İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə20/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Orucla müalicənin tarixi.


Oruc tutmaq mədəniyyətininin kökləri qədim dünya tarixinə gedib çıxır. Oruc Homerdə də qədim misirlilərin zamanında xəstəni müalicə etmək metodlarından biri olub. Yunanlılar və bütün Aralıq dənizi ətrafında yaşayanlar öz xəstəliklərini oruc tutmaqla müalicə edirdilər. İtaliyada naplitonların zamanında 150 il ərzində həkimlər orucu öz xəstəliklərinə məsləhət görürdülər. Onun müddəti 40 günə çatırdı. Mən (Doktor Şeltun) neçə vaxtdır ki, yalnız orucla məşğulam və öz xəstələrimi yalnız orucla müalicə edirəm. Orucun müddəti isə bir neçə gündən 3 aya kimi çəkir. Xəstələr həm öz çəkilərini azaltmaq, həm də sağlamlıqlarının yenidən bərpası üçün oruc tuturlar.1

Orucun əleyhinə kitablar


Bəzi təbiblər orucun heç bir elmi əsası olmadığını bildirirlər. Çox məşhur bir cümlədə deyilir ki, "bir şeyin mümkün olmasının ən yaxşı dəlili onun baş verməsidir" əgər biz "Oruc sağlamlığın səbəbidir" – deyiriksə, dəlilimiz bunun çox nümunəsidir. Əvvəla: orucla müalicədə itirilmiş sağlamlıqlarını geri qaytarıblar. Ikincisi: On illərlə oruc tutan bir çox insanlar oruc tutmayan çox insanlardan sağlamdırlar.

Amerikalı həkimlərdən biri olan doktor Şeltunun Amerikada orucla çox uğurlu müalicəetmə müəssisəsi var. O deyir: Oruc əleyhinə yazılmış kitabların əksər müəllifləri o şəxslərdirlər ki, ömrü boyu hətta bir dəfə də olsa yeməklərini ötürməyiblər. Oruc tutmağın insanın sağlamlığında və onun qorunmasında böyük rolu vardır.2


Orucla müalicənin nümunələri


1- 1961-ci ildə Vladimir adlı moskvalı cavan fizik iflic xəstəliyinə düçar olduqdan sonra 45 gün oruc tutaraq sağalmışdır. Bu iş Moskva qəzetlərinin birində nəşr olunmuş və dünya mətbuatında əks etdirilmişdir.

2- Yuqoslaviya alimi professor Aleksey Sevirin orucun gigiyenik və tibbi faydaları haqqda məşhur kitabı var. O, öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.3

Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar "Oruc, həyatınızı xilas edə bilər" kitabına müraciət esinlər.

Oruc tutmaqla sağlam olmaq olarmı?


Əgər sağlam olmaqdan məqsəd bu olsa ki, insanın gələcəkdə öz sağlamlığı üçün heç bir proqramı olmasın və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin ya zərərli adəti yenidən təkrar etsin, təbiətdə belə bir möcüzə olmamışdır. Bu iş eynilə buna bənzəyir ki, arıqlamış bir insan hər şey yesin, amma onun yenidən kökəlməyəcəyini güman edək.

Xəstəliyin səbəbi aradan getməyənədək sağlamlıq yarana bilməz. Sağlamlığı qorumaq üçün xəstəlik törədən bütün səbəbləri araşdırıb aradan qaldırmaq və gündəlik həyatdan silmək lazımdır. Hər hansı bir xəstəliyin səbəbləri xəstəlik yaradan adətlərdir ki, əgər insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc tutaraq sağalan xəstə yenidən öz zərərverici adətlərinə qayıdarsa, onun təzədən xəstələnməsi şübhəsizdir. Alkoqolizmi tərk edən insan əgər spirtli içki içərsə yenidən alkoqolizmə qurşanacaqdır. Heç bir kəs təkcə oruc tutmaqla zəmanətli sağlamlıq əldə edə bilməz. Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət və nəfsinə hakim olmaq lazımdır. Hər kəs öz bədəninin normasını bilsə və həmin miqdarda yemək yeyib həddini aşmasa sağlam qalar. İnsanlar yenidən spirtli içkilərə və siqaretə üz tutarsa, gec yatarsa, havasız evlərdə yaşayarsa, zəhərli-kimyəvi maddələrə dolu olan içkilər içərsə, həddindən artıq iş görərsə və öz pis adətlərinə başlayarsa, heç vaxt xəstələnməyəcəyini gözləməsin.1


Oruc tutmaq mədə yarasına səbəb olurmu?


Əvvəla: statistikanın verdiyi məlumata əsasən mədə yarası oruc tutmayan millətlərdə oruc tutan millətlərdən daha çoxdur. Bu proses əksinə olsaydı orucun mədədə yara yaratmasını bəlkə də qəbul edərdik.

İkinci bir tərəfdən: 1966-cı il sentyabr ayında Tokioda keçirilmiş "mədə xəstəlikləri" dünya konfransında bu xəstəliyin səbəbləri araşdırılmışdır. Konfransda iştirak edənlərin hər biri öz ölkələrində keçirdikləri tibbi və gigeyena ilə bağlı yığıncaqlarda əldə etdikləri nəticələri bu konfransa təqdim etmişdilər. Verilən raportlarda siqaret, isti yeməklərin həddən artıq yeyilməsi (İslamda qaynar yemək məkruhdur) həddən artıq su içmək, əsəbləri oyada bilən qəhvə və ədviyyat kimi ərzaqlara adət etmək, ifrat dərəcədə duzlu və turş yeməklər yemək və spirtli içkilərdən istifadə etmək kimi faktorlar, xəstəliklərin meydana gəlməsində əsas amillər kimi öz əksini tapmışdır.1


QUSL


A) Cənabət quslunun tibbi və cismani faydaları

Cənabət quslu paklıq və təmizlikdən əlavə aşağıdakı tibbi faydalara da malikdir:

1- Cinsi əlaqə zamanı orqanizmdə fəaliyyətlər daha da artdığı üçün bədəndə maddələr mübadiləsi2 başqa vaxtlardan fərqli olaraq bir az da çoxalır. Buna görə də əzələ tellərinin arasında loktik turşusunun yığılması nəticəsində siniflər və əzələlər yorularaq əzginləşir. Yorğunluq nəticəsində əzələlər sıxılaraq zəifləyir.

Qusl alarkən bu proses öz əvvəlki vəziyyətinə qayıdır. Damarların genişlənməsi nəticəsində dərinin və siniflərin qidalanması daha da yaxşılaşır. Bildiyimiz kimi insanın dərisi qaraciyərdən sonra bədənin ən fəal üzvüdür. Buna görə onun təmizliyini qorumaq üçün olduqca çox çalışmaq lazımdır. Eləcə də "hidroterapiya" və ya "su ilə müalicə" adlı bir mövzu da var ki, bizim kitabın mövzusundan xaricdir.

2- Spermanın xaric olduğu zaman dəridəki məsamələrdən (dəliklərdən) bir miqdar tər çıxır. Bu tərlə birgə duzlar da həmin dəliklərdən xaric olur. Əgər qusl verilməsə, bu dəliklər tutular və bədəndən tər vasitəsilə çıxmalı olan bir miqdar zəhər böyrək yolu ilə ifraz olar. Nəticə etibarilə böyrəklərin yükü artaraq böyrək pozuntularına səbəb olar. Bildiyimiz kimi tərləmək dərinin üzünü rütubətli və yumşaq saxlamaqla bərabər xarici amillərin qarşısında bir növ onu qoruyur. Deməli artıq ifraz olunan duzlar qusl yolu ilə aradan gedir.

3- Muhəmməd ibni Sənan İmam Rzadan (ə) belə nəql edir: "Cənabət quslunun səbəbi paklıq, natəmizliyin aradan getməsi və bütün bədənin təmizlənməsidir. Cənabət bütün bədən üzvlərindən xaric olduğu üçün bədənin hər bir üzvünü təmizləmək zəruridir".

Əmirəlmöminin Əli (ə) buyurur: "Hər bir tükün altında cənabət var".

Cinsi yaxınlıq zamanı bədəndə baş verən dəyişikliklərə diqqət etməklə yuxarıda qeyd olunan sözün əhəmiyyəti aydın olur. Çünki cinsiyyət vəzisinin digər daxili vəzilərlə, sinir mərkəzlərinin təhriki ilə əlaqəsi cinsi əlaqə zamanı yaranan zahiri əlamətlər: o cümlədən ürək döyüntüləri, tənəffüsün sürətlənməsi, qan təzyiqinin qalxması, sifətin qızarması, gözlərin axması və s. kimi işlər şübhəsizdir. Bundan əlavə praktiki tibbdə belə nəticəyə çatıblar ki, cinsi yaxınlıq edən zaman kəsilən heyvanın əti və südü xoşagəlməz dada malik olur. Yuxarıdakı qısa şərhlə bütün bədən sistemlərinin cinsi fəaliyyətdə rolu olduğu aydın olur. Belə ki, yaxınlıq edərkən bütün sistemlər öz müvazinətini itirir. Qusl etdikdə bu balans öz yerini alır.1

4- Yaxınlıq zamanı yaranan natəmizlik yaxınlıqdan sonra süzənək, sifilis və başqa müxtəlif xəstəliklərə səbəb olur. Bundan əlavə yaxınlıq zamanı bədənlərin bir-birinə sürtünməsi ilə, birindən o birinə dəri xəstəliklərinin keçməsi mümkündür. Bu da qusl etməklə aradan gedir, yaxud azalır.

B) Məssi-meyyit və meyyit quslu

Müqəddəs İslam dininin buyurduğu vacib işlərdən biri də budur ki, əgər insan hələ quslu verilməyən meyyitin soyumuş bədəninə toxunarsa özünə qusl verməsi vacibdir. Bu vacib əməlin tibbi faydalarından biri də budur ki, adətən insanlar xəstəlik üzündən dünyalarını dəyişirlər. Xəstə insanın dərisində isə bir çox xəstəlik yaradan mikrobları olur. Habelə insan sağ olarkən dəri üzərində fəal olmayan bəzi mikroblar insan öldükdən sonra güclənərək artırlar. Bu zaman dərinin səthi, infeksiyalı xəstəliklərinin artma və yayılma mərkəzinə çevrilir. Bu mikroblar insana keçərsə məssi-meyyit quslu verməklə aradan gedir. Meyyit quslu verməklə də ölünün dərisində bu mikroblar yox olur ya da azalır, bəlkə də buna görədir ki, meyyit quslu verdikdən sonra insan əlini ölüyə vurarsa daha özünün məssi-meyyit quslu verməsi lazım deyil.



C- Heyz (aybaşı) quslu

Alimlərin ayın və kosmik şüaların insan və başqa canlılar üzərində qoyduğu təsirlər haqda apardıqları yeni təcrübələrə əsasən, hər 28 gündən bir, ay dairəvi forma alarkən aybaşı halında olan qadınlara tam şəkildə təsir qoyur, buna görə də onlarda qəm, narahatlıq baş qaldırır və özlərində bir növ həqarət hiss edirlər. Qusldan və ruhi qüvvələrin yeniləşməsindən sonra, bədənin təmizlənməsinə görə narahatedici hisslər aradan qalxır. Bunun səbəbi isə, hələ lazımınca aydın olmayıb.



Bu faydalar yuyunmaqda da vardır. Nə üçün məhz qusl vacibdir?

Birincisi: Demək olmaz ki, quslun vacibliyi təkcə yuxarıda deyilənlərə görə, onun yalnız tibbi xüsusiyyətlərə görə malik olduğunu bildirir. Bu tibbi faydalar bəlkə də quslun vacib olma səbəblərinin onda birini təşkil edir.

İkincisi: İstər keçmişdə, istərsə də müasir dövrümüzdə bir çox insanlar cənabətdən, məssi-meyyitdən və sair işlərdən sonra bədənin yuyulmasının hansı tibbi faydaları olmasını hələ də bilmirlər. Elə buna görə də, qusl vacib olmasaydı, nə qədər insanlar cənabətdən sonra ya əsla yuyunmazdılar və ya bir neçə gündən sonra yuyunardılar. Bu da bədənə zərərlidir. Islamda quslun tez və gecikdirilmədən verilməsi müstəhəbdir. Hədislərdə bildirilir ki, quslu gecikdirmək bir çox xəstəliklərə səbəb olur.

Üçüncüsü: Qusl vermək savab və mənəvi təsirlərə malikdir, amma sadəcə duş qəbul etməyin mənəvi təsirləri yoxdur.






Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə