İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə31/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   27   28   29   30   31   32   33   34   ...   119
islamda ushaq terbiyesinin esaslari

Yeddinci fəsil 
Əqiqin  vacib  yaxud  müstəhəb  olması  baradə  alimlərin 
görüşləri və əsaslandıqları dəlillər 
İbn Munzir demişdir: “Əqiqin vacib olub-olmaması baradə 
ixtilaf  vardır.  Bir  qrup  alim  onu  Peyğəmbərin 

  əmri  olduğu 
üçün vacib hesab edirlər. Çünki onun əmri əməlin vacib olma-
sını ifadə edir. 
Bizə  Həsən  əl-Bəsridən  rəvayət  olunduğuna  görə  ondan 
uşaqlığında  əqiq  kəsilməmiş  bir  kişinin  halı  haqqında  soruş-
dular. O dedi: “Özü özü üçün kəssin”. Bununla yanaşı Həsən 
qız uşağı üçün əqiq kəsilməsini caiz görmürdü. Bureydənin 

 
belə dediyi rəvayət edilir: “İnsanlar qiyamət günündə beş vaxt 
namazdan dolayı hesaba  çəkiləcəkləri kimi  eynən əqiqdən də 
hesaba çəkiləcəklər”. 
İshaq  ibn  Rahuveyhi  demişdir:  “Bizə  ibn  Bureydənin  ata-
sından  rəvayət  gəlib  ki,  “İnsanlar  qiyamət  günündə  beş  vaxt 
namazdan dolayı hesaba çəkiləcəkləri kimi  eynilə əqiqdən də 
hesaba  çəkiləcəklər”.  İbn  Bureydəyə  dedim  ki,  əqiq  nədir?  O 
dedi:  “Müsəlmanın  doğulan  uşağı  üçün  kəsilməsi  vacib  olan 
qurbanın adıdır”. 
Əbu`z-Zinad  demişdir:  “Əqiq  müsəlmanların  tərk  edilmə-
sini  məkruh  gördükləri  işlərindəndir”.  Həmçinin  o  qeyd  etdi 
ki,  Həsən  əl-Bəsridən  rəvayət  olunduğuna  görə,  o  demişdir: 
“Oğlan uşağı üçün yeddinci günündə əqiq kəsmək vacibdir”. 
Əbu Amr demişdir: “Alimlərin əqiqin vacib olması haqqın-
da ixtilaflarına gəldikdə isə Zahirilər əqiqin fərz olaraq vacibli-
yi  görüşündədirlər.  Bu,  Davud  və  digərlərinin  də  görüşüdür. 
Onlar deyirlər: “Allah Rəsulu 

 bunu həm əmr etmiş, həm də 


62 
 
özü kəsmişdir”. O buyurmuşdur: “Oğlan uşağı öz əqiqi qarşı-
lığında girovdur”. “Hər doğulan oğlan uşağı ilə birlikdə onun 
əqiqi  vardır”.  “Qız  üçün  bir,  oğlan  üçün  isə  iki  əqiq  qurbanı 
kəsilir”. Bureydə əl-Əsləmi onun vacibliyini  namazla eyni tut-
muşdur.  Həsən  əl-Bəsri  isə  əqiqin  oğlan  uşağı  üçün  yeddinci 
günündə  kəsilməsini  vacib  görmüşdür.  Ona  görə  də  əqiq 
kəsilməyibsə,  uşaq  böyüdüyü  zaman  özünə  əqiq  kəsməsi 
lazımdır. 
Leys ibn Səd demişdir: “Yeni doğulan uşaq üçün yeddinci 
gününə  qədər  istənilən  gündə  əqiq  kəsilir.  Əgər  onun  üçün 
yeddi günündə əqiqini kəsə bilməzlərsə, bundan sonra kəsmə-
lərində  bir  qüsur  yoxdur.  Yeddi  günündən  sonra  onun  üçün 
əqiqin kəsilməsi vacib deyildir”. Leys ibn Səd əqiqin ilk yeddi 
gündə  kəsilməsini  vacib  olaraq  qəbul  edirdi.  İmam  Malik  isə 
deyirdi:  “Əqiq  əməl  edilməsi  vacib  olan  bir    sünnətdir”.  Bu, 
həmçinin Şafiinin, Əhməd ibn Hənbəlin, İshaqın, Əbu Səvrin, 
Təbəri və Əbu Amrın görüşüdür”. 
Qeyd etmək istərdim ki, maliki məzhəbinin alimlərinə görə 
vacib sünnətin mənası müstəhəbliyi  sabit olan və tərk edilmə-
si məkruh olan anlamındadır. Onlar bunu edilməsi vacib olan 
sünnətlərdən hesab edirlər. Buna görə də deyirlər: “Cümə gü-
nü qüsl etmək vacib sünnətdir. Qurban bayramı günü qurban 
kəsmək  vacib  sünnətdir.  Əqiq  də  onlar  kimi  vacib  sünnətlər-
dəndir”.  İmam  Əhmədin  məzhəbində  olan  alimlər  əqiqin 
vacibliyi  barəsində  ondan  iki  rəvayət  nəql  ediblər.  Bununla 
yanaşı  İmam  Əhməddən  əqiqin  vacib  olduğunu  ifadə  edən 
açıq-aydın bir söz yoxdur. Biz onun görüşlərini qeyd edəcəyik. 
Xalləl  “əl-Cami”  adlı  əsərində  yazmışdır:  “İmam  Əhməd  əqi-
qin  müstəhəb  olduğunu,  vacib  olmadığını  bildirmişdir”.  Sü-
leyman ibn Əşas bizə xəbər verərək dedi: “Eşitdim ki, Əbu Ab-


63 
 
dullaha əqiqin nə olması barədə sual verildi. O dedi: “Qurban 
kəsməkdir.  O,  əqiqin  saçın  qırxılması  olduğu  görüşünü  inkar 
etdi”. 
Mənə Muhəmməd ibn Hüseyn xəbər verərək dedi ki, Fadl 
onlara  belə  rəvayət  etmişdir:  “Əbu  Abdullaha  “Əqiq  kəsmək 
vacibdirmi?”  deyə  sual  verdim.  O  dedi:  “Xeyr.  Lakin  kimin 
əqiq  kəsməkdən  xoşu  gəlirsə  kəssin”.  Yenə  “Sən  əqiqi  vacib 
görürsənmi?” deyə soruşdum. Dedi ki, xeyr. Sonra da Əhməd 
ibn  Qasimdən  Əbu  Abdullaha  “əqiq  vacibdirmi?”  deyə  soru-
şulan sualı qeyd etdi. O dedi: “Bilmirəm. Amma vacib olduğu-
nu  da  demirəm”.  Sonra  isə  belə  dedi:  “Bu  barədə  ən  şiddətli 
təhdid “İnsan əqiqi müqabilində girovdur” hədisidir”. 
əl-Əsrəm  demişdir:  “Əbu  Abdullaha  dedim:  “Əqiq  vacib-
dirmi?” O “xeyr” deyə cavab verdi. Bu barədə rəvayət olunan 
ən  şiddətli  təhdid  “Oğlan  uşağı  öz  əqiqi  qarşılığında 
girovdur”  hədisidir”.  Hənbəl  demişdir:  “Əbu  Abdullah  dedi 
ki:  “Mən  imkanı  və  qüdrəti  olan  kəsin  övladı  üçün  əqiq  kəs-
məyi  tərk  etməsini  sevmirəm.  Çünki  Peyğəmbər 

  buyur-
muşdur:  “Oğlan  uşağı  öz  əqiqi  qarşılığında  girovdur”.  Bu  isə 
əqiq barəsində rəvayət edilən ən şiddətli hədisdir”. 
əl-Haris demişdir: “Mən Əbu Abdullaha əqiq barəsində su-
al verdim: “İstər kasıb, istərsə də zəngin olsun o, övladı doğu-
lan  hər  bir  kəsə  vacibdirmi?”  Əbu  Abdullah  dedi:  “Həsən 
Səmradan,  o  da  Peyğəmbərdən 

  belə  buyurduğunu  rəvayət 
etmişdir:  “Hər  doğulan  oğlan  uşağı  yeddinci  gününə  kimi 
qurbanı  kəsilib,  saçı  qırxılana  qədər  öz  əqiqi  müqabilində  gi-
rovdur”. Bu, Peyğəmbərin 

 sünnətidir və mən  sənin bu sün-


64 
 
nəti yaşatmağını və yaymağını istərdim. Bu işdə Allah 

 sənə 
yardım edər”. 
İshaq ibn İbrahim demişdir: “Əbu Abdullahdan Peyğəmbə-
rin 

 “Oğlan uşağı öz əqiqi müqabilində girovdur” hədisinin 
mənasını soruşdum. O dedi: “Bəli, Peyğəmbərin 

 sünnətidir 
ki, oğlan uşağı üçün  iki, qız uşağı üçün  isə bir qoyun qurban 
kəsilsin. Əqiqi kəsilmədiyi halda isə uşaq  əqiqi kəsilənə qədər 
sanki öz əqiqinə həbs edilmişdir”. 
Cəfər  ibn  Muhəmməd  demişdir:  “Əbu  Abdullahdan  soru-
şuldu  ki,  “əgər  bir  şəxsin  əqiq  kəsməyə  imkanı  olmazsa,  o 
zaman nə etsin?”. O  dedi: “Elə olduqda onun üzərinə bir  şey 
düşməz”. əl-Haris demişdir: “Əbu Abdullahdan əqiq barəsin-
də “Əgər şəxsin onu kəsməyə imkanı olmazsa, o zaman nə et-
sin?” – deyə soruşdular. O dedi: “Əgər sünnəti yaşatmaq üçün 
borc alıb bunu edərsə, ümid edirəm ki, Allah 

 ona bu borcu-
nu qaytarmağına yardım edər”.  
əs-Salih  demişdir:  “Atama  (İmam  Əhmədə)  dedim  ki,  bir 
insanın  övladı  dünyaya  gəlir  və  onun  əqiq  kəsməyə  imkanı 
yoxdursa,  sən  onun  borc  alıb  övladı  üçün  əqiq  kəsməsinimi, 
yoxsa  imkanı  olana  qədər  bunu  təxirə  salmasınımı  üstün 
görürsən?”. O dedi: “Əqiq barəsində eşitdiyim ən şiddətli hə-
dis Həsənin Səmradan, onun da Peyğəmbərdən 

 rəvayət et-
diyi “Hər oğlan uşağı öz əqiqi müqabilində girovdur” hədisi-
dir.  Mən  ümid  edirəm  ki,  əgər  borc  alıb  kəsərsə,  Allah 

  ona 
borcunu  qaytarmağı  tezləşdirər.  Çünki  o,  Peyğəmbərin 

 
sünnətlərindən  bir  sünnəti  yaşadaraq,  onun  buyurduğuna 
tabe olmuşdur”. 


65 
 
Göründüyü  kimi,  bu,  İmam  Əhməddən  əqiq  mövzusu  ilə 
bağlı rəvayət olunan görüşləridir. Bununla yanaşı, onun məz-
həbində olan alimlər bu məsələdə daha da təfsilata gedərək üç 
müxtəlif  yöndən  yanaşaraq  “vaciblik”  anlayışını  açıqlayıblar. 
Bunlardan  birincisi,  əqiqin  uşağın  malı  üzərinəmi,  yoxsa 
atasının  üzərinəmi  vacibdir.  İkincisi,  oğlan  uşağına  bir  yoxsa 
iki  qoyun  kəsmək  vacibdir.  Üçüncüsü  isə  əgər  atası  övladı 
üçün  əqiq  kəsməzsə  uşağın  üzərindən  vaciblik  düşürmü, 
yoxsa  həddi-büluğa  çatandan  sonra  özünün  əqiqi  kəsməsi 
vacib olurmu. 
Birinci  məsələdə  onun  hökmünü  iki  yöndən  izah  ediblər. 
Birincisi,  əqiqi  kəsmək  atanın  üzərinə  vacibdir  və  bu  İmam 
Əhməddən  nəql  edilmişdir.  İsmail  ibn  Səid  demişdir:  “İmam 
Əhməddən  atası  onun  üçün  əqiq  kəsməyən  kişi  haqqında  “o 
kişi  sonradan  öz  yerinə  əqiq  kəsərmi?”,  deyə  soruşdum.  O 
dedi: “Bu, atanın üzərinə vacibdir”. 
İkincisi  isə uşağın malı üzərinə vacibdir görüşüdür. “Əqiq 
atanın üzərinə vacibdir” deyənin dəlili öncədən də qeyd olun-
duğu  kimi,  atanın  onu  kəsməklə  əmr  olunmasıdır.  Əqiq  kəs-
məyin uşağın malı  üzərinə vacib olduğu görüşündə olanların 
dəlilləri  isə  “Oğlan  uşağı  öz  əqiqi  qarşılığında  girovdur” 
hədisidir. Bu,  hər iki  qrupun dəlil olaraq  irəli  sürdüyü hədis-
dir. 
Əqiqi  vacib  görənlər  onun  vacib  olmasına  bu  hədisi  dəlil 
olaraq  göstərirlər:  “Oğlan  üçün  iki,  qız  üçün  isə  bir  qoyun 
kəsilir”.  Onlar  deyirlər  ki,  bu  hədis  əqiqin  vacib  olduğunu 
göstərir.  Çünki  məna  budur  ki,  qız  üçün  bir,  oğlan  üçün  iki 
qoyun  kifayətdir.  Həmçinin  Buxarinin  Salman  ibn  Amirdən 
rəvayət etdiyi hədisi də dəlil olaraq irəli sürürlər. Həmin hədis 
belədir: “Oğlan uşağı ilə birlikdə onun əqiqi vardır. Onun əvə-


66 
 
zində qan axıdın və ondan əziyyəti uzaqlaşdırın”. Bu, iki yön-
dən əqiqin vacib olduğunu göstərir. Birincisi, sözügedən hədis 
əqiq  kəsmək  haqqında  məlumat  vermək  mənasında  deyildir. 
Burada  məqsəd  onu  kəsməyin  vacib  olduğunu  bildirməkdir. 
Bundan  sonra  isə  Peyğəmbər 

  onlara  uşaqda  olan  əziyyətin 
qurban  qanının  axıdılması  ilə  uzaqlaşdırılmasını  əmr  etdi  və 
dedi: “...onun qarşılığında qan axıdın”. 
Onlar  həmçinin  qeyd  edirlər  ki,  Amr  ibn  Şuaybın  atasın-
dan, onun da babasından rəvayət etdiyi hədis də əqiqin vacib 
olmasına  dəlildir.  Hədis  belədir:  “Allah  Rəsulu 

  yeni  doğu-
lan uşağın yeddinci günündə adının qoyulmasını, ondan əziy-
yətin uzaqlaşdırılmasını və əqiqinin kəsilməsini əmr etdi”. 
Tirmizi Yusuf ibn Mahikdən rəvayət edir ki, onlar Abdu`r-
Rahmanın  qızı  Hafsanın  yanına  getdilər  və  ondan  əqiq  barə-
sində  soruşdular.  O  da  onlara,  Aişənin 
g
  ona  belə  dediyini 
xəbər verdi: “Allah Rəsulu 

 onlara  oğlan üçün  iki, qız üçün 
isə bir qoyun kəsməyi əmr etmişdir”. Tirmizi bu hədisin həsən 
səhih olduğunu bildirir. 
Əbu Bəkr ibn Əbu Şeybə demişdir: “Abdu`r-Rahmanın qızı 
Hafsa Aişədən 
g
 belə dediyini rəvayət edir: “Allah Rəsulu 

 
bizə  oğlan  üçün  iki,  qız  üçün  isə  bir  qoyun  kəsməyi  əmr 
etdi”.
85
 Əbu Bəkr demişdir: “Bizə Peyğəmbərin 

 belə buyur-
duğu rəvayət olunub: “Oğlan üçün əqiq kəsilir. Başına isə qan 
sürtülmür”.  Onlar  bu  hədisin  əqiq  kəsmək  üçün  əmr  ifadə 
etdiyini  bildirmişlər.  Əbu  Bəkr  həmçinin  demişdir:  “Muhəm-
                                                 
85
 İsnadı həsəndir. 


67 
 
məd  ibn  İbrahim  bir  sərçə  ilə  olsa  belə  əqiq  kəsməyi  əmr 
edərdi”.
86
 
Əqiq kəsməyi müstəhəb hesab edənlər deyirlər: “Əgər əqiq 
kəsmək vacib olsaydı, o zaman dində hər kəs tərəfindən bilin-
məsi  zəruri  olan  hökmlərdən  olardı  və  hamı  bunu  bilərdi. 
Allah Rəsulu 

 da bunun vacibliyini bütün ümmətə dəlil gös-
tərib  bilməzlik  üzrünün  tam  aradan  qalxacağı  bir  şəkildə  bu-
yurardı. Bunu ümumi və kifayət edəcək tərzdə açıq-aşkar bə-
yan edərdi. Əksinə, Peyğəmbər 

 onu bu işi görmək istəyənin 
imkanlarına buraxaraq belə buyurmuşdu: “Yeni övladı dünya-
ya gələn şəxs onun üçün əqiq kəsmək istəyərsə, kəssin”. Onun 
özünün  isə  buna  əməl  etməsi  əqiqin  vacib  olduğuna  yox,  an-
caq müstəhəb olduğuna dəlalət edər. 
Əbu  Davudun  Amr  bin  Şueybdən  rəvayət  etdiyi  hədisdə 
deyilir ki,  Peyğəmbərdən 

 əqiq  barəsində  soruşdular. Cava-
bında o, “uququ” sevmədiyini buyurdu. Sanki Peyğəmbərin 

 
bu  addan  xoşu  gəlməmişdi.  Sonra  isə  buyurdu:  “Hər  kimin 
övladı  doğular  və  onun  üçün  əqiq  kəsmək  istərsə,  kəssin. 
Oğlan üçün iki eyni, qız üçün isə bir qoyun kəssin”. Bu hədis 
mürsəl hədisidir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə