İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə130/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   126   127   128   129   130   131   132   133   ...   142

396

                                            

Əsrin şairi IX 

şəklində nəşr olunmuşdur. 

Cavidin q

əzet və jurnalarda çap edilmiş əsərləri mətnşünaslıq 

baxımından  tutuşdurulmalıdır.  Çünki həmin mətnlər ilə  kitab 

m

ətnləri  arasında  fərqlər var. Bu sahədə  axtarışlar  aparmağa 



ehtiyac böyükdür. Bu c

əhətdən mənim gənc cavidşünaslardan göz-

l

əntilərim çoxdur. 



 

2. N

əşriyyatlarda 

 

1. Keçmi


ş günlər (şeirlər toplusu). Tiflis, “Şərq”, 1913. 

2. Bahar şəbnəmləri (şeirlər toplusu). Bakı, “Açıq söz”, 1917. 

3. Ana. Tiflis, “Gürcü şirkəti”, 1913. 

4. Maral. Bakı, “Açıq söz”

*

, 1917 


5.  Şeyx  Sənan.  Bakı,  “Açıq  söz”,  1917.  Dövlət nəşriyyatı. 

Bakı, 1926. 

6. Şeyda. Bakı, “Açıq söz”, 1917, Bakı, 1925 

7. Uçurum. Bakı, 1926. 

8. İblis. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı (Azərnəşr), 1924, 

1927. 


9.  Peyğəmbər.  Bakı,  Maarif  Komissarlığı  nəşriyyatı,  1923. 

(Pyes iki d

əfə nəşr edilmişdir). 

10. Topal Teymur. Bakı, Azərnəşr, 1926 

11. S

əyavüş. Bakı, 1932. Yerevan, “Haypetrat”, 1936 (erməni 



dilind

ə) 


əllifin “Səyavüş” faciəsindən başqa yerdə qalan əsərlərinin 

hamısı  ərəb  əlifbası  ilə,  yalnız  “Səyavüş”  latın  qrafikası  ilə  çap 

edilmişdir.  “Atilla”,  “Çingiz”,  “Telli  saz”,  “Şəhla”,  “İblisin 

ilhamı”  pyesləri  itmişdir.  “Knyaz”,  “Xəyyam”,  “İblisin  intiqamı” 

pyesl


əri sağlığında nəşr edilməmişdir. 

 

                                                 

*

 

Müsavat Partiyasının mətbəəsi olmuşdur. 




         

397

 

İsgəndər Atilla 

Az

ərbaycanın görkəmli şəxsiyyətləri və sənət 

adamlarının Cavid haqqında fikirləri 

 

 



Cavidin sosialist-realist s

ənəti onun mücərrəd-mürtəce  ro-

mantizmind

ən uzaqlaşmasını göstərir. Bu realizm hələlik romantik 

etila yolil

ə  həqiqətin bəzi mühüm cəhətlərini aydınlaşdırır. 

“Az

ər”lə  Cavid romantizminin mündərəcəsi dəyişir.  Cavidin  söz 

s

ənətkarlığı bu yeni mündərəcəyə daha gözəl bir ilavədir ki, nəticə 

etibaril

ə tam, emosional təsir də hasil olur. 

Mehdi Hüseyn 

 

 



Cavidin  yaradıcılığı  haqqında  tənqidimiz olduqca zəif və 

dayazdır. Onun yeni əsərləri haqqında ciddi məqalə yoxdur. Bu isə 

bizim nöqsanımızdır. 

S.Şamilov 

 

 



Yeni n

əsil  öz  keçmiş  mədəniyyəti ilə  öyünür. Bu nəsil 

nümay

əndələri  “böyük  şair  və  həkim”  Nizami,  “şeir  günəşi” 

Füzuli, “ölm

əz düha” M.F.Axundazdə,  “Peyğəmbərin böyük 

yazarı” H.Cavid haqqında yüksək bir üslub və dərin bir sevgiylə 

danışır və yazırlar. 

 



 Az

ərbaycan gənciliyi saf və  səmimi bir niyyətlə  türk 

öyr

ətmənlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal-

M

əhəmməd Hadini, Əbdülhaq Hamid – Hüseyn Cavidi, Məhəmməd 

Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər. 

 



“Şeyx  Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın  sovet-

l

əşdirilməsindən  sonra bir çox mənzumələr  yazır.  Bunlardan 

m

ənsur “Topal Teymur” ilə mənzum “Peyğəmbər” sovet rəhbər-

l

ərini çox məşğul  edir.  Şairin  bu  iki  əsəri oxucularda olduqca 

d

ərin təsir  buraxır.  Öncə  oynanılmasına icazə  verilən “Topal 

Teymur” tamaşaçıları həyacana gətirir. Dövlət teatrında pyes bir 

neç

ə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymur 

L

əngdən fövqəladə  dərəcədə  məmnun və  coşğun  olur.  Məsələni 

sonradan ba

şa  düşən  bolşeviklər pyesin göstərilməsini  qadağan 

edirl

ər. “Sovet çörəyini yediyi halda tarixin pantürkist tiplərini 

idaliz

ə  etməyə  cəsarət edən”  şairə  qarşı  sovet  tənqidçiləri atəş 


398

                                            

Əsrin şairi IX 

püskürdürl

ər. “Topal Teymur” müəllifinə  uzun zaman hiddətlən-

miş  hökümətin  şiddətli cəzalarına  qatlanmaq  lazım  gəlir. Onu 

sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər. 

 



Şairin  ikinci  əsəri nisbətən  daha  yaxşı  qarşılanır.  Lakin 

“Peyğəmbər” mənzuməsində  də  bolşevik  məzhəbli marksizm 

əqidəçiliyi burada da az “küfr” tapmamışdı. 

İnqilab istiyormusan, bana baq! 

İştə kəskin qılıc , kitabı buraq... 

Peyğəmbər qılıncı əlinə alaraq deyir: 

Əvət ən doğru, ən gözəl ayin: 

Əhli-vicdanə busə, xainə-kin!.. 

Sad

əcə inandırmaq deyil, məcbur etmək silahına da malik olan 

Peyğəmbər bir əlində  “Allahın  kitabı”,  o  biri  əlində  polad bir 

qılınc aşağıdakı monoloqu söyləyir: 

Şu qılıc, bir də şu mənalı kitab! 

İştə kafi sizə... Yoq başqa xitab. 

Açar ancaq şu kitab el gözünü

Sil

əcəkdir şu qılıc zülm izini. 

Haq, v

ətən, zövqi-səadət, cənnət, 

H

əp qılıc kölgəsi altında, əvət... 

İşçi sinifinin qılıncı ilə qurulan dövrün fikri, şübhəsiz bolşevik 

zövqünü oxşayar, lakin yurdsevərlərin “qılınc kölgəsindəki vətən” 

anlayışı heç də əsl kommunistlərin xoşlanacaqları bir şey deyildir. 

Kommunist rejimi v

ə  istilası  altında  əzilən Azərbaycan vətənində 

az

ərbaycanlı şairin yaratdığı Peyğəmbərin dilindən söylənən vətən 

şüarının  ifadəsi xüsusilə  aydındır.  Yurdsevərlik bu əsərin tə-

f

ərrüatında da özünü göstərir. 

 



Ən  qatı  bir  inqilabçı  ədasıyla  yazılan  “İblis”  əsərində  dahi 

şair onu tərk etməyən ana düşüncəsinə  milliyyət və türkçülük fikrinə 

xüsusi bir yer ayırır: Turanın qurtulması üçün yalnız qılıncın kifayət 

olmadığını bir qəhrəmanın dili ilə: 

Turana qılıcdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!.. 

 deyə ifadə edir. 

 

Cavidin dig



ər  əsərləri kimi, “Səyavüş”də  türk  şeirinin  gö-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə