İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə24/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   20   21   22   23   24   25   26   27   ...   119
islamda ushaq terbiyesinin esaslari

BEŞİNCİ BÖLÜM 
Uşağı mayalandırmağın müstəhəb olması 
Buxari və Müslimdə  Əbu Burdənin Əbu Musadan 

  rəva-
yət etdiyi hədisdə belə deyilir: “Mənim oğlum dünyaya gəldi. 
Onu  Peyğəmbərin 

  yanına  gətirdim.  Adını  İbrahim  qoydu. 
Daha sonra xurmanı ağzında çeynəyərək onun ağzına sürtdü”. 
Buxarinin  rəvayətində  belə  bir  əlavə  də  var:  “....və  ona  xeyir 
bərəkət  üçün  dua  edib  mənə  verdi”.  Həmin  uşaq  Əbu  Musa-
nın 

 ən böyük övladı idi.
50
 
Buxari və Muslim Ənəs ibn Malikin 

 belə dediyini rəvayət 
edirlər: “Əbu Talhanın oğlu xəstələnmişdi. Bir gün Əbu Talha 
evdə olmadığı zaman uşaq vəfat etdi. Zövcəsi Ummu Suleym 
uşağın  öldüyünü  görəndə  onu  yuyub  kəfənlədi  və  evin  bir 
tərəfinə qoydu. Əbu Talha evə gəldikdə uşağın necə olduğunu 
soruşdu?  Ummu  Suleym  dedi:  “O  artıq  sakitləşib,  ümid 
edirəm ki, artıq rahatdır”. Sonra o, ərinə axşam yeməyi verdi. 
Yeməyi  yeyib  qurtardıqdan  sonra,  qadın  əri  üçün  bəzəndi  və 
yatağa girib yaxınlıq etdilər. Bundan sonra qadın dedi: “Uşaq 
vəfat edib”. Səhər Əbu Talha Peyğəmbərin 

 yanına gəldi və 
ona  bunu  xəbər  verdi.  Peyğəmbər 

  soruşdu:  “Bu  gecə 
zövcənlə  birlikdə  oldunmu?”  O  dedi:  “Bəli”.  Peyğəmbər 

 
                                                 
50
 Buxari: 5467, Müslim: 2145. 


42 
 
dedi:  “Allah`ım!  Onların  hər  ikisinə  də  bərəkət  ver!”  Bundan 
sonra Əbu Talhanın bir oğlan uşağı dünyaya gəldi. Əbu Talha 
mənə dedi ki,  uşağı Peyğəmbərin 

 yanına  aparıram və mən 
də  yanına  bir  az  xurma  qoydum.  Peyğəmbər 

  uşağı  alıb 
soruşdu:  “Onun  yanında  bir  şey  varmı?”  “Bəli!  Bir  az  xurma 
var”  deyə  cavab  verdilər.  Peyğəmbər 

  xurmanı  götürüb 
ağzında  çeynədi  və  sonra  onu  çıxardıb  uşağın  damağına 
sürtdü. Onun adını isə Abdullah qoydu”.
51
 
Əsmadan 
g
  rəvayət  olunur  ki,  o  Abdullah  ibn  Zubeyrə 

 
Məkkədə ikən hamilə qalmışdı. O dedi: “Mən hamilə olduğum 
vaxt hamiləliyin son ayında Məkkədən çıxıb Mədinəyə gəldim 
və  Qubada  qonaq  qaldım.  Qubada  ikən  orada  övladımı 
dünyaya  gətirdim.  Sonra  uşağı  Peyğəmbərin 

  yanına  gətir-
dim.  O,  uşağı  qucağına  alaraq  xurma  istədi.  Sonra  xurmanı 
çeynəyib  onun  ağzına  qoydu.  Beləcə  onun  qarnına  ilk  gedən 
şey Peyğəmbərin 

 ağız suyu oldu. Daha sonra isə uşağın da-
mağına xurmanın şirəsini sürtərək ona bərəkət üçün dua etdi. 
O mühacirlərin Mədinəyə hicrətindən sonra İslamda ilk doğu-
lan uşaq oldu. Hər kəs onun dünyaya gəlməsi xəbərinə çox se-
vinmişdi. Çünki, müsəlmanların barəsində insanlar belə deyir-
dilər:  “Yəhudilər  sizə  cadu  edib  və  sizin  övladınız  olmaya-
caq”.
52
 
                                                 
51
 Buxari: 1301, 5470,  Müslim:  2144.  
52
 Buxari: 3909, Müslim: 2146, Əhməd “Müsnəd”: 6/347. Hədisin mühacirlər 
haqqındakı  hissəsi  əlimizdəki  hədis  kitablarında  yoxdur.  Etimad  olunan 
görüş odur ki, Abdullah ibn Zubeyr 

 hicrətin birinci ilində doğulmuşdu. 
Mədinə  xaricində  mühacirlərin  ilk  dünyaya  gələn  uşağı  isə  Həbəşistanda 
dünyaya gələn Abdullah ibn Cəfər olmuşdur. Ənsara gəlincə isə  onlardan 


43 
 
Xalləl Muhəmməd ibn Əlinin ona belə dediyini rəvayət et-
mişdir:  “Əhməd  ibn  Hənbəlin  zövcəsinin  belə  dediyini  eşit-
dim:  “Məni  sancı  tutduğu  zaman  yoldaşım  (imam  Əhməd) 
yatmışdı. Ona “Ey mövlam! Artıq ölürəm” deyə səsləndim. O, 
mən  Səidi  dünyaya  gətirənə  qədər  “Allah 

  asanlaşdırsın”, 
“Allah 

 sıxıntıdan qurtarsın” deyə dua edirdi. Uşaq dünyaya 
gəldikdən sonra o, ona xurma gətirməyimizi  istədi. Evimizdə 
Məkkə  xurması  var  idi.  Mən  Ummu  Əliyə  dedim  ki,  onu 
ağzında çeynə və sonra uşağın ağzına sürtərək qoy! O da belə 
etdi”. 
Ən doğrusunu bilən Allah`dır 


ALTINCI BÖLÜM

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə