İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə128/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   124   125   126   127   128   129   130   131   ...   142

390

                                            

Əsrin şairi IX 

M

ən belə düşünürəm ki, Ə.İ.-nin “Getmə” şeiri çox maraqlı və 



b

ədii-estetik cəhətdən çox təsirlidir Cavidin “Dəniz pərisi” şeirinin 

t

əsiri altında qələmə alınmışdır. Belə bir fərziyyəni irəli sürərkən 



şeirdəki kifayət qədər dəlil-sübutu nəzərə alıram. 

 

Talqalarda nihan olub itm

ə 

Bunca aşiqlərin yürəklərini 

İntizar və ələmlə incitmə. 

 

İkinci  misradakı  “aşiqlərin” sözünün yerinə  “bu  iki  şairin 



yür

əklərini” sözlərini qoyun və “ələmlə incitmə” oxuyun. 

Yaxud: 

Talqalar siz toqunmayın qayığa 

Su p

ərisi dənizdə bir gəzsin. 

Qarşu çıqdıqca hər kiçik talqa 

Onu q

əhr ilə çegnəsin, əzsin. 

 

Cavidin “D



əniz pərisi”  şeirindəki  aşağıdakı  bəndi misal 

g

ətirdiyim parçalarla müqayisə edin. 



 

P

əmbə şəmsiyyəsilə bir dilbər, 

İştə sahil boyunca sallanaraq, 

Süzül

ən pənbə bir qayıqda yüzər, 

Bir m

ələkdir ki, xabgahı-şəfəq... 

 

İki şairin şeiri bədii ruhu etibarilə bir-birinə necə də oxşayır?.. 



Bir-birini nec

ə də tamamlayır?.. 

Sovet dövründ

ə bir neçə şair, o cümlədən Süleyman Rüstəm, 

Əkrəm Cəfər, Səməd  Vurğun  və  b. Cavid haqqında  şeirlər yaz-

mışlar. Abdulla Şaiq roman yazmaq fikrində bulunmuşdur. 1982-ci 

ild

ə  onun nəşinin  İrkutski  Vilayəti,  Tayşet  rayonu,  Şevçenko 



k

əndindən (komissiyanın  sədri: Həmid Cəfərov, üzvləri Telman 

Əliyev və  Zakir Nəsirov)  tapılıb  vətənə  gətirilməsi münasibətilə 

çoxlu şeirlər yazılmışdır. Böyük şair və dramaturqumuz haqqında 

ya

zılmış şeirlərin hamısını bir kitabda toplayıb, nəşr etmək savab 



bir  iş  olardı.  Bu  vəzifə  Hüseyn  Cavidin  Bakıdakı  ev  muzeyinin 

əməkdaşlarının üzərinə düşür. 

Sovet ill

ərində  yazılmış  şeirlərlə  ondan  əvvəlki illərdə  ya-




         

391

 

İsgəndər Atilla 

zılmış  şeirləri  tutuşdurduqda,  məlum olur ki, 1920-ci ilə  qədər 

yazılmış  şeirlər nə  qədər səmimidirsə,  böyük  şairə  qarşı  böyük 

hörm


ət və  məhəbbətlə  yazılmışdırsa,  sovet  illərində  yazılmış 

şeirlər bir o qədər qərəzli, qeyri-səmimi,  şairə  qarşı  hörmət və 

m

əhəbbətdən  uzaqdır;  nöqsanlıdır,  şairə  istehza etmək, böhtan 



atmaq, qara yaxmaq kimi so

vet quruluşuna xas əlamət və keyfiy-

y

ətlərdən xali deyildir. Məsələn, S.Rüstəmin 1927-ci ildə çap et-



dirdi

yi “Ələmdən nəşəyə” kitabında bu cür misralar var.  

 

B

əsdir bu qədər incə belli afətləri

*

 

saydın, 

Onlar s

əni pək aldadıyor, gün kimi aydın. 

Bax, gör n

ə tələb etmədə dünya. 

İlhamını al kəndi mühitindən amandır. 

Şərq ölkəsinin qəndili sönmüş, onu yandır.

1

 

 

1930-cu ill

ərdə  Cavidin “dəyişdiyini”,  “yeniləşdiyini”,  “sovet 

platformasına  keçdiyini”  görən və  bundan ilham alan S.Rüstəm 

“Etiraf” şeirini yazır. Onu 1930-cu ildə “Aprel alovları” məcmuə-

sind


ə çap etdirir. 

 

... Qız yaranmış sevib, sevilmək üçün, 



Eşq, sevda nədir, nə? Bilmək üçün  

Başqalıq indi vardır Caviddə, 

Bunu 

əşarı bildirir gülərək. 

İndi hər kəs sevir onun səsini, 

O da erk

ək, qadın deyir birdir

O da üzmüş əlini fəzalardan . 

Söz açır şəhrdən, qəzalardan. 

Eşidib Cavidin bu dillərini, 

Sıxıram mən ürəkdən əllərini.

2

 

 

S



əməd Vurğun Cavid həbs edildikdən 6-7 gün sonra “Səadət 

düşməninə.  Xalq  düşməni Hüseyn Cavidə”  aid  bir  şeir  yazıb, 

“Ədəbiyyat qəzeti”ndə  (16 iyun 1937) çap etdirir. Mən həmin 

                                                 

*

 “Af


ət” faciəsindəki Afət surətinə işarədir. 

1

 Az



ərbaycan sovet ədəbiyyatı tarixi. I cild. Bakı, 1967, s. 67. 

2

 



“Aprel alovları”, №1, 1930, s. 10. 


392

                                            

Əsrin şairi IX 

şeirin  tam  mətnini  “Əsrin  şairi”  silsiləsindən nəşr  etdirdiyim 

kitabın birinci cildində vermişəm. Burada həmin şeirdən bir parça 

verir


əm. 

 

S



ən böyük günlərin, adına böhtan atan, 

V

ətəninə, xalqına qarşı çıxan şarlatan! 

Adına millətçilər dedi: “böyük sənətkar”. 

G

əlin düz araşdıraq, sənin sənətinmi var? 

O murdar arzuların topraqlara gömüldü, 

S

ənin yaratdıqların özündən əvvəl öldü... 

 

S.Vurğun  həmin  şeiri  yazarkən  Cavid  Bakıda  NKVD-nin 

daxili h

əbsxanasında  yatırdı.  1939-cu ildə  Sibirə  sürgün  edildi. 

Ür

əyi  soyumayan  şair  “Komsomol”  poemasında  Cavidi  nəzərdə 



tutaraq  aşağıdakı  sözləri  yazdı.  Nəinki Cavidə,  Əhməd Cavada, 

Sanılıya, Azərbaycan Xalq Cümhuriyyəti və onun görkəmli sima-

larına da istehza etdi, böhtan atdı. 

 

N



ədən şeirimizin baş qəhrəmanı, 

Gah Turandan g

əlir, gah da İrandan.. 

B

əs mənim ölkəmin varlığı hanı? 

Böyük bir şairin yazdığı dastan, 

Gah Turandan g

əlir, gah da İrandan.

1

 

 

1930-cu ill

ərin  əvvəllərində  Əkrəm Cəfər təhsil almaq üçün 

Moskvaya gönd

ərilir və  oradan müəlliminə  −  Cavidə  “şanlı  bir 

m

əktub”  yazıb  “İnqilab  və  mədəniyyət”  jurnalının  redaksiyasına 



gönd

ərir. Mən 1970-ci illərdə arxivdə araşdırmalar apararkən, hə-

min şeirə təsadüf etdim. Üzünü köçürdüm. İstifadə etdikdən sonra 

əlyazımı Cavidin Naxçıvandakı ev muzeyinə bağışladım. 

Bir  gün  Turan  Cavidin  tapşırığı  ilə  Əkrəm Cəfərdən Cavid 

haqqında xatirələrini yazmaq üçün ona müraciət etdim. Söz verdi, 

amma  yazmadı.  Həmin  şeiri  ona  xatırlatdım.  O,  öncə  bir təhər 

oldu,  sonra  soruşdu:  “Haradan oxumusan?” Mən ona mənbəyi 

dedim. O, bir q

ədər susdu, sonra dedi: “Mənim barəmdə  nə 

ist

əyirsənsə yaz...” Sonra dedi: “Cavid mənim müəllimim olub. Bir 



                                                 

1

 



“Ədəbiyyat qəzeti”, 16 iyun 1937. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə