən  Nəcofoğlu,

Mirqəzəbnən  üz-üzə oturub  koynak  içirdi,  tort  yeyirdi!  Bizim  "Midi",  "qiena

1

Midi"  adlandırdığımız  dəhşətli  "ustanovka  alimi"ynən - fal-sifıkatornan  elmi



söhbət eləyirdi. "Az ər" - OdƏrdən, Tərik - Türk EvƏrEydən hərtərəfli məlumatı

ola-ola, indiki "Yevrey" xalqının keçmişini çox gözəl dərk edə-edə elə bil heç nə

dərk  eləmiyən  bir  "yevrey"  idi  o  "Midi".  Qədimlərdə,  Misir,  İsrayıl  tərəflərdə

OdƏr  dili əvəzinə "EvƏrEy"  dili adlandırılan,  sonralar  o  təhrif ərazilərdə

tanınmaz  dərəcədə dəyişib  "İfr"it"  adlanan  dildə danışırdı  o  "Midi",  özünü

"qorskiy  yevrey"  adlandırırdı.  Mirqəzəbin  gizlin  məsləhətçilərindəniydi.  Məni

görəndə qapqara qaralırdı: "Ne "Otar"ı - OdƏri mı  s toboy, İudei,  mı, Sultan!"

2

Deyirdim "heç olmasa, ərəbcə "Yohudi" de, İuda!" Deyirdi



Goreşən

"Otar" - "OdƏr" deyilik biz sənlo, İudeyik, Sultan!"




______________Milli Kitabxana_______________

"Ərəb  dili  Qrek  dilindən  də dəhşətli  falsifıkasiya  dilidi,  "Yəhudi"  demərəm.  Çünki

"İudey"  qrekcə olsa  da,  EyOda - Uca  həqiqətə daha  yaxındı,  Sultan,  povtoryayu:  "mı  s

toboy İudei!" Bax belə, hər şeyi dərk edə-edə heç nəyi dərk eləməyən dəhşətli bir alimi-

biəməliydi o "Midi", "Qiena". "Midiyanın ölü dili" yazan, Olamı "Elam", Ulu Bağı "Lullu

bəy" eliyən. BağOd EvÜnü "Pexlevid" yazıb, Bağday ərazisinin ƏrEy -"Rey" vilayətinin

də "Pexlevid"ə verən  cani  falsifikatornan  elmi  söhbət  eləyirdi  dostumuz.  "İran"  nə

deməkdi?! İrlər?! Yoxsa, Ərlərdi - Ərəndi o ərazi?!" Belə qışqırırdı, içirdi.

Qəşəngcə möcüzə yaratmışdı Mirqəzəb.

İçəri  girəndə bir  kəlmə dəydi  qulağıma:  "Maday".  Qapının  arasında  ayaq  saxladıq,

Midi  deyirdi:  "Ya  poslan  syuda  liçno  Stalinom.  Ya  ne  imeyu  pravo  ne  tolko  pisat,  daje

proiznesti slovo "Bağ". İbo oçevidno, çto eto Boq. A slovo "Maday" ostavit mojno. Luçşe

napişem "Maday" i skajem: "ma" ot slova "Mağ". A "Mağ, obşeizvestno, oqnepoklonnik.

Ostavaytes poka oqnepoklonnikami. İnaçe nevozmojno".

1

Dostumuz dedi: "No ved ya uje napisal: "Bağday!"



2

Mirqəzəb əlini stola vurdu: "Stalin skajet kak i çto pisat Heydər Nəcəf oğlu Hüseynov

uje  poluçil  Stalinskuyu  premiyu.  Ostaetsya  podpis  Stalina.  Yesli  ne  podpişet,  ya  tut  je

podkinu  yemu  druquyu  kniqu  naşeqo  filosofa  o  şeyxe  Şamile.  Yesli  Boq  ne  poluçit

Stalinskuyu premiyu, Şeyx Şamil poluçit. İbo Şcyx zemlyak Baqirova! Qorets!"

3

Şaqqıldaşdılar güldülər. Stalinin sağlığına içdilər.



Oturduq, biz do içdik. Yazıq, bodbəxt omin do içdi Stalinin sağlığına!

Sən, əlbəttə,  içməzdin.  Güllələnməyə gedərdin,  içməzdin. Əmin  isə konyakı  son

damlasınacan içdi. Çünki təhrif mühitdə "BağMən" demirik biz özümüzə, Ərəbin, Farsın

təhrif diliynən "Məğmun" deyirik. İlan mühitində "Moğmun"uq - "Mağmın"ıq biz, oğlum!

Müdafiə eləyə bilmədim  mən  orda  dostumu - dahi  Heydərimi.  Budur  "Sultan

Əmirlinin daha bir cinayəti!.."

"Mən axı artıq "Bağday" yazmışam!"

Məni  buraya  şəxsən  Stalin  göndərib.  "Bağ"  kəlməsini  nəinki  yazmağa,  hətta  dilimə gətirməyə də

ixtiyarım yoxdur. Çünki, məlumdur ki, "Boq"dur, "Bağ". "Day" sözünü isə saxlamaq olar. "Maday"

yazaq  və deyək  ki,  "Ma"  "Mağ" sözündəndir  və hamıya  aydındır  ki,  atoşporostdir  "Mağ".  Hələlik

atəşpərəst olun. Başqa cür mümkün deyil".

"Nə və necə yazmağı  Stalin  deyər!  Heydər  Nəcəf  oğlu  Hüseynov  artıq  alıb  Stalin mükafatını.

Stalinin  qol  çəkməyi  qalıb. Əgər  qol  çəkməsə,  mən  dərhal filosofumuzun  başqa  bir,  Şeyx  Şamil

haqqında kitabını verərəm ona. Əgər Boq almasa Stalin mükafatını, Şeyx alar. Çünki Şeyx Bağırovun

həmyerlisidir! Dağlıdır!"



______________Milli Kitabxana_______________

Stolun üstündə bir yığm kitab vardı: "Posle potopa!.." Zər naxışlı, gözəl nəfis

cilddə, Mirqəzəbin  stolunun  üstünə yığdmışdı  ki,  Stalin  mükafatı  komitəsinə

göndərilsin.

Mirqəzəb gülürdü. Gözümüzün içinə baxa-baxa başladı ki, "Nu çto, qospoda

oqnepoklonniki, nadeyus bolşe ne skroyete ot nas naslediye velikix şeyxov!"

1

Demə, o bir ayı Mirqəzəb öz bağında saxlayıb Nəcəfoğlunu, redaktor təhkim



eləyib,  təcili  çapa  hazırlatdınb  "Posle  potopa"m- İlk  nüsxə hazır  olan  kimi  özü

apanb, Stalin mükafatı komitəsində oxutdurub. Bizi "bayrama" çağırmışdı.

Bir  do  iyunun  axmnda,  Nəcəfoğlunu  Moskvadan,  öz  toyyarəsindo,  döşü

nişanlı gotirəndə "bayrama" çağırdı bizi, tələb elədi ki. "Vərosə"ni təhvil verək.

İndi  danışacam,  necə yasa  döndü  o  bayram,  nakam  dos-tumuz  necə "kəsdi

venasını".

"Şeyx Şamil" kitabma görə almışdı laureathğı. "Tak poluçilos" -deyirdi.

Bayaq dedim, Heydərin nəyə görə, necə öldürüldüyünü bilməlisən sən. Buna

əlavə eloyim  ki,  o  rəhmətlik  də sən  xasiyyətdoydi.  Deyir-dik:  "Uçuruma

gedirsən". Deyirdi: "Yaranan bir gün ölməlidü" "Posle potopa" kitabmı Midinin

müqəddiməsiynən,  zərli  cilddə görüb,  qələbə saydı  bunu,  öz  ayağrynan  tələyə

getdi. Ümidini itirmirdi ki, "Şeyx Şamil" yayılandan sonra "Potop"u da çıxardar

ortahğa.

O  "bayram"  gecəsi  Nəcəfoğluna  akademik  diplomu  verdi  Mirqəzəb,

Məhərrəmnən  məni  şəkkaklıqda,  inamsızlıqda  təqsirləndirə-təqsirləndirə yarım

saat  nitq  dedi:  "Nasledie  velikix  şeyxov - eto  naslediye  vsex  narodov,

naselyayuşix territoriyu Sovetskoqo Soyuza. Naslediye şeyxov obyedinyayet nas

so  vsemi  narodami  mira.  Osoboye  znaçeniye  imeyet  krovnoye  yedinstvo

OdƏrov  s  velikim  russkim  narodom.  Ibo  oçevidno,  çto  "Rus" - ot ƏrÜz.  V

arxivax soxranyayetsya dokument o tom, çto ƏrÜzov Rimiyane prinudili izuçat

skandinavskoye nareçiye tak nazıvayemıy "starorusskiy yazık".

2

"Hə, cənab atəşpərəstlər, ümidvaram ki, böyük seyxlərin vərəsəsini daha gizlətməzsiniz bizdən".



"Böyük  şeyxlərin  vərəsəsi  Sovetlər  İttifaqının ərazisindəki  bütün  xalqların  vərəsəsidir.  Şeyxlərin

vərəsəsi bizi bütün dünyanın xalqları ilə birləşdirir- OdƏrlərın böyük Rus xalqı ilə qan birliyi xüsusi

əhəmiyyət kəsb edir. Belə ki, tamailə aydındır, "Rus" - "ƏrÜz"dendi. Arxivlərdə sənəd var, ƏrÜzləri

Rimlilər məcbur ediblər kı,  skandinaviya ləhcələrini öyrənsinlər, indi "köhnə rus dili" adlananı."




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə