İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə29/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   25   26   27   28   29   30   31   32   ...   119
islamda ushaq terbiyesinin esaslari

Beşinci fəsil 
“Əqiq”  sözünün  mənşəyi  və  bu  sözlə  adlandırılmasının 
səbəbi 
Əbu  Amr  demişdir:  “Əbu  Ubeydin  Əsmaidən  və  digərlə-
rindən rəvayət etdiyinə görə, “Əqiq” yeni doğulan uşağın ba-
                                                 
73
 Bu hədis digər oxşar rəvayətləri ilə birgə həsən dərəcəsindədir. 
74
 Beyhaqi “əs-Sunənu`l-Kubra”: 9/299. Digər rəvayətlərlə birgə hədis həsən 
dərəcəsinə çatır. 


55 
 
şında olan tüklərə deyilir. Uşaq  üçün kəsilən qoyun ona görə 
əqiq  adlanmışdır  ki,  uşağın  saçının  qırxılması  qurbanın  kəsil-
diyi  tarixə  təsadüf  edir.  Məhz  elə  ona  görə  də,  Peyğəmbər 

 
“Ondan əziyyəti uzaqlaşdırın” – demişdir.  Yəni başındakı tü-
kü qırxmaqla onu əziyyətdən xilas edin”. 
Əbu Übeyd demişdir: “Bir şey başqa bir şeyə bağlı olduqda 
və  ya  biri  digərinin  var  olma  səbəbi  ilə  əlaqələndikdə  ərəblər 
onların  hər  ikisini  də  eyni  isimlə  adlandırırdılar.  Başdakı  tük 
əqiq adlandırıldığı üçün uşaq üçün kəsilən qurban da əqiq ad-
landırılmışdır. Yeni doğulan heyvan balarının da, təzə dünya-
ya göz açan körpələrin də üzərində olan tükə əqiq deyilir”. 
İbn Ruqa öz şeirində ulağı vəsf edərkən belə demişdir: 
 “Düşdü bətnində olan , o doğdu. 
Süddən  ayrılandan  sonra  əqiqini  (tükünü)  tökərək  ot  ye-
məyə başladı.” 
Əbu  Übeyd  demişdi:  “Əqiqə”  və  “iqqə”  sözləri  insan  və 
ulağın tükü üçün istifadə olunur. Bu iki sinifdən başqa bir şey 
üçün  istifadə  olunduğuna  rast  gəlinməyib”.  İmam  Əhməd 
Əbu Übeydin əqiqə verdiyi bu açıqlamanı, həmçinin onun Əs-
maidən  və  digərlərindən  rəvayət  etdiyi  fərziyələri  qəbul  et-
məyərək belə demişdir: “Əqiq kəlməsi ancaq kəsmək anlamın-
dadır.  Əbu  Übeyin  dediklərinin  əsası  yoxdur”.  Əbu  Amr  de-
mişdir:  “Son  zamanda  yaşayan  alimlərin  bəziləri  Əhməd  ibn 
Hənbəlin  bu  barədə  söylədiyi  sözə  etimad  edirlər.  Belə  ki, 
İmam Əhmədin bu barədə dediyi söz ərəb dilində də məşhur-
dur.  Çünki  ərəb  dilində  “kəsmək,  qoparmaq”  sözləri  “əqqa” 
feili  ilə  ifadə  olunur”.  Aşağıda  qeyd  edəcəyimiz  şer  də  İmam 
Əhmədin sözünü gücləndirir: 


56 
 
“O şəhərdə gənclər mənim boyunbağımı qopardılar (əqqa). 
Halbuki, o torpağa ilk dəfə idi ayaq basırdım”. 
Əbu Amr İmam Əhmədin əqiq haqqında dediklərinin Əbu 
Ubeydin  görüşündən  daha  doğru  olduğunu  demişdir.  Ancaq 
bu söz ərəb dilində hər iki mənada işləndiyi üçün iki görüşün 
də əsası vardır. Ən doğrusunu bilən isə Allah`dır 


Peyğəmbərin 

  hədisdə  keçən  “Əqiqi  sevmirəm”  sözünə 
gəldikdə isə buradakı əsas məqsəd bu adın qəlbə xoş gəlmədi-
yini açıqlamaqdan ibarətdir. Belə ki, Peyğəmbər 

 hər zaman 
çirkin  bir  adı  yaxşısı  ilə  əvəz  edərdi.  O,  həmçinin  pis  ad  olan 
yerdə dayanmaz, çirkin adı olan iki dağın arasından keçməzdi. 
O, xoş adları və gözəl şəkildə yozumu sevərdi. 
İmam  Malik  “əl-Muvatta”  kitabında  rəvayət  edir  ki,  Pey-
ğəmbər 

 dişi dəvəni göstərərək soruşdu: “Bunu kim sağa bi-
lər?”  Bir  nəfər  ayağa  qalxdı.  Peyğəmbər 

  ondan:  “Adın  nə-
dir?” – deyə soruşdu. O dedi: “Murra” (acı). Peyğəmbər 

 ona 
dedi:  “Otur”.  Daha  sonra  bir  də:  “Bunu  kim  sağa  bilər?”  – 
deyə soruşdu. Bu dəfə başqa bir nəfər ayağa qalxdı. Peyğəm-
bər 

  onun  adını  soruşdu.  O  da:  “Hərb”  (müharibə)  –  deyə 
cavab  verdi.  Peyğəmbər 

  ondan  da  oturmağını  istədi.  Pey-
ğəmbər 

 üçüncü dəfə: “Bunu kim sağa bilər?” – deyə soruş-
du. Bu dəfə də bir nəfər ayağa qalxdı. Peyğəmbər 

 ondan da 
adını  soruşanda  o  adının  Yəiş  (yaşayır)  olduğunu  dedi. 
Peyğəmbər 

 onun dəvəni sağmasına icazə verdi
75
. Əbu Ömər 
                                                 
75
 İmam Malik “əl-Muvatta”: 2/973. Hədis mürsəl hədisdir. 


57 
 
bunun,  adın  uğurlu-uğursuz  olmasına  görə  deyil,  gözəl 
yozum ifadə etməsi ilə bağlı olduğunu demişdir. 
Mən  burada  başqa  bir  hikmətin  də  olduğunu  düşünürəm. 
Belə ki, adla adlandırılan məfhumun arasında əlaqə və bağlılıq 
vardır ki, bunlar da çox az hallarda biri-biri ilə ziddiyyət təşkil 
edir. Sözlər mənaların qəlibləri olduğu kimi, adlar da adlandı-
rılan varlıqların aynasıdır. 
Bir  şairin dediyi kimi: “Əgər  gözlərin baxsa, mənası özünə 
uyğun olmayan çox az ad görər”. 
Çirkinliyin  simadaxili  pisliyin  əlaməti  olduğu  kimi  adın 
çirkin olması da adlandırılan şeyin çirkinliyinin göstəricisidir. 
Ən doğrusunu Allah 

 bilir. 
İmam Malikin rəvayət etdiyinə görə, Ömər ibn Xəttab 

 bir 
kişiyə  belə  dedi:  “Sənin  adın  nədir?”  O  dedi:  “Cəmrə”  (köz 
parçası). Ömər 

 soruşdu: “Kimin oğlusan?” O dedi: “Şihabın 
(alovun) oğluyam”. Ömər 

: “Kimlərdənsən?” – deyə soruşdu. 
“Hərqadan” (yanğın adlı qəbilədən) – deyə cavab verdi. Ömər 

:  “Evin  haradadır?”  –  deyə  soruşdu.  O  dedi:  “Harratu`n-
Narda” (odun istiliyi adlı yer). Ömər 

: “Hansıdır?” – deyə so-
ruşdu.  O  dedi:  “Alovlu  olanı”.  Ömər 

  dedi:  “Ailənə  yetiş! 
Onlar artıq yandılar”. Sonra  Ömər ibn Xəttabın 

 dediyi kimi 
də oldu.
76
 
İbn  Əbu  Xaysəmə  Bureydənin 

  belə  dediyini  rəvayət  et-
mişdir:  “Allah  Rəsulu 

  heç  bir  halda  uğursuzluğu  qəbul  et-
                                                 
76
 İmam Malik “əl-Muvatta”: 2/973. Hədisin sənədi tam deyil.  


58 
 
məzdi. Bureydə 

 öz qəbiləsi olan Bəni Əsləmdən yetmiş nəfər 
atlı  ilə  gecə  vaxtı  Peyğəmbərlə 

  qarşılaşdılar.  Peyğəmbər 

 
ondan  soruşdu:  “Sən  kimsən?”  O  dedi:  “Mən  Bureydəyəm” 
(Sərin,  az  soyuq  deməkdir).  Peyğəmbər 

  Əbu  Bəkr 

  tərəfə 
dönüb  belə  dedi:  “Ey  Əbu  Bəkr!  İşlərimiz  sərinlədi  və  düzəl-
di”.  Daha  sonra  soruşdu:  “Kimlərdənsən?”  Bureydə 

  dedi: 
“Əsləm (daha sağlam deməkdir) qəbiləsindən”. Peyğəmbər 

 
Əbu  Bəkrə 

  dedi:  “Artıq  salamatıq”.  Peyğəmbər 

  daha 
sonra  soruşdu:  “Hansı  qolundan?”.  Bureydə 

  dedi:  “Səhm-
dən”  (ox  deməkdir)  Peyğəmbər 

  dedi:  “Oxun  yaydan  çıx-
dı”.
77
 
Peyğəmbər 

 Hüdeybiyyədə qarşıdan gələn və adının mə-
nası asan olan Suheyl ibn Amrı görəndə belə demişdi: “İşiniz 
asanlaşdı”.
78
 
Peyğəmbər 

  başqa  bir  səfərində  iki  dağın  arasından  ke-
çərkən  onların  adını  soruşdu.  Ona  deyiləndə  ki,  bu  dağların 
adı “Muxzin” (rəzil ) və “Fadih”-dir (rüsvayçılıq) yolunu dəyi-
şərək onların arasından keçmədi.
79
 
Həmçinin Allah Rəsulunun 

 Asiyə (üsyan edən, asi) adını 
“Cəmilə” (gözəl, qəşəng) adı ilə, Əsrəm (qatı, sərt) adını Züraə 
(yumşaq, həlim) adı ilə dəyişdirdiyi rəvayət olunmuşdur.
80
 
                                                 
77
 əz-Zərqani “Şərhu`l-Məvahib”: 1/405. Ravilərindən biri hədisi götürülmə-
yən ravidir. 
78
 Buxari: 2731, 2732, İmam Əhməd “əl-Musnəd”: 4/330. 
79
 Bu hədisin sənədinə heç bir hədis kitabında rast gəlinməyib. 
80
 Müslim, Buxari “Ədəbu`l-Mufrad”, Əbu Davud, Tirmizi, İmam Əhməd. 


59 
 
Əbu  Davud  “Sünən”  kitabında  Peyğəmbərin 

  Asi,  Aziz, 
Atlə,  Şeytan,  Hikəm,  Ğirab  və  Şihab  adlarını  dəyişdirdiyini 
bildirmişdir.  O,  bu  adları  dəyişərək  Şihabı  Hişam,  Hərbi  Əs-
ləm, Muztacini Munbəis, Afranı Xadira, Şuəbu`d-Dəlaləni Şuə-
bu`l-Hudə, Bənu`z-Zinəti  isə Bənu`r-Rüşd adlandırmışdı.
81
 
Bunun  dini  mövzular  arasında  çox  önəmli  yeri  var.  Bura-
dan belə bir nəticə çıxarmaq olar ki, insan ağlının çirkin qəbul 
edib,  nəfsin  xoşlamadığı  adları    gözəl  adlarla  əvəz  etmək  la-
zımdır.  Peyğəmbər 

  bu  məsələyə  çox  ciddi  yanaşmışdır. 
Məhz  buna  görə  də  o,  əqiq  kəlməsini  xoş  qarşılamayaraq 
“Allah 

 əqiqi sevmir” demişdi. Daha sonra isə müsəlmanlara 
“Kimin  övladı  dünyaya  gəldiyi  zaman,  onun  üçün  qurban 
kəsmək istəyirsə, kəssin” demişdi.
82
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə