İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   23   24   25   26   27   28   29   30   ...   119
islamda ushaq terbiyesinin esaslari

Üçüncü fəsil 
Əqiqin müstəhəb olduğunu bildirən dəlillər 
Öncə qeyd edək ki, hədis əhli və fəqihlər hamısı, elm əhli-
nin  əksəriyyəti  (cumhur  uləma)  əqiqin  Allah  Rəsulunun 

 
sünnətindən  olduğunu  söyləmişlər.  Onlar  buna  dəlil  olaraq 
Buxarinin “Səhih” kitabında  Salman  ibn Ammar əd-Dabbinin 

  rəvayət  etdiyi  hədisi  göstərmişlər.  Peyğəmbər 

 
buyurmuşdur: “Oğlan uşağı üçün əqiq vardır. Onun üçün qan 
axıdaraq, ondan əziyyəti uzaqlaşdırın”.
60
 
Səmura 

  Allah  Rəsulunun 

  belə  buyurduğunu  rəvayət 
edir:  “Dünyaya  gələn  hər  bir  körpə  əqiqinin  girovudur.  Yed-
dinci  günündə  əqiqi  kəsilir,  adı  qoyulur  və  saçı  qırxılır”.  Bu 
hədisi  bütün  “Sünən”  sahibləri
61
  rəvayət  etmişlər.  Tirmizi  bu 
hədisin həsən səhih olduğunu söyləmişdir. 
Aişə 
g
  dedi.  Allah  Rəsulu 

  buyurmuşdur:  “Oğlan  uşağı 
üçün  iki  eyni  qoyun,  qız  uşağı  üçün  isə  bir  qoyun  (kəsilər)”. 
Hədisi  İmam  Əhməd  və  Tirmizi  rəvayət  etmişlər.  Tirmizi 
hədisin səhih olduğunu demişdir.  Digər bir rəvayətdə isə belə 
deyilir:  “Allah  Rəsulu 

  bizə  qız  uşağı  üçün  bir,  oğlan  uşağı 
                                                 
59
  İmam  Əhməd  “əl-Musnəd”:  9/390,  392.  Tirmizi  “Qurbanlıqlar”  bölümü 
“Əqiq üçün bir qoyun kəsilir” babı: 1019. Hədis həsəndir. 
60
 Buxari: 5471, 5472 “Əqiq” bölməsi “Əqiq kəsərək oğlan uşağından əziy-
yətin uzaqlaşdırılması” babı. Əbu Davud: 2839, Tirmizi, Nəsai, İbn Məcə. 
61
 Tirmizi, Nəsai, Əbu Davud, İbn Məcə. 


47 
 
üçün  isə  iki  qoyun  kəsməyimizi  əmr  etdi”.  Bu  hədisi  İmam 
Əhməd “əl-Musnəd”də rəvayət etmişdir.
62
 
Ummu Karz əl-Kəbiyyə 

 rəvayət edir: “Allah Rəsulundan 

  əqiq  haqqında  soruşdum.  O  buyurdu:  “Oğlan  uşağı  üçün 
iki, qız uşağı üçün isə bir qoyun (kəsilir). Qurbanlığın erkək və 
ya  dişi  olmasının  heç  bir  zərəri  yoxdur”.
63
  Bu  hədisi  İmam 
Əhməd  və  Tirmizi  rəvayət  etmişlər.  Tirmizi  hədisin  səhih 
olduğunu qeyd etmişdir. 
Əbu Hüreyrə 

 Peyğəmbərin 

 belə buyurduğunu rəvayət 
edir:  “Yəhudilər  oğlan  uşağı  üçün  əqiq  kəsib,  qız  uşağı  üçün 
kəsmirlər. Siz isə oğlan uşaqları üçün iki, qız uşaqları üçün bir 
qoyun  kəsin!”  Bu  hədisi  Beyhəqi    öz  hədis  kitabında  qeyd 
etmişdir. 
İbn Abbas 

 Allah Rəsulunun 

 Həsən və Hüseynin 

 hər 
biri  üçün  əqiq  olaraq  qoyun  kəsdiyini  söyləmişdir.  Bunu  İbn 
Abbasdan 

  Əbu  Davud  və  Nəsai  rəvayət  etmişlər.  Nəsainin 
rəvayətində hər birinə ayrılıqda iki qoyun kəsdiyi bildirilir.
64
 
Amr ibn Şuaybın atasından, onun da öz atasından rəvayət 
etdiyinə  görə,  Allah  Rəsulu 

  yeni  doğulan  uşağa  yeddinci 
günündə adının qoyulmasını və əqiqinin kəsilərək onun əziy-
                                                 
62
 Hədisi həmçinin Tirmizi, İbn Məcə, İbn Hibban da rəvayət etmişlər. Hə-
dis səhihdir. 
63
 Alimlər qurbanlığın erkək olmasının daha da müstəhəb olduğunu söylə-
mişlər. (Tər.) 
64
 Əbu Davud “Qurbanlıqlar” bölməsi “Əqiq” babı: 2841, Nəsai: 7/166, “Qız 
uşağı  üçün  neçə  əqiq  kəsilir”  babı.  Hədisin  isnadı  səhihdir.  Albani  “əl-
İrva”: 1164. 


48 
 
yətdən xilas edilməsini əmr etmişdir. Tirmizi rəvayət etdiyi bu 
hədisin həsən qarib
65
 olduğunu bildirib. 
Bureydə  əl-Əsləmidən  rəvayət  olunduğuna  görə,  o,  belə 
demişdir:  “Cahiliyyə dövründə bizlərdən birinin oğlu  dünya-
ya  gələrkən  onun  üçün  bir  qoyun  kəsib,  başını  onun  qanı  ilə 
boyayardıq.  Allah 

  bizə  İslamı  göndərdikdən  sonra  isə  biz 
onun üçün bir qoyun kəsər, saçını qırxar və onu zəfəranla bo-
yamağa başladıq. Hədisi Əbu Davud rəvayət etmişdir.
66
 
İbn Münkədirin rəvayət etdiyinə görə Əbu Bəkrənin 

 oğlu 
Abdu`r-Rahmən 

  dünyaya  gəldi.  O,  Basrada  dünyaya  gələn 
ilk körpə idi. Əbu Bəkrə 

 onun üçün bir dəvə kəsib onu Bəsrə 
camaatına yemək üçün verdi. Bəziləri buna etiraz edəndə Əbu 
Bəkrə 

  belə  dedi:  “Allah  Rəsulu 

  oğlan  uşağı  üçün  iki,  qız 
uşağı üçün isə bir qoyun kəsməyi əmr etmişdir”. 
Səmura  rəvəyət  edir  ki,  Peyğəmbər 

  əqiq  barəsində  belə 
buyurmuşdur:  “Hər  bir  oğlan  uşağı  öz  əqiqi  qarşılığında 
girovdur. Yeddinci günündə qurbanı kəsilər, saçı qırxılar, qanı 
axıdılır”.  Bundan  sonra  Səmura  qanı  tökülür  sözünün  açıqla-
masında  belə  dedi:  “Qurban  kəsiləndən  sonra  yunundan  bir 
parça götürülərək, şah damardakı qana bulaşdırılıb, uşağın ba-
şının qabaq hissəsinə  sürtülür. Sanki başından ip kimi axıb tö-
külür.  Sonra  da  uşağın  başı  yuyularaq  saçı  qırxılır”.  Əbu 
Davud  “qanı  axıdılar”  sözünün  hədisin  ravilərindən  olan 
Həmmam ibn Yahyanın  sözü səhv eşitməsinin nəticəsində ol-
                                                 
65
 Yəni bu hədisi mənaca dəstəkləyən digər hədislər də vardır. Qarib olması 
isə onun bu yolla yalnız bir ravidən rəvayət olunduğunu bildirir. (Tər.) 
66
 Hədisin isnadı yaxşıdır. 


49 
 
duğunu, əslində isə başqa səhih rəvayətlə “Hər bir oğlan uşağı 
öz  əqiqi  qarşılığında  girovdur,  yeddinci  günündə  qurbanı 
kəsilər,  saçı  qırxılar  və  adı  qoyular”  variantının  daha  səhih 
olduğunu  deyir.
67
  Bu  hədisi  Əbu  Davudun  izah  etdiyi  tərzdə 
Tirmizi,  Nisai,  İbn  Məcə  də  rəvayət  etmişdir.  Tirmizi  hədisin 
həsən səhih olduğunu demişdir. 
Yəhya ibn Həmzə deyir ki, Əta əl-Xorasanidən “Əqiqi qar-
şılığında  girovdur”  sözünün  mənasını  soruşdum.  O  dedi: 
“Yəni valideyn bunu  etməzsə, övladının  şəfaətindən məhrum 
edilir”. 
İshaq  İbn  Həni  deyir  ki,  Əbu  Abdullahdan
68
  Peyğəmbərin 

 “Oğlan uşağı öz əqiqi qarşılığında girovdur” hədisi haqqın-
da soruşdum. O dedi: “Bəli, oğlan uşağı üçün iki, qız üçün isə 
bir qoyunun əqiq olaraq kəsilməsi Peyğəmbərin 

 sünnətidir. 
Əqiqi  kəsilmədiyi  müddətcə  isə  o,  sanki  əqiqi  ilə  birgə  həbs 
olunmuş kimidir”. 
Yaqub ibn Buxtan deyir ki, Əbu Abdullaha  əqiq barəsində 
sual  verildi.  O  dedi:  “Bu  məsələdə  “Oğlan  uşağı  öz  əqiqi 
qarşılığında  girovdur”  hədisindən  onu  kəsməyən  üçün  daha 
şiddətli bir təhdid olduğunu bilmirəm”. 
Hənbəl  rəvayət  edir  ki,  Əbu  Abdullah  demişdir:  “İmkanı 
və gücü çatan şəxsin övladına əqiq kəsməməyini və ona dəvət 
etməməyini  məkruh  görürəm.  Çünki,  Peyğəmbər 

  buyur-
                                                 
67
 Burada nəzərdə tutulan izah qurbanın qanının uşağın başına sürtülməsi-
nin yanlış olmasıdır. Çünki bu cahiliyyə adətindəndir. Rəvayətdə gələn qa-
nı tökülər sözü əslində adı qoyular sözünün yerini tutmuşdur. Ərəb dilin-
də bu iki sözün tələffüzü oxşar olduğu üçün ravi onu səhv salaraq bu tərz-
də rəvayət etmişdir. (Tər.) 
68
 Əbu Abdullah İmam Əhmədin ləqəbidir. (Tər.) 


50 
 
muşdur:  “Oğlan  uşağı  öz  əqiqi  qarşılığında  girovdur”.  Qeyd 
olunan hədis bu məsələdə rəvayət olunan təhdid baxımından 
ən  şiddətli  hədisdir.  Peyğəmbər 

  sadəcə  bu  qurban  növünə 
əqiq  deyilməsini  xoşlamırdı.  Qurban  kəsməyə  gəldikdə  isə  o, 
özü bunu etmişdir”. 
Əhməd  ibn  Qasim  demişdir:  “Əbu  Abdullahdan  əqiqin 
vacib  olub-olmaması  barəsində  soruşdular.  O  dedi:  “Vacib 
olduğunu bilmirəm, ancaq bu məsələdə ən şiddətli hökm “İn-
san əqiqi qarşılığında girovdur” hədisidir”. Başqa bir yerdə isə 
İmam  Əhməd  açıqlamasında  “uşağın  valideynlər  üçün  etdiyi 
şəfaətinin girovu olduğunu” demişdir.
69
 
Hədisdə qeyd olunan “qanı axıdılar” ifadəsinə gəldikdə isə 
bunun  üzərində  ixtilaf  olunmuşdur.  Bu  ifadəni  Hümam  Yəh-
yadan, o da Qatədədən rəvayət etmişdir. Qatədə bunu yuxarı-
da  qeyd  etdiyimiz  kimi  açıqlamışdır.  Elm  əhlinin  əksəriyyəti 
bu  məsələdə  ona  müxalif  olmuş  və  bunun  cahiliyyə  əhlinin 
əməli olduğunu söyləmişdir”. Zühri, Malik, Şafi, Əhməd və İs-
haq ibn Rahaveyh də bu görüşdə olmuşdur. İmam Əhməd de-
mişdir:  “Uşağın  başının  qana  boyanmasını  məkruh  görürəm, 
bu bir cahiliyyə əməlidir”. 
İmam  Əhmədin  oğlu  Abdullah  demişdir:  “Mən  atamdan 
qurbanı kəsib onun qanını oğlan, yaxud da qız uşağının başına 
sürtmək haqqında soruşdum. O dedi: “Xeyr, qanı sürtülməz”. 
                                                 
69
 Hafiz İbn Həcər əl-Əsqalani “Fəth”də: 9-594 demişdir: “əl-Xattabi insan-
ların  bu  məsələdə  ixtilaf  etdiyini,  bu  haqda  deyilən  sözlərin  ən  yaxşısının 
isə Əhməd ibn Hənbəlin məzhəbi olduğunu qeyd etmişdir. O, bunun şəfaət 
haqqında olduğunu söyləmişdir. Onun bu sözü deməkdə məqsədi o idi ki, 
uşağın  əqiqi  kəsilmədiyi  və  onun  uşaq  vaxtında  dünyasını  dəyişdiyi  təq-
dirdə həmin uşaq öz  valideynlərinə  qiyamət günündə şəfaət edə bilməyə-
cək.  


51 
 
Xalləl  demişdir:  “Abbas  ibn  Əhməd  mənə  xəbər  verdi  ki, 
Əbu Abdullaha uşağın başının qana boyanması haqqında sual 
verildi. O dedi: “Bu, xoşəgəlməz bir haldır.  Heç şübhəsiz, bu, 
cahiliyyə əməlidir”. Sonra ondan Həmmanın  “qana boyanar” 
sözü haqqında soruşuldaqda onun bu sözünün yanlış olduğu-
nu,  əslində  rəvayətdə  keçən  sözün  “adı  qoyular”    kimi  oldu-
ğunu  demişdir.  Əhməd  ibn  Haşim  əl-Antaki  Əhmədin  belə 
dediyini xəbər verdi: “Həmmam və Səid əqiq barəsində ixtilaf 
etdilər. Onlardan biri qanın axıdıldığını, digəri isə ad qoyuldu-
ğunu  deyirdi”.  Əhməddən  gələn  başqa  bir  rəvayətə  görə  isə 
qanının axıdılması (uşağın başına sürtülməsi) sünnətdir. Xəllal 
dedi:  “Mənə  Usamə  ibn  İsam  xəbər  verdi  və  dedi  ki,  Hənbəl 
Əbu Abdullahı: “Oğlan uşağının başına qan sürtülür” – deyər-
kən eşidib. Həmçinin  Əbu Abdullah bunun  sünnət olduğunu 
söyləyib”.  Ancaq  ondan  görüşlərini  rəvayət  edən  məzhəbinin 
alimləri hamılıqla isə bunun məkruh olduğunu bildirmişlər. 
Xəllal  İsmə  ibn  İsamın  başqa  bir  dəfə  isə  ona  belə  dediyini 
rəvayət etmişdir: “Hənbəl bizə rəvayət etdi ki, Əbu Abdullahı: 
“Oğlan uşağının başı qırxılır” – deyərkən eşitdim”. Həmçinin o, 
Əbu Abdullahın qan sürtməyə məkruh dediyini də rəvayət et-
mişdir.  Onun  qan  sürtməyə  caiz  deməsinə  isə  Səmranın  rəva-
yətindən başqa bir yerdə rast gəlmək mümkün deyil”.  
İsmə  ibn  İsam  Muhəmməd  ibnu`l-Hüseyn  Fadlın  ona  belə 
dediyini rəvayət etmişdir: “Əbu Abdullaha uşağın saçının qır-
xılması  haqqında  sual  verdim.  O:  “bəli  qırxılır”  –  deyə  cavab 
verdi. Daha sonra başına qan sürtülməsi haqqında soruşdum. 
O da: “Xeyr, bu cahiliyyə əməllərindəndir” – dedi. Mən də de-
dim ki, bəs Qatədənin Həsəndən rəvayət etdiyi hədis necə? O, 
orada  uşağın  başına  qan  sürtüldüyünü  deyir.  İmam  Əhməd 
cavabında dedi: “Hümama  gəlincə o, qan sürtüləcəyini deyir. 


52 
 
Səid isə bunun əksinə ad qoyulduğunu deyir. Əsrəmin və İbn 
Əbu  Urvənin  rəvayətlərində  də  ad  qoyulacağı  deyilir.  Mən 
qan  sürtmə  haqqında  olan  rəvayətin  səhv  olduğunu  görü-
rəm”.  
İbn  Məcə  “Sünən”  kitabında  Peyğəmbərin 

  belə  buyur-
duğunu  rəvayət  etmişdir:  “Oğlan  uşağına  görə  əqiq  kəsilir, 
ancaq (cahiliyyədə olduğu kimi) başına qan sürtülmür”.
70
 
Aişə 
g
 demişdir: “Cahiliyyə əhli əqiqin qanını pambığa ba-
tıraraq onu uşağın başına sürtürdülər. Peyğəmbər 

 bizə qan 
sürtməyin əvəzinə uşağa zəfəran ətiri sürtməyi əmr etdi”.
71
 
İbn  Munzir  demişdir:  “Peyğəmbərin 

  “ondan  əziyyəti 
uzaqlaşdırın” dediyi  sabit olmuşdur.  Qan  sürtmək elə özü ən 
böyük bir əziyyət verməkdir. Belə olduqda isə nəcis olan qanı 
uşağın başına sürtməklə ona əziyyət vermək caiz deyildir”. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə