İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə132/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   128   129   130   131   132   133   134   135   ...   180

______________Milli Kitabxana_______________

Çaşqınlıqdan,  səbirsizlikdən,  Səməd  nə "anonim  müəlliflər"in  haqqında

danışmaq istədi, nə də Akademik Marrın. Qısaca dedi:

-

Məğzi budu ki, keçmişdə vahid dil olmayıb, gələcəkdə də olmuyacaq.



Sultan gözlənilməz istehza və müəmma ilə gülümsündü.

-

Elmi cəhətdən doğrudumu?



Səmədə bu sual da qəribə göründü.

-

Səmimi  deyəcəm, əmi...  Açığı,  ilk  insanlar,  icmalar,  ilk  kəlmələr,  ilk



dillər, sonrakı icma birləşmələri, xalqlar yaranışı mənə çox inandırıcı görünür. O

"Midi"  adlandırdığınızın  falsifikatorluğu bir  az  aydındı  mənə. Əmma  Marrın

əleyhinə yazdığı  çıxış,  şübhəsiz,  elmidi.  Dilçilikdən  xəbərim  olmasın  heç,  min

dəfə de  mənə ki,  dillər  vahid  kökdən  yaranıb,  hökmən  soruşacam  ki,  Rus

diliynən  Azərbaycan  dilinin  kökü  necə bir  ola  bilər?!  "Dil  qrupları"  adlanan

qruplarda  oxşarlıqlar  açıq-aydındı! Əks-zidd  qrupun əksiliyi  də həmçinin  aydın

görünür axı!

Sultan başını dik tutub, qardaşoğluna baxa-baxa müəmma ilə qımışırdı.

-

Budu  bax,  Darvinimizin  bəşəriyyətə vurduğu  zərbə:  bəsitlikdən



mürəkkəbliyə doğru gedişat - evolyusiya - təkamül.

-

Düz deyil?! Elmi deyilmi, ay əmi?!



Sultanın sifəti ciddiləşdi:

-

Bəs  heç  fikirləşmirsən  ki,  Nəcəfoğlu  kimi  dərin  alim  niyə təsdiq



eləyirmiş vahid kökü?!

Səməd  tutuldu.  Sonra əmisinin  qəribə ciddiyyətinə diqqət  yetirib  istər-

istəməz səsini qaldırdı:

-

Bilmirəm  fikirləşməli  nə var  burda:  biri "insan", "adam"  deyir,  o  birisi



"çelovek" deyir! Biri "daş", "torpaq" deyir, o birisi "kamen", "zemlya!.." Çoxdan

sübut  olunmuş  şeydi  ki,  dil  qrupları,  ay əmi!  Hind-Avropa  dillərinin  kökü  bir

cürdü!  Türk  dillərinin  kökü  tamam  başqa  cür!  Çox  qəribədi  ki,  Nəcəfoğlu  kimi

alim  təsdiq  eləyib  o  fikri.  Gah  inandırırsan  məni,  gah  da...  tamam  çaşdırırsan!..

Lap  adi  məntiqnən  soruşuram:  Afrikanın  cəngəlliyində ilk  dəfə dil  açan

zənciynən  bizim  bu  Abşeronun  Xəzər  sahillərində ilk  dəfə dil  açan  vəhşinin -

indendertal adamın "vahid dili" olub?!

Sultan başını sinəsinə endirdi.

-

Məntiq... Məntiq... İlk icma... "Meymundan yaranan insan"..



Bəlalarımız elə ondadı ki, hər şeyə təhrif mühitimizin "adi mən-


______________Milli Kitabxana_______________

tiqi"ynən  yanaşırıq.  Adi  məntiq  bəsit  təfəkkür  məhsuludu,  oğul.  "A"  hərfindən

sonra  "B"  gəlir,  "B"-dən  sonra  "V"  gəlir  və sairə.  Bədbəxt  bəsit  təfəkkürün

xəbəri yoxdu ki, "B" hərfiynən başlayan dil də var. "B"-dan sonra "O" gəlir, "O"-

dan  sonra  "Ə"  gəlir,  "Ə"- dən  sonra  "E"  golir!  Üstəlik,  hərflərin  adları  heç  də

"A", "Be" deyil. "Bağ"dı, "Od"du, "Əl"di, "Ey"di!..

"Mey  mun"  nə deməkdi?!  Öz-özünə dönə-dönə sual  verəcəksən:  necə bir

dəhşət  baş  verib  ki,  BağMənə "mey  mun",  "məğ  mun"  deyilib?!  Nə dərəcədə

azğın fateh olmalısan  ki, EvƏs EyÜnə (Yaradan Evin Uca  Ününə) "obez yana"

deyəsən?!  Hələ tam  məlumat  almadan,  Elmi  mənimSəmədən  soruş  özün-

özündən:  "EyOdƏr  Babamız  da  meymundan  yaranıb?!  Kainatı,  Günəşi,

meymundan yaranan insan yaradıb?!

Hiss eləyirsənmi necə heyrətləndirir səni bu suallar?!

"Təbrifsiz dildə - OdƏr dilində minlərlə yox, milyonlarla söz var. Hamısı da

EyOdƏr Babamızın, BağBağÜn Babamızın, Bağ Atamızın, Bağlann, OdƏrlərin

Odları-adları-rütbələri sayılır. Xızr Abıynan danışanda danladım ki, "niyə bir az

geniş danışmadın, özül qoymadın? Şübhə yarananda şübhəni dağıtmaq çətin olur

axı!" Dedi: "Varisimizə min dəfə təkrar eləməlison ki, Od - Həqiqətdi: Günəşin,

planetlərin, təbiətin, insanın, bütün varlığın enerjisidi, həqiqət mənasındadı. Əl -

həm  Oğul,  həm  də işləyən,  yaradan  deməkdi.  Ey - Uca,  yaxşı,  gözəl  deməkdi.

Varisimizin təfəkkürü daşdı, qayadı, ey Sultanım!" Ağladı! Telefonda hönkürdü

Abı. "Ümidim sənədi, bir də sahiblərimizədi", - dedi.

Qulaq as! Gör əmin necə dara çəkəcək sənin təhrif beynini!

"İndendertal" insan olmayıb. İlk insan olmayıb!

Bu  planetə İşıq  gəmisi  adlanan,  atılma  sürətiynən  uçan  gəmilərdə,  Ulu

Babamız ƏsƏlMənin ətrafında, Yupiterdən uçub gəliblər. Bu heç, durun hələ.

Diqqət yetir, gör Dil - OdƏl - Həqiqot Əli necə təhrifə uğrayıb.

Bir də deyirəm: "indendertal" adlandırılan ilk insan, vəhşi insan, meymundan

yaranan  insan  olmayıb.  İngiltərənin  "coğrafiya  cəmiyyəti"ndən,  o  səyyah  alim

casuslar  cəmiyyətindən  bir  lordun  təbiətdə evolyusiyanı - təkamülü  müşahidə

edə-edə,  şimpanzə meymununun  insan  şüuruna  uyğun  hərəkətlərindən  məntiqi

evolyusiya – təkamül  nəticələri  çıxaran  subyektiv  fikirləridi,  təxəyyül,  təsəvvür

məhsuludu.  Kainat,  insan  haqqında  həqiqətdən  xəbər  tutanda  lord  özü  də gülüb

öz "tədqiqatı"na.




______________Milli Kitabxana_______________

Diqqət yetir: latınca "Yupiter". OdƏrcə "OdAğÜz Bağ OdƏr". Oxşarlıq hiss

eləyirsənmi?

-

Yox! Başqa-başqa sözlərdi.



-

Olsun!..  Sonrasını  dinlə:  keçən əsrdə ingilislor  "Yupiter"in əsl  adının

arxivdəncə tapılmasını  "dünyanın ən  böyük  kəşfi"  adlandırıblar.  Nədi  o  kəşf?

Sadəcə,  olaraq,  oxuyublar  ki,  "OdAğÜz"ə - "Duaus"  deyiblər,  "BağOdƏr"ə -

"Patri"  deyiblər,  olub:  "Duaus  Patri".  Sonra  olub:  "Zeis  Piter".  Sonra  olub:  "Zu

Piter" və nəhayət, "Yupiter!"

Səməd  birdən  lap  uşaq  kimi: - Paatonnan! - deyib  ağzı  açıq  qaldı.  Sultan

mələfənin ucu ilə alnının puçur-puçur tərini sildi:

-

Bir  də yanaşı  qoy:  OdAğÜz  BağOdƏr.  "Yu  Piter!"  Hara  getdi  "dil



qrupları?!" OdƏr-Türk sözünün tohrif olunmağından əmələ gəlmiş "Piter"i necə

ayrı  bir  qrup  sözü  saymaq  olar,  ay  oğul?!  Nəyə oxşayar  bu  bilirsən?  Poltavada

rusa  de:  "ya  iz  Azorbaycana?"  Nə deyəcək?  "A,  da,  da,  znayu:  Arzebırjan!"

"Tarix"  kitabını  yazan,  "tarixin  atası"  Qrek  belə-filan  da  tələffüzcə lap  dəhşətli

fərqlənir!  Sən  OdƏrcə dc:  "Bağ-OdEy"  (Uca  Od  Bağı),  o  dcyəcək  "Mi  di  ya!"

Sən türkcə de: "Bağday".

O  deyəcək  "Ma  day!"  Budu  bax  dəhşət,  ay  oğul!  Nə deməkdi  "Ma  day?!"

Heç nə! Sözün təhrifındən nə yarandı? Heç nə yarandı: məna itdi, ölkə itdi, xalq

itdi,  Bəşəriyyət  itdi,  Kainat  itdi!  Nə qaldı?  Heç  "Yer" - EyƏr  planetini  də

tanımayan, oslindən xəbərsiz "insan".

Qulaq as!

On  ikinci əsrdə,  xaç  müharibələri  dövründə İngilis  Kralı - məşhur  Şirürəkli

Riçard  bizim  Qızıl  Arslana əsir  düşüb.  İyirmi  il  gah  AtaBəylərimizin  Naxçıvan

sarayında,  gah  da  Qalamda - orta  Asiyada  qala-qala  dilimizi,  Elmimizi  bütün

dərinliyiynən  öyrənibmiş. Əsirlikdən  buraxılıb  Londona  qayıdanda  çoxlu  Elmi

sənədlər  aparıbmış.  Həmən  Elmi  sənədlər,  üzü  çıxarılmış əlyazmaları,  mədrəsə

dərslikləri sonralar "coğrafiya cəmiyyətf"nə təhvil verilibmiş. Haman Lord məhz

o əlyazmalarını, dərslikləri oxuyub dəhşətə gəlib, sonra da, dediyim kimi, özü də

öz tədqiqatına gülə-gülə,  məhz gülünc dərəcədə qeyri-elmi bir cəfəngiyyat kimi

qiymətləndirib, indi adı dünyaya sığışmayan, küftəburun, dombagöz, yəni küt bir

aspiranta - Darvinin  milyoner  atasına  satıb.  O dissertasiya  Avropada  səs  salıb,

dillərə tərcümə olunub,  Marksnan  Engels  də,  bilirsən  ki,  göylərə qaldırıblar

meymundan insan yaradan "elmi".

"İndendertal" insanı belə yaradıblar, bəşəriyyətimizin onsuz da təhrif beynini

beyinsizliyə bağlayıblar.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə