İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə136/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   132   133   134   135   136   137   138   139   ...   180

______________Milli Kitabxana_______________

Budu  bax,  EyƏrə gələn,  gedən,  qardaş  kimi  sevdiyimiz  Allahımız -ƏlAğ

EySarımız!

Səməd yenə əlini əmgəyinə basdı.

-

Bağışla... Bağışla... Üzr istəyirəm. Dilim öyrənib "İisus"a. Dəhşətdi axı,



ay əmi!  "Allah" - qardaş  kimi!..  Dünənəcən,  bugünəcən  yad  bilirdim  mən

"İisus"u - "İsa"nı...

-

Yad?  Necə yəni  "yad?!"  Düşün!  Dindi  sənə yad!  Dinin  yaratdığı



əfsanələrdi!  EySarımız - ƏlAğımız  isə doğmalar  doğmasıdı.  Ulu  Baban  Ulu

Bağın qardaşı, qan qarışığındı sənin! Başa düşdün?!

Sultan məlfənin islaq, sorin ucunu üzündə, alnında gəzdirdi.

-

"Allıh  işıqdı!", "Doğub-törəməz" işıqdı! Bu "Quran" zəhərini  hələ atan



izah eləmişdi sənə!

Dillənmə daha! Birinci sinif şagirdi ol, əlini qoy çənənə, qulaq as!

Necə gəlir,  necə gedir  EySar?  Uçur!  Nəynən  uçur?  Bəzən  polad  kimi

möhkəm  işıq  şan  içində,  tək  tənha  gəzir  Yerin  üzərində!  Bəzən  də Bağlarnan,

OdƏrlərnən bir yerdo, İşıq gəmisində! O işıq gəmisi necə şeydi? Nə qədər vaxta

uçur  OdAğÜz  BağOdƏrdən - "Yupiter"dən  bura?  Nə üçün  gəzir  EySar?  Öz

planetindon  gordüyü  bos  deyilmi?  Və ilaxirə,  və sairə,  sual  suala  calanır!

Şann


rəngi bir anda dəyişir - ha-vadan seçilmir. Və EySar da o anda görünməz olur.

Çox şey danışacam. Lap çox! Son iki min ildə Ulu Bağnan - "Musa ağa"ynan

"Şamağa"  nənəmizin  "Yer"ə neçə dəfə gəldiklərini,  hər  dəfə nə qədər

qaldıqlarını, nə üçün qaldıqlarını danışacam. Bütün planetin tarixini biləcəksən!

Bütün planetin!

Başımızın üstündə parıldayan planetin adını bir də izah eləyirəm. İndi bir az

təfərrüatnan bilməlisən. Qulaq as.

Demək, OdAğÜz BağOdƏrdi "Yupiter"in əsl adı.

OdAğÜz. Yəni AğÜz həqiqəti.

Ağ  kimdi,  bilirsən.  Bəs  Üz?  Bağın  Üzü?  Bəli.  Bos  niyo  Bağ  Üzü  yox,  Ağ

Üzü  qoyublar  planetin  adını?  Ona  göro  ki,  Üz - məna  yalnız  Bağ  Üzü,  Bağ

mənası deyil, ümumiyyətnən, SafAğ İnsan Üzü - mənasıdı.

AğÜz həm də bir qism OdƏrlərin, "Yer" Türkünün təhrif dilində "Oğuz"ların

adıdı. OdAğÜz - "Oğuz" həqiqəti deməkdi.

BağOdƏr  isə,  təkrar  eləyirəm,  OdƏr  Bağıdı  (bütün  Bağların əsas  rütbəsidi),

həm  də Həqiqət  işığının  (SafAğ  İşığın),  Ünün,  Ünlə yayılan  "element"Mərin –

ƏlMənlərin  Bağıdı...  Qrek-Latınlar  OdAğÜz  adını  "Duaus"  eləyib  qeyri-adi

dərəcədə təhrif  tələffüzlərlə,  dar  mənalarla  ilk  qlobal  mənadan  uzaqlaşdıra-

uzaqlaşdıra bir aləm mif yaradıblar.



______________Milli Kitabxana_______________

Yenə eşit:  "Duaus  Patri",  "Zeis  Pater",  "Zu  Piter",  "Yu  piter"...  "Zeis",

"Zevis" (guya Zevsin oğlu!), "Zevs!"

Bağ Ata olub "Zevs" və ya "Zefs".

Bu hələ nədi?!

"Zefs"nən  "Yupiter"i  də bir  növ  eyniləşdiriblər,  planeti  "Boq"  sayıblar.

"Yupiter"dən  göstərilən  şəklin əsasında  imperator  seçə-seçə qanmayıblar  ki,

planet deyil  o  şəkli  göndərən,  insandı!  Kainatın  sahibləridi,  planetləri,  təbiəti -

torpağı, suyu, havanı - yaradanlardı!

Sənin  dilində danışanlar  da  "Nəsimi əbədiyyətə qovuşdu"  deyə-deyə

qanmayıblar ki, "Əbədiyyət" təhrif sözdü. "Əbədiyyət" yoxdu, EvOd EyOd var.

Həqiqət  Evinin  Uca  Həqiqəti!  Nəsimi  OdAğÜz  planetindəki  Həqiqət  Evinə

uçub, oturub evində, uca hoqiqət haqqında şeir yazır! "Şe"r" yox, - ƏsƏr!

-

İndi də yazır?!



-

Bəs  necə,  ay  idrak  acı  balam!  OdAğÜzlülər  "Yer"ə öz  övladlarının

beyinlərinə SafAğ ƏsƏr verirlər ki, torpağa dönməsinlər, əbədi olsunlar. ƏsƏr -

yaradan İşıqdı. Yenə deyirəm: "O dünya", "Axirot" dünyası  yox,  AğƏr dünyası

var,  parıldayır  başımızın  üstündə!  Evimizi  yıxan,  Odumuzu  söndürən  Din

"axirət"  eləyib  AğƏri!  SafAğ  İşıq  Aləmini!  Dili,  mənanı öldürməknən  beyni

öldürüb! Yerinə iyrənc mərasimlər doldurub: "Zəvvar ol, Məkkəyə get. Şeytana

daş at". (Divarda əcayib insan şəklinə).

Əlbəttə, uşaq kimi gülüşürlər "cənab" həcilər; daş atmağın mənasızlığına kim

gülməz?


Dərsini, ƏsƏrini  birbaş ƏlAğ  EySann  beynindən  alıb  öz  beyninüı

süzgəclərindən  keçirə-keçirə,  "daş"  yox,  bəşəriyyətə OdƏs - Yaradan  həqiqət

verən  Nizaminin  kitabına  isə "bir  olan  Allah"  yazıb.  Məqsədi  nədi  "siyasət" -

məkr Dininin? Danışacam.

Soruş:  "Həft  peykər"  nə deməkdi?"  "Deyəcək  "Yeddi  gözəldi!"  Heç  vəchlə

deməz  ki,  "Həft  peykər"  yeddi  BağOdƏr  deməkdi!  Latınlar  Bağa  "Piy"  də

deyiblər.  Fars  hakim  dilin  "Piy"ini  alıb  "pey"  eləyib,  OdƏr əvəzinə "ki ər"i -

"kər"i "pey"in dalına qoşub, olub "peykər". Yəni nə? Heykəl! Din heç "heykəl"i

də qəbul  eləmir!  Bax  bu  bədbəxtliyə görə tərcüməçilərimiz  "Həft  peykər"i

əvvəlcə "Yeddi heykəl" tərcümə eləyiblər, sonra görüblər əsərdə yeddi gözəldən

danışır  Nizami,  götürüb  eləyiblər  "Yeddi  gozəl!"  "Vərəsə"mizi  oxuyanlardan,

dərs alanlarımızdan başqa bir nəfərin də xəbəri yoxdu ki, əsərdəki gözəllərin




______________Milli Kitabxana_______________

adları  da  rəmzdi.  SafAğ  Elminin  rəmzləri.  Ömür  verilsə,  "Yer"də qalsam,  o

rəmzləri d’ bircə-bircə açacam. Onda biləcəksən Nizami kimdi.

Oxuma o tərcümələri. Nizami yox dərcəsindədi o zər cildlərin içində.

"Xəmsə"də, yenə deyirəm, "Allah" yoxdur. "Peyğəmbər" var.

"Xəmsə"nin  köynəyini  rəmzləri  cırıb  atacam:  "İslam"  adlananı  da,

"Xristianlıq",  "Bütpərəstlik"  adlananları da  cırıb  atacam!  Mifləri, əfsanələri

məhv edəcəm! Boğulsam da, qaralsam da, hər şeyi izah eləyib Elm verəcəm sənə

bu gecə!

Şeyx əmilərin bütün rəmzlorin şifrələrini açıblar, təfsir-izah cləyiblor.

"Xəmsə"də

ən 


mürəkkəb 

rəmzlər 


silsiləsi 

"Heft 


peykəri"nən

"İsgəndərnamə"dedi.

"Həft peykər"də hərəsi bir ölkədən gətirilən "gözəl"lərin adlarından başlamış,

"Bəhram  Gur"a  danışdıqları hekayələrə qədər,  hamısı  geniş  şərh  tələb  elədiyi

halda, əllərinin  altında  hər  cür  material  olan  alimlər  bir  kəlmə də demirlər!

Moskvada, Leninqradda, şərqşünaslıq institutunda  yalnız bir işnən  məşğuldular:

planetin  bütün  ölkələri  barədə həqiqəti  gizlətmək!  Məhz  buna  görə də ölkələr,

xalqlar barədə bəşəriyyətimiz heç nə bilmir. Kimə lazımdı ki, Hindistanın ilk və

həqiqi adı OdƏr dilində BağƏrmiş. Sonralar "Bhar" "Bharat" adlandırılan yerin

əsl  adının  BağƏrOd  olduğunu  kim  bilir?!  Ordakı  məşhur  Elm  kitabı

"Riqvedi"nin  iLk  və həqiqi  adının  "ƏrAğ  EvOd"  olduğunu kim  bilir?!  Kimə

lazımdı  ki,  BağƏr  adlanan  ölkəyə ÜnOd  gələrmiş,  o  Ünü  xüsusi ƏsEvOda

(Yaradan Ev oduna) yığışan SafAğ Alimləri dinləyib, yazıb yayarmışlar. İndi də

durur  o  evlər. Əmma  adı  daha ƏsEvOd  deyil,  "Səbət"di.  Həftədə bir  dəfə evin

qabağına söyüd çubuğundan, qamışdan hörülən səbət asırlar, yəni yığışın, bu gün

moizə günüdü.  Dəhşətə bax  ki,  bu  da  Qreklərdən  başlanıb.  İsgəndər

Zülqərneynin  vaxtında  Qreklər  görüblər  dağlıq  yerlərə ÜnOdƏs  deyir  cəmaat.

Yazıda bu həqiqətin ifadəsinə bax: "İnd su", "Hind!.." Dəhşət deyil, bəs nədi?!

Əmilərin  şərh  eləmişdilər  ki,  Hindistanın  hələ "Potop"dan əvvəl  BağƏr,

BağƏrOd,  sonralar  "Bhar",  "Bharat"  adlandığı  dövrlərdə,  yerli əhalinin  dilində

allah  mənasında  işlənon  "Div"  sözü  OdEv  sözündəndi,  ükin  həqiqət  mənasında

işlənən  "Atman"

1

sözü  OdMon  sözündəndi.  "Riqvedi"dən  sonrakı  kitabın -



"Avesta"nın ilk və həqiqi adının "EvƏrOd" olduğunu kim  bilir?! "ƏrAğ EvOd"

kitabının da, "EvƏrOd"un

"Atom" sözü Hindin "Atman"ından azıb.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə