İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə137/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   133   134   135   136   137   138   139   140   ...   180

______________Milli Kitabxana_______________

da dili dəyişdirilib! "Budda" tamam anlaşılmaz "Riqvedi"nin əslindəki BağOdƏr

adından düzəldilib!

Təkcə bu  ölkənin  başına  gətirilən  müsibəti  dərk  eləsən,  bütün  planetin

xəstəliyini başa düşərsən.

Son  vaxtlar  İlan  hətta  birinci  "sivilizasiya"nın  məhvinin  səbəbini -"Atom

fəlakəti"ni  də gizlədir.  Müxtəlif  yollarnan  məktəblərdə də "Nuh"  komediyası

yayılır.  Soruş  uşaqlardan,  Subasqınından  sonra  nə olub,  hamısı  deyəcək  su  yeri

basanda  bütün  kürreyi-ərz  suyun  altında  qalıb. Nuh  peyğəmbərnən  oğul-

uşağından  savayı  səlamət  adam  qalmayıb.  Nəinki  adam,  heç  heyvan  da

qalmayıb.  Nuh  peyğəmbər  hər  heyvandan,  hər  canlıdan  bir  cütünü  mindirib

gəmisinə, gətirib buraxıb Ararat dağının başına ki, su çəkiləndə artıb çoxalsınlar.

Yer  üzündə nə qədər  canlı  var,  hamısı  Nuhun  gəmisindəkilərdən  törəyib,  nə

qədər  millət  var,  hamısı  Nuhun  oğul-uşağından  törəyənlərdi.  Budu

bəşəriyyətimizin  bildiyi! Əlbəttə,  "Dini əfsanədi"  deyənlər,  "Tövrat"ı,  "İncil'M,

"Quran"ı  lap  alt-üst  eliyənlər  də var. Əmma  bəşəriyyət  nə "Tövraf"dan -

"Bibliya"dan əl çəkir, nə "İncil"dən - "Novıy zavef"dən, nə də "Quran"dan!

Niyə?


Keçirəm Din kitablarına...

* * *


Deyək ki, nə Mədəddən bir şey eşitmisən, nə Abıdan, nə də məndən. Gör indi

bu 


müəllimin 

necə


cırıb 

dağıdacaq 

"Bibliya"nı, 

"Novıy 


zavet"i

("Yevangeliya"nı), "Quran"ı!

Çox arvadhlıq barədo çox eşitmisən. Hardandı bu? "Quran" deyir: "Birini al,

gördün  təmin  eloyə bilmirsən  (seksual  mənada  ha!),  ikincini  al  (yəni  təzələ

arvadı),  gördün  onu  da  təmin  eləyəmmirsən,  üçüncü-sünü  al.  Gördün  onu  da

təmin  eləyə bilmirsən,  dördüncüsünü  al.  Gördün  onu  da  təmin  eləyəmmirsən,

daha evlənmə, elə qulluqçularınla keçin". Budu bax Din!

Gör  sonra  nə deyir  "müqəddəs"  "Quran":  "Qadınla əlaqədə olandan  və

ayaqyoluna gedəndon sonra əlini quma çək, sonra əlini üzünə çək!"

Kim üçün yazılıb bu, ay oğul?!

Dedim  ki,  bir  irəli  sananan əlliminillik  tarix  olub,  bir  də geri  sananan

əlliminillik  tarix.  Bəşəriyyətin  yaddaşı  alınandan  sonra  tarix əllimininci  ildən

başlayıb üzü bəri gəlib. Qırx doqquz min doqquz yüz doxsan doqquzuncu il, qırx

doqquz min doqquz yüz doxsan səkkizinci il və




______________Milli Kitabxana_______________

sairə, gəlib çıxıb birinci ilə. Arxeoloqların nə bilim neçə milyon bundan əvvəlin

əşyalarına inanma! Geri sananan tarixdən sonra yeni tarix başlanıb: bir, iki, beş...

yüz, min, nəhayət, min doqquz yüz əlli dördüncü il. Bu bəşəriyyətin tarixi, qısa

desək,  cəmisi  yüz  iki  minildisə,  niyə "milyon",  "milyard"  illər  deyilir?!  İnsan

meymundan  yaranmayıbsa,  "Noy" -"Nuh"  da  EySar  ÜnEvdisə,  "Potop"  vaxtı

Ulu Bağ ƏsƏlMən Yerin sahibi, Eysar ÜnEv isə QalAğımızm ƏlAğı - "Allah"ı

olubsa, Subasqınından xilas olanlar EySar ÜnEvi o illərdə həm də Hoy (kömək)

adlandırıblarsa,  guya  qədim  mənasında  olan  "Nuh"u  niyə belə qoruyur  İlan?!

Necə yəni  "hər  canlıdan  bir  cüt?!"  Dünyada  nə qədər  canlı var?  At,  eşşek,  it,

pişik, qoyun, keçi, canavar, tülkü, çaqqal!.. O gəmi nə boyda gəmiymiş ki, ilana-

çayana,  qarışqaya  qədər  bütün  canlıları  doldurub  içinə,  gətirib  buraxıb  "Ararat"

dağının  başına?!  Araratın  o  qar-tar  beli  neçə min  kvadrat  kilometrlik  çöl-

çəmənli,  ot-ələfli  sahədi  ki,  bu  dünyanın  filinə,  camışına,  inəyinə buğasına,

şirinə, pələnginə qədər bütün heyvanatı yedirib-içirdib, ərsəyə gətirib?!

Əfsanə deyil  bu, əfsanə "Nuh" əfsanəsini  yaradan  beyindi,  EvƏs-Ünü -

"əfsanə"yə döndərib!

Görürsənmi,  beyin  dəyişdikcə,  dil-dodaq,  damaq  dəyişdikcə söz  və məna

necə təhrif olunur! İnsanın beyni, gözü, nə qədər bəsitləşdirilməlidir ki, dünyanı

bir gəmiyə, bir dağın belinə sığışdıran əfsanəyə inansın?! İnanırlar axı, ay oğul!

Yoxdu boşəriyyətimizin beyni, puçdu!

İlan  indi  məhz  beyinsizlikdən  sui-istifadə eləyir!  Bağların  mövcudluğunu,

insanlığını, planetimizə gəlib  getdiklərini dilə də gətirmir!  Ulu Bağ ƏsƏlMənin

başçılığıynan  yüz  iyirmi  dörd  min  nəfər  OdƏrin İşıq  gəmilərində OdAğÜzdən

EyƏrə gəlib Olamda məskunlaşmasına lap cüzi işarəni də pozurlar!

Abıdan da, Ələskərdən, məndən də tez-tez soruşurlar ki, ilkin yaranış barədə,

Kainatda  həyatın  başlanğıcı  haqqında  niyə bir  söz  demirsiniz?  On  səkkiz  min

"Qalaktika"dan - QalAğdan başqa, Kainat sonsuzluğu adlanan planetsiz, insansız

boşluqda  "Element"lərin - ƏlMənlərin  yaranış  tarixi  varmı?  Varsa,  bizə niyə

demirsiniz?

Bax belə suallara cavab verən Elmin var, oğul!

Kainatda  insan  ölümsüzdüsə - əbədidisə,  bəs  "Yer"də ölümün  səbəbi  nədi?

Subasqınından əvvəlki "sivilizasiya"da ölüm nə vaxt, necə başlanıb?



______________Milli Kitabxana_______________

Belə suallar  da  var.  Hamısına  cavab  almaq  üçün  Ün  eşidosən  gərək.  Ün

eşitmək  qabiliyyəti  olan  "beyin" - BağÜn  yetirməkdən  ötrü  irsiyyət  sağlamlığı

lazımdı.


Sənin  "irs"iyyətin - ƏrƏsin  (Yaradan İşığın)  ucadı,  gözümün  işığı!  Təkrar

elədiyim şeyləri səbrnən dinlə.

Bir  də eşit  ki,  demək,  OdMən  sözünün ən  qədim  təhrifi  "Atman"dı,  sonrakı

"Atom".


"OdMən" EyOdƏr Babamızın və bütün Bağların sözüdü.

OdMənin  üçüncü  təhrifi daha  dəhşətlidi.  Qreklərin,  Latınların "ki  men"i

Avropada  "komun",  "kommuna",  "kommunizm"  olub.  Söz  formaca  dəyişib,

məzmunu qalıb? Yox, oğul. Od - həqiqət də itib, "Mon" - Bağ da. "Kommunizm"

məfhumu  OdƏr  bəşəriyyətindən,  OdAğÜzdən  ayrılıb,  ancaq  "Yer"ə bağlanıb,

təhrif nəzəriyyələrnən təhrif olunub.

Nə vaxt  baş  verib  bu  bədbəxtlik?  Yeni  tarixdə?  Yox, əzizim.  Birinci

"sivilizasiya"nın axırında "Avropa" sözü də olub, "Kommuna" da, "kommunizm"

də.  Heyrətlidi? Əlbəttə!  Demişdim  sənə ki,  OdMən  quruluşlu,  biri-birinə və

Kainata  bağlı  icmalar,  insanı  daim  təzyiq,  qorxu  altında  saxlayan  hərbi

kommunizmə döndərilib. "Vərəsə"dən kənar zəmanəmizdə heç kəs heç kəs dərk

eləmir  ki,  QalAğ  adlanan  məkandakı  bəşəriyyətin  hər  bir  fərdi  bu  "Yer"də

fərdlərə bağlıdır, "Yer"də bir nəfərin məhvi Kainatda bir çoxlarına dərd, xəstəlik

gətirir və o xəstələr elementlər cəmi ilə dolu məkanlarda əzab çəkə-çəkə müalicə

olunurlar.  Bu  dərəcədə bağlılıqdan  xəbərsiz  "Yer"də beyinləri  qapalılar  Yerə

bağlanıb,  nəinki  OdMəni,  hətta  özlərinin  qurduqları  hərbi  "kommunizm"i  də

məhv  eləyirlər.  Bax  onda, əlli  mininci  ildə selləmə yağışların  suları  çayların,

göllərin, dənizlərin sularına qarışıb, EySar ÜnEvin Ününü eşitmiyən, OdƏr dilini

qanmıyan  bəşəriyyətin  üstünə yeriyib.  İnsan  heyvandan  da  alçağıymış  onda,

oğul.  Lap  qısası,  sadəsi  budu  ki,  cəzalanıb  bəşəriyyətimiz;  Təhrif  "sivilizasiya"

öz beyinsizliyi, əxlaqsızlığı, möcüzəli ixtiraları ilə birgə batıb suda. Bəzi dağlar,

bir  də Bağday ərazisi, ƏrEy - "Rey"dən  indi  "Qafqaz"  adlandırılan  QapıAğÜz

dağları arasında OdƏrlərin yaşadıqları nisbi təmiz ərazilər səlamət qalıb.

İndi özün deyə bilərsənmi "Yer"də ölümün səbəbi nədi? De görüm!

-

Dil təhrifi? Söz-məna təhrifi? Yəni Ün eşitməmək?..



-

Afərin,  Bircə balam!..  OdƏrlərdən  birinci  ayrılıb  ayrı  xalqa  çevrilənlər

kimlərdisə, ilk ölüm də onların içində olub.

GurAğ  ordusu  ikən,  Olamı - "olimp"i,  sonra ƏrEyi - "Rey"i  planetin  vəhşi

heyvan sürülərindən qoruya-qoruya kobudlaşan, bətnində,



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə