İslamda Uşaq Tərbiyəsinin Əsasları


De:  Şübhəsiz  ki,  mənim  namazım  da,  qurbanım  da



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə34/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   30   31   32   33   34   35   36   37   ...   119
islamda ushaq terbiyesinin esaslari

De:  Şübhəsiz  ki,  mənim  namazım  da,  qurbanım  da, 
həyatım  da,  ölümüm  də  aləmlərin  Rəbbi  Allah  üçündür
”. 
(Ənam 162) Hər bir ümmətin özünün namaz və qurban ibadəti 
vardır  ki,  onların  yeri  heç  bir  şeylə  əvəz  olunmaz.  Buna  görə 
də  bu  ibadətin  müqabilində  bol  miqdarda  sədəqə  versə  belə 
onun yerinə keçməz. Ən doğrusunu Allah 

 bilir. 
Onuncu fəsil 
Oğlan və qız uşaqları üçün kəsilən qurbanın sayı və möv-
cud ixtilafların qeyd olunması 
Burada iki məsələ vardır. Birinci məsələ odur ki, əqiq oğlan 
uşağı  üçün  sünnət  olduğu  kimi  qız  uşağı  üçün  də  sünnətdir. 
Bu, elm əhlinin, sahabələrin, tabiinin və onlardan sonra gələn-
lərin, ümumilikdə cumhurun görüşüdür. İbn Munzirin Həsən 
və Qatədədən rəvayət etdiyi görüş öncədən qeyd olundu. On-
lar  qız  uşağı  üçün  əqiqin  kəsilməyəcəyi  görüşündə  idilər. 
Bəlkə  də  onlar  bu  məsələdə  Peyğəmbərin 

  “Oğlan  uşağı  ilə 
birlikdə onun əqiqi vardır” sözünü əsas alıblar. Bu hədisi Hə-
sən və Qatədə Səmradan rəvayət ediblər. Hədisdə keçən “Ğu-
ləm” sözü qız xaricində, ancaq oğlan üçün istifadə olunan bir 
sözdür.  Lakin  bu  görüş  Ummu  Kərzin  rəvayət  etdiyi  hədislə 
rədd  edilir.  O,  Allah  Rəsuludan 

  əqiq  haqqında  soruşdu  və 
belə  cavab  aldı:  “Oğlan  üçün  iki,  qız  üçün  bir  qoyun  kəsilir. 
Erkək  və  ya  dişi  olması  sizə  heç  bir  zərər  verməz”.  Bu,  səhih 
bir  hədisdir.  Onu  Tirmizi  və  başqaları  səhih  hesab  ediblər. 
Həmçinin  Aişənin 
g
  rəvayət  etdiyi  hədis  də  həmin  görüşü 


73 
 
rədd edir.  “Allah Rəsulu 

   bizə oğlan üçün iki, qız üçün  isə 
bir  qoyun  əqiq  kəsməyi  əmr  etdi”.  Bunu  İbn  Əbu  Şeybə 
rəvayət etmişdir. İsnadı öncədən qeyd olunub. 
Əbu  Asim  demişdir:  “Əbu  Hüreyrənin 

  rəvayət  etdiyinə 
görə Peyğəmbər 

 belə buyurmuşdur: “Yəhudilər oğlan üçün 
əqiq kəsib, qız üçün isə kəsmirlər. Siz oğlan üçün iki, qız üçün 
isə bir qoyun əqiq kəsin”. Hədisi Beyhaqi rəvayət etmişdir. 
İmam  Malik  demişdir:  “Oğlan  və  qız  uşaqlarının  hər  biri 
üçün  yalnız  bir  qoyun  qurban  kəsilir.  Oğlan  da,  qız  da  bu 
məsələdə  eynidirlər.  O,  bu  görüşünə  Əbu  Davudun  “Sünən” 
əsərində  İbn  Abbasın  rəvayət  etdiyi  hədisi  dəlil  gətirib.  İbn 
Abbas 

  Allah  Rəsulunun 

  Həsən  və  Hüseynin 

  hər  biri 
üçün bir qoyun kəsdiyini demişdir”. 
Əbu Ömər demişdir: “Cəfər ibn Muhəmməd atasından Fa-
timənin  Həsən  və  Hüseynin 

  hər  biri  üçün  bir  qoyun  kəs-
diyini rəvayət etmişdir. O, həmçinin demişdir: “Abdullah  ibn 
Ömər 

 də doğulan oğlan və qız uşaqlarının hər biri üçün bir 
qoyun  kəsərdi.  Allah 

  onların  hamısından  razı  olsun.  Əbu 
Cəfər  Muhəmməd  ibn  Əli  ibn  Həsən  də  Malikin  görüşü  ilə 
eyni görüşdədirlər”.  
Əbu  Ömər  demişdir:  “İbn  Abbas 

,  Aişə 
g
  və  hədis  əh-
lindən bir qrup oğlan üçün iki, qız üçün isə bir qoyun kəsildi-
yini demişlər”. Sonra isə o, Ummu Kərz hədisinin bir qismini 
və Amr ibn Şuaybın atasından, onun da babasının Peyğəmbər-
dən 

  mərfu  olaraq  rəvayət  etdiyi  hədisi  nəql  etmişdir.  “Hər 


74 
 
kim övladı üçün qurban kəsmək istəyərsə, kəssin. Oğlan üçün 
iki, qız üçün isə bir qoyun kəssin”. 
Oğlan  və  qız  üçün  kəsilən  qurbanların  sayı  barəsindəki 
hədislərdə  heç  bir  ziddiyət  yoxdur.  Həmçinin  İbn  Abbasın 

 
Həsən və Hüseyn 

 üçün kəsilən əqiq hədisi ilə digəri arasın-
da da ziddiyyət yoxdur. Çünki, onun hədisi iki rəvayətlə nəql 
olunmuşdur.  Birincisi,  Peyğəmbər 

  onların  hər  ikisi  üçün 
ayrı  ayrılıqda  bir  qoyun  kəsdi.  İkincisi  isə  budur  ki,  Peyğəm-
bər 

  onların  hər  ikisi  üçün  iki  qoyun  kəsdi.  Bəlkə  də  ravi 
bununla “onların hər biri üçün iki qoyun kəsdi” mənasını qəsd 
etmiş  və  “iki  qoyun  kəsdi”  sözü  ilə  kifayətlənmişdir.  Daha 
sonra isə “bir qoyun, bir qoyun kəsdi” mənasında rəvayət et-
mişdir.  Həmçinin  anaları  da  onlar  üçün  iki  qoyun  kəsmişdir. 
Bu  iki  hədis  bu  cür  rəvayət  olunmuşdur.  İki  qoyun  birinci 
olaraq  Peyğəmbər 

  tərəfindən,  ikinci  dəfə  də  Fatimə 
g
 
tərəfindən  kəsildiyinə  görə  zahirdə  bir-birinə  zidd  görünən 
hədislərin arası eyni məna üzərində birləşmiş olur. Bu, şəri bir 
qaydadır. 
Allah 

  kişi  ilə  qadın  arasında  üstünlük  fərqi  qoymuşdur. 
Miras  hüququnda  qadını  üçdə  bir,  kişini  isə  üçdə  iki  paya 
sahib  etmişdir.  Bu,  həmçinin  diyətlərdə
88
,  şahidliklərdə,  kölə 
azad etməkdə və əqiqdə də belədir. 
 Əbu  Umamə 

  demişdir:  “Peyğəmbər 

  buyurmuşdur: 
“Hər  hansı  müsəlman  bir  kişi,  müsəlman  olan  bir  kişi  köləni 
azad  edərsə,  bu  onun  Cəhənnəmdən  qurtulması  qarşılığında 
                                                 
88
 Diyət İslam hüququna əsasən, öldürülən şəxs qarşılığında onun ailəsinə 
qan bahası olaraq maddi cəza ödəməkdir. (Tər.) 


75 
 
fidyəsi olar. Onun (kölənin) hər bir üzvü  onun  bir üzvü üçün 
oddan qorunmasına qarşılıq olar. Hər hansı müsəlman bir kişi, 
müsəlman olan iki kölə qadın azad edərsə, bunlar onun üçün 
Cəhənnəmdən  qurtulması  qarşılığında  fidyə  olar.  Həmin 
qadınların  hər bir üzvü onun bədən üzvlərinin oddan qorun-
masına qarşılıq olar”. Hədisi Tirmizi rəvayət edib və onu səhih 
qiymətləndirir. 
İmam Əhməd “əl-Musnəd” kitabında Peyğəmbərin 

 belə 
buyurduğunu rəvayət etmişdir: “Hər hansı bir kişi müsəlman 
bir  kişi  kölə  azad  edərsə,  bu  onun  üçün  Cəhənnəmdən 
qurtulması  qarşılığında  bir  fidyə  olar.  Onun  (kölənin)  bədən 
üzvlərindən  hər  biri  onu  azad  edən  şəxsin  hər  bir  bədən 
üzvünün Cəhənnəm odundan qorunmasına  qarşılıq olar. Hər 
hansı  müsəlman  bir  qadın  müsəlman  bir  qadın  kölə  azad 
edərsə,  onun  hər  bir  üzvü  azad  edənin  üzvləri  üçün  oddan 
qorunmağa qarşılıq olar”. Bunu Əbu Davud “Sünən”də rəva-
yət  edir.  Beləliklə  də,  əgər  bu  sünnət  olmasaydı  belə,  əqiq 
kəsməkdə kişinin qadına olan üstünlüyü ortaya çıxmış olardı. 
Əqiq  kəsməkdə  kişinin  qadın  üzərində  olan  üstünlüyünü 
səhih sünnət dəstəklədiyi halda isə, bu daha da aydın olur. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə