İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə133/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   129   130   131   132   133   134   135   136   ...   180

______________Milli Kitabxana_______________

Diqqət yetir: "beyinsizlik" deyirəm!

"İnd" - ÜnOd - Həqiqət Ünü!

En - Ün!


"Dertal" - OdƏr OdƏl! (dil)

Bəs niyə "ilk insan" mənası verilib?

Çünki, fatehin "dili" belə olub.

Sonra da qəsdən əyiblər.

ƏrEv (İşıq Evi) adlananlara "Ərəb", "Aran" deyiblər.

EvƏrƏsə, bayaq dedim, "Pers", "Pars" - "Fars".

ÜnƏsə - "ins"+an"! Və sairə.

İndi təsəvvür elə ki, Yerdə bütün xalqlar bax belə yaranıb!

Yəni necə?

Yəni OdƏr dilinin təhrif variantlarıynan:

"Basqın",  "Batım" əvəzinə "Poton"  da  Qrek  "söziTdü,  "OdMən" əvəzinə

"Atman" - "Atom" da!

Birinci əlliminillik  tarixin  axırında  "Potop" - Subasqını  nədən  olub?  Eynilə

ikiminillik  tariximizin  indiki  dövründə olduğu  kimi,  hədsiz  dərəcədə "Atom"

şüalanması  nəticəsində buz  dağlan əriyib,  okeanlarda,  dənizlərdə su  artdıqca,

artıq  suyun  təzyiqi  nəticəsində Yerin  su  qatında  su  çoxalıb,  gil,  qum,  torpaq

laylarının  boşurğu  yerlərini  partladıb  dağıdıb,  "Yer"in  üzünə çıxıb,  yayıldıqca

yayılıb, buxarlanma,  yağış birdən-birə yüz dəfə artıb, olub  "Potop" - Subasqını.

Nədən?  Atom  şüalanmasından?  Xeyr, əzizim.  "Potop"un  başlanğıcı  OdMən

(Həqiqətim)  adında  yüksək  mədəni  icmaların  bir-birinə Elmi  bağlılığı  kimi,

zərrələri də bir-birinə bağlı olan OdMənin "Atman"a - "Atom"a çevrilməsindən,

yəni təhrif dilli alimlərin "Atom"u parçalamaqlarından başlanıb.

EyOdƏr Babamızın hər şcyə qabil Ünü ilk növbədə o "alim"lərin təhrif söz -

təhrif  məna  yaddaşını,  "sivilizasion"  yaddaşını  alıb.  Sonra  Bağday ərazisindən

kənarda – təhrif ərazilərdə Subasqınından xilas olanların yaddaşını alıb.

Necə baş  verir  bu  yaddaşı  almaq?  İnsanın  təsəvvürü  yoxdu  bu  barədə.  Mən

öz  təcrübəmdən  bildim.  Üzümü  tutdum  OdAğÜzə babamdan  xahiş  elədim  ki,

heç  olmasa  yarım  saatlığa  yaddaşımı  alın.  Dedi:  "İşığla  beynini  tutub  fəaliyyəti

kütləşdiririk, yaddaş olmur". Dedim: "İstoyirəm təcrübədə bilim". Dedi: "Yaxşı.

Yazı  stoluyun  siyirməsində nə var,  yada  sal."  Ha  çalışdım,  xatırlayammadım.

Dedi: "İndi bura - OdAğÜzə gələnləriyin adlarını yada sal." Babamın öz adını da

unutdum bir müddət, təsəvvür eləyirsən?!




______________Milli Kitabxana_______________

"Poton"  vaxtı  bəşəriyyətin  bütün  yaddaşını  yox,  "sivilizasion"  yaddaşını

alıblar.  O  gündən,  yəni  insan  üçün  proqressiv  fəaliyyət  yaddaşının    alındığı

gündən  də tarix  geri  sananıb.  Yəni  beyində,  planetd’,  bülün  həyatda  reqres

başlanan gündən tarix geri sananıb.

Burda bir az da diqqətli ol.

"Atom"dan  şüalanmış  su  planeto  hopandan  sonra  yenə nəhəng  heyvanlar,

külli  miqdarda  həşərat,  meymuna  bənzər  məxluqlar  yarıdılıb,    təbiəti  tənzim

eləməkdən  ötrü.  Lap  az  bir  qisminə nisbi  proqressiv  şüur    verilib.  Təhrif  dillər

irsiyyəti  oyandıqca  qruplaşmalar  gedib,  qəbilələr,  xalqlar  və sair,  geri  sananan

ikinci əlliminillik tarixin təhrif şüur əməlləri  başlanıb: quldarlıq-fılan!

Bəşəri həqiqətlər birdən-birə beyinə dolmağa başlayanda həyəcandan sarsılır

insan, bir ara beyni tutulur, heç nə dərk eliyəmmir.

Kamilləşmə Ünnən bağlıdır.

İşıqnan gəlir Ün. Təbiətin bərpası, şüalanmaqdan xilası da Ər - işıq proqram

içində gəlib "Yer"də materiyalaşır. Bizə elə gəlir ki, proqram torpağın özündədi.

Halbuki,  hər  bir  tumurcuq  da  işıq  içində gələn  proqramnan  açılıb  yarpağa

çevrilir. Fəsillər müddətində işini görüb yeni proqram alır- saralıb candan düşür,

torpağa  qarışır.  İlkplanet  saydığımız  EyOdƏr  planetinin  dövrəsində milyon

kilometrləmən  uzanan əbədi  metal  OdÜnƏsEy - "KiÜnƏsEy" - "Günəş"  belə

proqramı İşıq yaradandı.

Bunu bir az da, imkan daxilində izah eləyim.

Proqramı  nəynən  yazırıq  biz?  Söznən.  Ün - Səsdi.  Sos - sözdü.  Demək,

proqramlı İşıq - Ər nədi? - Sözdü! Demək, İşıq həm Ərdi, həm də Ündü. Ün həm

sözdü, həm də İşıqdı. Təkrar eləyirəm, planetimizin adı EyƏrdi. Uca İşıq, gözəl

İşıq!


Yenə təkrar  deyirəm:  Olam ərazisindən  sonra  OdƏrlərimiz ƏrEy - j  "Rey"

vilayətində məskunlaşıblar.  Orda  OdƏrlərin  evlərinə EvƏrEy  deyiblər,  özlərinə

ƏrEy  deyiblər. ƏrEy! - Uca  İşıq.  Beyni  qapalıların  dilləri ƏrEyi  "Ariy",  "Ari"

eləyiblər.  Hayları  "ariyskaya  nasiya"  adlandırırlar.  Çünki  yazıqların  OdƏldən -

"dil"dən  xəbərləri  yoxdu.  Soruş  "ƏrEy"  nə deməkdi,  hansı  məkanın  adıdır?

Gözünü döyəcək.

ƏrEyin  dəhşətli  təhrifi  "ray"dı.  "Bibliya"nın  izahında  başa  düşəcəksən  bu

məhz  dəhşəti.  Bağdayın  vilayəti ƏrEyin  necə əfsanəvi  "ray"a  döndərildiyini

biləndə dərk edəcəksən hər şeyi.

De görüm "idealizm" nədi? Kökü "ideya"dı. Düzdü? Bəs ideyanin kökü nədi?

Sözdü? - Mənadı - proqramdı. Bəli, əzizim! Söz materiya-



______________Milli Kitabxana_______________

dırsa,  demək,  idealizmnən  materializmin  arasında  fərq  yoxdu?  Yoxdu,  ay  idrak

acı  balam!

Əmma  mühitimizin  "materialist"  adlanan  "dahi"ləri  "Ray"ı

materiyadan kənar - "idealist" təsəvvür məhsulu sayırlar.

Hələlik  unut  bu ƏrEydən  yaranan  "Ray"ı.  "Adəm  ata",  "Həvva  ana",

"Cənnətdən  qovulmaq"  və sair  belə şeylər  düşür  yadına.  Unut  hələlik  hamısını.

Din  kitabları barədə söhbətimiz  ayrı  olacaq.  Başıyın  tükləri  ayağa  qalxacaq

"Tövrat"ın, "İncil"in, "Quran"ın lap körpə uşaq təfəkkürü qədər bəsit hökmlərini,

yalanlan eşidəndə!

Söhbətin  sistemini  pozmalıyam, fantastik  dərəcədə qeyri-adi  bir  həqiqət

açmalıyam indi sənə.

Bayaq  dedim  OdƏr  dilində milyonlarnan  söz  var  və sözlərin  hamısı

Bağlarımızın, OdƏrlərimizin Odları-adları-rütbələri ola bilər.

Ulu  Bağın  Odlarından-adlarından-rütbələrindən  bir  neçəsini  deyim, şərh

eləyim, gör bəşəriyyətimiz nələr eləyib.

"ƏsƏlMən"M demişik: Mənim Yaradan Əlim - Oğlum deməkdi. Təhrifiərini

də demişik: "Solomon", "Süleyman".

İkinci Odu - adı – rütbəsi BağSardı. Sarlar - hökmdarlar Bağı deməkdi. Yəni

"Yer" - EyƏr planetində nə qədər Sar olub, hamısını Ulu Bağ ƏsƏlMən BağSar

bağlayırmış  biri-birinə.  Bu  rütbənin - BağSarın  təhriflərini  deyirəm:  "Mu  sa",

"Moi sey".

Diksindin... Əlbəttə diksinərsən:  necə təsəvvür eləyəsən  ki,  "Süleyman"nan

"Musa" eyni adamdı? "Süleyman" - padşah, "Musa" - çoban, bu lap dəhşətdi!

"Təkrar biliyin anasıdı" ifadəsi biz Ağlardandı. Çünki biz, Elmə aid nə varsa,

xüsusən ilk mərhələlərdo dönə-dönə təkrar eləyirik.

Bağ Atamızın ikinci oğlu EySar ÜnEvdən neçə peyğəmbər düzəldib bu təhrif

bəşəriyyət? "İsay" və "Noy" - "Nuh!"

Ulu Bağ ƏsƏlMənin sonrakı parçalanmağı lap müsibətdi.

Üçüncü Odunu - adını - rütbəsini deyirəm: SarOdƏs. Yaradan Hə-qiqət San -

hökmdarı  deməkdi.  "OdƏs"i - "Atoş"ə döndəron  bəşəriy-yətimiz  SarOdƏsə

türkcə sarOddaş  (Oddaşlar  Sarı)  deyəndən  sonra  SarOddaşı  "Zərdüşt"ə,

"Zoroastra"ya,  "Zaratuştra"ya  döndərib!  Yəni  Ulu  Bağ ƏsƏlMən  BağSar

SarOdƏsdon üçüncü bir "peyğəmbər" də yaradıblar: "Zərdüşt!" - mənasız söz!

Dördüncü Odunu - adını - rütbəsini deyirəm: ƏsÜn. Yaradan Ün.

Qrek-latınca  "sion"  deyirlər.  Qrek-latın təhrifindən  yaranmış  sionistlər  də

ƏsÜn əvəzinə "sion" deyirlər. Bildinmi hardandı təhrif "sionizm?!"



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə