İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə25/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   21   22   23   24   25   26   27   28   ...   119
islamda ushaq terbiyesinin esaslari

 
Əqiq
53
 və onun hökmləri 
Birinci fəsil 
Əqiqin şərii əsaslarının bəyanı 
İmam Malik demişdir: “Bu əməl (əqiq) bizim aramızda ixti-
laf olunmayan bir məsələdir”. 
Yəhya  ibn Səid əl-Ənsari demişdir: “Oğlan və qız uşaqları 
üçün əqiq kəsməyi tərk etməyən insanlar gördüm”. 
İbnu`l-Munzir  demişdir:  “Bu  məsələ  (əqiq)  Hicazda  qə-
dimdə də, indi də alimlər tərəfindən edilən bir əməldir. İmam 
Malik  də  əqiqin  onların  arasında  ixtilaf  edilməyən  bir  məsələ 
olduğunu  demişdir.  Əqiqi  şəri  bir  əməl  görənlərin  arasında 
                                                                                                                 
hicrətdən  sonra  Mədinədə  ilk  doğulan  uşaq  Müslim  ibn  Müxəlləddir. 
Onun Numan ibn Bəşir olduğu da deyilir. 
53
 Yeni doğulan uşaq üçün qurban kəsmək 


44 
 
Abdullah ibn Abbas 

, Abdullah ibn Ömər 

 və möminlərin 
anası  Aişə 
g
  də  vardır.  Bizə  isə  bunu  Peyğəmbərin 

  qızı 
Fatimə,  Bureydə  əl-Əsləmi,  Qasim  ibn  Muhəmməd,  Urvə  ibn 
Zubeyr,  Əta  ibn  Əbu  Rabah,  Zühri  və  Əbu`z-Zənad  rəvayət 
etmişlər. İmam Malik və Mədinə əhli, İmam Şafi və onun da-
vamçıları,  İmam  Əhməd,  İshaq  ibn  Rahaveyh,  Əbu  Səvr  və 
bundan başqa Peyğəmbərin 

 sünnəti ilə əməl etməkdə məş-
hur olan bir çox elm əhli də bu məsələnin şərii əaslarının oldu-
ğunu qeyd etmişdir. Əgər bir şeyin sünnət olması sabitdirsə, o 
zaman  onun  sünnətdən  olduğunu  demək  vacib  olur.  Bundan 
üz  çevirənin  ona  heç  bir  zərəri  toxunmaz.  Necə  ki,  Rəy  əhli
54
 
əqiqin  sünnət  olduğunu  inkar  etmişdir.  Bununla  da  onlar  bu 
haqda  Peyğəmbərdən 

,  onun  səhabələrindən  və  tabiindən 
rəvayət olunan xəbərlərə müxalif olmuşlar”. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə