399
İsgəndər Atilla
z
əlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı vardır.
•
Bolşevik istilasının ilk dövrlərində Hüseyn Cavidə nisbətən,
daha yaxşı yazmaq və yazdıqlarını oxutmaq və dinlətmək müyəssər
oldu. Halbuki milli c
ərəyanın digər nümayəndəsi Cavad
Axundzad
ənin işi bolşevik dövründə qətiyyən gətirmir.
M
əhəmməd Əmin Rəsulzadə
•
Hüseyn Cavid Stalin kimi bir dünya diktatoru qar
şısında
baş əymədi. Hətta həyatını qurtarmaq naminə öz əsərlərində onun
adını bir dəfə də çəkmədi. Hamı neftdən, pambıqdan, kolxozdan
yazan vaxt, o,
əqidəsini dəyişməyərək, “Topal Teymur”u,
“Peyğəmbər”i, “Səyavüş”ü qələmə aldı. Qorxmadan gözlədiyi
Sibir buzlaqlarındakı ölümüsə şirin bir Allahın neməti kimi qəbul
etdi. Cavidi ged
ər-gəlməzə yollayaraq, ondan sonra 40-50 il
yaşayıb fəxri adlar alanlar, döşlərini orden-medallarla dolduran
əqidəsizlər, hər əmrə, göstərişə müti fırfıralarsa, cismani yox-
luqlarıyla eyni zamanda mənəvi ölümə də düçar oldular-
unuduldular. Cavids
ə əqidədən dönməmək naminə cismani
mövcudluğunu qurban verərək, əvəzində peyğəmbərlərə nəsib olan
şərəfli əbədiyyət qazandı!
Əbülfəz Elçibəy
•
Hüseyn Cavid yaradıcılığını bütünlükdə almaq və onun
d
ərin təhlilini vermək son dərəcə ağır bir işdir. Artmaqda olan
sosializm quruluşu daha da dərinləşən proletar inqilabının Cavid
üz
ərində olan təsiri get-gedə artır və dərinləşir. 29-30-cu illərdən
başlayaraq bu təsir daha da qüvvətli şəkildə özünü göstərir.
Mirz
ə İbrahimov
•
Əcəba Cavidin hankı bir əsəri yaşadığı mühitin, içində
dolandığı xəlqin, cəmiyyətin, xüsusilə Azərbaycan türk xəlqinin
ifadeyi-hal v
ə keyfiyyətidir. Qoy bir nəfər çıxsın, tərəddüdsüz,
Cavidin filan yazısı cəmiyyətimizin ifadə, hal və keyfiyyətidir,
söyl
əsin. Bunu kimsə deyə bilməz...Biz onun heç bir vaxt xəlqimizin
f
əryadları ilə inlədiyini, xəlqimizin sevincilə güldüyünü görə
bilmirik... N
ə olursa-olsun, hər halda Cavid burda, Azərbaycanda
yoxdur.
400
Əsrin şairi IX
•
...“Af
ət” bir əsər olmaqdan daha ziyadə bir şaşqınlıqdır.
Af
ət Özdəmiri zəhərləyir, maraqlanan yox. Ərtoğrul rədd edilir,
əsəbləşir, çıldırır, mütəəssir olan yox, Afət Qaratay tərəfindən
r
ədd edilir, anlayan yox. Qaratay öldürülür, sevinən yox. Afət
intihar edir, müt
əəssir olan yox. Yek kəlmə, Cavidin yazılarında
tamaşaçılar səhnədəki həyatla yaşamıyorlar. Onlarda Cavidin
t
əsəvvür etdiyi əhvali-ruhiyyə, lazımi həyəcani – bədii vücudə
g
əlməyir. Lazımi həzzi-mənəvi təmin edilməyir ki, əsərin əsl
qiym
əti də burasındadır...
Cavidin
əsərlərinin quruluşu pək pozğundur.
C
əfər Cabbarlı
•
Hüseyn Cavid s
ənəti bədii cəhətdən Cəfərdən daha təsirli,
daha yüks
əkdir. Əgər Cəfərdə təsadüflük varsa da, Cavid
q
əhrəmanlarında bu təsadüflük yoxdur.
Mehdi Hüseyn
•
Cavid üz
ərində Əbdülhəq Hamid fəlsəfəsinin böyük təsiri
v
ə nüfuzu vardır. İddia edilə bilər ki, Cavid kəndi əsərlərini
“Əşbər”, “Təzər”, “Ölü”, “Məqbər”, “Ruhlar” kibi əsərləri
oxuduqdan sonra yazmışdır.
•
Bu dövr (1910-1917 –
İ.A.) Azərbaycanda şovinizm ədəbiy-
yatı dövrüdür. Cavid bu dövrün nümayəndəsidir. Mənsub
olduqları sinif kimi yenə əski mahiyyəti saxlayan, lakin onu
maskalandırmaq isətəyən Cavid və Cavad, yenə də bu gün
nasionalist, idealist v
ə burjua məfkurə və zehniyyətlərini nəşrə
çalışırlar.
•
Hadi v
ə Cavidlə təmsil edilən cərəyan “böyük burjua
sınıfının ədəbiyyatı” olaraq ortaya çıxmış, onun bütün siyasi, icti-
mai, m
əfkurəvi tərzlərini, görüşlərini özündə əks etdirmişdir.
Romantizm
ədəbiyyatı yalnız yüksək burjua ziyalılarının ədəbiyya-
tıdır. Bu ədəbiyyat Türkiyə tənzimat və sərvəti-fünun ədəbiyyatının
t
əqlidgahı olmuşdur. Bu ədəbiyyatın dil, mövzu, romantik üslubu,
fikirl
əri və ideologiyası bu xüsusu çox gözəl isbat edirlər.
Əli Nazim
Dostları ilə paylaş: |