İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə131/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   127   128   129   130   131   132   133   134   ...   180

______________Milli Kitabxana_______________

Nakamımız  məcbur  oldu,  zəng  vurdu  Cəllada  ki,  bəs  belə bir  məqaləm  var.

Cəllad  Midini  göndərdi  ki,  oxusun,  məlumat  versin.  Midi  də məlumat  vermək

əvəzinə, Akademik Marrnan nakamımızın əleyhinə qaldırdı Cəlladı.

Faciənin kökü çox dərindi, əzizim.

Burda diqqətli ol. Məlumatım çox mürəkkəbləşəcək indi. Çox diqqətli ol!..

"Qalaktika" əvəzində əslini – OdƏrcəsini  desəm,  səni  çətinliyə salaram.

OdƏrcəsiynən  türkcəsinin  qarışığında  QalAğ  OdAğdı.  Yəni  SafAğ  İnsanın

Qalamı (vətəni) SafAğ Həqiqətidi. Bunu unut hələ. "Aləm" əvəzinə Əlim dedim

bayaq.  Bunu  da  unut  hələlik.  OdƏrcəsiynən  türkcəsini  qarışığı  QalAğı  unutma.

Əslində,  qədim  türk  sözlərinin  elə hamısı  belədi:  şəkilçisiz.  "Qalaktika"  sözünü

eşidəndə fikrində "qalAğ" de, elə bunu da yadda saxla. "Aləm" eşidəndə "Əlim"

düşünmək və "Əlim'M yadda saxlamaq daha faydalı olardı. Əmma OdƏr dilində

Əl, Əli, Əlim, ƏlAğ sözləri çox işlənir. Hər söz birləşməsinin tərkibində bir cür

mənada  olur. Əl,  Əli,  Əlim,  ƏIAğ - Sultan  qımışdı. -Allahın  dili  bə nə təhər

olar?! Özünü yığışdır, başın çatlamasın.

"Qalaktika" - QalAğ  variantını  yadda  saxlamağı  məsləhət  görəndən  sonra

şagirdlərimizə,  adətən  "Qalaktika"mızın  "Yer" - EyƏrdən  başqa  iki  planetinin

adının əslini - OdƏrcəsini deyirik: EyOdƏr (Uca Həqiqət İşığı), bir də OdAğÜz

BağOdƏr  (SafAğ  İnsan  Üzünün - Mənasının  həqiqəti  OdƏrBağ).  Yəni  planet

özü də Bağdır: planeti planetə və "Qalaktika"ya - QalAğa bağlayır.

Qrek-Latının  təhrif  dili  EyOdƏri  "yadro" şəklinə salıb.  Guya  planet  deyil,

Günəşin daxilində energiya mənbəyidi. Əslində, bilirsən ki, EyOdƏr Babamızın

planetidi  EyOdƏr.  QalAğdan  göndərilən  elementlərnən  yeni-yeni  planetlər

yaradır.  Bunu da  bilmək  lazımdır  ki,  təzə planetlərdə həyatı  işıq  içində

göndərilən  proqramlarnan  təbiət  yaranışından  başlayırlar  Bağlarımız.  İkinci

mərhələdə təbiəti  tənzimləyən  heyvanat,  həşərat  yaradılır.  Lap  fantastik

miqdarda heyvanat, həşərat.

İndi  soruşuram:  real  dünyanı əslində uzaqlaşdırıb əfsanəyə,  mifə çevirən

"qrek  mifologiyası"  adında  yalan  dəhşətini  bəşəriyyətimizin  beyninə yeridən

nədir? Cavab verirəm: təhrif dil hakimiyyətidi!

Qreklər Olamı planetin saysız-hesabsız, nəhəng hey vanatından qoruyan ordu

olublar,  SafAğ  İşıqdan  yandırıcı  silah  kimi  istifadə eləyiblər.  Sonra  Bağlarımız

bu silahı ləğv eləyiblər, Qreklər adi soyuq silahlara,




______________Milli Kitabxana_______________

zirehə keçməli  olanda  Bağlara  qarşı  narazılıq  yaranıb.  Məhz  o  vaxtlar  birinci

əlliminlik  tarixin  kulminasiya əsrlərində,  yəni  qırx  doqquzuncu, əllinci

minüliklər dövründə GurAğlar adaya çəkilib, ayrılıb təfəkkürcə məhdudlaşıblar,

tədricən  dəyişiblər,  təhrif  dilli  müstəqil  xalqa  çevriliblər.  O  zamanlardan  da

ardıcıl  çalışıblar  ki,  "Qrek"  dili  hakim  olsun.    Çünki,  sadəcə,  vaxt keçdikcə

"Allahlar"ın  dilini  anlamayıblar.  Geri  sananan  ikinci əlliminillik  tarixin  on

birinci əsrində Qreklər  Bağdayın  indi  "Türkiyə"  adlanan ərazisini  tamam  tutub,

elə o  dövrdən  də həmin ərazidə OdƏr  dilini  qadağan  eləyiblər.  Bağlarımız,

OdƏrlərimiz o zaman "ƏrMən", "Ərim", sonralar "Rum" adlanan həmin ərazini

tərk eləyiblər, vətəndən tərik düşüb təhrif ərazilərdə "Tərik"lər adıynan, müxtəlif

məkan  adlarıynan  tanınıblar.  Qreklər  iso,  təhrif  dil  "mif"lərini  elə o  vaxtlardan

yaya-yaya  OdƏr  dilini  unutdurmağa  çalışıblar.  Bağların  dilinin  qüdrətini -

insanın  uzaqdan  uzağa  danışdığını  bilirmişlər  Qreklər,  Olamdan  sonrakı

vilayətlərə basqına  gedəndə səfərin  OdƏrlərə əvvəlcədən  məlum  olmağından

qorxduqlarına  görə Bağ  dilini  təkidlə,  inadla  qadağan  eləyirmişlər.  Eramızın

yeddinci-səkkizinci əsrlərində,  Vizantiya  imperiyasının  qələbələri  zamanında

planetin əksər  yerlərində Qrek-Latın əfsanələri  hakim  olub.  OdƏrlərimizin  bir

qismi  bütün  Kainatda  uçuşan  İşıq  gəmilərində uçub  gedib,  bu  qan-qırğınlar,

təhriflər, əxlaqsızlıqlar, murdarlar planetini tərk eləyiblər.

Danışanda 

çəkinmə, 

açıq 

de 


ki, 

orduda


əsas 

təfəkkürsüzlük

homoseksualizmdən  yaranıb.  Güclülər  gücsüzləri  zorlayırmışlar,  psixika

kökündən dəyişirmiş.

OdƏrlərin qaçhaqaçı, köçhaköçü təxminən onuncu əsrdə olub. Geri sananan

tarixdə ha! Əhalinin  bir  qismi  Elmdən,  mədəniyyətdən  ayrılıb,  gəzərgilik

şəraitində cahilləşib.  Bir  qismi  isə Bağdayın  gizlin  guşələrindo,  Ulu  Bağ

ƏsƏlMənin ətrafında  "Muğ"Mar  adlana-adlana,  OdƏs  (Yaradan  həqiqət)

əvəzinə, təhrif dildə "Atəş", "Atəşpərəst" təsəvvürü içində gizlin "Muğanna"lara

çevriliblər...  Çox  danışacam  bu  faciə barədə.  Çünki  dediyim  kimi,  dil

ayrılıqlarının kökü çox dərindi. "Qalaktika"mızın - QalAğımızın üç planeti, yəni

EyƏr  "Yer",  OdAğÜz  BağOdƏr - "Yupiter",  EyOdƏr - "Yadro" ətrafında

danışdığım qısa xülasədən özün nəticə çıxart: Akademik Marr OdƏr bəşəriyyəti,

"Yer"də vahid  OdƏr  dili  və Bağday  dövləti  barədə həqiqətin  lap  cüzi  bir

hissəsini  açsaydı,  nə baş  verərdi  Bakıda,  o  tay-bu  tayda,  Türkiyədə?!-Erməni

katalikoslarının Vatikandan göstəriş alıb öz aralarında məktub-




______________Milli Kitabxana_______________

laşmaları,  "Vərəsə"  həqiqətlərinin,  OdƏr  dilinin  falsifikasiyası  barədə göstəriş,

sürgünlər, xüsusən ən gizlin ocağımız Göyçəyə divan tutulması qırx səkkiz - əlli

üçüncü  illər  arasında  görülən  dəqiq,  planlı işdi,  oğul.  Təsadüfi  deyil  ki,  sizin  o

müzakirədə ikicə nəfər  yaltaq,  falsifikator  dilçidən  başqa,  mütəxəssislərdən  heç

kəs iştirak eləməyib.

De görüm, partiya məktəbində Cəlladın o çıxışının məğzi yadındadımı?

- Məğzi... - Səməd fikrini toplamağa çalışdı.

Yadında  qalan  bu  idi  ki,  o  çıxışda  nədənsə adları  çəkilməyən  "anonim

müəlliflər"in  fikrincə,  yer  üzündə bütün  dillər  vahid  bir  dildən  doğulub,  bir

kökdən  bitmiş  ağacın  budaqları  kimi,  gövdədən  haçalanıb,  ayrı-ayrı  budaqlara

çevrilib.  Eyni  dildən  yarandıqları,  oxşarlıqları  müxtəlif  tələffüzlərdə gizlənir,

yalnız lap mikroskopik diqqət yetirəndə bilinir ki, hamısı eyni dildi. Mirqəzəb bu

fikri "arxivlər küncündə qalan, zərərli idealist nəzəriyyə" adlandırıb, sübut edirdi

ki,  bəşəriyyətin  ilkin  yaranış  dövründə,  müxtəlif  qitələrdə bir-birindən  xəbərsiz

ibtidai icmalar olub, elə o icma dövründən ilk bəsit sözlər, bəsit dillər yaranmağa

başlayıb.  Dillər  sayca  guya  indikindən  dəfələrlə

çox  olub,  bəşəriyyət

təkmilləşdikcə,  icmalar,  icma  birləşmələri,  qəbilələr,  xalqlar,  dövlətlər  arasında

iqtisadi-ictimai əlaqəlor  genişləndikcə dillər  azalıb,  iqtisadi-siyasi  təsir əhatəsi

dar  və zəif  olan  xalqların  dillıri  güclülərin  dillərinin  içərisində əriyib,

(assimilyasiyaya  uğrayıb),  müasir  dünyamızm  böyük  dillıri  yaranıb. Əmma  bu

proses daimi deyil: Akademik Marrla şagirdlərinin iddia etdikləri kimi, "dillərin

çarpazlaşması nəticəsində yeni dil yaranması" heç də qanun deyil, əksinə, keçmiş

formasiyalardan  irs  qalmış  zorakı  assimilyasiya  nəticəsidir;  yeni  formasiyada,

yeni  ictimai əlaqələr  şəraitində milli  dillər  daha  da  inkişaf  cdib  çiçəklənəcək.

Dahi  rəhbərimiz  Stalin  yoldaşın  dediyi  kimi:  "Ukrayna  dili  Rüs  dilinə nə qədər

yaxın  olsa  da,  assimilyasiyaya  uğramayacaq  və məhz  müstəqil  milli  dil  kimi

daha da çiçəklənəcək". Atamız, rəhbərimiz Stalin yoldaşın şəxsən başçılıq etdiyi

dilçilik  elmində zorakılıq  yoxdur  və ola  bilməz. Əmma  "anonim  müəlliflərin

vahid kök, vahid bəşəriyyəf" nəzəriyyəsi nə qədər zərərlidirsə, Akademik Marnn

"təfəkkür  dili"  nəzəriyyəsi  də bir  o  qədər  zərərlidir;  "Anonim  müəlliflər"in

"vahid  dil  ağacı"  kəsilib  atılmalıdır,  Marnn  vahid  "təfəkkür  dili"  isə

pislənməlidir. Çünki bu nəzəriyyə elm aləminə mistika toxumu səpir və əslində,

ilahiyyata əsaslanır... Çıxışın məğzi belə idi: dillərdən vahid dil yaranmayacaq.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə