İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə134/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   130   131   132   133   134   135   136   137   ...   180

______________Milli Kitabxana_______________

İndi  sualım  var.  De  görüm  Sasan  kimdi?  "Fars  sülaləsi"  kimi  tanıdığın

sülalənin ilk hökmdarı sayılan Sasan kimdi?

Susursan.

Təhrifsöz "Sasan"ın əslini - OdƏrcəsini deyirəm: Sağ Əs Ün.

Yenə soruşuram: əgər  "ƏsÜn"  Ulu  Bağın  Odu - adı - rütbəsidisə,  bəs  bu

"Sağ" nədi? Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn  hara, "Fars sülaləsi"nin

hökmdarı "Sasan" hara?!

Təzkirələrdən  də sənə məlumdu  ki,  yeni  tarixin  birinci əsrinə qədər  Qreklər

ərazilərimizdə olanda,  "Sasani  paytaxtı"  Qazax  da  tutulubmuş,  Sar-hökmdar

yoxa  çıxıbmış.  Qreklər  qovulandan  sonra  oyanlar  axtarıb  görüblər  çobanlardan

birinin başına göydən işıq ziyası uzanıb. OdAğ-Üzdən göstəriblər? Bəli, əzizim.

"Vərəsə"mizdə əmilərin  İlan  "alimləri"nin  "Sasan"  "sözü"nü  "fateh  qələm

məhsulu"  adlandırıb  yazıblar  ki,  "Qazağ"a  "Rey"dən  gələn əyanlar  Ulu  Bağı

tanımırmışlar.  Buna  görə də OdAğÜzdən  İşıqnan  göstərib  deyiblər:  "Budur,

sağdır ƏsÜn". Həmən birinci əsrdən başlayaraq, ta səkkizinci əsrin axırına qədər

Ulu  Bağ  "atəşgah"Marda  "Muğanna",  "Mağ  Mağan"  (Mağlar  Mağı)  adları

altında  gizlənib.  Qazaxda  SağƏsÜn - "SağSan"  (sağ  rütbə)  adı  ilə lap  qısa

müddətdə Sarlıq  eləyib,  guya  Bağdaya,  Bağlara  heç  bir  aidiyyəti olmuyan

"SağSan" varisini təxtdə orurdub, yenə yoxa çıxıb, yəni "batin" - gizlin olub.

Nəsiminin  rusca  oxuduğun  şerində bir  beyt  var:  "Kəs  səsini  və ob-səm  ol,

şərhü-bəyanə sığmazam".  "Əbsom  ol",  yəni  lal  ol,  heç  nə soruşma,  çünki əbədi

"Həq" - Ağ - SafAğ İnsan  həyatı  təhrifinsan  təsəvvürünə sığışmır,  oğul.  Məhz

buna  görə də belə quruyub  qalmısan,  minbir  sualnan  baxırsan  üzümə,

dillənəmmirsən, heç bilmirsən nə soruşasan, necə soruşasan. Yüz bir min doqquz

yüz əlli dörd il bundan əvvəl "SimƏrAğ" (Uca SafAğ İşıq) gəmisində OdAğÜz

BağOdƏr  planetindən  gəlib  Olamda,  "Elvənd" - ƏlEvÜn  dağının  yastanasında

"Saray" - SarEy  tikdirən  Ulu  Bağ ƏsƏlMon - "Sar  Solomon" - "Süleyman

padşah"  yüz  min  ildən  sonra  Sağ ƏsÜn - "SağSan"  adıynan  Qazaxda  təxtdə

oturubsa,  səkkiz  yüz ildən  sonra  isə yenə köhnə SarOdƏs - SarOddaş

rütbəsiynən,  qədim  paytaxtlarından  bir  başqasında - "Ərdəbil" - ƏrOdbil

(Həqiqət  bilənin  İşığı)  şəhərində təxtdə oturubsa, ƏsÜndən,  ÜnƏsdən  xəbərsiz

"ins" - "insan" bunu necə sığışdırsın beyninə?! "İns" necə dərk eləsin ki, cahillər

təhrif  Şeyx  "Sofi"  adıynan  tanınan  SafAğ  Aliminin  zamanında  cahillər

"ƏrdəbiF"i - ƏrOdbili  dağıdandan  sonra  Ulu  Bağ  Yer  üzündə sonuncu  rütbəsi

BağSar  AğEy  (AğEy - "Əxi"  Sarlarının  Bağı) əvəzində təhrif  "Musa  ağa"  adı

altında qaçıb indiki - bu taydakı "Mu-



______________Milli Kitabxana_______________

ğan" düzündə gizlin "Şəhri Yar" şəhərciyində ta on sokkizinci əsrin axırına qədər

"batin  Bağ" - "Muğ"  olub!  Sonra  da  yenə öz  köhnə paytaxtı  Qazağın

yaxınlığında "Padşahlıq" adlanan kənd salıb, on doqquzuncu əsrin axırına qədər

orda qalıb.

Dəhşətə gəlmə,  oğul!  Bəli,  atam  Məhəmməd Əmirin  atası  "Musa  ağa"!  Öz

istəkli, əbədi ƏrEvOdu  ("arvad"ı)  ŞamAğEynən - "Şamağa"  nənəmiznən  bir

yerdə!


Qısasını  deyirəm  hələ.  Bu  "fantastika"nın  təfsilatını  da  danışacam,  Ulu  Bağ

ƏsƏlMən  BağSar  SarOdƏs  ƏsÜn  BağSar  AğEy - "Musa  ağa"nın  varisindən

dönə-dönə soruşacam: bildinmi kimin Varisisən?!

Burda yenə pozmalıyam söhbətin sistemini. Qayıdıram vahid kökə... - Sultan

dəyirmi stolun üstündəki xırda bloknotu kənara itələyib, ayağa qalxıb pencəyinin

cibindən eynilə Abının bloknotu kimi enli, uzun bloknot götürüb yerinə qayıtdı.

- Yazıram, əyani gör, köklərə bax, kökdən azma təhrif sözlərə bax.

BağOdƏr- "Bahadır",  "Batır",  "Pədər",  "Madər",  "Mater",  "Padre",  "Patri",

"Pater", "Piter", "Mitri", "Materiya", "Matyony" və sairə.

Bağ - "Boq", "Mağ", "Məğ",

1

"Muğ", "Müğ", "Məh", "Mah", "Bay", "Bəy",



"Vay", "Viy", "Piy", "Vay şivon" (Bağ ƏsEvÜndən), "Şiva" və sairə.

BağBağÜn - "Papaqan" - "Papaq" - "Babok" - "Papa", "Baba!"

ƏsMən - "Osman",  "Otman",  "Ottoman",  "Otto", "Ata",  "Otes",  "Otçe"  və

sairə.


Bağ ƏsƏlMən - "Müsəlman", "Müslüm" və sairə.

BağHəmOd - "Muhamməd",  "Muxamməd",  "Mühəmməd",  "Məhəmməd",

"Məhəbbət" və sairə.

Sar - "çar", "tsar", "sir", "ser", "sur", "zur", "zir" və sairə.

ÜnƏr - "nur",  "nor",  "nar"  (od  mənasında),  "nar"  (meyvə mənasında)  və

sairə.


OdAğ - "dağ", "tağ", "tığ", "tok".

ƏsAğ- "İşıq", "aşiq", "aşıq", "sak", "sok", "sək" (ati yeri), "sog" və sairə.

SimBağ  (Uca  Bağ) - "Simbağ"  (şir  mənasında),  "Sambo",  "Sima",  "sim",

"sam", "som" və sairə.

SimƏl - "Səma", "Zemlya", "Zima", "Zmeya" və sairə.

ƏsƏl - "çel", "çelo"; ƏsƏl EvAğ - "çelovek" və sairə.

Misirdə "Moğ+dur" (OdƏrdon), "Boq" çox yayılıbmış.



______________Milli Kitabxana_______________

GurOd - "qorod",  "qrad",  "qord",  "qrud",  "qurd",  "kərd",  "kird",  "kürd"  və

sairə.

Gur- "kür", "kir", "kro" (+nun), "kor", "gur" (vəhşi at) və sairə.



EvƏl - "əvvəl", "əfəl", "aval" (əngəl, yük mənasında) və sairə.

AğƏr - "axir", "axır", "axirət" və sairə.

Hər  bir  OdƏr  "söz"ündən - ƏsÜzdən - Yaradan  Üz - mənadan  nə qədər

darmənalı  təhrif  sözlər,  təhrif  dillər  yarandığını  az-çox  duyandan  sonra  dərk

edəcəksən ki,  məsələn,  təkcə Bağ  Od, Ər,  BağOdƏr,  ƏlAğ  kimi  sözlər  bərpa

olunub  bir  növ  elmi  terminlər  kimi  işlənsə,  nə baş  verər  bu  xaraba  "Yer"də?!

Təkcə Əslin bərpa olunub Qrek-Latın "sion"unu pozsa, "Yəhud"i adlanan EyOd

OdƏri əsüni  tanısa,  təhrif  "İsay",  "İsay Novin" əvəzində EySar  ÜnEv  desə,

"İisus" əvəzində EySar  və ya ƏlAğ  EySar  desə,  bütün  süni  arakəsmələrə,

parçalanmalara son qoyulmazmı?!

Ya  da,  bu  həqiqətlər  danışıq  dilinə daxil  edilmədən,  dünyamızın  həqiqətləri

kimi  qəbul  edilsə,  danılmasa,  planetdə necə bir  irsi,  ruhi,  psixoloji  yaxınlaşma,

doğmalaşma  baş  verər!  Hər  bir  kamilləşən  insan,  ölmüş-çürümüş  bildiyi  hər

hansı bir əzizinin ikinci doğuluşunu, canlı şəklini, sonra özünü görsə, bu xaraba

"Yer" nə qədər ucalar - EyƏr olar!

"Midi  Qiena"  "İosif  Vissarionoviçi  "ustanovka"sıynan  rəsmi  yazıb:

"Hökmdarların adları hansı dildədirsə, xalq da o dildə danışıb". Hökmdarıyın adı

"Solomon"dusa,  xalqın  hansı  dildə danışıb,  ey  bədbəxtim?!  Hökmdarıyın  adı

"Süleyman"dısa,  xalqın  hansı  dildə danışıb,  ey  bədbəxtim?!  SağƏsÜnün

"Sasan"dısa,  SağƏsÜn  övladı ƏsOd  GurOd  "Yəzid  kird" - "Yəzdi  gird"disə,

ƏsOd  GurOd  övladı  BağƏrim  Gur  "Bohram  Gur"dusa,  xalqın  hansı  dildə

danışıb?! "Sasani"Mordən əvvəl AğMən əvəzində "ƏhMən Fars sülaləsi" olubsa,

Qrekin bircə "ki" kəlməsiynən OdƏr xalqı "Kidar"a, Bağday San OdƏr "KiƏr"ə

- "Kir"ə, eyni zamanda "Dara"ya döndərilibsə, "Midi Qiena"ynan yanaşı bir sürü

İlan  "alim'M  bircə nəfər  Sar  OdƏri  "Birinci, İkinci  Kir"lərə,  "Birinci,  İkinci

Dara"lara döndəribsə, ən məşhur Sarlar məkanı HəmOdÜn "Ağ batan"a, ƏsÜz -

"suz"a,  OdƏr  Bağday  "Atro  patona",  "Adr  biy  can"a,  Bağıstan  "Bi  sütun"a

döndərilibsə, varsanmı son?!

Dilimizdəki, bətnimizdəki "kin" də "ki"dəndi!

Diqqət yetir.

Qrek OdAğa - (öz ərazisində) "kiniq" deyib, "kiniqə" hürən - it mənası verib.

Niyə?  Çünki  sənin  SarAğların,  OdAğların  çoxdanışan,  deyinən,  məhz  it  kimi

hürən "kin" mücəssəmələrinə dönüb məhv olublar, oğul!



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə