______________Milli Kitabxana_______________
vəriyə xəbər çatdırıb ki, "Səni bu gün Astara yolunda öldürəcəklər. SeKaya zəng
vur ki, ailəm Ağdamdadı, gedirəm görüşüm, gəlim, sonra maşınmı sür o yana,
keç sərhəddi, özünü xilas elə. Pişəvəri çox etibar elədiyi "Nun" kliçkalı yoldaşına
sirr verib, onu da götürüb, özü oturub rulda, maşını sürüb birbaş Borjomiyə ki,
orda dağ döşündən dar dolayı yolnan Türkiyə sərhəddinə getsin, ordakı gizlin
fədailərin köməyiynən keçib getsin". Əmma həmin dolayı yolda bir "qruzovik"
çıxıb qabaqdan Pişəvərinin maşınını vurub salıb dərəyə - Kürə! Kür çayı orda lap
balaca dağ çayıdı, daşlı, qayalıdı.
Əzik-üzük olub maşın, bədbəxt
Pişəvərimiznən..." Bu qədər bədxəbər sözdən bir kəlməsini eşitmisənmi, ay
əzizim?! Yox! Çünki fikrin "qara saç, çal saç" yanında olub! Atan danışdı mənə
bu bədbəxtliyi... Sonra özüm dedim burda ki, "Dağlı gürcü dostum doktor
Revazın oğlu Mark Bortolidə KQB-də həkim işləyirdi. Zəng vurdu məni çağırdı,
getdim Pişəvərinin maşınının dərəyə uçan yerini göstərdi: "Vot otsyuda brosili
vaşeqo Pişəvəri!" Maşının əziyini gətirib Yevlax tərofdə körpünün böyrünə
tullayıblar. Qayıtdım onu da gördüm, guya Pişəvəriynən bir yerdə avariyaya
düşən çekistimizi -"Nun" kliçkalı dostumu da gördüm xəstəxanada. Qıçının
üstündən gipsi kəsdirdi, sap-sağlam qıçmı göstərdi, mərd-mərdanə!.. Eşidirsən?!
Suyun şırıltısını da kəsmişəm, deyirəm: "Budu əmiyin cinayəti!" "Nundan
soruşdum ki, Pişəvərinin heç bir son sözü olmadımı?" Dedi: elə, "fəlakət!
fəlakət!" deyirdi. "Demokrat firqəsini bağlayacaqlar!" - deyirdi...
Heç kəsə heç nə demədim. Qanını batırdım Pişəvərinin. Budu əmiyin ikinci
cinayəti!.. Eşidirsən?!
Səmədin beyni uğuldayırdı.
O da öz sözünü deyirdi:
-
Partbiletimin arasında şcyx
əmilərimin qəbirlərinin şəkillərini
gəzdirirəm. Necə yəni "Boqi obezqlavlenı?!" Yer Bağlan, deyirsiniz, xaliq
deyillər... Olmasınlar! Niyə bu qədər acizdirlər?! Necə yəni "Bağ varisi?!" Heç
cür, heç cür təsəvvür eliyəmmirəm. Qəribə-qəribə gizlin söz-söhbətlər! Atamın
indi o cür görünməyi! Nədi bu, ay əmi?! Nədi bu?! Kobud danışıram, bağışla,
sirr dağarcığısan!
Sultan mələfəyə bürünüb çıxıb, qara dəri "tyubik"lərdən birində oturdu.
Çiməndən sonra rəngi avazımışdı. Pırpız qaşlar çatılıb, enib gözlərinin üstünü
örtmüşdü.
-
Şalvarımın cibinə bax, gör papiros qalıbmı?
______________Milli Kitabxana_______________
"Kazbek" qutusunda beş-on papiros və kibrit vardı. Səməd dedi:
-
İcazə ver birini də mən yandırım.
Nə vaxtsa, uşaqlıqla ilk gənclik arasında Yusif kimi gözəl Yusif Cəfər əminin
tütünündən oğurlayıb, qozetə büküb çəkəndə Səməd də çəkmişdi, Yusifdən
ayrılandan sonra tütündən də ayrılmışdı. İndi nədonsə birdən-birə meyl yarandı.
Götürüb "kazbek" yandırıb, tüstü qayrıağma baxdı.
-
Mənə ən çox əzab verən budu ki, duman içindəyəm... Müslüm nələr
danışır mənə! Heç nə, heç nə başa düşmürəm. "İstoriya Midü" kitabında nə
varsa, hamısı yalandı?! Hamısı?! Niyə bu dərəcədə?! Bizim keçmişimizi belə
gizlətməkdə sovet alimlərinin qəsdi nə olub?!
Bir tərəfdən aydındır; əhali özünü tanımasın. Bos siz... Siz ki bilirmişsiniz
hər şeyi! Elm barədə eşitdiklərimi nəzərdə tutsaq, belə çıxır ki, lap savadsız
qalmışam mən. Hamı "nadan" deyir. Hamı!.. "İstoriya Midü"ni bittə-bittə
oxumuşam, Midiya hökmdarları barədə Herodotun, Ktesinin xronikalarını
əzbərlətdiriblər: "Astiaq"-filan!.. Bir nəfər də OdƏr Türk adı yoxdu o
xronikalarda. Bütün tələbələr bir səsnən soruşurdular: "Niyə belədi?!" Məhərrəm
Abbasoviç gülürdü: "Belə suallara cavab vermək olmaz.!" Niyə axı?!. İndi
məlum olur ki, illər uzunu oxuduğumun hamısı yalanıymış! Bağdayı "Maday",
"Mada", "Midi", "Midiya" yazıblar! Bağdayın ilk əərazisi Olamın adını "Elam"
yazıblar!
Müslüm deyir "Elam" çox təhqiramiz sözdü. "Bağıstan" sözünü necə qəsdən
"Bi sütun" eləyiblərsə, "Olamı" da o cür "Elam" eləyiblər!
Olamın sahibi Uhı Bağı "Lullu bəy" yazıblar! Sən də bunun hamısını
bilirsən! "Elam", "Lullu bəy", "Bisütun", "Ar az", "Az ər!.." Gah "Ac atan"
yazıblar, gah "Xan adan!", gah "Tavriz", gah "Tər biz", gah da "Təb riz!" Partiya
məktəbində
baş-başa yığışırdıq, hamımızın üzümüzdə
heyrət, dəhşət:
"Atropatan" hara, "Azerbaycan" hara?!. Təkcə sənin dostun Heydər Hüseynov
deyirdi: "Özunüz də görürsünüz ki, başqa-başqa sözlərdi. "Az ər"+"bay"+"can"
da sonradan düzəldilmiş şeydi.
Biz bir şey deyəmmirik sizə. Özünüz fıkirloşin, axtarın görün niyə belədi?'."
"Azər"dəki iki sözü - "az ər"i də o deyib bizə, "Araz"da iki söz olduğunu da, "ar
az". Bu cür hırıltı! Təhqir! Bunu yazanı da yaxşı tanıyırmışsan sən, təsdiq eloyon
akademikləri də!.. "İki tərəfə işləyən" şoferin, açığı, əməlli-başh şübhə yaratdı
mondə sənə qarşı. Herodotun yazdığı "neponyatmy midiyskiy yazık"m Odu da,
Əri də, OdƏr dili də "ponyamıy" olduğunu vaxtında deyəmməzdinmi, əmi?!.
Müslüm de-
______________Milli Kitabxana_______________
yəndə ki, Olamı "Olimp" eliyən Qreklərdə, əslində Ulu Bağın sarayındakı daş
yazılarında dil indiki dilimizdən çox az fərqlənir, yaş boğdu məni!.. Atam ölən
günü bilməliydim mən ki, şeyx əmilərim Olamın xarabalıqlarından ana dilimizdə
yazılı daş kitablar yığıblar, fədai yurdunda illərnən oturub ərəb dilinə, fars dilinə
tərcümə eləyiblər. Paytaxtımız ƏrEydən qovulmuşuq, Farslar ƏrEyə "Rey"
deyiblər, "müqəddəs" din kitabları ƏrEyi "Ray"a döndərib əfsanəyə çeviriblər!
"Ray"dan qovulan OdƏrləri tək insan qələmə veriblər! Dəhşətə bax!.. "Sultanı
dinlə!", "Sultanı dinlə!.." Sultan dillənmirsə, mən necə dinləyim Sultanı?! Yeddi
yüz əlli cildlik kitabxana!.. O tay-bu tay vətənimizin tarixi! Khabxanamızın çox
hissəsi elə maşın kalonunun təkərlərinin altında məhv edilib! Müslüm deyir o
duz soferinin səhərisi Culfadan, Naxçıvandan zəng vurdular Sultan Mamedoviçə,
mən bir də getdim deyir Əlincə qalasınm yanına. İlan dağı var, deyir, orda, İlan
dağının ətəyi, sağ-sol düzəngahlar dümağ ağarırdı - kağıznan doluydu. Külək
yoldan aparmışdı, deyir, maşınların təkərlərinin altında asfalt da xınc-mınc
kitabnan, kağıznan doluydu deyir... Erməni katolikosların ərazi-fılan barədə
məktubları heç nədi Ulu Bağ ƏsƏlmənin - "Süleyman padşahın yerin altında
qalan "xəzinəsi"nin yanında! Ermənilərin məktublarına, Stalinin teleqramına
görə yox, "Vərəsə" kitabxanasına, Bağday tarixinə görə öldürüblər atamı! Məhz
tarixə görə sürülür, ərazilərimizdən uzaqlaşdınlır bu xalq! Düzdü?!. Bu müsibəti
vaxtında bilsəydi, kim olardı bu indiki Dəli Səməd?! Atam ölən günü
büməliydim mən ki, general Persin uydurduğu "qan düşmənçiliyi" üstündə yox,
"Allah" - ƏlAğ uğrunda, Bağday uğrunda, Ulu Bağ ƏsƏlMən - "Solomon"
uğrunda qurban gedib sədr Mədəd! Sultan Əmirlini bütün varlığıynan sevən
ürəyim var mənim. Əmma sevgim kordu! Beynim boşdu! Deyirik "mühit yetirir
insanı". Mühitim də belə qapalı! "Batin!" İncimə məndən, qurbanın olum, əmi,
səni sarsıtmağa gəlməmişəm bura. İstəyirəm, doğrudan da açıq, mərdanə
danışaq, doğrudan da heç bir gizlin şey qalmasın aramızda. Bu saat sən qapalı
dünyasan məndən ötrü. Məsləkdaşın Qılınc Qurban bir cür qapalı dünyadı,
sirdaşların Xızr Abıynan Ələsgər müəllim başqa cür qapalı dünyadılar. Bütün
millətin özü qapalı dünyadı! Qapılarmız təsadüfdən təsadüfə açılıb tezcə də
qapanır! Nəsə eşidirəm, görürəm, onda da bircə şey dərk eləyirəm: dünyadan
xəbərim yoxdu!.. Acam mən, əmi! Həqiqət acıyam. Ağıl, idrak acıyam! Belə
vurnuxa-vurnuxa, əslində, demə, həqiqət axtarıram mən!
Dostları ilə paylaş: |