İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə35/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   31   32   33   34   35   36   37   38   ...   119
islamda ushaq terbiyesinin esaslari

On birinci fəsil 
Əqiq kəsməkdə məqsəd, onun hikmət və faydaları 
əl-Xalləl  “əl-Camii”  əsərinin  “Əqiq  kəsməkdə  məqsəd  və 
sünnəti diriltmək üçün xələfdən nə umulur?” babında bunları 
qeyd edir: “Haris Əbu Abdullaha dedi ki, əgər bir şəxsin əqiq 
kəsməyə  imkanı  olmazsa,  onda  bəs  nə  etsin?”  O  dedi:  “Əgər 
borc  alıb  kəsərsə,  ümid  edirəm  ki,  Allah 

  ona  borcunu  qay-
tarmaqda yardımçı olar.  Beləcə sünnəti yaşadar”. Salehin ata-
sından  etdiyi  rəvayətdə  isə  “mən  ümid  edirəm  ki,  əgər  borc 


76 
 
alıb  əqiq  kəsərsə,  Allah 

  ona  borcunu  tezliklə  qaytarması 
üçün  yardım  edər”  deyilir.  O,  Allah  Rəsulunun 

  sünnətlə-
rindən bir sünnəti yaşatdı və onun gətirdiklərinə tabe oldu”. 
Onun  faydalarından  biri  də  doğulan  körpənin  dünyaya 
gəldiyi ilk vaxtda Allah`a 

 yaxınlaşmaq üçün kəsilən qurban 
olmasıdır. Övladın valideyni üçün etdiyi dua, kəsdiyi qurban 
və etdiyi həcdən və s. faydalandığı kimi doğulan uşaq bundan 
ən son həddə qədər faydalanır. 
Həmçinin  onun  faydalarından  biri  də  əqiqin  uşağı  ona  gi-
rov  olmaqdan  qurtarmasıdır.  Çünki,  o,  əqiqi  qarşılığında  gi-
rovdur.  İmam  Əhməd  demişdir:  “Bunun  mənası  uşağın  vali-
deyninə şəfaət etməsinə qarşı girov olması deməkdir”. Əta ibn 
Rabaha  görə  hədisin  mənası  uşağın  öz  əqiqinin  kəsilməsi 
qarşılığında girov olmasıdır. Əqiqi kəsilməzsə, övlad validey-
ninə şəfaət etməkdən məhrum edilir”. 
Əqiq Allah`ın 

 İsmayıla 

 qurtulması müqabilində bir qoç 
fidyə  etdiyi  kimi,  övladın  girovdan    qurtulması  üçün  sərf 
edilən bir fidyənin bənzəridir. Cahiliyyə dövründə də insanlar 
ona  əməl  edər  və  elə  əqiq  də  adlandırardılar.  Kəsilən  əqiqin 
qanını isə uşağın başına sürtərdilər. Allah Rəsulu 

 isə qurban 
kəsilməsini  təqrir  etməklə  yanaşı,  onun  “uquq”  adlandırıl-
masını və uşağın başının onun qanı ilə boyanmasını ləğv etdi 
və buyurdu: “Mən uququ sevmirəm”, “Uşağın başı qanla bo-
yanmasın”. Həmçinin Allah Rəsulu 

 uşaq üçün kəsilən hey-
vanın  qurbanlıq  niyyəti  ilə  kəsilməsini  əmr  etmişdir:  “Kim 
övladı üçün qurban kəsmək istəyərsə, kəssin”. 


77 
 
Peyğəmbər 

  əqiqi  qurbanlıq  ibadəti  ilə  hikmət  baxımın-
dan  eyniləşdirdi.  Allah`ın 

 
İsmayıla 

  fəda  olsun  deyə 
göndərdiyi  qoçu  Özünə  yaxınlaşdıran  bir  ibadət  etdiyi  kimi, 
qurban  da  uşağın  yerinə  Allah 

 
üçün  fəda  edilən  bir  ibadət 
növüdür.  Allah`ın 

 
şəriətində  olan  hikmətindəndir  ki,  O, 
əqiqi  uşağın  gözəl  tərzdə  böyüməsinə,  sağlam  qalmasına, 
yaşadığı  uzun  ömür  içərisində  şeytandan  qorunmasına  səbəb 
etmişdir.  Bununla  yanaşı  əqiq  onun  hər  bir  üzvünün  oddan 
qorunmasına qarşı olan bir fidyədir. Ona görə də qurbana aid 
olan hökmlərin əqiqə də nisbət edilməsi müstəhəbdir. 
Əbu  Talib  demişdir:  “Əbu  Abdullahdan:  “İnsan  əqiq  kəs-
mək  istədiyi  zaman  nə  deyir?”  –  deyə  soruşdum.  O  dedi: 
“Bismilləh”  deyərək  qurban  niyyəti  ilə  kəsir  və  belə  deyir: 
“Bu, filanın oğlu filanın əqiqidir”. Ona görə də kəsim əsnasın-
da “Allahummə minkə va ləkə” (Allah`ım, Səndəndir və Sənin 
üçündür)  deyir.  Sədəqə  qurbanında  müstəhəb  olan  qurbanın 
ətinin  bölünərək  paylanması,  övladın  adına  kəsilməsi  kimi 
şeylər  əqiq  qurbanında  da  müstəhəbdir.  Kəsilən  əqiqdə 
Allah`a 

  yaxınlaşmaq,  şükr  etmək,  fidyə  etmək,  sədəqə 
vermək,  sevincli  anlarda  yemək,  yedizdirmək  və  evlənməyin 
ən  uca  qayəsi  olan  Allah`ın 

  verdiyi  övlad  nemətinə  qarşı 
şükrün  izharı  vardır.  Övlad  nemətinin  hasil  ola  bilməsi  üçün 
“nikah” əsnasında yemək, yedizdirmək şəriətdən olduğu hal-
da ən son qayə olan övladın doğulması münasibətilə eyni şey-
ləri etmək daha üstün və daha uyğundur. 
Haqqında  danışılan  qurbanlığın  şəri  hökmünü  və  şəklini 
qeyd  etdik.  Şəriətimizin  bizlərə  yeni  doğulan  uşaq  haqqında 
təqdim etdiyi bu hökm qəlblərə necə də gözəl və necə də şirin 


78 
 
təsir bağışlayır. Bu mərasimdə olan əsas qayə fərəh və sevincin 
izhar  edilməsi,  İslam  şəriətinin  tələblərinin  həyata  keçirilməsi 
və  Muhammədin 

  digər  ümmətlər  arasında  çoxluğu  ilə 
öyündüyü Allah`a 

 ibadət edib, onun düşmənlərinə bir sipər 
olan müsəlmanın doğulmasıdır. 
Peyğəmbər 

  əqiqi  təqrir  edib,  onu  ümmətinə  buyurub: 
“Oğlan  uşağı  onun  qarşılığında  girovdur”  –  deyə  bizləri  xə-
bərdar  etmişdir.  O,  müsəlmanlara  uşağın  başına  kəsilən  qur-
banın qanından bir şey sürtməyi qadağan edərək, onlara uşa-
ğın başına zəfərandan bir şey sürtməyi sünnət  olaraq təyin et-
mişdir. Çünki, onlar cahiliyyə zamanında ondan bərəkət uma-
raq  uşağın  başına  əqiqin  qanını  sürtürdülər.  Qurbanın  qanı 
onlara görə mübarək bir şey idi. Hətta onlar öz ilahlarını təzim 
və  hörmət  əlaməti  olaraq  bu  qan  ilə  boyayırdılar.  Bu  əməldə 
müşriklərə bənzəmə əlaməti olduğuna görə ümmətə onu tərk 
etmək  əmr olundu.  Bunun  qarşılığında  isə  valideynlər  övlad-
lar  və  kasıblar  üçün  ən  faydalı  olan  uşağın  başının  qırxılaraq 
onun tükü ağırlığında qızıl və ya gümüş sədəqə verməlidirlər. 
Peyğəmbər 

 onlara uşağın başını nəcis olan və çirkin qoxulu 
qanın  əvəzində  xoş  ətirli  və  gözəl  rəngli  zəfəranla  boyamağı 
sünnət  olaraq  buyurdu.  Zəfəran ondan  daha  xoş və rəng  ola-
raq da ən gözəl olandır. Başının qırxılması isə ondan əziyyətin 
uzaqlaşdırılması, güclü və möhkəm tüklərin bitməsi üçün zəif 
və  solğun  tüklərin  təmizlənməsinə  vəsilə  oldu.  Bu,  baş  üçün 
çox faydalıdır. Bununla yanaşı həmin əməldə  uşaq üçün yün-
gülləşmə də vardır. Həmçinin rahat nəfəs ala bilməsi, asan və 
rahat bir şəkildə başın dərisinin hava ilə təmas etməsi və uşa-
ğın gözünün, qoxu alma və eşitmə qabiliyyətlərinin güclənmə-
si kimi faydaları da vardır. Oğlan uşağı üçün kəsilən qurbanın 


79 
 
mirasda, diyətdə və şəhadətdə olduğu kimi, onun şərəfinin və 
qız  uşağından  Allah`ın 

  onu  üstün  qıldığının  bir  göstəricisi 
olaraq iki qoyun olması şəridir. Həmçinin bu iki qoyunun bir-
birinə  eynilə  tay  olması  da  şəriətə  uyğundur.  Əbu  Davudun 
rəvayətində  İmam  Əhməd  söyləyir:  “İki  eyni  və  yaxud  bir-
birinə yaxın”. Meymuninin rəvayətində isə deyilir: “İki bir-biri 
ilə eyni”. Bundan başqa Cəfər ibn Harisin rəvayətində isə “Biri 
digərinə  bənzəyən”  qoyunların  kəsilməsi  əmr  olunub.  Çünki, 
iki  qoyundan  hər  biri  bədəl  və  fidyədir.  İki  qoyun  cins  və 
yaşda  bir  biri  ilə  eyni  olurlar.  Onların  hər  ikisi  də  bir  qoyun 
kimi olur. Bunun mənası odur ki, nə qədər bir  qoyun qurban 
kəsməklə  fidyə  gerçəkləşmiş  olsa  da,  yaxşı  olar  ki,  bu,  kamil 
və  tam  olsun.  Bu  iki  qurbanlıq  qoyunun  biri  digərindən  mü-
əyyən sifətləri ilə üstün olarsa, o birini heçə saymaq və digəri-
ni  diqqətə  almamaq  ehtimalı  ola  bilər.  Fidyə  bir  tək  qoyunla 
hasil olduğuna görə ikincisi məqsəd olmaqdan çıxıb sanki bir 
tamamlamadır.  Bu  şübhəni  də  aradan  qaldırmaq  üçün  iki 
qoyunun  biri-birinə  tay  olması  əmr  olunub.  Burada  kəsilən 
qurbanın  səhih  olması  üçün  əqiqin  eyib  və  nöqsanlardan  tə-
mizlənməsinə dair bir açıqlama vardır. Həmçinin bunda övla-
dın  girov  olmaqdan  qurtulması  kimi  əsas  fayda  mövcuddur. 
Çünki o, Peyğəmbərin 

 buyurduğu kimi öz əqiqi qarşılığında 
girovdur.  “Həbs  edilmə”  və  “girov  olma”  sözlərinin  mənası 
üzərində isə ixtilaf edilmişdir. Bir qrup deyir ki, burada övlad 
valideynlərinə  şəfaət  etməməyə  qarşı  girov  və  məhbusdur. 
Əta  belə  demiş  və  İmam  Əhməd  də  ona  tabe  olmuşdur.  Mə-
lumdur  ki,  bu,  nəzəri  bir  şeydir.  Övladın  ataya  şəfaəti  onun 
atası olması əksindən daha üstün deyildir. Onun üçün şəfaəti 
yoxdur. Digər qohum-əqrabalar da belədir. Allah 

 buyurur: 


80 
 
مۡوَي  ْاۡوَشۡخٱَو  ۡمُكهبَر  ْاوُقهتٱُساهنلٱاَهُّيَأََٰٓي
ٗ
ٗ
 نَع  ٌدِلاَو  يِزۡجَي  هلَ  ا
 ۡيَش ۦِهِدِلاَو نَع ٍزاَج َوُه ٌدوُلۡوَم َلََو ۦِهِدَلَو
ً  
 قَح ِهلِّلّٱ َدۡعَو هنِإ ِۚا
ٗ
ٗ
 َلََف  ٗ
ُكهنهرُغَت
 ُروُرَغۡلٱِههللٱِب مُكهنهرُغَي َلََو اَيۡنُّدلٱُةَٰوَيَحۡلٱ ُم
٣٣
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə