İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə33/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   29   30   31   32   33   34   35   36   ...   119
islamda ushaq terbiyesinin esaslari

Doqquzuncu fəsil
 
Əqiq  qurbanını  kəsməyin,  onun  əvəzinə  məbləğcə  daha 
çox olsa belə sədəqə verməkdən daha üstün olmasının bəya-
nı 
əl-Xəlləl  demişdir:  “Əqiqin  müstəhəbliyi  və  sədəqədən 
daha fəzilətli olması” babı. 
Bizə Süleyman ibn əl-Əşas xəbər verib dedi: “Əbu Abdulla-
ha əqiq barəsində belə sual verildiyini eşitdim: “Onu kəsmək-
mi sənin üçün daha sevimlidir, yoxsa pulunun kasıblara pay-
lanmasımı?”.  O  dedi:  “Əqiq  kəsmək  daha  üstündür”.  Həmçi-
nin  Harisin  rəvayətində  qeyd  olunur  ki,  “İmam  Əhməddən 
borc alınaraq kəsilən əqiq barəsində soruşuldu. O dedi: “Ümid 
edirəm  ki,  sünnəti  yaşatdığına  görə  Allah 

  ona  borcunu 
qaytarmaqda yardım edər”. 
İmam Əhmədin oğlu Saleh ondan soruşdu: “Bir insanın öv-
ladı  dünyaya  gəlir  və  onun  əqiq  kəsməyə  imkanı  yoxdur. 
Onun  borc  alıb  övadı  üçün  əqiq  kəsməsimi  üstündür,  yoxsa 
imkanı  olana  qədər  bunu  təxirə  salmasımı?”.  O  dedi:  “Əqiq 
barəsində eşitdiyim ən şiddətli hədis Həsənin Səmradan onun 
da Peyğəmbərdən 

 rəvayət etdiyi “Hər oğlan uşağı öz  əqiqi 
müqabilində  girovdur”  hədisidir.  Mən  ümid  edirəm  ki,  əgər 
borc  alıb  kəsərsə,  Allah 

  onun  borcunu  qaytarmağını  tezləş-
dirər. Çünki, o, Peyğəmbərin 

 sünnətlərindən birini yaşada-
raq,  onun  gətirdiyinə  tabe  olmuşdur”.  Çünki,  bu,  Allah`ın 

 
uşağın valideynləri üzərində Onun nemətinin xatırlanması sə-
bəbilə  sünnət  olan  bir  qurbanlıqdır.  Onda  Allah 

  tərəfindən 
İsmailin 

 xilas olması üçün fidyə olaraq göndərdiyi və onun 


71 
 
əvəzində kəsilən qoçun kəsilməsi anının yaşadılması kimi mü-
kəmməl  bir  sirr  də  vardır.  Bu  İsmaildən 

    sonra  da  onun 
övladları    üçün  insanların  öz  uşaqlarına  bir  fidyə  kimi  əməl 
etdikləri  sünnət  oldu.  İnkar  edilməz  bir  həqiqətdir  ki,  bu, 
uşağın  doğulmasından  sonra  onun  şeytandan  qorunmasında 
da  rol  oynayan  bir  səbəbdir.  Necə  ki,  cinsi  əlaqədən  öncə 
Allah`ın 

  adının  zikr  edilməsi  onun  ana  bətninə  yerləşməsi 
əsnasında şeytandan qoruyur. Buna görə də, şeytanın tələsinə 
düşənlər  istisna  olmaqla,  çox  az  valideyn  övladı  üçün  əqiq 
kəsməyi  tərk  edir.  Şəriətdə  olan  sirlər  isə  bu  hikmətlərdən 
daha  da  böyükdür.  Kəsilən  qurbanın  sayında  fərqlilik  olsa 
belə, doğru olan görüş odur ki, əqiq həm oğlan uşağı, həm də 
qız uşağı üçün kəsilir. Əhli kitaba gəldiddə isə, onlara görə qız 
uşağı  üçün  əqiq  kəsilmir.  Əqiq  ancaq  oğlana  məxsusdur. 
Sələfdən  bəziləri  də  buna  oxşar  görüş  bəyan  etmişlər.  Əbu 
Bəkr  ibn  Munzir  demişdir:  “Bu  mövzuda  üç  görüş  vardır  və 
bunları  Həsən  və  Qatədə  demişdir.  Onların  hər  ikisi  də  qız 
üçün əqiqin kəsilməyəcəyi görüşündə idilər. Bu zəif bir görüş-
dür və ona meyl edilməz. Bundan sonrakı fəsildə də görüləcə-
yi kimi sünnətdə olan dəlillər bir çox yöndən buna müxalifdir. 
Öz  yerinə  görə  qurban  kəsmək  onun  əvəzinə  pul  sədəqə 
verməkdən    məbləğcə  çox  olsa  belə,  daha  üstündür.  Məqsəd 
qurbanın  kəsilib,  qanın  axıdılmasıdır.  Çünki  qurban  kəsmək 
Allah`ın 

  da  buyurduğu  kimi  namazla  birlikdə  zikr  olunan 
bir  ibadətdir. Allah 

 buyurur: 
 ۡرَحۡنٱَو َكَبَرِل َلَصَف
٢
 
“Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!”. (Kövsər 2)
 


72 
 
يِتَلََص  هنِإ  ۡلُق
 
 َنيِمَلََٰعۡلٱ  َبَر  ِهِلِّلّ  يِتاَمَمَو  َياَيۡحَمَو  يِكُسُنَو
١٦٢
 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə