İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə135/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   131   132   133   134   135   136   137   138   ...   180

  

Milli Kitabxana  

 

 



SafAğ  insan,  SafAğ  Alimi  "Sofi"  olub,  çox  danışan,  zəhlətökən  adam  kimi 

tanınıb. Məhz  həmin bu  "Sofi"dən Fars "Sufi"  yaradıb, SafAğ Elmini  kökündən 

dəyişdirib, "bir olan Allaha aşiq Sufi"lər, yəni saysız-hesabsız SafAğ düşmənləri 

yetirib,  salıb  millətin  canına,  "bir  olan  Allaha  eşqi"  "gözələ  eşq"ə  çevirib 

əxlaqsızlıq yaya-yaya gəzirlər! 

Budu indi mənamız! Tariximiz! 

"Kiniq"ə,  "isinik"ə  dönüb  Sultan  Əmirli,  it  kimi  hürür  ki,  Stalin  ölsə  də, 

KPSS  bağlıdı  İlana,  Farsa;  o  tayda,  bu  tayda  millətin  içinə  "sufi"  doldurur! 

SafAğ  Alimlərinin  əlyazmalarını  dəyişdirirlər!  "Lailahə-illəllahın  inkarına 

durmuşam"  deyən  Nəsiminin  "Divan'Mannı  "Allahu  əkbər"lə  doidururlar! 

"Nizaminin  "Xomso"sindo  bir  kəimə  "Ailah"  sözü  yoxdu,  əmma  hor  katib 

"Xəmsə"nin ovvolinə "Bir olan Allah" yazır! Füzulinin ən qodim əlyazmalarında 

SafAğa  aid  nə  var,  pozurlar!  Müasir  Pünhanlarımız  xalq  içindo  itib-batıb  geniş 

sferaya çıxammırlar. 

Xalqa verilən nədi? Heç nə! 

Nizaminin  "Həft  peykər"  əsərini  guya  nə  tərcüməçilər  dərk  eləyirlər,  nə  də 

akademiklər-filanlar!  Əsər  başdan  ayağa  rəmzlərdən  ibarətdi.  SafAğ  Elmini 

öyrənənlərdən ötrü dərslikdi. Bunu da danırlar, oğul! 

Bütün  "Xəmsə"  dərslikdi.  Bütün  "Xəmsə":  "Məxzənül  əsrar"  -"Sirlər 

xəzinəsi",  "Xosrov  və  Şirin",  "Həft  peykər",  "İsgəndərnamə",  hətta  alimlərin 

"Ərəb əfsanəsi" adlandırdıqları "Leyli və Məcnun" da dərslikdi. Füzulinin "Leyli 

və Məcnun"u da dərslikdi, ləzzətalmaqüçün deyil. Məcnuna deyirlər bu Leyli, bu 

da  sən,  qovuş  məhəbbətinə.  Məcnun  neyləyir?  Əynində  köynəyini  cırıb  qaçır 

"heyvanat"  arasına  -  təbiətə.  Niyə?  Çünki  köynəyi  Dindi,  "Heyvanat"  ərəbin 

dilində təbiət, əslində  isə  "Eyvan"  -  EyEvÜndü. Uca  Ev  Ünüdü. "Leyli"  -  ƏlEy 

Əli,  yəni,  Uca  Əl  Bağ  Atanın  Əli  -  Oğlu  EySardı.  Kim  oldu  indi  Məcnun? 

Mənəm  Məcnun,  Məhərrəmdi  Məcnun!  Abıdı  Məcnun!  Çürük  Aşıqdı  Məcnun! 

"Dəli"  deyilik,  OdƏlik  -  "dilük".  Deyirik  "Məcnun"  yoxdu.  Bu  sözdə  üç  təhrif 

var.  Birincisi "Mə", ikincisi "c",  üçüncüsü "nun". Dinin dili  Bağı  "Moğ" -  "mə" 

eləyib,  Odu  "d"  -  "c"  eləyib,  Ünü  "nun"  eləyib.  Yüzminlərlə  OdƏri  Ərdəbildə, 

Muğanda  qılıncdan  keçirəndən  sonra  "Türk  yoxdu!"  -  deyirlər.  "Türk  qırılıb!  - 

deyirlər". Ya da hırıldayırlar: "Az er!" "bay can", yəni "vay can".

60

 

 



 

 

                                                           



60

 

Müasir  OdƏr  ("Azərbaycan")  xalqı  "bay",  "vay"  sözlərini  eyni  mənada  islədir.  Məsələn. 



"Bayquş"  vay  quşu,  xarabalıq  quşu.  604-802-ci  illər  antiTürk  "dünya  müharibəsi"ndə  Qreklar 

Qalamda  (Ona  Asiyada  olarkən  "Bağ"  kəlməsini  qadağan  edib  "Bağ"ı  -  "Bay"la  əvəz  ediblər. 

(Kökləri  OdOr  olduğuna  görə  Qrek  fatehlərinin  ordu  ilə  birgə  gəzən  quldarlıq  alimləri  Türk  dilini 

mükəmməl  bilirdilər).  Müasir  Türkiyə  "Azad  Azərbaycan"a  -  "Bağ  (ım)sız  Azərbaycan" 

deyirlər. Bu ifadəyə hətta Gərcələr de etiraz edirlər.

 



______________Milli Kitabxana_______________

Bağı necə "mağ", "moğ", "müğ", "muğ" eləyib Din, EySar ÜnEvi necə "İsay

Novin", "Noy", "Nuh" eləyib, "Məcnun" sözündəki təhriflər də bax o cürdü.

Bir də dcyirəm: "Bağı" "məğ" eləyib, Odu "d" - "c" eloyib, Ünü "nun" eləyib.

BağOdÜn olub "Məcnun" (guya dəli)!

Demək,  "Mocnun"  BağOdÜndü.  Bağ  Həqiqətinin  Ünü.  "Leyli,  Leyli"

qışqınr,  son ƏlEyƏli  eşit  və bil  ki,  OlEy - Bağ  Atadı ƏlEyƏli  EySar  ÜnEvdi

("Nuh"du),  EvƏrimdi  ("İbrahim"di), ƏlAğ  Eysardı.  Get  cəmaatın  içində sazı

sinənə bas, "Divani" OdEvÜn çal, oxu: "Beş gözəlin vurğunuyam", hamı biləcək

ki, Bağ Ata ilə dörd Oğlunu  vəsf eləyirsən, gözlər dolacaq, materialist nadanlar

isə, əlbəttə, hırıldaşacaqlar!

Bax belə dərslikdi Nizaminin, Füzulinin "Leyli və Məcnun"u.

Lap qısasına deyirəm sənə. SafAğ Elmi "Məcnun"un Din köynəyinin altında

gizlədilib  "Məkkə"yə yox,  BağOda  gedir,  "Kəbə"yə yox,  OdEvə gedir

"Məcnun",  oğul.  Təkrar-təkrar  eşitməlisən  ki,  Dinin  dili  Odu  "ki",  "kə"  eləyib,

Evi "bə" eləyib, OdEv olub "Kəbə". OdEvdə "Məcnun" "Leyli"ni diləyir: ƏlEy

Əlini - EySarımızı, ƏlAğımızı -"Əllah"ımızı!

İndi  özün  fikirləş,  gör  bu  "Yer" - EyƏrdo  bəşəriyyətimiz  necə beyinsiz,

əxlaqsız  cahillər  yığnağına  çevrilib  ki,  ürəyi  bu  doğulduğu  EyƏrdə,  Bağdayda

olan EySarımız gizlin gəlir "Yer"ə, gizlin də gedir! Açıq gələmmir!

Səməd yenə diksindi.

-

Gəlir, gedir?! İisus?!



Sultan da diksinmiş kimi, birdən dikəlib səsini qaldırdı:

-

"İisus"  nədi?!  Nə qədər  deyim  təhrif  sözdü  "İisus",  "İsa"?!  Bir  cavan,



Ün eşidən Pünhanımız var.

Nəimiyə "Yari  Pünhan"  deyərmişlər  batin-gizlin  alimlərimiz.  O  vaxtdandır

bu  Pünhanlıq,  AdıPünhanlıq.  Həm  gizləndiklərinə görədi  bu  ad.  Həm  də EySar

pünhan  danışır  öz  Pünhanlarıynan.  Bir  cavan  Pünhanımız  var,  deyirəm.  Atasını

keçən  il  öldürüblər.  Öz  maşınında  qəmli-qəmli  gəlirmiş  o  cavan  Pünhanımız.

Qara  Məryəmnən  Ağsunun  arasında  motor  sönür,  yazıq  uşaq  ha  çalışır,

düzəldəmmir.  Birdən  diksinib  yuxarı  baxır,  görür...  nə?!. ƏlAğ  EySar,  SafAğ

İşıq  içində yüz  addımlıqda  dayanıb  gülümsəyir,  deyir:  "Atan  ölməyib.  Motorun

sönməyib. Sür maşınını, yolda atan sənnən gedəcək!"

1

İ.Muğannanın EySarla ilk görüşü belə olub.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə